Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Metabolizm
Maddələr mübadiləsi, istehsal dağıtma (və ya assimilyasiya etmə) canlıda həyatın davam etdirilməsi əsnasında reallaşan bütün kimyəvi proseslərdir. Hər orqanizm, böyümə, inkişaf, istilik, hərəkət, artma kimi həyati fəaliyyətləri davam etdirə bilmək üçün xarici ətrafdan bəzi maddələr və enerji almaq məcburiyyətindədir. Bu maddələr və enerji, həyati fəaliyyətlərin davam etdirilə bilməsi üçün lazım olan orqanik molekulların sintezlənməsində istifadə ediləcək. Xarici ətrafdan alınan orqanik və ya qeyri-üzvi molekullar, ya əvvəl parçalanaraq, məhvə uğradılaraq ya da məhv gərək qalmadan lazımlı molekulların sintezlənməsində istifadə edilir. Daha kompleks quruluşdakı mollekullardan ibarət olan maddələrin orqanizmdə, daha sadə quruluşlu molekullara dağıtması proseslərinə maddələr mübadiləsinin katabolizma prosesləri deyirlər. Daha sadə quruluşdakı mollekulların, daha kompleks quruluşdakı mollekulların sintezində istifadə edilməsi isə anabolizma tepkimeleridir. Orqanizmdə bir reaksiyanın başlanğıc maddəsindən məhsula çevrilməsi müddətində meydana gələn kimyəvi dəyişikliklərə ara maddələr mübadiləsi, bu dəyişikliklər əsnasında meydana gələn ara məhsullara metabolitlər adı verirlər. Maddələr mübadiləsini şərti olaraq aşağıdakı mərhələlərə bölmək olar: Həzm mədə-bağırsaqda həzmedici fermentlərin (pepsin, tripsin, ximotripsin və s.) təsiri ilə mürəkkəb tərkibli qida kiçikmolekullu birləşmələrə çevrilir və müxtəlif metobolizmə uğrayır; Bağırsaqlarda sorulma gedir. Həzm edilmiş maddələr qana daxil olur və qan vasitəsi ilə müxtəlif üzv və toxumalara çatdırılır; Daşınan maddələrin qurulması və həmin orqanizm üçün xarakter olur; Daxil olmuş birləşmələr əlavə və son məhsullara parçalanır; Mübadilə olunmuş son məhsullar orqanizmdən xaric olur. Ən qiymətli bioloji karbohidratlar nişasta və qlikogen polisaxaridləridir.
Lipid metabolizmi
Lipid metabolizmi hüceyrədə lipidlərin sintez və parçalanma reaksiyaları bütünüdür. Bu mexanizmlərə enerji əldə etmək üçün yağların parçalanması və ya ehtiyat olaraq saxlanması, membran kimi hüceyrəvi strukturlardakı lipidlərin, eləcə də, funksional lipidlərin biosintezi daxildir. == Ümumi == Ümumi "lipidlərə" neytral yağların bir qrupu və lipoidlər aiddir. Bu sinfə daxil olan birləşmələrin əsas fiziki xassəsi üzvi həlledicilərdə (benzol, petrolein efiri, xloroform, benzin, aseton, dietilefiri və s.) yaxşı, suda isə çox pis həll olmasıdır. Lipidləri kimyəvi tərkiblərinə görə aşağıdakı qruplara bölürlər:a) yağlar (neytral yağlar, yaxud triqliseridlər); b) böyükmolekullu alifatik turşular; c) fosfatitlər (fosfolipidlər); ç) serebrozidlər, sterin və steridlər; d)qanqliozidlər; ə) mum və mumabənzər maddələr. Yağlar və lipidlər insan və heyvan orqanizmində böyük rol oynayır. Ehtiyat yağları orqanizmin enerji mənbəyidir. Onlar hüceyrə protoplazmasının struktur komponentlərindən biridir. == Lipid metabolizmi == Yağların hidrolitik parçalanması bir neçə mərhələdə davam edir. Lipaza, əsasən, triqliserid molekulunun alfa-efir birləşməsinə təsir göstərir.
Antropogen metabolizm
Antropogen metabolizm və ya antroposfer metabolizmi — sənaye ekologiyasında, material axınının təhlilində və tullantıların idarə edilməsində insan cəmiyyətinin maddi və enerji dövriyyəsini təsvir etmək üçün istifadə olunan termin. Bu, sistemli düşüncənin sənaye və digər texnogen fəaliyyətlərə tətbiqindən yaranır, davamlı inkişafın mərkəzi konsepsiyasıdır. Müasir cəmiyyətlərdə antropogen (texnogen) material axınlarının əsas hissəsi aşağıdakı fəaliyyətlərdən biri ilə bağlıdır: "tarixdən əvvəlki dövrlərdə az metabolik əhəmiyyətə malik olan" kanalizasiya, nəqliyyat, yaşayış və kommunikasiya. Binalarda, infrastrukturda və nəqliyyat vasitələrində qlobal texnogen polad ehtiyatları, məsələn, təxminən 25 giqaton (adam başına üç tondan çox) təşkil edir ki, bu rəqəmi yalnız beton kimi tikinti materialları üstələyir. Antropogen metabolizm sosial-iqtisadi metabolizmin sinonimi kimi müşahidə olunur. == Həmçinin bax == İstilik balansı Noosfer Kollektiv şüur == İstinadlar == == Əlavə ədəbiyyat == Baccini, Peter and Brunner, Paul H., Metabolism of the Anthroposphere, Springer, 1991, Heidelberg, Berlin, New York, (ISBN 978-3-540-53778-6). New edition March 2012, MIT Press, Cambridge MA, ISBN 978-0-262-01665-0.
Sosial metabolizm
Sosial metabolizm və ya sosial-iqtisadi metabolizm —təbiət və cəmiyyət arasında, müxtəlif cəmiyyətlər arasında və cəmiyyətlər daxilində baş verən material və enerji axınlarının məcmusu. İnsan tərəfindən idarə olunan bu material və enerji axınları bütün cəmiyyətlərin əsas xüsusiyyətidir, lakin onların miqyası və müxtəlifliyi əsasən xüsusi mədəniyyətlərdən və ya sosiometabolik rejimlərdən asılıdır. Sosial və ya sosial-iqtisadi metabolizm "insan cəmiyyətinin biofiziki strukturlarının özünüreproduksiya və təkamülü kimi təsvir olunur. Bu, öz məqsədləri üçün insanlar tərəfindən idarə olunan biofiziki transformasiya proseslərini, paylanma proseslərini və axınlarını əhatə edir. Cəmiyyətin biofiziki strukturları ("istifadədə olan ehtiyatlar") və sosial-iqtisadi metabolizm birlikdə cəmiyyətin biofiziki əsasını təşkil edir”. Sosial metabolik proseslər insanın təbiətdən material və enerji mənimsəməsi ilə başlayır. Bunlar dəyişdirilə və dövriyyəyə buraxılaraq istehlak edilə, nəhayət təbiətin özünə qaytarıla bilər. Bu proseslərin hər biri necə yerinə yetirildiyindən, prosesdə iştirak edən materialların və enerjinin miqdarından, baş verdiyi ərazidən, mövcud vaxtdan və ya təbiətin bərpa qabiliyyətindən asılı olaraq ətraf mühitə fərqli təsir göstərir. Sosial metabolizm konsepsiyası təbiətşünaslar və sosioloqlar arasında elmi inteqrasiya və qarşılıqlı əlaqə dövrü olan XIX əsrdə ortaya çıxmışdır. Təkamül perspektivi, xüsusən də analoji mülahizə təbiət və sosiologiya arasında kəsişmələri təmin etmişdir.
Bitkilərdə metabolizmin avtotənzimi
Bitkilərdə Metabolizmin Avtotənzimi— Biologiya elminə fizika, kimya, riyaziyyatın tədqiqat üsüllarının geniş tətbiqi canlı sistemdə gedən bir sıra ən mühüm hadisələri molekulyar səviyyədə öyrənməyə imkan vermişdir. Müasir biologiyanın əldə etdiyi nailiyətlərdən biri də hüceyrənin tənzimləyici mexanizimləri haqda faktik matrealların toplanması və tənzimləyici mexanizimlər vasitəsilə hüceyrənin fəaliyyətini idarə etmək imkanı hesab olunur. == Tənzimləyici mexanizimlər == Normal fizioloji vəziyyətdə hüceyrədə bir sıra tənzimləyici endo amillər və sistemlər vardır. Bunlara-fitohormonlar və digər fizioloji fəal maddələri, enerji hasil eden sisitemləri, zülal hasil edən sistemləri, zülal-ferment sintezini və fermentlərin fəalığını idarə edem sistemləri və s. aid etmək olar. Tənzimləyici mexanizimlərin fəaliyyətində qənaətcilik prinsipi mühüm yer tutur. Bu prinsipə görə hüceyrə və ya orqanizimin istəlinən anda yalnız lazım olan fermentləri, həm də müəyyən miqdarda sintez edə bilir. Bu xususiyyət, hüceyrəyə malik olduğu maddi və energetik ehtiyatlardan daha səmərəli istifadə etmək imkanı verir. Bir çox orqanizmlər arasında simbioz əlaqə nəticəsində heteretrof qidalanmada da dəyişiklik baş vermiş, orqanizimlərin bir çoxu bəzi üzvi birləşmələri, o cümlədən, zülal-fermentləri sintez etməkdən tamami ilə məhrum olmuşdur. Buna nümunə kimi, insan orqanizmində bütün amin turşularının texminən yarısının sintezinin itməsini göstərmək olar.