Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Internet Message Access Protocol
İnternet-məlumatlara erişmə protokolu(en. IMAP (Internet Messaging Access Protocol ~ ru. протокол доступа к интернет-сообщениям ~ tr. İnternet Mesaj Erişim Protokolü). İnternetdə məlumatlara (mesajlara) erişmək üçün protokoldu. 1986-cı ildə Stenford Universitetində işlənib hazırlanıb. elektron poçt məktublarını hostinq serverdə olduğu kimi oxumağa imkan verir. Məktublarla bağlı edilən bütün əməliyyatlar (silmə, cavabvermə, yönləndirmə, yerdəyişmə) serverdə öz əksini tapır. Bu isə o deməkdir ki, eyni e-poçt hesabı ilə işləyən və digər webmail və ya IMAP kliyentdən daxil olan istifadəçilər də bu dəyişiklikləri görmüş olurlar.POP3 protokolu ilə müqayisədə daha geniş imkanlara malikdir: gələn poçtun gözdən keçirilməsi zamanı yalnız başlıqların oxunması ilə kifayətlənməyə imkan verir. POP3 protokolunda olduğu kimi, IMAP server və poçt müştərisi arasında əlaqə üçün SMTP protokolundan istifadə edir.
Dark Passage
Dark Passage – 2003-cü ildə yaradılmış Türkiyə kiberidman klubu. Ölkənin ən qədim kiberidman klubudur. "League of Legends" və "Valorant" komandaları fəaliyyət göstərir. Əvvəllər "Counter-Strike: Global Offensive", "Zula", "Point Blank", "Starcraft", "FİFA" komandaları da mövcud olmuşdur. == Tarixi == Klub 2003-cü ildə Ertuğ Okçuoğlu tərəfindən yaradılmışdır. == League of Legends == "Dark Passage" 2013-cü ildən Türkiyə Çempionluq Liqasından çıxış edir. Klub 2013 və 2014 mövsümlərində həm qış, həm yaz, həm yay turnirlərinin qalibi olaraq ardıcıl 6 çempionluq yaşamış, həmin mövsümlərin böyük final turnirlərinin də qalibi olmuşdur. Komanda 2013-cü ildə Bolqarıstanda keçirilmiş Balkan liqasının finalında Serbiya çempionu "Kalu OP" klubunu məğlub etmiş, xaricdə kubok qazanan ilk türk klubu olmuşdur. 2014-cü ildə Dünya çempionatına qatılmağa haqq qazanan ilk türk klubu olsa da, "Samsung White", "Edward Gaming" və "Ahq Esports" klubları ilə düşdüyü qrupdakı bütün oyunlarını uduzmuşdur. 2015 mövsümündən etibarən Türkiyə Çempionluq Liqası yeni formata keçmişdir.
Messali Hacı
Əhməd ibn Messali Hacı (ərəb. مصالي الحاج‎; fr. Ahmed Messali; 16 may 1898 – 30 iyun 1974 və ya 3 iyun 1974) — Əlcəzair milliyətçi siyasətçisi, Əlcəzairin müstəqilliyi uğrunda hərəkatların tərəfdarı. O, adətən Əlcəzair milliyətçiliyinin "atası" adlanır. Türk əsillidir. O, 1954-cü ildə müstəqillik uğrunda silahlı mübarizədən uzaqlaşmadan əvvəl Şimali Afrika Ulduzu (ŞAU), Əlcəzair Xalq Partiyası (PPA) və Demokratik Azadlıqların Zəfəri Hərəkatının həmtəsisçisi olmuşdur. Messali həmçinin, Milli Qurtuluş Cəbhəsinin (MQC) davam edən səylərinə qarşı çıxmaq üçün Əlcəzair Milli Hərəkatını (ƏMH) qurmuşdu. == İstinadlar == == Əlavə ədəbiyyat == Adamson, Fiona, The Constitutive Power of Political Ideology: Nationalism and the Emergence of Corporate Agency in World Politics, University College London, 2006 Goebel, Michael. Anti-Imperial Metropolis: Interwar Paris and the Seeds of Third World Nationalism (Cambridge University Press, 2015) excerpts Jacques, Simon, Algérie: le passé, l'Algérie française, la révolution, 1954-1958, Harmattan, 2007, ISBN 978-2296028586 Malley, Robert, The Call From Algeria: Third Worldism, Revolution, and the Turn to Islam, University of California Press, 1996, ISBN 0520917022 McDougall, James, A History of Algeria, Cambridge University Press, 2017, ISBN 978-0521851640 Moreau, Odile, Echoes of National Liberation: Turkey Viewed from the Maghrib in the 1920s // McDougall, James (redaktor), Nation, Society and Culture in North Africa, Routledge, 2004, ISBN 1135761051 Naylor, Phillip C., Historical Dictionary of Algeria, Rowman & Littlefield, 2004, ISBN 0810879190 Ness, Immanuel; Cope, Zak, The Palgrave Encyclopedia of Imperialism and Anti-Imperialism, Springer, 2016, ISBN 978-0230392786 Ruedy, John Douglas, Modern Algeria: The Origins and Development of a Nation, Indiana University Press, 2005, ISBN 0253217822.
Mesake Cu
Mesake Cu (18 mart 1999-cu ildə Qvineya-Bisauda anadan olub) — LiqaPro təmsilçilərindən olan Benfika B klubunda hücumçu kimi çıxış edən peşəkar portuqaliyalı futbolçudur. == Klub karyerası == === Benfika B === Mesake Benfika akademiyası vasitəsilə inkişaf etmişdir. Mesake öz peşəkar karyerasında debütünü 14 may 2017-ci ildə Braqa B klubuna qarşı oyunda etmişdir. O, 63-cü dəqiqədə İqor Şaponyiçi əvəz etmişdir. Həmin görüşdə Benfika liqa görüşündə rəqibinə 4-1 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 1 İyun 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Portuqaliya Superkuboku görüşləri daxildir.
Şarl Messye
Şarl Messye (fr. Charles Messier; 26 iyun 1730[…] – 12 aprel 1817[…], Paris) — fransız astronom. 1774-cü ildə dumanlıqlar və ulduz topaları kimi 45 dərin kosmos cismindən ibarət olan bir kataloq dərc elədi. Bu kataloqun hazırlanma məqsədi, özü kimi kometa həvəskarlarına və digər göyüzü müşahidəçilərinə, dəyişməyən göy cisimləri ilə hərəkətli göy cisimlərinin ayırd edilə bilinməsinə köməklik etməkdi. 1781-ci ildə 110, "Messier cisimlərini" əhatə edəcək formada genişləndirildi. M1-dən M110-a qədər bu cismlər, günümüzdə hələdə yüksək nisbətdə istifadə edilməkdədir. Bu katoloq, M1 olaraq adlandırılmış Xərçəng dumanlığından, Andromedanın yanındakı kiçik eliptik bir qalaktika olan M110-a qədər astronomik olaraq ən önəmli göy cismlərini ehtiva etməkdədir. Messier marafonlarında həvəskar kosmonavtlar, çoxluqla şərtlərin daha uyğun olduğu mart ayında, bu 110 göy cismini günbatışından gündoğuşuna qədər keçən bir gecə içərisində müşahidə etməyə çalışarlar. Aydakı Messier krateri və 7359 Messier meteoru, onun şərəfinə adlandırılmışdır.
Messye cisimləri
Messier cisimləri — Çarlz Messierin orjinalı 1771-ci ildə yayımlanan, Dumanlıq və ulduz qrupları (Catalogue des Nébuleuses et des Amas d'Étoiles") kataloqundakı səma cisimləridir. Bu kataloqun hazırlanma məqsədi, özü kimi kometa həvəskarlarına və digər astronavtlara, dəyişməyən göy cisimləri ilə hərəkətli göy cisimlərinin ayırd edilə bilməsinə kömək etməkdir. Bu katoloq, M1 olaraq adlandırılmış Xərçəng dumanlığından, Andromedanın yanındakı kiçik eliptik bir qalaktika olan M110-a qədər astronomik olaraq ən önəmli göy cismlərini ehtiva etməkdədir.
Mərağə
Marağa — İranın Şərqi Azərbaycan ostanında şəhər. Təbrizdən 130 kilometr cənub-şərqdə yerləşir. Marağa bağ-bağatı, meyvəsi, xüsusilə üzüm, doşab və kişmişi ilə məş­hurdur. Şəhər, meyvəsindən əlavə, taxılı və gözəl mərməri ilə də böyük şöhrət qazanmışdır.Həmçinin Marağa öz qədim Marağa rəsədxanası və bütün Azərbaycanda tanınan Marağa sabunuyla məşhurdur. == Etimologiyası == Bir çox mütəxəssis indiki Marağanı qədim tarixi qaynaqlarda adı çəkilmiş, Atropatenada yerləşən Vera şəhəriylə, habelə Fraata, Prasana, Fraaspa, Fraspa, Əfrahrud (rud farsca çay deməkdir) kimi toponimlərlə əlaqələndirir. Bəzi qaynaqlara görə, "Marağa" sözünün mənası "otlaq yeri" deməkdir. Marağa şəhərinin adını ərəb dilində "otlamaq" mənasındakı "mərəğə" sözüylə əlaqələndirib, bu adın "otlaq, at bəslənən yer" demək olduğunu qeyd edirlər. Lakin çox güman ki indiki Marağa toponimi ilə bağlı olan qədim toponimlərin (Fraata, Fraaspa, və s.) Azərbaycan ərazisinə ərəb xilafətinin axınlarının başlamasından xeyli əvvəl mövcud olduqları nəzərə alındıqda, bunun gerçək olması ehtimalı az olur. == Tarixi == Strabonun yazdığına görə, Atropatena hökmdarlarının yay iqamətgahı olan Qazaka və qış iqamətgahı olan Vera adlı iki paytaxt şəhərləri olmuşdur. Strabon qeyd edir ki, Araz çayından Vera şəhərinə məsafə 2400 stad (1 stad 184 metrə bərabərdir) olmuşdur.
Məsafə
Məsafə – riyaziyyat və ümumiyyətlə həyatda iki nöqtə arasındakı uzaqlığı bildirir, azərbaycan dilinə ərəbcədən keçmişdir. İki nöqtə arasındakı məsafə onları birləşdirən düz xətt parçasının uzunluğuna deyilir. İki əşya arasındakı məsafə onların bir-birinə ən yaxın yerdən birləşdirən parçanın uzunluğudur. Kiçik məsafəni ölçmək üçün xətkeşdən istifadə edilir. İki nöqtə Oxyz koordinat sistemində, yəni klassik Evklid həndəsəsində (fəzasında) A ( x 1 , y 1 , z 1 ) {\displaystyle A(x_{1},y_{1},z_{1})} və B ( x 2 , y 2 , z 2 ) {\displaystyle B(x_{2},y_{2},z_{2})} nöqtələri arasında müxtəlif məsafə anlayışları mövcuddur, məsələn: (birinci məsafənin adi euclidienne məsafəsidir). | A B | = ( x 2 − x 1 ) 2 + ( y 2 − y 1 ) 2 + ( z 2 − z 1 ) 2 {\displaystyle |AB|={\sqrt {(x_{2}-x_{1})^{2}+(y_{2}-y_{1})^{2}+(z_{2}-z_{1})^{2}}}} və s. Qeyri-evklid həndəsəsində məsafə adi təsəvvürdə olan məsafələrdən fərqlidir.
Məğağə
Məğağə (ərəb. مغاغة‎) — Misirin əl-Minya mühafəzəsində yerləşən şəhər.
Məşuqə
Məşuqə — münasibətdə olduğu şəxsin evli olmasına baxmayaraq həmin kişi ilə sevgi-məhəbbət münasibətlərini davam etdirən qadınlar üçün istifadə edilən ifadə. Daha çox kişi partnyorun evli olduğu vəziyyətlər üçün istifadə olunur. Belə münasibətlər zamanı kişi və qadın bir yerdə yaşamır və münasibətin vəziyyəti adətən gizli saxlanılır.
Məsiağa Məhəmmədi
Məsiağa Əhməd oğlu Məhəmmədi (1 may 1963, Əli-Bayramlı) — şərqşünas-alim və tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru (1991), Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == 1963-cü il mayın 1-də Əli-Bayramlı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1985–1987-ci illərdə Əfqanıstanda tərcüməçi kimi hərbi xidmətdə olmuşdur. 1987-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyası Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda laborant, kiçik elmi işçi, böyük elmi işçi, bölmə müdiri, direktor müavini vəzifələrində çalışmışdır. 2004-cü ildən həmin institutun İran filologiyası şöbəsinin müdiridir. 1993-cü ildə Qarabağ müharibəsində iştirak etmiş, 1993–1994-cü illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) xarici dillər kafedrasının dosenti olmuşdur. 2003–2004-cü illərdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində elmi işlər üzrə direktor müavini işləmişdir. 2011–2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin İran üzrə eksperti olmuşdur. == Fəaliyyəti == 1991-ci ildə şərqşünas, professor Rüstəm Əliyevin rəhbərliyi altında "Saib Təbrizinin lirikası və farsdilli poeziyada "hind üslubu" problemi" mövzusunda dissertasiya müdafiə etmiş, həmin tədqiqat təkcə Azərbaycanda deyil, Rusiya, Özbəkistan, Gürcüstan, İran və Almaniyada yaşayan mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.
Məsafə ölçmə cihazı
Məsafə ölçmə cihazı — bir obyektə olan məsafəni təyin edən bir cihaz. == Xarici keçidlər == Range-Finding in the Army.
Polis Akademiyası 3: Məşqə qayıdış
Polis Akademiyası 2: Geri təlimə (ing. Police Academy 3: Back in Training) — 1986-cı ildə kriminal komediya janrında Cerri Paris tərəfindən çəkilən ABŞ filmidir. == Məzmun == Bir əyalətdə iki Polis Akademiyasının gərəksiz olduğunu düşünən Vali Neilson, məktəblərdən birinin təhsilə davam edəcəyini bildirir və Komandir Lassardın hər biri fərqli şəxsiyyətlərə sahib olan polis namizədləri ilə Komandir Mauserin qaydalara bağlı, güclü dənizçiləri arasında gülməli bir mübarizə başlayır...