Makao qülləsi
Makao qülləsi ( çin. 澳門旅遊塔會展娛樂中心 娛樂 旅遊 塔 會展 娛樂 中心 , port. Torre de Macau Torre de Macau , port. Centro de Convenções e Entretenimento da Torre de Macau; tam adı:port. Centro de Convenções e Entretenimento da Torre de Macau Centro de Convenções e Entretenimento de Torre de Macau ), Makao şəhərində turistlərin böyük marağını cəlb edən yüksək səviyyəli tikili teleqüllə, rabitə qovşağı kafe ,3D kino və pərakəndə satış məntəqəsi kimi istifadə olunur. . 338 metr hündürlüyündə olan teleqüllə Makao şəhərində ən yüksək binadır və Çində 18-ci yerdədir,dünyanın ən yüksək televiziya qüllələri siyahısında 19-cu yer tutur.
== Təsvir ==
Qüllə yüksək sürətli liftlərlə təchiz olunmuşdur: onların maksimal sürəti dəqiqədə 540 metr (32.4 km / saat, 0-dan 235 metrədək yüksəlmək 40 saniyəyə bərabərdir) . .n Skywalk X sistemi qonaqları xüsusi ilə cəlb edir,qüllə xarici gəzinti platformasına , eləcə də dünyanın ən yüksək tulanma platformasına (qiymət 150 400 dollar jumps) malikdir . 235 metr hündürlükdə və 734 m² sahəsi olan bir görüntü platformasından 55 km-ə yaxın radius mənzərə açılır.Bu platformanın 2 bölməsi var ki,biri açıq-şüşə mənzərəli,digəri isə saat əqrəbinin əksi istiqamətində hərəkət etmə xüsusiyyətlərinə malikdir. . Polad şpinelin hündürlüyü 90 metrdir.