Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Minarə
Minarə (ərəb. منارة‎) vəya Güldəstə (fars. گلدسته‎) — Azan vermək üçün məscidlərin yanında və ya üstündə ucalan qüllə.
Əl-Mənsurə
Əl-Mənsurə (ərəb. المنصورة‎) — Misirdə şəhər, əd-Dəqəhliyyə mühafəzəsinin inzibati mərkəzi. Əhalisi təxminən 960.423 nəfərdir (2012).
Minarə Tahirova
Minarə Məmməd qızı Tahirova (1936, Göyçay rayonu, Zaqafqaziya SFSR, SSRİ – 20 oktyabr 2017, Sumqayıt, Azərbaycan) — Azərbaycan Respublikasının Əməkdar müəllimi, "Şöhrət" ordenli pedaqoq. Uzun müddət 1987-ci ildən 2011-ci ilədək Sumqayıt şəhəri N.Gəncəvi adına Texniki və Təbiət Elmləri təmayüllü Liseyin direktoru olmuşdur. == Həyatı == Minarə Məmməd qızı Tahirova 1936-cı ildə Göyçayda ziyalı ailəsində anadan olmuşdur. 1954-cü ildə o vaxtkı APİ-nin Tarix fakültəsinə daxil olmuşdur. 1959-cu ildən taleyini Sumqayıtla bağlayıb. O, bu şəhərə münasibətini belə ifadə edir: Əvvəlcə 12 saylı məktəbdə ibtidai sinif müəllimi, sonra indiki 10 saylı məktəbdə direktor müavini, 23 saylı məktəbdə direktor vəzifəsidə çalışmışdır. 1981–1983-cü illərdə Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri, 1983–1986-cı illərdə Sumqayıt şəhər Partiya Komitəsinin ikinci katibi vəzifəsində işləmişdir. 1987-ci ildən 2011-ci ilədək Sumqayıt şəhəri N.Gəncəvi adına Texniki və Təbiət Elmləri təmayüllü Liseyin direktoru olmuşdur. Həmin lisey uzun müddət Sumqayıtda "Minarənin liseyi" adı ilə tanınıb. 20 oktyabr 2017-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir.
Minarə məscidi
Minarə məscidi (az-əbcəd. میناره مسجیدی‎) — Qacarlar dönəmində Urmiyada Hacı Əliyarxan sifarişi ilə tikilmiş tarixi məscid. == Haqqında == Minarə məscidi Qacarlar dönəmində və 19-cu əsrin sonlarında tikilib. Minarə məscidində 1908-ci ildə quruculuq işləri aparılaraq, restavrasiya edilmişdir. Bu məscid Urmunun başqa məscidləri ilə fərqli olaraq, bir uca minarəyə malik olmasına görə belə adlandırılmışdır. İndilikdə məscid Urmunun mərkəzi hissəsi olan İmam xiyabanında yerləşir. == Memarlıq xüsusiyyətləri == Minarə məscidi kiçik bir məscid olaraq, həyət, eyvan və hovuzu yoxdur. Bu məscid bir uca minarəsi olmaqla, günbəzsizdir. Amma damının qabarıq olmasına görə ilk baxanda günbəzli bir məscidə bənzəyir. Məscidin tikintisində işlədilən əsas materiallar kərpic, daş və ağacdır.
Minirə Ağahüseynova
Minirə Məmmədəli qızı Ağahüseynova (d. 26 mart 1949, Bakı, Azərbaycan SSR) - Azərbaycan kimyaçısı, kimya elmlər doktoru, professor, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ümumi kimya kafedrası müdiri. == Həyatı == Minirə Ağahüseynova 26 mart 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, Azərbaycan Dövlət Neft və Kimya İnstitunun kimya-texnologiya fakültəsini bitirmişdir. 1989-cu ildə kimya elmlər doktoru, 1991-ci ildə isə professor adını almışdır. == Fəaliyyəti == Minirə Ağahüseynova 1993-cü ildən Azərbaycan Dövlət Neft Akademiyasının ümumi və qeyri-üzvü kimya kafedrasının müdiri vəzifəsində çalışmaqdadır. Elmi araşdırmaları keçid metalların kompleks birləşmələrinin kimyası, alınma üsulları, quruluşları sahəsinə aiddir. 250-dək elmi əsərin,20 dərslik və dəsr vəsaitinin, 6 ixtiranın və 2 ixtira patentinin müəllifidir. Minirə Ağahüseynova Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü (1995), Avropa Kimya Cəmiyyətinin üzvü (1997), Beynəlxalq Eko-Energetika Akademiyasının akademiki (1998) seçilmişdir. == Mükafatları == Minirə Ağahüseynova 2000-ci ildə Beynəlxalq Bioqrafiya Mərkəzi (Kembric, Böyük Britaniya) tərəfindən "Minilliyin adamı" fəxri adına, 2010-cu ildə isə "Əməkdar müəllim" adına layiq görülmüşdür.
Minirə Dilbazi
Minirə Xulusi qızı Dilbazi — Musiqiçi, Sənətşünaslıq namizədi (1982), Professor (1993), əməkdar müəllim, Əmək Veteranı, Bakı Musiqi Akademiyasının ümumi fortepiano kafedrasının müdiri. AHİŞ-ın Fəxri Fərmanı ilə təltif edilmişdir. == Həyatı == Minirə Xulusi qızı Dilbazi 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Qazax rayonunun Xanlıqlar kəndinin Dilbazilər soyundandır.Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasını (Azərbaycan Dövlət Konservatoriyasını) fortepiano ixtisası üzrə müvəffəqiyyətlə bitirdikdən sonra 1961-ci ildən ümumi fortepiano kafedrasında pedaqoji fəaliyyətə başlamışdır (müəllim, baş müəllim, dosent). 1993-cü ildən indiyə kimi professor və kafedra müdiri vəzifələrində çalışır. İşlədiyi 40 illik fəaliyyəti ərzində onun sinfini 240 nəfər bitirmişdir. Bunlardan BMA-nın 1 prorektoru, kafedra müdiri, sənətşünaslıq doktoru, professor Elxan Babayevi, sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi, ABİ-nın katibi, kafedra müdiri, professor Ramiz Zöhrabovu, kafedra müdiri, sənətşünaslıq namizədi, professor Səadət Seyidovanı, ifaçılıq fakültəsinin dekanı, professor Nəzmiyə Abbaszadəni, fəlsəfə elmləri doktoru Yevgeni Şevtsovu, respublikanın əməkdar artistləri Rumiyyə Kərimovanı, Rasim Abdullayevi, Muxtar Məlikovu, bəstəkar Cavanşır Quliyevi və başqalarını göstərmək olar. M.X.Dilbazinin pedaqoji işi elmi-tədqiqat işi ilə əlaqələndirilir. 1982-ci ildə Moskvada Ümumittifaq Elmi-Tədqiqat incəsənət institutunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdikdən sonra o, sənətşünaslıq namizədi dərəcəsi almışdır. M.X.Dilbazi 30-a yaxın elmi və metodiki işin müəllifidir.
Minirə Qarayeva
Qarayeva Minirə Gülməmməd qızı (14 aprel 1937, Qutqaşen – 23 yanvar 2022) — professor, Azərbaycan "Xoş Niyyət" Xeyriyyə İctimai Birliyinin təsisçisi və prezidenti və Azərbaycan Qadınlar Cəmiyyətinin xarici əlaqələr üzrə sədr müavini, Dünya Konstitusiya və Parlament Assosiasiyasının (WCPA) Azərbaycan üzrə Fəxri vitse-prezidentidir. == Həyatı == Minirə Qarayeva 1937-ci ildə Qutqaşın rayonunun (indiki Qəbələ rayonu) Qutqaşın şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutuna daxil olmuş, 1959-cu ildə həmin institutu "Fərqlənmə diplomu" ilə bitirmişdir. Tələbə yoldaşları arasında tək o "Dövlət imtahan komissiyası"nın və eləcə də onun sədri o zamankı ali təhsil naziri M. Mehdizadənin qərarı ilə ali məktəbdə ingilis dili müəllimi hüququna layiq görülmüşdür. Minirə Qarayeva 1994-cü ilə qədər Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dilinin fonetikası kafedrasının müdiri olmuşdur. 23 yanvar 2022-ci il tarixində Bakıda ürək çatışmazlığından vəfat etmişdir. == Fəaliyyəti == Uzun illər məzunu olduğu təhsil ocağında ingilis dilinin fonetikası kafedrasının müdiri işləmişdir. Keçmiş SSRİ dövründə SSRİ Ali Təhsil Nazirliyinin elm adamları üçün təşkil etdiyi uzun müddətli xarici ezamiyyətlərə dəvət olunmuşdur. 1982-ci ildə İngiltərə (London, Oxford, Camdridge, Caventry, Brighton), 1987-ci ildə isə ABŞ (Vaşinqton, Corctaun, Baltimor, Boston, Filadelfiya) universitetlərində tədqiqatla məşğul olmuş, dərs demişdir. Ümumilikdə dünyanın altmışa yaxın ölkə və şəhərindəki elm ocaqlarında olmuş, təhsildə yenilik, təhsil reformu ilə maraqlanmış, bu sahədə məruzələr etmişdir.
Yivli minarə
Yivli Minarə — Antalyadakı ilk İslam tikililərindəndir. XIII əsrə aid bir Səlcuqlu əsəridir. == Memarlıq == Qaydası kəsmə daşdandır. Gövdə hissəsi kərpic və firuzə rəngli çinilərdən tikilmişdir. 8 Yivlidir. Minarə hazırda Antalya şəhərinin simvolu halına gəlmişdir. Hündürlüyü 38 mt olub 90 pilləli pilləkən ilə çıxılır. Yivli minarənin bir qismi kərpic və firuzə rəngli kaşılardan yaranmışdır. Yivllərinə görə Yivli Minarə adı verilmişdir. == Külliyə == Qalaqapısı səmtində yerləşən və çoxsaylı Səlcuqlu yaradıcılığından ibarət əsərlər birliyidir.
Zinnur Uraksin
Zinnur Uraksin (başq. Ураҡсин Зиннур Ғәзиз улы; 5 noyabr 1935 – 3 mart 2007, Ufa, Başqurdıstan, Rusiya) — Sovet və rus dilçi-türkoloq, yazıçı, ictimai xadim. Başqırdıstan Respublikası Elmlər Akademiyasının akademiki (1991), filologiya elmləri doktoru (1976), professor (1983). == Bioqrafiya == 1956-cı ildən Fedorovski rayonunun Saitovskaya kəndində ibtidai məktəbində, 1957-ci ildən Orenburq vilayətinin Allaberdin 7 illik məktəbində dərs demişdir. 1958-1959-cu illərdə Zarya Kommunizma qəzetinin (Orenburq vilayətinin Tyulqan kəndində) şöbə müdiri idi. 1963-cü ildə Başqırd Dövlət Universitetini bitirdikdən sonra Rusiya Elmlər Akademiyasının Ufa Elmi Mərkəzinin Tarix, Dil və Ədəbiyyat İnstitutunda işləyir. 1968-ci ilin iyulundan baş elmi işçi, dekabrdan sektor müdiri, 1977-ci ildən direktor müavini, 1988-ci ildən direktor, 2002-ci ildən şöbə müdiri, 2005-ci ildən baş elmi işçi işləyir. 1966-cı ildə Talmas Qaripovun rəhbərliyi altında "Müasir başqırd ədəbi dilində frazeoloji sinonimlər" namizədlik dissertasiyasını, 1975-ci ildə "Başqırd dilinin frazeologiyası" adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. Eyni zamanda 1992-ci ildən Humanitar Elmlər Bölməsinin akademik-katibi, 1996-2005-ci illərdə Başqırdıstan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti olur. 1993-1998-ci illərdə Elmi Redaksiya Şurasının sədri və Başqırd Ensiklopediyasının baş redaktoru, 1994-2004-cü illərdə Başqırdıstan Respublikası Prezident Şurasının üzvü, 1995-2002-ci illərdə Başqırdların Ümumdünya Qurultayının (Konqresinin) İcraiyyə Komitəsinin sədr müavini.
Əyri minarə
Əyri minarə (ərəb. منارة الحدباء‎) ― İraqın Nineva əyalətinin inzibati mərkəzi Mosul şəhərində, xüsusilə də Mosulda Dəclə çayının sağ sahilində (qərb) yerləşən Qədimi şəhər ərazisindəki böyük əl-Nuri məscidinin minarəsinə deyilir. == Tarixi == Əl-Nuri məscidi minarəsi ilə birgə əslən Səlcuq əmirlərindən olan Nurəddin Zəngi tərəfindən 1172-ci ildə tikilib. Əyri minarə və Ən-Nuri məscidi İraqın tarixi məscidlərindən biridir və onun yaşı təxminən doqquz əsrdir. Məscid şəhərdəki Əməvilər məscidindən sonra Mosulda tikilən ikinci məscid hesab olunur. Bir neçə dəfə yenidən qurulmuş, sonuncusu dəfə isə hicri 1363 / miladi 1944-cü ildə təmir edilmişdir. Məscid orijinal binanın yeganə qalan hissəsi olan şərqə doğru əyilmiş minarəsi ilə məşhurdur. Ona görə Əl-Hədbə (əyri) sözü adətən Mosulla əlaqələndirilir və bu mayaka bənzər minarə şəhərin ən görkəmli tarixi abidələrindən biridir. == Hazırkı vəziyyəti == Baxımsızlıq üzündən minarə uçmaq təhlükəsi ilə üzləşdiyindən İraqın Turizm və Qədim Əsərlər Nazirliyi tərəfindən bir neçə dəfə onu təmir etmək cəhdləri olub, lakin bu cəhdlər lazımi səviyyədə olmayıb. 2014-cü ildə İŞİD terror təşkilatı ilə döyüşdən sonra ciddi xəsarət alıb və daha sonra minarə bəzi videogörüntülərə görə elə içəridən yerləşdirilən partlayıcılarla partladılıb.
Qədim Minarə xalçaları
Qədim Minarə xalçaları — Quba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Təsnifatı == Əsasən Quba şəhərində istehsal edilir. Bəzi xalçaçılar onu sadəcə "Darayı" və ya "Salyan xiləsi" adlandırırlar. == Bədii xüsusiyyətləri == Xalçanın mərkəzi hissəsinin kompozisiyası digər Azərbaycan xalçalarından kəskin fərqlənir. Mərkəzdə soldan və sağdan mərkəzə doğru istiqamətlənmiş darağvari zəncir yeni dördbucaqlılar yaradır onlar isə öz növbələrində şəbəkəvari tor əmələ gətirirlər. Bir çox hallardan onların daxili hissələri xaç tipli elementlərlə, xarici hissələri isə qarmaqvari xətlərlə bəzədilir. Bu xalçalarda mərkəzi sahəni əhatələyən "zəncirə" elementi kufi xəttlə yazılmış "Allah" sözüdür. Ancaq vaxt keçdikcə bu öz mənasını itirib və sadəcə dekor elementi olaraq qalıb. Mərkəzi sahənin künclərinə üçbucaqlı "Yelpik" elementi əlavə edilir. "Qədim minarə" xalçları sakit tonlarda toxunur.
Adrian Minune
Adrian Minune (əsl adı: Adrian Kopilul Simionesku; ing. Adrian Copilul Simionescu) — romaəsilli Rumıniya manele müğənnisi və skripkaçısı. == Həyatı == Adrian Kopilul Simionesku 24 sentyabr 1974-cü ildə Rumıniyanın paytaxtı Buxarestdə anadan olmuşdur. Adrianın valideynləri əslən romanidir. Rumıniyada Adrian Minunaya populyarlıq gətirən ilk hit Kosti İonitse ilə birlikdə ifa olunan "Of! Mea Viaţa …" ("Oy! Mənim həyatım …") mahnısı idi. Adriano tezliklə "manele" mahnılarının ən populyar ifaçılarından birinə çevrilmişdir. O, "Manele imperatoru" tituluna malikdir. == Diskoqrafiyası == == Filmoqrafiyası == Aşağıdakı filmlərdə rol alıb: Dəli özgə (1997) — "L'Enfant Prodige" rolunda Adrian Copilul Minune (1999) — özü kimi.
One Hot Minute
One Hot Minute — Red Hot Chili Peppersnın altıncı studiya albomu. 12 sentyabr 1995 tarixində yayımlanan albom, Warner Music etiketi ilə satışa buraxılmışdır.