Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mnemosina
Mnemosina və ya Mnemozina (yun. Μνημμοσύνη) qədim yunan mifologiyasında yaddaş ilahəsi, titan, Geya və Uranın qızı, Zevsdən olan muzaların anasıdır .
Mnemonika
Mnemonika (yun. μνημονικόν – yaddasaxlama məharəti) — yaddasaxlamanı asanlaşdırmaq üçün süni assosiasiyalar, xüsusi sxem və şərti işarələr sistemi. İbtidai formada qədim insanlara da bəlli idi (müəyyən tapşırıqla əlaqədar armağa sap bağlamaq və s.). Elmin müasir inkişafı dövründə uzunmüddətli yaddasaxlama üsullarının işlənib hazırlanması xüsusi əhəmiyyət kəsb edir. Mnemometr (yun. Μνήμη – hafizə + μετρεο – ölçürəm) — hafizənin eksperimental tədqiqi üçün istifadə olunan cihaz. Mnemometr yadda saxlamaq üçün zəruri olan söz, hərf, rəqəm və s. təsvirini dəqiq müəyyənləşdirilmiş intervalla avtomatik nümayiş etdirir. Mnemonik sxem və ya mnemosxem (yun. μνεμονικος – yaxşı yaddaşı olan) — siqnal talosu, operator (dispetçer) pultu qarşısındakı xüsusi panel və ya dispetçer lövhəsi üzərində sxem şəklində qoyulan şərti işarələr sistemi.