Qədim Minarə xalçaları — Quba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları[2][3][4][5].
Xalça | |
Qədim Minarə xalçaları | |
---|---|
Xalça haqqında məlumatlar | |
Məktəbi | Quba xalçaçılıq məktəbi |
Ölkə | Azərbaycan |
Toxunması haqqında məlumatlar | |
Üslubu | Quba xalçaçılıq məktəbi[1] |
Əsasən Quba şəhərində istehsal edilir[6]. Bəzi xalçaçılar onu sadəcə "Darayı" və ya "Salyan xiləsi" adlandırırlar[2].
Xalçanın mərkəzi hissəsinin kompozisiyası digər Azərbaycan xalçalarından kəskin fərqlənir. Mərkəzdə soldan və sağdan mərkəzə doğru istiqamətlənmiş darağvari zəncir yeni dördbucaqlılar yaradır onlar isə öz növbələrində şəbəkəvari tor əmələ gətirirlər. Bir çox hallardan onların daxili hissələri xaç tipli elementlərlə, xarici hissələri isə qarmaqvari xətlərlə bəzədilir. Bu xalçalarda mərkəzi sahəni əhatələyən "zəncirə" elementi kufi xəttlə yazılmış "Allah" sözüdür. Ancaq vaxt keçdikcə bu öz mənasını itirib və sadəcə dekor elementi olaraq qalıb. Mərkəzi sahənin künclərinə üçbucaqlı "Yelpik" elementi əlavə edilir[2].
"Qədim minarə" xalçları sakit tonlarda toxunur. Mərkəzi sahənin fonu daha çox tünd-göy və ya qırmızı olur. Bundan başqa mərkəzi hissə fonun rəngi ilə birgə haşiyənin rəngi ilə uyğunlaşmalıdır[2].
Qədim minarə xalçaları Quba-Şirvan xalçaçılıq məktəbinin əla keyfiyyətli nümunələrindəndir[3].
Belə xalçaların ölçüsü 120х400 sm-dən başlayır. Xalçaların bir kvadrat metrində 145.000-dən 200.000-ə qədər, ilmələrin hündürlüyü isə 5–7 mm olur[2].