Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Minzələ
Minzələ və ya Menzelinsk (tatar. Минзәлә; rus. Мензелинск) — Rusiya Federasiyasında yerləşən şəhər Tatarıstan Respublikasına daxildir.
Minzələ rayonu
Minzələ rayonu (tatar. Минзәлә районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın şimal-şərqində yerləşir. Respublikanın Alabuqa rayonu və Udmurtiya (Alnaş, Qraxov rayonları), Nijnekamsk su anbarı ilə isə Tatarıstanın Tukay və Əgerce rayonları ilə həmsərhəddir. Rayonun inzibati mərkəzi Minzələ şəhəridir. == Coğrafiyası == Respublikanın Aktanış, Müslüm, Sarman, Tukay, Əgerce rayonları və Udmurtiya (Karakulinski rayonu) ilə həmsərhəddir. Sahəsi 1919.75 km²-dir. Bu, bütün Tatarıstanın 2.8% ərazisidir. Əkin sahələri ümumi ərazinin 45% -ni, meşə 12% -ni, otlaqlar 8% -ni, çəmənliklər 24% -ni təşkil edir. Nijnekamsk su anbarının qurulması nəticəsində rayon torpaqlarının bir hissəsi su altında qalmışdır.
Kinderle mağarası
Kinderle mağarası ( və ya Qələbə mağarası, Qələbənin 30 illiyi mağarası) — Rusiya Federasiyası, Başqırdıstan Respublikası, Qafuri rayonu, Taş-Astı kəndi yaxınlığında yerləşən mağara. Mağara Kinderle çayının sol sahilində yerləşir. Mağara 1940-cı illərdə aşkarlanmışdır. Bununla belə mağarada ilk araşdırma işləri 1974-cü ildə gerçəkləşdirlmişdir. Araşdırma işləri A. Andreyevin rəhbərliyi ilə aparılmışdır. Mağara Faşist Almaniyası üzərində qələbənin 30 illiyi münasibəti ilə Qələbə mağarası olaraq adlandırılmışdır. == Təsviri == Mağarada 4 yarusludur. Çıxış 94 metr hündürlükdə yerləşir və buradan enişli bir tunelə çıxışı vardır. Burada buzlaqlar və çoxlu sayda stalaqmitlər müşahidə edilir. Bundan əlavə aşağı enərkən Çılçıraq zalını görmək mümkündür.