Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mezolit
Mezolit — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Rəng – rəngsiz, ağ, boz, sarımtıl, cəhrayı, yaxud qırmızı; Mineralın cizgisinin rəngi – ağ; Şəffaflıq – şüşə, lifli aqreqatlarda–ipəyi; Parıltı – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,2-2,4; Sərtlik – 5; Kövrəkdir; Ayrılma – {110} üzrə mükəmməl; Sınıqlar – qabıqvari: Morfologiya – kristallar: prizmatik, iynəvari; İkiləşmə: həmişə {100} üzrə müşahidə edilir; Mineral aqreqatları: radial-şüalı, incəlifli, sıx və torpaqvari kütlələr, sferolitlər, druzalar. Çox vaxt effuziv süxurların–bazaltların və andezitlərin boşluqlarında qeyd edilir və adətən mezolit-skoletsit zonasında toplanır. Bəzi fonolitlərdə jeodalar şəklində rast gəlir. Siyenitlərdə, manqan və barium mineralları ilə sıx assosiasiyada – hidrotermal damarlarda tapılmışdır. Birlikdə rast gəldiyi minerallar: skoletsit, stilbit, geylandit, tomsonit, lomontit, analsim. Mineralın tapıldığı yerlər: Rusiya, Çexiya, Almaniya, Şotlandiya, İrlandiya, ABŞ, Kanada, Hindistan, Avstraliyada çoxsaylı yerlər. Azərbaycanda mezolitin tapıntıları Naxçıvan MR-nın, Dağlıq Talışın, Kiçik Qafqazın Ağcakənd və Qazax çökəkliklərinin, Gədəbəy, Göy-Göl, Goranboy və Laçın rayonlarının bəzi məntəqələrində qeyd edilmişdir. Azərbaycan mineralları.
Mezotel
Mezotel — mezodermal mənşəli sadə skuamöz epitel hüceyrələrindən ibarət membran. Bir neçə bədən boşluqlarının selikli qişasını təşkil edir: plevra (ağciyərlərin ətrafındakı plevra boşluğu), periton (qarın boşluğu, omentum, falsiform ligament və o cümlədən qarın boşluğu və perimetrium) və perikard (ürəyin ətrafında). Mezotelial toxuma həmçinin kişi xayasını və bəzən sperma kordonunu əhatə edir. Daxili orqanları örtən mezotel visseral mezotel, ətrafdakı bədən divarlarını örtən mezotel isə parietal mezotel adlanır. Əsas funksiyası seroz maye ifraz etməkdir. Mezotel embriondakı bədən boşluğunu əhatə edən embrion mezoderma hüceyrə təbəqəsindən əmələ gəlir. Bədənin daxili orqanlarının əksəriyyətini əhatə edən və qoruyan hüceyrə qatına çevrilir. Mezotel — sıx qeyri-müntəzəm birləşdirici toxuma ilə dəstəklənən nazik membran üzərində dayanan yastılaşmış skuamözəbənzər epitel toxumasından ibarət bir təbəqə təşkil edir. Kub formasında olan mezotel hüceyrələri zədələnmiş yerlərdə, omentumda və diafraqmanın qarın tərəfində, üst-üstə düşən limfa boşluqlarında tapıla bilər. Mikrovillilər tərəfində sıxışan zülallar və seroz maye daxili orqanların bir-birinin yanından sürüşməsi üçün sürüşkən bir səth təmin edir.
Feofil
Feofil (yun. Θεόφιλος) (813 – 20 yanvar 842, Konstantinopol) — Bizans imperatoru. == Babəklə əlaqələri == Babək Bəzzi itirəndən sonra Bizans ərazisinə gedib çatmağı düşünürdü, çünki Bizans imperatoru ilə çox yazışırdı. Ərəb mənbələrində Babəkin Feofil ilə necə əlaqə saxladığı və Bizansın xürrəmilərə necə təsirli kömək göstərdiyi barəsində məlumat verilir. Ət-Təbəri 837–838-ci illərin hadisələrini şərh edərkən bildirir: "Həmin ildə bizanslıların hakimi Feofil Mixail oğlu Zibatra əhalisinə hücum edərək onları əsir aldı və onların şəhərini talan etdi. Sonra o, sürətlə müsəlman qalalarından keçdi, müsəlman qadınlarını [bəziləri deyirlər ki, onların sayı min nəfərdən çox idi] əsir aldı və əlinə keçən müsəlmanlara işgəncə verdi; o, əsirlərin gözlərini qızmar dəmirlə yandırır, qulaq və burunlarını kəsirdi." Feofilin Xilafət ərazisinə hücumu Bəzzdə mühasirə olunmuş Babək tam çarəsiz vəziyyətdə olduğu barəsində Feofilə məktub yazandan sonra başlamışdı, çünki Babəkin məktubundan sonra ərəblər Bəzzi darmadağın etmişdilər. Ət-Təbəri Bizans qoşunlarının qəflətən hücumunun səbəbini belə də izah edir: "O (Babək), ölümə yaxın olanda, öz gücsüzlüyünü, habelə öz qoşununun gücsüzlüyünü yəqin edəndə, Bizans padşahı Georgi oğlu, Mixail oğlu Feofilə yazıb bildirdi ki, ərəblərin padşahı bütün ordularını, hətta öz dərzisi və aşpazı daxil olmaqla bütün döyüşçülərini onun əleyhinə göndərmişdir, belə ki, onun qapısında (Bizans sərhədində) daha heç kəs qalmamışdır. Buna görə "əgər sən [onun ərazisinə] soxulmaq istəsən, bil ki, heç kəs sənin yolunu tutmayacaq və sənə mane olmayacaqdır". O (Babək), Feofilə məktub göndərərkən belə ümid edirdi ki, bu məktub Bizans padşahını ciddi əməliyyata başlamağa vadar edəcək və bunun nəticəsində o, [özünün] bəzi fəlakətlərindən xilas olacaqdır, çünki Mötəsim onun müqabilində duran qoşunlardan bir hissəsini geri çağırıb bizanslıların padşahına qarşı göndərməyə məcbur olacaqdır, beləliklə də onun başı onunla (Babəklə) deyil, bizanslılarla qarışacaqdır". Babək Feofilin Xilafətə qarşı hücuma keçməsini sürətləndirmək üçün hətta yalan vədlər verməkdən çəkinməmişdi..
Neofil
Neofil (ing. Neophile və ya Neophiliac) — yazıçı Robert Anton Wilson tərəfindən populyarlaşan - bir müddət yeniliyə güclü bağlılığı ilə səciyyələnən bir şəxsiyyət növüdür. Termin əvvəllər Kristofer Booker tərəfindən "Neophiliacs" (1969) kitabında və J. D. Salinger tərəfindən 1924-cü il 16 aprel tarixli "Hapworth" qısa hekayəsində istifadə edilmişdir.
Teofil
Antióxiyalı Teofíl (yun. Θεόφιλος Αντιοχείας; d. ? - ö. 180 və ya 181) — II yüzillikdə yaşayan xristian apologeti, Antioxiyanın episkopu (169-cu ildən), xristian kilsəsinin müqəddəsi. Qnostiklər, markionçular kimi çeşidli xristian hereslərinə (küfrlərinə) qarşı mübarizə aparmışdır. Suriyalı idi. Teofilin dünyagörüşü Tatiana yaxın idi. O da hesab edirdi ki, yunanlar özlərinə aid edən hər bir yaxşı şeyi yəhudilərdən alıblar. Sonradan aldıqlarına yenilik gətirməklə onların mahiyyətlərini dəyişdiriblər.
Mezolit dövrü
Mezolit (yun. mezos - orta, litos - daş "orta daş")— Daş dövrü mərhələsi, orta daş dövrü. 100 min il bundan əvvəl başlayan soyuqlaşmanı 13 min il bundan əvvəl istiləşmə əvəz etdi; mezolit dovrünün inkişafı bu dövrdə yaşayan insan cəmiyyətlərinin proqresləri ilə müşahidə olunur. İnsanlar arasında münasibətlər, incəsənət, din, ənənə, qanun və qadağalar bu dövrün əsas xüsusiyyətlərindəndir.ox və kaman ixtira edildi, heyvanların daha uzaq məsafədən ovlanmasına imkan yarandı, ovçuluq təsərrüfatından (yığıcılıq, ovçuluq) istehsal təsərrüfatına (əkinçilik və maldarlıq) keçid başlandı; əsas əmək aləti toxa olduğu üçün ilk əkinçilik toxa əkinçiliyi adlandı, ən qədim əkinçilik məskəni 10 min il bundan əvvəl Ön Asiyada meydana gəldi; heyvanların əhliləşdirilməsinə başlandı; ibtidai heyvandarlığın əsası qoyuldu, yığıcılıqdan əkinçilik, ox və kamanın ixtirası nəticəsində qida ehtiyatı artdı və ibtidai maldarlığın əsası qoyuldu Azərbaycanda Mezolit dövrü Qobustan və Damcılı abidələri əsasında öyrənilmişdir. Ox və kamanın yaranması ilə qida ehtiyatı artdı; Ox və kamanın yaranması ilə heyvanları daha asan ovluya bilirdilər; Ovçuluq, yığıcılıq və balıqçılıqla məşğul olurdular; Çaxmaqdaşı və sümükdən əmək alətləri düzəldirdilər; Incəsənətlə məşğul olurdu (qaya üstündə çəkilmiş müxtəlif rəsmlər ovsun, totem, dini ayinlər və ov səhnələri ilə bağlı idi); Axirət dünyasına inanırdılar (dəfn etdiyi ölülərin yanına məişət əşyaları qoyurdu); Ox və kaman ixtira edildi; İstehlak təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyuldu.
Feofil (imperator)
Feofil (yun. Θεόφιλος) (813 – 20 yanvar 842, Konstantinopol) — Bizans imperatoru. == Babəklə əlaqələri == Babək Bəzzi itirəndən sonra Bizans ərazisinə gedib çatmağı düşünürdü, çünki Bizans imperatoru ilə çox yazışırdı. Ərəb mənbələrində Babəkin Feofil ilə necə əlaqə saxladığı və Bizansın xürrəmilərə necə təsirli kömək göstərdiyi barəsində məlumat verilir. Ət-Təbəri 837–838-ci illərin hadisələrini şərh edərkən bildirir: "Həmin ildə bizanslıların hakimi Feofil Mixail oğlu Zibatra əhalisinə hücum edərək onları əsir aldı və onların şəhərini talan etdi. Sonra o, sürətlə müsəlman qalalarından keçdi, müsəlman qadınlarını [bəziləri deyirlər ki, onların sayı min nəfərdən çox idi] əsir aldı və əlinə keçən müsəlmanlara işgəncə verdi; o, əsirlərin gözlərini qızmar dəmirlə yandırır, qulaq və burunlarını kəsirdi." Feofilin Xilafət ərazisinə hücumu Bəzzdə mühasirə olunmuş Babək tam çarəsiz vəziyyətdə olduğu barəsində Feofilə məktub yazandan sonra başlamışdı, çünki Babəkin məktubundan sonra ərəblər Bəzzi darmadağın etmişdilər. Ət-Təbəri Bizans qoşunlarının qəflətən hücumunun səbəbini belə də izah edir: "O (Babək), ölümə yaxın olanda, öz gücsüzlüyünü, habelə öz qoşununun gücsüzlüyünü yəqin edəndə, Bizans padşahı Georgi oğlu, Mixail oğlu Feofilə yazıb bildirdi ki, ərəblərin padşahı bütün ordularını, hətta öz dərzisi və aşpazı daxil olmaqla bütün döyüşçülərini onun əleyhinə göndərmişdir, belə ki, onun qapısında (Bizans sərhədində) daha heç kəs qalmamışdır. Buna görə "əgər sən [onun ərazisinə] soxulmaq istəsən, bil ki, heç kəs sənin yolunu tutmayacaq və sənə mane olmayacaqdır". O (Babək), Feofilə məktub göndərərkən belə ümid edirdi ki, bu məktub Bizans padşahını ciddi əməliyyata başlamağa vadar edəcək və bunun nəticəsində o, [özünün] bəzi fəlakətlərindən xilas olacaqdır, çünki Mötəsim onun müqabilində duran qoşunlardan bir hissəsini geri çağırıb bizanslıların padşahına qarşı göndərməyə məcbur olacaqdır, beləliklə də onun başı onunla (Babəklə) deyil, bizanslılarla qarışacaqdır". Babək Feofilin Xilafətə qarşı hücuma keçməsini sürətləndirmək üçün hətta yalan vədlər verməkdən çəkinməmişdi..
Teofil Durand
Teofil Aleksi Düran (fr. Théophile Alexis Durand; 4 sentyabr 1855 – 12 yanvar 1912) — İsveçrə əsilli Belçika botanik-təsnifatçısı. Durandeeldea Kuntze, 1891 [syn. Acidoton Sw., 1788, nom. cons.] Durandia Boeckeler, 1896 [syn. Scleria P.J.Bergius, 1765] Durand, T.; Pittier, H. (1882—1885). Catalogue de la flore vaudoise. 3 vols. Durand, T. (1887—1888). Index generum phanerogamarum.
Teofil Düran

Teofil Qotye
Teofil Qotye(fr. Pierre Jules Théophile Gautier; 30 avqust 1811[…] – 23 oktyabr 1872[…], Nöyi-sür-Sen) — Fransa yazıçısı, şairi, tənqidçisi. Teofil Qotye "Sənət sənət üçündür" nəzəriyyəsinin tərəfdarı idi. "Parnak" ədəbi məktəbinin rəhbəri olmuşdu.
Teofil-Aleksandr Steynlen
Teofil-Aleksandr Steynlen (fr. Théophile-Alexandre Steinlen; 10 noyabr 1859, Lozanna — 14 dekabr 1923, Paris) — realist üslubda və müasir üslubda işləyən fransız rəssamı, qrafik rəssamı və illüstratoru, "Paris proletariatının həyatının ilkin tarixçisi" . Teofil-Aleksandr Steynlen 10 noyabr 1859-cu ildə Lozanna şəhərində anadan olmuşdur. Steynlen 1878-ci ildə Parisə gəldikdən sonra, əvvəlcə sənətkarlıq işi etdi. 5 il sonra Monmartr şəhərinə köçdü. Burada Steynlen tez bir zamanda və Monmartr bədii mühiti ilə tanış oldu, xüsusən də «Qara pişik» ing. Black Cat kabare - ilk növbədə rəssamlar Anri de Tuluz-Lotrek və Adolf Villette, habelə , şair Aristid Brüan ilə dost oldu. İlk dəfə "Black Cat" -də Steynlen 1883-cü ildə gəldi . «Qara pişik» kabaresinin çoxsaylı plakatlar Steynlenin müəllifliyinə aiddir, həmçinin qəzet, jurnal və kitabları təsvir etmişdir, komik jurnallarda əməkdaşlıq etmiş və 1911-ci ildə o və yoldaşları «Yumorist» qəzetini dərc etməyə başlamışdılar.
Villqodt Teofil Odner
Villqodt Teofil Odner (10 avqust 1845 – 2 sentyabr 1905, Sankt-Peterburq) — rus əsilli isveç mexaniki, bütün dünyada məşhur olan portativ mexaniki Odner arifmometrinin ixtiraçısı. Arifmometrin ixtirasına görə o, dəfələrlə qızıl və gümüş medallarla təltif edilmişdir. Mühəndisliklə bərabər Odner ictimai və idarəçilik fəaliyyəti ilə də məşğul idi. O, ″Skandinaviya″ xeyriyyə cəmiyyətinin, həmçinin yaşlı qadınlar üçün sığınacağın idarə heyətinin üzvü idi. Təəssüflər olsun ki, Odner ürək xəstəliyi səbəbindən bütün planlarını həyata keçirə bilməmişdir.