MİNAVƏR

nurlu, işıqlı; seçilmiş.
MİNAVAZ
MİNAYƏ
OBASTAN VİKİ
Minavər İbrahimova
Minavər İbrahimova (tam adı: Minavər Cəfər qızı İbrahimova) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Monomerlər, oliqomerlər və kataliz” şöbəsinin müdiri, kimya üzrə elmlər doktoru, professor. == Ümumi məlumatlar == İbrahimova Minavər Cəfər qızı 5 may 1946-cı ildə Quba rayonunun Xucbala kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1961-ci ildə Quba şəhər 2 saylı orta məktəbi bitirmiş və həmin il S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur. 1966-cı ildə kimyaçı, kimya müəllimi ixtisasına yiyələnmişdir. Universiteti bitirdikdən sonra Elmi-tədqiqat Bağçılıq, üzümçülük və subtropik bitkilər institutunda (Quba şəhəri) kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlamış, 1970-ci ildə Azərbaycan EA Neft-Kimya Prosesləri İnstitutuna əyani aspiranturaya daxil olmuşdur. 1974-cü ildən etibarən NKPİ-də baş laborant, kiçik elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi, 2002-ci ildən “Funksional oliqomerlər” laboratoriya rəhbəri vəzifələrində çalışmışdır. Hal–hazırda “Monomerlər, oliqomerlər və kataliz” şöbəsinin müdiridir. == Əsas elmi nəaliyyətləri == Rəhbərliyi və bilavasitə iştirakı ilə aparilmiş kompleks tədqiqatlar nəticəsində propilen oksidi, C5-fraksiyasının tərkibində olan doymamış karbohidrogenlər əsasında alınan ikiəsaslı turşu anhidridləri, metakril turşusunun qlisidil efiri, stirol və butadien əsasında tərkibi, struktur quruluşu, molekul çəkisi, funksional qrupların təbiəti və miqdarı tənzimlənə bilən yeni, reaksiyayaqabil birgə oliqomerlərin sintezinin elmi əsasları işlənib hazırlanmışdır. Belə birgə oliqomerlərin yüksək reaksiyayaqabilliklə yanaşı möhkəmlik, adqeziya, dəyişən temperatur şəraitinə, atmosferə, işığa və istiliyə davamlılıq göstəriciləri ilə xarakterizə olunduqları bu birgə oliqomerlərin kompozisiya materiallarının alınmasında bağlayıcı komponent, polimer materialları üçün modifikator kimi səmərəli tətbiq sahələri müəyyən edilmişdir.Neftin katalitik krekinqi prosesində alınan, zəngin karbohidrogen tərkibinə malik yüngül qazoyl fraksiyası əsasında izolyasiya materialı, iondəyişdirici tərkiblər və penoplastlar kimi geniş tətbiq tapmış fenoformalitlərin və tərkibində mineral doldurucu saxlayan termiki stabilliklə fərqlənən kompozit tərkiblərin birmərhələli üsulla sintezi şəraiti işlənib hazırlanmışdır.
матеро́к метёлочка отягчи́ться сластолю́бие заиндеве́лый звоно́к лассо́ неукосни́тельный овси́нка помпе́зность причём пу́головка теорети́чески электромагнети́ческий black out coenzyme demobee metallogenic nidification outwit panatela swashing выродиться пифагорейский помесячный