QƏRQ

[ ər. ] Adətən “etmək”, “olmaq” köməkçi feilləri ilə birgə işlənir.
□ Qərq etmək1) batırmaq (suda). Düşmən vəziyyətin çıxılmazlığını görüb, gəmilərini qərq etdi;
2) boğmaq (suda).
…Bir də gördüm dəryanın suyu qalxır yuxarı, az qalır məni qərq edə. C.Məmmədquluzadə;

3) məc. məhv etmək. Bu müsibət müharibə qızışdırıcılarını hökmən boğub qərq edəcəkdir. (Qəzetlərdən);
4) məc. bir şeyin çoxluğunu ifadə edir.
[Çimnaz:] …Bəsdirin, qızlar, nə onu çiçəyə qərq edirsiniz. Ə.Məmmədxanlı.
[Kərim:] Bizə elə bir lampa lazımdır ki, günəş kimi parlasın, aləmi öz işığına qərq etsin. Ə.Sadıq;

5) batırmaq, bulamaq.
Ey həmdəmim, səni qana qərq elər; Gəl tərpətmə yaralanmış könlümü. M.V.Vidadi.
Çeynədilər, dişlədilər, diddilər; Bir-birini al-qana qərq etdilər. A.Səhhət.

Qərq olmaq1) batmaq.
Gəmiçi özünü itirsə əgər; Tufanlar içində qərq olub gedər. S.Vurğun.
Gəminin dalınca üzmək istədi, bacarmayıb suya qərq oldu. M.Hüseyn;

2) boğulmaq (suda). Batmış gəmidəki yolçuların hamısı qərq oldu.
– Ciğato çayı minlərlə qərq olmuş insan meyitləri(ni) … axıdıb Urmu gölünə aparırdı. M.S.Ordubadi;

3) adətən tərkiblərdə işlənib bir şeyin çoxluğunu, şiddətini, dərinliyini və s.-ni bildirir.
Gözümün yaşına qərq oldu tənim; Bu hal ilə işim müşküldür mənim. Q.Zakir.
Sabir kimi qərq oldu gözüm yaşına cismim. M.Ə.Sabir.
Keçmişdi keçən şəb gecədən bir neçə saət; Məhtab ilə olmuşdu cahan qərqilətafət. A.Səhhət.
Sonra səs-səmir kəsildi, kənd böyük bir sükuta qərq oldu. Çəmənzəminli.
Afaqın solğun üzü göz yaşları içərisində qərq oldu. Ə.Məmmədxanlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QƏRQ batma — boğulma
QƏRİNƏ
QƏRYƏ
OBASTAN VİKİ
Qərqabad
Qərqabad — İranın Mərkəzi ostanının Savə şəhristanının Nobar bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,394 nəfər və 1,229 ailədən ibarət idi.

Digər lüğətlərdə