Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Günaydın, mələyim! (film, 2008)
== Məzmun == Filmin əsas ideyası Qarabağ döyüşlərindən və onun ağır nəticələrindən bəhs olunmasıdır. Çox psixoloji bir süjet üzərində qurulan film şəxsi insanların taleyindən bəhs etsə də, burada insanın ən ali xüsusiyyətləri ön plana çəkilir və onun cəmiyyətdə Tanrı tərəfindən bəxş edilən mənəvi dəyərlərin insan həyatındakı rolu qabardılır. Filmdə Mədinə adlı bir qızın həyatından, məhəbbətindən danışılır. Onun həyat yoldaşı Qarabağda şəhid olur. Ancaq Mədinə, heç vaxt onu unuda bilmir. Baxmayaraq ki, onunla evlənmək istəyənlər çox olur, gözəl cəlbedici qadın olur, yenə də həyat yoldaşının, sevdiyi idealının fikri ilə yaşayır. Filmdə Mədinənin təkbaşına çırpınaraq yaşadığı keşməkeşli həyatdan, tənhalıq içərisində keçirdiyi iztirablardan, ədalətsizliklərdən bəhs olunur. Gənc qadın keçdiyi çətin yolda üzüağ çıxmağa çalışır və sonda tutunmağa, yaşamağa ümid yeri tapır. == Film haqqında == Film aktrisa Bəsti Cəfərovanın böyük kinoda ilk böyük işidir. Film istehsalata 2006-cı ilin sonlarında buraxılmışdır.
Iris milesii
Iris milesii (lat. Iris milesii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Mülayim Erdem
Mülayim Erdem (d. 10 yanvar 1987, Zeytinburnu) — türkiyəli futbolçu, yarımmüdafiədə oynayır. == Karyera == === Klub karyerası === Arif Erdemin qardaşı oğlu olaraq Qalatasaray infrastrukturunda futbol oynamağa başladı, burada peşəkar oldu və A komandası ilə məşqlərə başladı. Qalatasaray infrastrukturunda Arda Turan, Uğur Uçar, Ferhat Öztorun, Aydın Yılmaz və Mehmet Güven kimi futbolçularla eyni yaşda olan komandalarda çıxış edib. 20 mart 2004-cü ildə "Qalatasaray"da ilk rəsmi matçına çıxıb, Super Liqanın "Çaykur Rizəspor" la oynadığı matçın 46-cı dəqiqəsində Florin Bratunu əvəzləyib, daha sonra oyuna daxil olub. Bundan başqa, o, müntəzəm olaraq gənclərdən ibarət milli komandaların müxtəlif rütbələrində çıxış etsə də, Qalatasarayda şans tapmadı və nəticədə Qalatasaray infrastrukturunda keçmiş məşqçisi Abdullah Avcının komandası İstanbul Böyükşəhər Belediyespora 2006–07 mövsümündə icarəyə verildi. Daha sonra Orduspor və Qaziantep Böyükşəhər Belediyespora bir mövsümlük icarəyə verilib. 1 yanvar 2009-cu ildə "Qaziantep BB" ilə müqaviləsini pozaraq "Qalatasaray"a qayıdıb. Mövsümün sonunda "Qalatasaray"la müqaviləsinə qarşılıqlı xitam verildi və nəticədə sərbəst buraxıldı. Bundan sonra "Yalovaspor" razılaşıb və o, 2009–2010-cu il mövsümündən "Yalovaspor"da çıxış edir.
Mülayim enliklərin iqlimi
Mülayim enliklərdə radiasiya şəraitlərində fəsillər üzrə böyük fərq müşahidə edilir. Yayda səth örtüyünün radiasiya balansı bir qədər böyükdür və buludluluq az olan rayonlarda tropik enliklərdə olan şəraitə yaxınlaşır, qışda o, materiklərdə mənfidir. Mülayim enliklər həmçinin qütb və arktik cəbhələrdəki intensiv tsiklonik fəaliyyət sahəsidir. Odur ki, burada hava rejimi çox dəyişkəndir. Həm qütb, həm də subtropik enliklərdən hava axınları tez-tez daxil olur və nəticədə temperatur kəskin dəyişir. Şimal yarımkürəsində materik və okeanların kəskin dəniz və kontinental iqlimdən ibarət olması səbəbindən sirkulyasiya şəraitlərində böyük müxtəliflik mövcuddur. Cənub yarımkürəsində okeanların üstünlüyü nəticəsində mülayim enliklərdə kontinental iqlim tipi praktiki olaraq yoxdur. Materiklərin qərb və şərq kənarlarının mülayim enliklərində əhəmiyyətli dərəcədə iqlim fərqi mövcuddur. Qərb sahillərinin iqlimi dəniz hava kütlələrinin üstünlüyünün təsiri altında olduqlarından dənizdən kontinentala keçiddir. Odur ki, tez-tez onu sadəcə olaraq dəniz iqlimi adlandırırlar.
Müqəddəs Mixeyil kilsəsi
Müqəddəs Mixeyil kilsəsi — Qaxın Meşəbaş kəndində yerləşən pravoslav kilsəsi. == Tarixi == Müqəddəs Mixeyil ingiloy kilsəsi Qaxın Meşəbaş kəndində yerləşir. Kilsə 1892-1894-cü illərdə Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyəti tərəfindən maliyyələşdirilərək inşa edilib. Kilsənin sahəsi 0.03 hektardır. 1992-1993-cü illərdə yenidən təmir olunub. Kilsə Mədəniyyət Nazirliyi tərəfindən dini-tarixi abidə kimi qorunur. Kilsə binasının vəziyyətini orta qiymətləndirilir.
Şükriyyə taleyim (roman)
Şükriyyə taleyim — Ülviyyə Tahirin Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Cavad (Axundzadə) barədə tarixi romanı. Romanın adı Əhməd Cavadın güllələnməsindən sonra Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsinə sürgün edilən həyat yoldaşı Şükriyyə xanıma hələ sağlığında həsr etdiyi şeirindəki "Şükriyyə taleyim" sözlərindən götürülüb. == Məzmun == Kim ki Vətən-millət dedi, kim ki Azərbaycan dedi, yurdundan-yuvasından didərgin düşdü, güllələndi, sürgün olundu, mühacirətə üz tutdu. Bu şəxslər son nəfəslərinə qədər Azərbaycan naminə, onun istiqlaliyyəti üçün mübarizə apardılar, çalışıb-vuruşdular. Bir çox Vətən sevdalısını qara kölgəsi altına alan məşum 1937-ci ilin bir gecəsi Əhməd Cavad və Şükriyyənin də qapısı döyüldü. İztirablı günlər başladı... Cavada qarşı ağır ittihamlarla kifayətlənmədilər, onun ömür-gün yoldaşı Şükriyyə də həbs olundu, təzyiqlərə məruz qaldı. Bir gün onun qarşısına sənəd qoyuldu, “imzala, canını qurtar”, – dedilər. O isə Azərbaycan qadını adına sədaqət yolunu seçdi. Dörd övladından ayrı və onlardan xəbərsiz, tək-tənha halda dəhşətli ALJİR düşərgəsinə sürgün olundu.
Miley Cyrus
Mayli Rey Sayrus (ing. Miley Ray Cyrus; doğum adı: Destini Houp Sayrus (ing. Destiny Hope Cyrus); 23 noyabr 1992[…], Neşvill) — amerikan aktrisa, müğənni, bəstəkar və model. Sayrus bir Disney serialı olan Hanna Montanadakı Mayli Stüart/Hanna Montana roluyla tanınır. Qızıl Qlobus mükafatına namizəd göstərilmişdir. 2012-ci ildə aktyor Liam Hemsvort ilə nişanlanıb. Ancaq sonra müxtəlif səbəblərlə ayrılıblar.Billi Rey Sayrusun qızıdır. Kristofer Kosi və Treys (Los-Ancelesdəki Metro Station adlı elektro rok qrupunun solisti və gitaristi) adlarında iki ögey qardaşı vardır. Həmçinin Brendi adında bir ögey bacısı, Breyson adında bir qardaşı və Noah adında Mayli kimi aktrisa olan bir bacısı vardır. Ana və atası onun yaxşı bir gələcəyi olacağını düşünərək ona Destini Houp (ing.
Mülayim enliklərin musson iqlimi
Mülayim iqlimlərin musson tipi- Alisovun bölgüsünə əsasən bu iqlim tipi ayrılmış və Şərqi Asiyada yayılmışdır. Rusiya ərazisində Sakit okean sahili əraziləri, Kanadanın sahilləri və Argentina üçün xarakterikdir. == Şimal yarımkürəsi == Şərqi Asiyada bu iqlim tipi mussondur. Belə ki, mülayim enliklərin musson iqlim tipi subtropik və tropik mussonların davamı olub şimali Kamçatkaya qədər davam edir. Beləliklə, Primorsk əyalətində, Kamçatkanın və Yaponiyanın şimalında və Çinin şimal-şərqində yayılmışdır. Qışda materikin şərq qurtaracaqları Asiya antisiklonunun təsirinə məruz qalır, az buludlu və az yağışlı dövr müşahidə edilir. Yayda isə siklonların təsiri ilə ərazidə yağıntıların miqdarı xeyli artır. Xabarski əyalətində iyul ayının orta temperaturu +22 °C, yanvar ayının orta temperaturu isə −20 °C, orta illik yağıntıların miqdarı isə 684 mm olur. Yalnız oktyabr-mart aylarında 74 mm yağıntı düşür. Qış yaydan az yağıntılı olur.
Kələm milçəyi
Kələm milçəyi (lat. Hylemyia brassicae) — Buğumayaqlılar tipinin İkiqanadlılar dəstəsinin Əsl milçəklər fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Şəffaf qanadlı, nisbətən orta ölçülü milçəklərdir. == Həyat tərzi == Zərərverici pup mərhələsində torpağın 10-15 sm dərinliyində qışlayır. Yazda torpağın 10-15 sm dərinliyində qışlayır. Yazda torpağın qızması ilə laqədar 12-14 °C temperaturda qışlama yerlərindən çıxırlar. Qışlama yerlərində çıxış müddəti kələm bitkisinin vegetasiya dövrünə düşür. Qışlamadan çıxan milçəklər qidalanmaq üçün nektarlı bitkilərin üzərinə qonur və həmin bitkilərin çiçək tozcuqları və şirəsi ilə qidalanırlar. Bir neçə gün (2-3) qidalandıqdan sonra cütləşməyə başlayırlar. Cütləşmədən 8-10 gün sonra dişilər yumurta qoymağa başlayırlar.
Meyvə milçəyi
Meyvə milçəkləri - Goniurellia tridens növündən olub, qanadlarında qarışqalara oxşayan fiqurlar var. Qarışqalarla meyvə milçəkləri demək olar ki ortaq ovçuları bölüşürlər. Ovçular milçəyə yaxınlaşanda, bu qanadları sürətli şəkildə çırparaq ətrafında bir çox qarışqa varmış kimi bir təəssürat yaradır. Bu, ovçuların başını qarışdırır və bir neçə saniyəliyinə də olsa meyvə milçəyinin qaça bilməsi üçün şərait yaradır. Meyvə milçəklərinin qanadlarında müxtəlif ləkələr görmək mümkündür. Bu vəziyyət, meyvə milçəklərinin əcdadlarında da böyük ehtimalla olmuşdur. Amma elmə məlum olan təxminən 5.000 meyvə milçəyi növündən yalnız 36'sında bu ləkələr qarışqaları xatırladır. Digərlərinin çoxunun qanadları ləkəsiz və ya şəffaf görünüşdə qarşımıza çıxır. Bu səbəbdən ləkəli qanadlılıq, təkamül müddəti içərisində sonradan əldə edilmiş bir xüsusiyyətdir. Təməl olaraq ləkəli qanadlara sahib olmaq kamuflyaj bənzəri üstünlük təmin edə bilər.
Otaq milçəyi
Otaq milçəyi (lat. Musca domestica) — əsl milçəklər fəsiləsinə aid cücü növü. Geniş yayılmış sinantrop orqanizm olan bu növə təbiətdə vəhşi halda demək olar ki, rast gəlinmir. Əsasən gündüz həyatı keçirir. Otaq milçəyinin vətəni Mərkəzi Asiya çölləri olsa da, hazırda bütün qitə və təbii zonalarda insanların məskunlaşdığı kənd və şəhərlərində yayılıb.
Soğan milçəyi
Soğan milçəyi (lat. Delia antiqua) — buğumayaqlılar tipinin ikiqanadlılar dəstəsinin çiçək milçəkləri və ya gülçülər fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Rəngi bozdur, kürəyində yaşıl ləkə vardır. Uzunluğu 5–7mm-dir. Yumurtası uzunsovdur, 1–1.1 mm-dir. Sürfəsi ayaqsızdır, ağ rənglidir, başı yoxdur, onu bir cüt kəlbətinvari çənə əvəz edir. Uzunluğu 10 mm-ə çatır. == Həyat tərzi == Qışlamadan çıxan dişi fərdlərin cinsiyyət məhsulları əksər hallarda hzır olur. Buna görədə az müddətdən sonra yumurta qoymağa başlayır. Yumurta topa halında, bir cərgədə qoyulur.
Yemiş milçəyi
Yemiş milçəyi (lat. Myiopardalis pardalina) — Buğumayaqlılar tipinin İkiqanadlılar dəstəsinin əlvanqanadlılar fəsiləsinə aid bir növ. == Ümumi xassələri == Yetkin milçəklər sarı rənglidir və kürək hissəsində parlaq qara ləkələr var. Qanadları üzərindən üç sarı zolaq gedir. Uzunluğu 5,5–6,5 mm-dir. Yumurtası uzunsov və parlaq olub, süd rəngindədir. Böyüklüyü 1 mm-dir. Sürfəsi ağ rəngli olub, ayaqsızdır, uzunluğu 10 mm-dir. Yalançı baramaları sarı-qonur rəngli olub, uzunluğu 7–8 mm-dir. == Həyat tərzi == Dişi milçəklər pupdan uçduqdan 5 gün sonra yumurta qoymağa başlayır.
Yerkökü milçəyi
Chamaepsila rosae (lat. Chamaepsila rosae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin i̇kiqanadlılar dəstəsinin psilidae fəsiləsinin chamaepsila cinsinə aid heyvan növü. == Xarici quruluşu == Yetkin milçək parlaq qara rəngdə olmaqla, yaşıla çalır. Başı girdədir, sarı-qırmızı rəngdədir, tükcüklərlə örtülmüşdür. Əmgəkdə qara ləkə vardır. Uzunluğu 4–5 mm-dir, qanadları açılmış halda 8 mm-dir. Yumurtası ağ süd rəngdə olub, oval şəkillidir. Uzunluğu 0,6 mm, eni 0,2 mm-dir. Sürfəsi solğun sarımtıl rəngdədir. Arxa kənarları girdədir.
Xəzərim mənim, taleyim mənim (film, 1991)
== Məzmun == Kinolentdə Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində qarşıya çıxan problemlər haqqında bəhs olunur. == Film haqqında == Film Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sifarişi ilə çəkilmişdir.
Alita: Döyüş mələyi
Alita: Döyüş mələyi (ing. Alita: Battle Angel; yap. アリータ: バトル・エンジェル) – Yukito Kişironun "Battle Angel Alita" manqa seriyası əsasında çəkilmiş 2019-cu il istehsalı ABŞ kiberpank və macəra filmi. Ceyms Kemeron və Con Landaunun prodüserliyi, Robert Rodrigesin rejissorluğu, Kemeron və Laeta Kaloqridisin ssenaristliyi ilə çəkilən filmin 14 fevral 2019-cu ildə ekranlaşdırılması planlaşdırılır. Buraxılış və istehsal tarixi Kemeronun "Avatar" sikvelləri üzərindəki işlərinə görə daim ertələnmişdir. Filmin baş rollarında Roza Salazar, Kristof Valts, Cennifer Konnelli, Maherşala Ali, Ed Skreyn, Ceki Erl Heyli və Kian Conson çıxış edirlər. "Alita: Battle Angel"-da Dison İdo adlı kibertibb mütəxəssisi tərəfindən tapılan Alita adlı yaddaşını itirmiş kiborq qız əslində kim olduğunu kəşf etməyə çalışır. == Məzmun == Ceyms Kemeron Yukito Kişironun orijinal manqasının əsas hekayəsi və ilk 4 cildi əsasında filmi çəkməyi planlaşdırdığını bildirmişdir. O, xüsusilə 3-cü və 4-cü cildlərdə vacib yer tutan uydurma motorbol idman növünün filmə daxil edilməsini istəyir. == Rollarda == Roza Salazar Alita rolunda: əsas kiborq qəhrəman.
Mələyin öpüşü (film, 2017)
Mələyin öpüşü — rejissor Əsgər Əli Hacızadə tərəfindən 2017-cı ildə çəkilən dram janrlı tammetrajlı bədii film. == Məzmun == Ekran əsəri atası ucbatından ərköyün, özündən razı böyüyən Elxan və həyat çətinlikləri ilə mübarizə aparan Cahan haqqındadır. Cahan xəstə atasına baxmaq üçün, iş axtaran cavan bir qızdır. Axırıncı dayənin bezib getməsindən gileylənən ana Tamilla xanım öz oğluna xəstə baxıcısı axtardığına görə Cahana iş təklifi edir. Məşhur iş adamının oğlu – Elxanın bir il əvvəl avtomobil qəzası nəticəsində iflic olaraq, əlil arabasına məhkum olduğunu və danışma qabiliyyətini belə itirdiyini öyrənən Cahan tərəddüdsüz bir səkildə işi qəbul etsə də başına gələcəklərdən xəbərsizdir. Əvvəldə ikili arasında münasibətlər gərgin başlasa da, zaman keçdikcə bir-birilərinə qarşı duyğuları dəyişir... == Film haqqında == Film Fuad Poladovun kinoda son işidir.
Biləyi açan dirsək əzələsi
== Həmçinin bax ==
Biləyi bükən dirsək əzələsi
== Həmçinin bax ==
Qaranlıq mələyi (film, 1925)
Qaranlıq mələyi (ing. Dark Angel) – 1925-ci ildə çəkilən ABŞ filmidir. Bu film İtirilən filmlər siyahısına daxildir. Filmin süjeti Birinci dünya müharibəsi illərində baş verir.
Qaranlıq mələyi (film, 1935)
Qaranlıq mələyi (ing. Dark Angel) – 1935-ci ildə çəkilən ABŞ filmidir. == Mükafat və nominasiyalar == === Nominasiya === 1936 – Ən yaxşı qadın ifaçısı 1936 – Ən yaxşı səs === Mükafat === 1936 – Oskar:Ən yaxşı rəssam işi == İstinadlar == == Xarici keçidlər == Qaranlıq mələyi — Internet Movie Database saytında.
Qaranlıq mələyi (film, 1990)
Qaranlıq mələyi (ing. Dark Angel) — 1990-cı ildə ABŞ-də çəkilən fantastik filmlərdən biridir. Bu adda əvvəl çəkilən (1925 və 1935) filmlərdən fərqləndirmək üçün filmə "Mən sülhlə gəlmişəm" (ing. I Come İn Peace) adı verilmişdir. Lakin bu film "Qaranlıq mələyi" (ing. Dark Angel) və "Qara mələk" (ing. Black Angel) adları ilə də tanınır. Filmin distribütori Triumph Films kinokompaniyasıdır.Film Texas ştatının Hyuston şəhərində çəkilmişdir. Filmin rejissoru Kreyq R. Bekslidir. Filmdə Dolf Lundqren, Mattias Hyuz, Brayan Benben, Betsi Brentli, Cey Bilas və Kevin Peyc kimi aktyorlar iştirak edir.
Qaranlıq mələyi (musiqi qrupu)
Dark Angel (azərb. Qaranlıq mələyi‎) — 1981-1992 və 2002-2005-ci illərdə mövcud olmuş ABŞ musiqi qrupudur. "Dark Angel" musiqi qrupu 2013-cü ildə yenidən formalaşmışdı. == Yaranma == "Dark Angel" musiqi qrupu 1981-ci ildə Kaliforniya ştatının Los Anceles Sahəsinə məxsus Dauni şəhərində formalaşmışdı. Musiqi heyətinin tərkibinə Cim Durkin (ing. Jim Durkin), Don Doti (ing. Don Doty) və Rob Yan (ing. Rob Yahn) daxil idi. Bu qrupun 1985-ci ildə "We Have Arrived" adlı albomu işıq üzü görür. Albomun treklərinin stilləri hevi-metal və spid-metal janrlarına bənzəyirdi.
Qaranlıq mələyi (teleserial, 2000)
Qaranlıq mələyi (ing. Dark Angel) – ABŞ tərəfindən 2000-2002-ci illərdə çəkilən elmi-fantastik janrlı teleserialdır. Teleserialın ideyası Ceyms Kemeron və Çarlz H. İqliyə məxsusdur. İlk dəfə olaraq 3 oktyabr 2000 tarixində ABŞ-nin "FOX" kanalında göstərilmişdir. == Məzmun == Terrorçular tərəfindən hazırlanmış Elektromaqnit impuls 2009-cu ildə ABŞ-ni üçüncü dünyaya çevirmişdi. Maks Qevara 11 dostu ilə birlikdə "Mantikora" orqanizasiyasından qaçır. Bu orqanizasiyanın laboratoriyasında inanılmaz gücündə olan əsgərlər hazırlayır. Dostlar buradan qaçan müxtəlif istiqamətlərə qaçırlar. Bu səbəbdən Maks müxtəlif vasitələrdən istifadə edərək onların axtarışına çıxır. Loqan adında bir şəxs onunla müqavilə bağlayır: Maks ona cinayətkar dünyanı tutmaqda kömək edəcək, əvəzində isə Loqan ona dostlarını tapmaqda kömək edəcək...
Qisas mələyi (film, 1995)
Qisas mələyi (ing. The Avenging Angel) — 1995-ci ildə istehsal olunmuş ABŞ filmidir. Filmin rejissoru Kreyq R. Bekslidir. Film 1996-cı ildə "The Spur Award" mükafatını qazanmışdır. == Məzmun == Mormonlar din davamçılarına qarşı birlik təşkil olunur. İnsanlar yeni həyata başlamaq istəyirlər. Bu səbəbdən onların başçılarını öldürməyə hazırlaşırlar. Lakin bir nəfər onun tərəfini saxlayır. Həmin insanın adı "Qisas mələyi" ləqəbli Maylz olur. "Qisas mələyi" ləqəbli insanlar Mormonların muzdlu qatillərinə deyilirdi.
Qışı quru keçən mülayim-isti iqlim (iqlim tipləri)
Qışı quru keçən mülayim-isti iqlim — Böyük Qafqazın cənub yamaclarının alçaqdağlıq və ortadağlıq zonalarında 400 - 1000 m hündürlüklərdə, (Qanıx -Əyriçay vadisində 200 - 500 m), Kiçik Qafqazın şimal və şərq yamaclarında dəniz səviyyəsindən 400 - 1500 m hündürlükdə yayılmışdır. O, az və mülayim rütubətlənmə (illik yağıntının miqdarı mümkün buxarlanmanın 50-100% - ni təşkil edir), yumşaq, az yağıntılı qış və mülayim - isti yayı ilə fərqlənir. 10º- dən yuxarı temperatur cəmi əsasən 3000º- dən 4000º- yə qədər olur. Dənli bitkilərin becərilməsi, bağçılıq, üzümçülük, həmçinin ortadağlıq zonada kurortların və istirahət zonalarının yaradılması üçün əlverişlidir.
Yayı quraq olan mülayim-isti iqlim (iqlim tipləri)
Yayı quraq olan mülayim-isti iqlim — Əsasən Lənkəran vilayətində yayılmışdır. Kifayət və hətta ifrat rütubətlənmə ( illik yağıntının miqdarı mümkün buxarlanmanın ≥100 - 150% - ni təşkil edir), yumşaq qış, mülayim isti , quru yay və çox yağışlı payızla fərqlənir. 10º-dən yuxarı temperatur cəmi 3000-4000º təşkil edir.
Alita: Döyüş mələyi (film, 2019)
Alita: Döyüş mələyi (ing. Alita: Battle Angel; yap. アリータ: バトル・エンジェル) – Yukito Kişironun "Battle Angel Alita" manqa seriyası əsasında çəkilmiş 2019-cu il istehsalı ABŞ kiberpank və macəra filmi. Ceyms Kemeron və Con Landaunun prodüserliyi, Robert Rodrigesin rejissorluğu, Kemeron və Laeta Kaloqridisin ssenaristliyi ilə çəkilən filmin 14 fevral 2019-cu ildə ekranlaşdırılması planlaşdırılır. Buraxılış və istehsal tarixi Kemeronun "Avatar" sikvelləri üzərindəki işlərinə görə daim ertələnmişdir. Filmin baş rollarında Roza Salazar, Kristof Valts, Cennifer Konnelli, Maherşala Ali, Ed Skreyn, Ceki Erl Heyli və Kian Conson çıxış edirlər. "Alita: Battle Angel"-da Dison İdo adlı kibertibb mütəxəssisi tərəfindən tapılan Alita adlı yaddaşını itirmiş kiborq qız əslində kim olduğunu kəşf etməyə çalışır. == Məzmun == Ceyms Kemeron Yukito Kişironun orijinal manqasının əsas hekayəsi və ilk 4 cildi əsasında filmi çəkməyi planlaşdırdığını bildirmişdir. O, xüsusilə 3-cü və 4-cü cildlərdə vacib yer tutan uydurma motorbol idman növünün filmə daxil edilməsini istəyir. == Rollarda == Roza Salazar Alita rolunda: əsas kiborq qəhrəman.