Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Metonimiya
Metonomiya (yun. μετονυμία addəyişmə)- məcaz növlərindən biridir. Bir əşyanın, hadisənin əvəzinə onunla əlaqədar olan başqa əşya və hadisənin adı çəkilir. Metonimiya və yaxud istiarədə məcazi söz birləşməsindəki iki, üç və s. sözdən ibarət söz sırasının təyin olunan tərəfi ixtisara düşür. Ancaq təyin edən bir, bəzən isə iki söz qalaraq bütün birləşmənin mənasını verir. Metonomiyada bir anlayış verilsə də, onunla əlaqədar başqa anlayış nəzərdə tutulur. Nəzərdə tutulan anlayışı təsəvvür etmək isə çətin olmur. Çox vaxt neft əvəzinə "qara qızıl", "Azərbaycan" əvəzinə "Odlar yurdu" deyildiyini və yazıldığını bilirik. Eləcə də fikrin "Mən Türkiyəyə baxıram" (Türkiyənin televiziya verilişləri nəzərdə tutulur), "Nizamini başdan-ayağa oxudum" (Nizaminin əsərlərinə işarə edilir) şəklində ifadə olunduğunu eşitmisiniz.
Ketonemiya və ketonuriya
Qaraciyərin piy infilyasiyası zamanı orada triqliseridlərin miqdarı normadan 10 dəfə artıq olur. Hüceyrələrin sitoplazmasında yağın toplanması qaraciyərin funksiyasını pozur. Bunun əsas səbəbi artıq triqliseridlərin olması və lipotropların azalmasıdır. Orqanizmdə keton cisimlərin toplanması ketoz patoloji vəziyyətə gətirib çıxarır. Yağ turşularının və ketogen aminturşuların intensiv oksidləşməsi ilə lipidlərin metabolizminin patologiyasının yaranmasını şərtləndirir və keton hisəciklərinin artıq biosintezi baş verir. Parçalanma reaksiyasının gedişində ketogenezdəistifadə olunan asetil-S-K0A və asetoasetil~S-K0A əmələ gəlir. Keton hissəcikləri qanda artır və sidiklə bərabər xaric olunur. Buna ketozun ketonemiya və ketonuriya xəstəliyi deyilr. Ketozun ağır formalarında qanda keton hissəcikləri 10-20 mmol/l çatır. Keton hissəcikləri normal halda gündə azacıq olur.