Minzələ rayonu

Minzələ rayonu (tatar. Минзәлә районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın şimal-şərqində yerləşir. Respublikanın Alabuqa rayonu və Udmurtiya (Alnaş, Qraxov rayonları), Nijnekamsk su anbarı ilə isə Tatarıstanın Tukay və Əgerce rayonları ilə həmsərhəddir. Rayonun inzibati mərkəzi Minzələ şəhəridir.

Minzələ rayonu
Минзәлә районы
Bayraq Gerb
Bayraq Gerb

55°37′ şm. e. 53°08′ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Menzelinsk
Tarixi və coğrafiyası
Yaradılıb 10 avqust 1930
Sahəsi
  • 1.923,4 km²
Əhalisi
Əhalisi
  • 27.131 nəf. (2021)[1]
Rəsmi sayt
Minzələ rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Ətrəkli kəndinin yaxınlığı
Ətrəkli kəndində göl

Respublikanın Aktanış, Müslüm, Sarman, Tukay, Əgerce rayonları və Udmurtiya (Karakulinski rayonu) ilə həmsərhəddir.

Sahəsi 1919.75 km²-dir. Bu, bütün Tatarıstanın 2.8% ərazisidir. Əkin sahələri ümumi ərazinin 45% -ni, meşə 12% -ni, otlaqlar 8% -ni, çəmənliklər 24% -ni təşkil edir. Nijnekamsk su anbarının qurulması nəticəsində rayon torpaqlarının bir hissəsi su altında qalmışdır.

Ümumilikdə rayonun iqlimi respublikanın iqliminə bənzəyir. İqlimi mülayim kontinentaldır.

Üstünlük təşkil edən torpaqlar: çəmənlik, karbonatlı qara və boz meşə.

Relyef əsasən düzənlikdir. Rayonun qərbində hündürlük 300 m-ə qədərdir.

1920-ci ilə qədər rayonun ərazisi Ufa vilayətinin Minzələ qəzasının tərkibində idi. 1920-ci ildə Minzələ qəzası yeni qurulan Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil olur.

Rayon 10 avqust 1930-cu ildə təsis edilmişdir.

Urbanizasiya

Şəhər şəraitində (Minzələ şəhəri) rayon əhalisinin 60,82% -i yaşayır.

Milli tərkib

Rayon əhalisi tatarlar (60,1%), ruslar (35,4%) və marilər (2,7%) ibarətdir[2]. Dini baxımından əhalisi müsəlman və provaslavdır.

Yerli özünü idarəetmə

[redaktə | mənbəni redaktə et]

Mendeleyevsk rayonu ərazisinə 1 şəhər və 19 kənd inzibati vahidliyi daxildir. Rayon ərazisinə ümumilikdə 70 yaşayış məntəqəsi daxildir[3].

Yol şəbəkəsi zəif inkişaf etmişdir. Rayon ərazisi M-7 (Volqa) "Moskva - Kazan - Ufa" magistral yolu ilə kəsişir. Digər əsas yollar: Minzələ - Kadryakovo - Yultimerovo (Sarman, Əlmət) və Yuxarı Yuşad - Yuxarı Tabun (Muslin).

Kama çayı vastəsi ilə gəmiçilik mümkündür. Dəmir yolları şəbəkəsindən məhrumdur. Minzələnin qərb hissəsində hava limanı vardır.

Rayon ərazisində rus və tatar dillərində “Minzələ” adlı qəzet buraxılır.

  1. https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
  2. "Всероссийская перепись населения 2010 года. Национальный состав населения Республики Татарстан" (PDF). 2012-11-21 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-08-29.
  3. "Закон Республики Татарстан от 31 января 2005 года № 50-ЗРТ «Об установлении границ территорий и статусе муниципального образования "Мензелинский муниципальный район" и муниципальных образований в его составе»". 2016-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-15.