Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mikado sinematoqrafının binası
Mikado sinematoqrafının binası və ya Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının binası — 1916-cı ildə Əliheydər Kərimov tərəfindən əvvəllər məhsul anbarı kimi sitifadə edilmiş bina çin-yapon üslubunda təmir edilərək sinematoqraf kimi fəaliyyət göstərməyə başlayıb. 1917-ci ildə Bakıda ilk dəfə bu teatrda orta məktəb şagirdlərinə elmi-təhsil mövzulu kinematoqrafik seans keçirilib. Binada müxtəlif dövrlərdə Pel mel teatrı, Bak azad tənqid-təbliğat teatrı, Bakı işçi teatrı fəaliyyət göstərib. 1937-ci ildən binada Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı fəaliyyət göstərir. == Tarixi == XIX əsrin sonlarında milyonçu Hacı Haşım bəy Kərimov Molokanskaya 7 (indiki Xaqani küçəsi) ünvanında yerləşən ərazidə məhsul ehtiyyatını saxlamaq üçün anbar tikdirir. Hacı Haşım bəyin oğlu Əliheydər Kərimov Çin və Yaponiyaya səyahət etdikdən sonra Bakıya qayıdır və gördüyü binalardan təsirlənərək anbarın yerləşdiyi yerdə şərq üslubunda bina tikdirir. Bu binada 26 dekabr 1916-cı ildən Mikado sinematoqrafı fəaliyyət göstərməyə başlayıb. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə binada “Pelmel” klub teatrı fəaliyyət göstərib. Burada əsasən rus və digər millətlərin teatr və musiqi həvəskarları, əcnəbi truppalar çıxış ediblər. Aprel işğalından sonra 1920-ci ildən 29 aprel 1923-cü ilə qədər binada Bakı azad tənqid-təbliğat teatrı fəaliyyət göstərib.
Acipenser mikadoi
Saxalin nərəsi (lat. Acipenser mikadoi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Mikao Usui
Mikao Usui — Reykinin yaradıcısı, Yapon Ali Zadəgan silkinin nümayəndəsi. == Həyatı == Mikao Usui 1865-ci ildə Yaponiyanın Yamaqata bölgəsində doğulmuş. O, Yapon Ali Zadəgan silkinin nümayəndəsi olduğu üçün qoşa samuray qılıncı ilə gəzmək hüququna malik idi. Mikao Usuini məşhur edən onun yaratdığı Reyki müalicə sistemi olmuşdur. == İstinadlar == Reyki tarixi Arxivləşdirilib 2009-12-05 at the Wayback Machine Dr.
Aikido
Aykido aykidoka kimi də tanınan praktikantlara bütün yaradılışla dərin harmoniya hissi keçirməyi öyrədən bir yapon döyüş sənətidir. Buraya potensial hücumçu da daxildir, ona görə də texnikada hücum hərəkətləri tətbiq edilmir. Əvəzində, aykido tələbələrinə rəqiblərini nəzarətə götürərək, prosesdə ən az xəsarət yetirməklə onları özlərinə tabe olmağı öyrədirlər. Bunun üçün aykidoka hücumun gücü və enerjisi ilə hərəkət edərək onu yaxşı hərəkət, duruş və balansla öz mənbəyinə qaytarır. Bu, əks qüvvələri daha az zərərli istiqamətə yönləndirmək üçün nəzərdə tutulmuş dairəvi və sferik hərəkətlərdən istifadə edən bir çox aikido texnikası ilə əldə edilir. Unikal təbiətinə görə bir çox insan "Aykido effektivdirmi?" sualını verir. Cavab sadədir: özünüzü müdafiə edə bildiyiniz halda ən az zərər verməyə başlasanız, Aykido çox təsirlidir. Aykido texnikalarının arxasında duran əsas prinsiplər qaçınma, nəzarət və zərərsizləşdirmədir və tələbələrə hərəkətlərin zərif şəkildə icra olunmasını təmin etmək üçün sakit bir ağıl, rahat bədən və inteqrasiya olunmuş nəfəslə məşq etmək öyrədilir. Təlim zamanı tələbələr, hətta biri hücum rolunda, digəri isə müdafiə hərəkətləri edərkən belə, bir-biri ilə tərəfdaş kimi davranmağa təşviq edilir. == Həmçinin bax == Ciu-citsu == İstinadlar == Aikido – The Way of Harmony.
Hirado
Hirado adası yap. 平戸島 — Yapon arxipelaqının qərb hissəsində, Şərqi Çin dənizi akvatoriyasında yerləşir. İnzibati cəhətdən Yaponiyanın Naqasaki prefekturası ərazisinə daxildir. == Coğrafiya == Adanın sahəsi 163,42 km² təşkil edir. Dağlıq reylefə malikdir. Adada Hirado şəhəri yerləşir. Ada Hirado boğazı bölgəsinə daxildir. == İqtisadiyyat == Adada kənd təsərrüfatının müxtəlif sahələri inkişaf etmişdir. Burada portağal yetişdirilir. Ətlik istiqamətli maldarlıq inkişaf etdirilir.
Marado
Marado (kor. 마라도) — Koreya boğazında yerləşən, Cənubi Koreya aid olan ada. Çecudo adasından 8 km cənubda qərarlaşır. Soqvipxo şəhərinin ərazinə daxildir. Cənubi Koreyanın cənub nöqtəsini təşkil edir. Adada ibtidai məktəb, polis idarəsi, kilsə və mayak vardır. == Coğrafiyası == Adanın sahəsi 0,3 km², sahil xəttinin uzunluğu 4,2 km təşkil edir. Ərazisində hündürlüyü 30-35 metr qayalıqlar mövcuddur. Maksimal hündürlüyü 39 metrdir. İqlimi subtropikdir.
Mikasa
Mikasa (yap. 三笠市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın Soraçi sabprefekturada yerləşən şəhər.
Minato
Minato — Tokionun xüsusi rayonlarından biri. Əhalisi 261 618 nəfərdir (2020).
Çikalo
Çikalo (oset. Ирæфи (Æрæфы) район) — Rusiya Federasiyası, Şimali Osetiyanın İrafski rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən İrafski rayonunun və Çikalo kənd sovetliyinin mərkəzidir. Çikalo kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. == Coğrafiya == Kənd İrafski rayonunun şimal hissəsində, Urux çayının sağ sahilindən biraz kənarda, eyni adlı Çikola çayının hər iki sahilində (Zmeyka) yerləşir. Vladikavkazdan 70 km şimal-qərbdədir. == Əhali == Milli tərkib2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir: == Din == Məscid. 1990-cı illərdə bərpa edilmişdir. == Tanınmış şəxsləri == Temirov qardaşları — Böyük Vətən Müharibəsi illərində Temirovlar ailəsindən şəhid olmuş qardaşlar. Biçilov Ramazan Rəhman oğlu (1949-2009) — sərbəst güləş üzrə RSFSR-in əməkdar məşqçisi (1990), SSRİ idman ustası.
Çikaqo
Çikaqo (ing. Chicago, /Şikaqo/ oxunur) — Amerika Birləşmiş Ştatlarının ən böyük şəhərlərindən biri, İllinoys ştatında yerləşir. Çikaqo nəhəng meqapolis olmaqla Şimali Amerikanın ən böyük maliyyə və nəqliyyat mərkəzidir. O, Miçiqan gölünün cənub-qərb sahili boyunca uzanaraq şəhəryanı qəsəbələrlə birgə "Böyük Çikaqo" adlanan aqlomerasiya yaradır. Onun ərazisində 9,6 milyondan çox, şəhərin özündə isə 3 milyona yaxın insan yaşayır. Bu, Nyu-York və Los-Ancelesdən sonra əhalisinə görə ABŞ-də üçüncü şəhərdir. Şəhərin əlverişli coğrafi mövqeyi sərnişin və yük daşımalarının inkişafına şərait yaratmışdır. Miçiqan gölündəki dənizlə Sankt-Lorens kanalı ilə birləşən yerli Harbor çay limanı ABŞ-də ən iri limandır. Sərnişin axınına görə O`Hara hava limanı ölkədə liderdir. O, saatda orta hesabla 200 təyyarə göndərir və qəbul edir.
Makao
Makau və ya Makao (çin. 澳门) rəsmi olaraq Çin Xalq Respublikasının Makau Xüsusi İnzibati Bölgəsi (MXİB), Çinin Cənubi Çin dənizi ilə Mirvari çayı deltasının qərb hissəsində yerləşən bir şəhər və xüsusi inzibati bölgədir. Təxminən 680,000 əhalisi və 32.9 kvadrat kilometr (12.7 kvadrat mil) sahəsi ilə dünyanın ən sıx məskunlaşıldığı bölgəsidir. Keçmiş Portuqaliya imperiyası koloniyası olan Portuqaliya Makau ərazisi ilk dəfə 1557-ci ildə Min sülaləsi tərəfindən ticarət məntəqəsi kimi Portuqaliyaya icarəyə verilmişdir. Portuqaliya illik icarə haqqı ödədi və 1887-ci ilə qədər ərazini Çinin suverenliyi altında idarə etdi. Daha sonra Portuqaliya Çin-Portuqaliya Pekin Müqaviləsi əsasında əbədi müstəmləkə hüquqlarını aldı. Koloniya 1999-cu ilə qədər Çinə təhvil verilənə qədər Portuqaliya hakimiyyəti altında qaldı. Makau "bir ölkə, iki sistem" prinsipi altında materik Çindən ayrı-ayrı hökumət və iqtisadiyyat sistemlərini qoruyan Çinin xüsusi inzibati regionlarındandır. Şəhərin tarixi mərkəzində Portuqaliya və Çin memarlığının unikal birləşməsi onun 2005-ci ildə UNESCO Ümumdünya İrsi siyahısına daxil edilməsinə səbəb oldu. == Adın etimologiyası == Makao XVI əsrin ortalarında hələ Portuqaliya müstəmləkəsi olmamışdan öncə Jinghai (鏡海, "Güzgü dəniz") və ya Haojing (濠鏡, "Stridiya güzgüsü") adlandırılırdı.
Milad
Milad bayramı (ivr. ‏חג המולד‏‎, yun. Χριστούγεννα, ing. Christmas, rus. Рождество Христово) — hər il İsanın doğulmasının qeyd edilməsi üçün, əsasən 25 dekabrda keçirilən, geniş mədəni ənənələri olan və bütün dünyada həm də qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilən bayram. Xristian təqviminin mərkəzində dayanan bu bayram advent və ya milad orucu ilə başlayır və Milad mövsümünü başladır ki, bu da Qərbdə on iki gün davam etməklə On ikinci gecə ayinləri ilə tamamlanır. Müasir dövrdə Milad bir çox ölkələrdə ümummilli bayram səviyyəsində qeyd olunur, həmçinin, bir çox qeyri-xristian xalqlar da bu bayramı qeyd edirlər.Baxmayaraq ki, müasir tarixçilər İsanın doğulması hadisəsinin e.ə. 7 və ya 2-ci illər arasında baş verdiyini deyirlər, bu hadisənin ay və gün tarixi dəqiq bilinmir. Onun doğulması haqqında dörd Kanonik İncildən yalnız ikisində məlumat verilir. IV əsrin əvvəllərində Qərb Kilsələri Miladı 25 dekabrda qeyd etməyə başladılar, daha sonra isə bu təqvim Şərq kilsələri tərəfindən də qəbul edildi, lakin bəzi Şərq kilsələri Miladı Yuli təqvimi ilə 25 dekabrda qeyd edirlər, ki, müasir Qriqori təqvimi ilə bu tarix yanvar ayına təsadüf edir.
David Rikardo
David Rikardo (ing. David Ricardo; 18 aprel 1772[…], London – 11 sentyabr 1823[…], Qlosterşir[d]) — ingilis iqtisadçısı. == Həyatı == David Rikardo Londonda Hollandiyadan köçən ispan mənşəli yəhudi olan iri birja işbazının ailəsində dünyaya gəlmişdir. Onun heç bir universitet təhsili olmamışdır, lakin öz-özünə yaxşı təhsil alaraq gənc(14 yaşından) yaşlarından bizneslə, fond birjasında alış-veriş işləriylə məşğul olmuşdur. O, tez bir vaxtda varlı iri bir torpaq mülkiyyətçisi olmuşdur. Lakin buna baxmayaraq o, iri torpaq mülkiyyətçilərinin deyil,iri burjuaziyanın mənafeyini müdafiə etmişdir. Rikardo iqtisad elminin metodologiyasına da mühüm töhfələr vermişdir. Hər şeydən əvvəl o, iqtisad elminin texnikasını icad etmiş, ilk dəfə olaraq "model" məhfumunu və müqayisəli təhlil metodunu iqtisadiyyata tətbiq etmişdir. == Əsərləri == İngiltərədə klassik iqtisad elmi özünün yüksək ifadısini Rikardonun əsərində tapmasına və iqtisad elminin tarixində ona daha çox istinad edilməsinə baxmayaraq çox cəhətdən mübahisə edilən iqtisadçılardan biridir. Onun yalnız "Siyasi iqtisadın və vergiqoymanın əsasları" (1817) adlı əsəri olmuşdur.
Fikayo Tomori
Oluvafikayomi Oluvadamilola "Fikayo" Tomori (19 dekabr 1997, Kalqari, Alberta) — İngiltərəli peşəkar futbolçu. İtaliyanın Milan klubunda və İngiltərə milli futbol komandasında çıxış edir. == Klub karyerası == === Çelsi FK === Tomori Çelsi FK komandasına 8 yaşı olarkən qoşulub və Çelsinin Akademiya sistemi vasitəsilə əsl futbolçuya çevrilib. O, 2015 və 2016-cı illərdə Çelsi klubu ilə həm UEFA Gənclər Liqasında, həm də Əvəzedici Heyətlərin Gənclər Çempionatında geri çəkilməyərək birinci yeri qazanıb. Bununla da Tomori Çelsinin bir parçası olduğunu sübut edib. 11 may 2016-cı ildə Tomori Çelsi FK klubu ilə Liverpul FK klubu arasındakı görüşdə ehtiyat skamyasında akademiyanın əməkdar futbolçuları olan Temi Abraham və Keysi Palmer ilə birlikdə əyləşmişdirlər. Oyun isə 1–1 hesabı ilə başa çatmışdır, lakin Tomori Enfilddəki oyunda meydana çıxa bilmədi. 15 may 2016-cı ildə Tomori Premyer Liqanın son oyununda Çelsi ilə Liqanın çempionu Lester Siti FK arasındakı oyunda debüt etmişdir. Tomori oyunda Branislav İvanoviçi 60 dəqiqə əvəz etmişdir. Oyun isə 1–1 hesabı ilə başa çatmışdır.
Karlos Maçado
Karlos Maçado (18 iyun 1980) — İspaniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Karlos Maçado İspaniyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Mikael Appelgren
Mikael Appelgren (15 oktyabr 1961) — İsveçi təmsil edən stolüstü tennisçi. == Karyerası == Mikael Appelgren İsveçi 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 5-ci pillənin sahibi olub. Daha sonra Mikael Appelgren İsveçi 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub.
Mikael Arutyunyan
Mikael Harutyuni Arutyunyan (erm. Միքաել Հարությունի Հարությունյան; 10 fevral 1946, Saqiyan, Şamaxı rayonu) — Ermənistanın müdafiə naziri (2007–2008). O, Rusiyada yaşayır və ikili vətəndaşlıq (Rusiya vətəndaşı) daşıyır.
Mikael Arzumanyan
Mikael Arzumanyan (erm. Միքայել Ալբերտի Արզումանյան; 12 iyul 1973, Stepanakert) — Qondarma Dağlıq Qarabağ Respublikasının müdafiə naziri və general-leytenantı, Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusunun komandiri.
Mikael Nalbandyan
Mikael Nalbandyan (erm. Միքայել Նալբանդյան; 2 (14) noyabr 1829, Naxçıvan-na-Donu, Don Voysko vilayəti[d], Rusiya imperiyası – 31 mart (12 aprel) 1866) — erməni yazıçısı, XIX əsr erməni ədəbiyyatının görkəmli nümayəndəsi. Ermənistanın rəsmi himninin, "Mer Haryenik"in (Ana Vətənimiz) sözlərinin müəllifi. == Həyatı və fəaliyyəti == Mikael Nalbandyan Rusiya İmperiyasında, sənətkar ailəsində anadan olmuşdu. Təhsilinin böyük hissəsini öz hesabına, öz üzərində çalışaraq almışdır. İlk əvvəl ruhaniliklə maraqlansa da, tezliklə bundan əl çəkərək Moskva Universitetində qısa müddətli tibbi təhsil almışdır. Bundan sonra o, 1859–1861-ci illərdə "Kolokol" və "Sovremennik" jurnallarında inqilabçı-demokrat mövqeyində çıxış etmişdir. Xaçatur Abovyanın qaldırdığı məsələlərə XIX əsrin 50–60-cı illərinin tələbləri səviyyəsindən yanaşan, istiqamət verən Mikael Nalbandyan olmuşdur. O, erməni ictimai fikrinə böyük yeniliklər gətirmişdir. M. Nalbandyan bildirirdi ki, "insan azadlıq üçün yaradılmışdır".
Mikael Tarıverdiyev
Mikael Tariverdiyev (erm. Միքայել Լեոնի Թարիվերդիև; 15 avqust 1931[…], Tiflis – 25 iyul 1996, Soçi, Krasnodar diyarı) — erməni əsilli sovet bəstəkarı. RSFSR xalq artisti (1986).
Mikael Çikatuyev
Mikael Çikatuyev (3 may 1938 – 21 mart 2014) — Qaraçay-Çərkəz Respublikası xalq şairi, SSRİ Yazıçılar İttifaqının üzvü (1962). == Bioqrafiyası == 1944-cü ildə Maloabazinski məktəbinin birinci sinfinə gedir, lakin orada cəmi iki il oxuyur. 1946-cı ildə ailəsi ilə birlikdə Elburqana, 1950-ci ildə isə İnjiç-Çukuna köçür. 1952-ci ildə yeddiillik məktəbi tərifnamə ilə bitirdikdən sonra Xabez rayon komsomol komitəsi istiqamətində rayon milli internat məktəbinə daxil olur. Məktəbi bitirdikdən sonra Stavropol Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsinə daxil olmu. Birinci kursu bitirdikdən sonra sənədlərini M. Qorki adına Ədəbiyyat İnstitutuna verir və müsabiqədən uğurla keçərək onun tələbəsi olur. O, məşhur şair Vladimir Luqovskidən, sonra isə V.D.Zaxarçenkodan dərs alır. Mikael Çikatuyev Qaraçay-Çərkəzdən Ədəbiyyat İnstitutunun ilk tələbəsi və məzunu olur. 1961-ci ildə Ədəbiyyat İnstitutunu bitirmiş, bir il Qaraçay Pedaqoji İnstitutunda müəllimlik etmiş, SSRİ Yazıçılar İttifaqına qəbul olunduqdan sonra 1962-ci ildə respublika qəzetinin redaksiyasına keçmişdir. 1964-cü ildən rayon kitab nəşriyyatında redaktor, rayon yazılar təşkilatı məsul katibinin müavini, ədəbi məsləhətçi, sonra yenidən nəşriyyatda, elmi-tədqiqat institutunda işləyir.
Mikael İshak
Mikael İshak (isv. Mikael Ishak) — İsveç futbolçusu, Futbol üzrə Polşa çempionatında çıxış edən "Lex Poznan" FK və İsveç milli futbol komandasının hücumçusu . O, 2015-ci ildən İsveç millisinin heyətində dörd oyun keçirmiş və bir qol vurmuşdur. == Klub karyerası == === Erkən illəri === Mikael İshakın valideynləri əslən Suriyadandır. O, İsveçin Södertelye şəhərində anadan olmuşdur. İshak peşəkar karyerasına "Assiriska" FK-da başlamış, 2010-cu ildə əsas komandada çıxış etməyə başlamışdır. === Köln === İshak 2011-ci ilin dekabrında Almaniya Bundesliqasında çıxış edən "Köln" klubu ilə müqavilə imzalamışdır. O, 21 yanvar 2012-ci ildə komandada debüt etmiş, "Volfsburq"la səfərdə 0:1 hesablı məğlubiyyə yaşamışdır. Kölndəki ilk ayında daha çox əvəzedici kimi çıxış etmiş, 18 martda hücumçu Lukas Podolskinin cəzalandırılmasından sonra "Hannover 96" ilə keçirilən, 1:4 hesablı məğlubiyyətlə nəticələnən səfər oyununda ilk 11-likdə meydana çıxmışdır. === Parma === İshak 5 avqust 2013-cü ildə dörd illik müqavilə əsasında İtaliya A Seriyasının "Parma" klubuna transfer olunmuşdur.
Mikale döyüşü
Mikale döyüşü — e.ə. 479-cu ildə baş Priena şəhəri yaxınlığındakı Mikale burnunda baş verən Yunan-İran müharibələrinin döyüşlərindən biri. Mikale döyüşündə, fars ordusu sarsıdıcı məğlubiyyətə uğradı. Spartalı kralı II Leotxid və afinalı Ksantippin rəhbərliyi altında düşmən ordusu tamamilə məhv edildi. == Ədəbiyyat == Баррон Дж. П. Освобождение Греции // Кембриджская история древнего мира. — М., 2011. — Т. IV: Персия, Греция и Западное Средиземноморье ок. 525—479 гг. до н.
Mikito Taçizaki
Mikito Taçizaki (17 may 1988) — Yaponiyalı biatlonçu. Mikito Taçizaki Yaponiyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Mikito Taçizaki birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Taçizaki 27:27.1 saniyəlik nəticəsi ilə 87 atlet arasında 84-cü yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Miladi tarix
Miladi tarix (lat. Anno Domini) — İsa Məsihin doğumunun yeni eranın başlanğıcı kimi qəbul edilməsi və həmin tarixin il hesablanması üçün başlanğıc nöqtəsi götürülməsinə əsaslanan anlayış. Qriqorian təqvimi (Ay təqvimi)nə əsasən bəşəriyyət tarixi eramızdan əvvələ və bizim eraya bölünür. Bu hesablamada sıfırıncı il yoxdur. Belə ki, eramızdan əvvəl 1-ci ildən sonra eramızın 1-ci ili gəlir. Bu il hesablama sistemi eramızın VI əsrində kilsə xadimi İqumen Kiçik Dionisi tərəfindən müəyyənləşdirilmiş İsa Məsihin doğum tarixinə əsaslanır. Lakin hazırda onun hesablamalarının səhv olduğu güman edilir. Belə ki, İsanın eramızdan əvvəl 4-cü ildən (Böyük İrodun vəfat ili) sonra doğulmuş olması mümkün sayılmır. İsa peyğəmbərin doğulması ilə milad təqvimi başlayır.