Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mehrican xatın
Mehrican xatın (XIII əsrin əvvəlləri) — sultan Toğrulun qızı, Atabəylər dövləti nin axırıncı hökmdarı Müzəfərəddin Özbəy in arvadı. Xarəzmşah Cəlaləddin Azərbaycana soxulanda Özbək Təbrizdən Gəncəyə, oradan da Naxçıvana, Əlincə qalasına qaçmışdı. Onun Təbrizdə qalan arvadı Mehrican xatın özünün nüfuzu hesabına Xoy, Səlmas və Urmiyə ni öz idarəçiliyində saxlaya bilmişdi. Mehrican xatın 1225 ildə Təbrizli Şəmsəddin lə birlikdə Təbriz, Xoy, Naxçıvan şəhərlərinin işğalçılardan azad olunmasında böyük hünər göstərmişdir.
Pyrus megrica
Meğri armudu (lat. Pyrus megrica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5-10 m olan, budaqları iynəsiz ağac və ya bəzən koldur. Meyvələri xırda, uzunluğu 1,5-2 sm, əsasən tək, seyrək tükcüklü, qalın meyvə saplaqlı, şarşəkilli-armudşəkilli, əyilmiş, xətvari hissəli kasacıqlıdır. Yarpaqları uzunsov-ellipsvari, (7) 8-3 (3,5) sm, ucu biz, kənarları dalğalı, üstü çılpaq, tünd yaşıl, parlaq, alt tərəfi keçəli, saplaqları qısa, uzunluğu 2-2,5 sm, keçəli tükcüklüdür. İynələri olmayan iri ağacdır. == Ekologiyası == Yolların kənarında və yarpaqlı meşələrdə rast gəlinir. == Azərbaycanda yayılması == Naxçıvan MR-da təbii halda rast gəlinir. == İstifadəsi == Quraqlığa, rütubətə davamlı ərazilərdə istifadəsi məqsədyönlüdür.
Medical Subject Headings
Tibbi subyekt rubrikası (qısaca: TSR (ing. Medical Subject Headings, qısaldılmış MeSH) — genişhəcmli, nəzarət olunan tibbi lüğət, indeksləşdirilmiş elmi məcmuə, jurnal və kitabların, eyni zamanda informasiyaların əldə edilməsini asandlaşdıran Amerika Birləşmiş Ştatlarının "Milli Tibbi Kitabxanası" (NLM) tərəfindən Medline və PubMed məqalələri bazası əsasında yaradılmış və daim yeniləşən bir xidmət rubrikasıdır. MeSH və ya Tibbi subyekt rubrikası internet vasitəsilə izlənilə bilinir. İlk olaraq ingilis dilində yaradılan bu rubrika artıq bir neçə dillərə tərcümə olunmuşdur.