Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Milliyyətçi
Millətçilik (XX əsrin əvvəllərində milliyyətpərvərlik) ― müəyyən bir millətin maraqlarını müdafiə edən, xüsusilə həmin millətin öz vətəni üzərindəki suverenliyini qoruması və ya qazanması üçün mübarizə aparan ideologiya və ya hərəkat. Millətçilik hər bir millətin kənar müdaxilədən (öz müqəddəratını təyin etmə) azad olaraq özünü idarə etməsini, bir millətin qurumsal struktur üçün təbii və ideal bir əsas olduğunu, millətin siyasi gücün yeganə haqlı mənbəyi olduğunu (xalq suverenliyi) müdafiə edir. Bundan əlavə, millətçilik mədəniyyət, dil, din, siyasət və ortaq tarixə inanc kimi paylaşılan sosial xüsusiyyətlərə əsaslanaraq, tək bir milli kimlik yaratmağı və ya həmin kimliyi davam etdirməyi, milli birliyi və həmrəyliyi dəstəkləməyi hədəfləyir. Buna görə də, milliyətçilik millətin qəbul edilmiş mədəniyyətini qorumağa və inkişaf etdirməyə çalışır və mədəni canlanmalar millətçi hərəkatlarla əlaqələndirilir. Milliyətçilik həmçinin, milli nailiyyətləri qürur mənbəyi kimi təşviq edir və vətənpərvərliklə yaxın əlaqələrə sahibdir. Milliyətçilik tez-tez digər ideologiyalarla birləşə bilir. Bunlara misal olaraq konservatizmi (milli konservatizm) və ya sosializmi (sosialist millətçiliyi) göstərmək olar. Tarix boyunca insanlar öz qohumluq əlaqələrinə, adət-ənənələrinə, territorial rəhbərliklərinə və öz ətənlərinə müəyyən qədər bağlı olsalar da, milliyətçilik XVIII əsrin sonuna qədər geniş yayılmış konsepsiya ola bilmədi. Millətçiliyin mənşəyini və əsasını anlamaq üçün üç paradiqma mövcuddur. Primordializm (perennializm) hər zaman millətlərin mövcud olduğunu və millətçiliyin təbii bir fenomen olduğunu irəli sürür.
Bask Milliyyətçi Partiyası
Bask Milliyyətçi Partiyası (bask Eusko Alderdi Jeltzalea; isp. Partido Nacionalista Vasco)) – Basklar ölkəsində siyasi partiya. Partiya 1895-ci ildə qatı Katolik Sabino de Arana tərəfindən yaradılmışdır.Partiya özünü demokrat, iştirakçı, plüralist və humanist olaraq təqdim edir.Partiyanın digər bir xüsusiyyəti isə digər Bask siyasi partiyalarının əksinə müstəqillik tərəfdarı deyil muxtariyyət tərəfdarı olmasıdır.Partiyanın indi ki, rəhbəri Josue Jon Imaz dır və 2004-ci ildən bəri bu vəzifədədir.
Milliyyətçi Hərəkat Partiyası
Milliyətçi Hərəkat Partiyası (türk. Milliyetçi Hareket Partisi, qısa MHP kimi tanınır) – Türkiyədə mövcud olan siyasi partiya. MHP 8–9 fevral 1969-cu ildə Adanada keçirilən ümumi qurultayda quruldu, Cümhuriyyətçi Kəndli Millət Partiyası adını Milliyyətçi Hərəkat Partiyası olaraq dəyişdirdi. Böyük Konqresdən sonra ilk ümumi idarə heyəti iclasında və eyni zamanda MHP Gənclik Qolları ("Ülkü Ocaqları") üçün partiyanın emblemi "Üç Aypara" olaraq qəbul edildi. MHP 1969 və 1973 ümumi seçkilərində böyük bir müvəffəqiyyət qazana bilmədi. Suat Hayri Ürgüplü kabinetində "Türkeşçi" olaraq təyin olunan üç nazir vardı: Mehmet Altınsoy, Hazım Dağlı, Mustafa Kepir. 1965-ci il seçkilərində partiya 2,2% səs aldı. Milli Balans sistemi ilə 11 deputat seçildi. Bir senatoru var idi. 1968-ci ildə 14 millətvəkilindən dördü partiyadan istefa etdi.
Milliyyətçi Partiyası (Malta)
Milliyyətçi Partiyası (ing. Nationalist Party, malta Partit Nazzjonalista) — Maltada Xristian Demokratik oriyentasiyaya sadiq qalan iki əsas siyasi partiyadan biri (Leyboristlər Partiyası ilə birlikdə). Partiya 1880-ci ildə Fortunato Mizzi tərəfindən Anti-Reformist Partiya olaraq qurulub. Maltanın təhsil və hüquq sistemlərinin ingilisləşdirilməsinə qarşı çıxış edən bir partiya vardır. Partiyanın dəstək bazasını liberal italyanlar təşkil edirdi ki, bu da kilsə ilə münasibətlərin pisləşməsinə səbəb olur. Sonrakı illərdə partiya əvvəlcə müstəmləkəçi hakimiyyətlərlə və onların əleyhdarları ilə əməkdaşlıqdan imtinanı müdafiə edən bitərəflərə bölünür. Birinci Dünya müharibəsindən sonra partiya mötədil Malta Siyasi Birliyinə və daha radikal İtalyan-millətçi Demokratik Millətçi Partiyasına bölünür. 1924-cü ilə qədər İşçi Partiyasının dəstəyi ilə 1921-1927-ci illərdə Cozef Hovard, Françesko Buhadjira və Huqo Pasquale Mifsudun rəhbərliyi ilə hökuməti formalaşdırır. 1926-cı ildə partiyalar yenidən birləşərək 1932-ci ildə keçirilən seçkilərdə qalib gələrək 32 yerdən 21-ni alan İtaliyayönlü Millətçi Partiyasını quran Mifsudun başçılıq etdiyi hökuməti qurdular, lakin gələn il Böyük Britaniya Malta muxtariyyətini dayandırır. Milliyyətçi Partiyasının faşist İtaliyasına yaxınlığı İkinci Dünya müharibəsi zamanı bir sıra partiya liderləri, o cümlədən gələcək baş nazir Enriko Mizzi, italyanpərəst əhval-ruhiyyəyə görə Uqandaya deportasiya edilir.
Bəluc Milliyyətçi Ordusu
Bəluc Milliyyətçi Ordusu (urdu بلوچ نیشنلسٹ آرمی) —Bəlucistan əyalətinin ayrılması uğrunda döyüşən silahlı qruplaşma. Qruplaşma 11 yanvar 2022-ci ildə Bəluc Respublika Ordusu və Birləşmiş Bəluc Ordusunun birləşməsindən yaradılmışdır. Onlar hər ikisi Bəluc Milliyyətçi Ordusunun yaradılmasından sonra özlərini ləğv etdiklərini elan etmişdilər. Yarandığı gündən qruplaşmaya 2023-cü ildə Pakistan dövlətinə təslim olan qurucusu Gülzar İmam rəhbərlik edirdi. Gülzarın təslim olmasından sonra dəstənin gücü xeyli azalmışdır. Sərfüraz Bəngülzay Gülzarın yerinə keçmiş və 2023-cü ilin dekabrında təslim olana qədər qrupun rəhbəri olmuşdur. Qruplaşma ali liderinin və üzvlərinin təslim olmasından sonra ləğv olunmuşdur.
Suriya Sosial Milliyyətçi Partiyası
Suriya Sosial Milliyyətçi Partiyası (ərəb. الحزب السوري القومي الاجتماعي‎) — Suriya və Livanda dünyəvi partiyası. 1932-ci ildə Beyrutda Antun Saada tərəfindən yaradılmışdır.
Balıkəsir Milliyyətçi Qüvvələr Muzeyi
Balıkəsir Milliyyətçi Qüvvələr Muzeyi — Türkiyənin Balıkəsir şəhərində Türk Milli Hərəkatı zamanı yaranmış Millətçi Qüvvələrə (türk. Kuvâ-yi Milliye) həsr olunmuş muzey. Muzey 1996-cı ildə açılıb. == Binası == Muzey iki mərtəbəli Osmanlı dəbində tikilən binada yerləşir. Hər mərtəbəsi 120 m²-dir. Binanın 1-ci mərtəbəsində muzeyin qurulmasında iştirak etmiş şəxslərin aldıqları yazılı qərarlar, qurultay qərarları, bu şəxslərin şəxsi əşyaları, Atatürkün Balıkəsirə gəlişi ilə bağlı çəkdiyi fotoşəkillər, 2-ci mərtəbədə Balıkəsir və onun ətrafında aşkar edilmiş arxeoloji və etnoqrafik əsərlər toplusu sərgilənir. == Tarixi == Muzeyin yerində olan əvvəlki bina 1840-cı ildə Karasi Sancağının xəzinədarı Giridizadə Mehmet Paşa üçün tikilmiş malikanə idi. 1900-cü ildə malikanə yanandan sonra xəzinədarın nəvəsi Xəlil paşa yeni malikanə tikdirir. Türkiyə İstiqlaliyyət müharibəsi zamanı bina yerli millətçi qüvvələrin görüş yeri kimi xidmət edirdi. İzmirin işğalının ertəsi günü Balıkəsirlilərin bu binaya toplaşaraq Qərbi Anadoluda silahlı mübarizə aparmaq qərarına gəldiyi üçün böyük tarixi əhəmiyyətə malik olan bu bina İkinci Dünya müharibəsi illərində uzun müddət korpusun qərargahı kimi istifadə olunurdu.