Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Broker
Broker (ing. broker — dəllal, broker, vasitəçi) — satıcı ilə alıcı arasında, yaxud sığorta olunanla sığorta edən arasında (sığorta brokeri), eləcə də əmlak sahibi ilə kirayəniş arasında vasitəçəlik xidməti yerinə yetirən hüquqi və ya fiziki şəxs. Broker — qiymətli kağızlar bazarında birja əqdlərinin müəyyənləşdirilmiş qaydada müştərinin adından onun hesabına, müştərinin adından öz hesabına, yaxud öz adından müştərinin hesabına bağlanmasını həyata keçirən birja vasitəçisidir. Broker, müştəri ilə broker xidməti haqqında müqavilə bağlayır. Əqdin yerinə yetirilməsi haqqında broker əqdin əks tərəfə göndərilən təsdiqnaməsini tərtib etməklə dərhal müştərini məlumatlandırmalıdır. Brokerlər tərəfkeşlik etməməli və öz vəzifələrini heç kəsə ötürə bilməz. Brokerin kurtaj adlanan xidmət muzdu onun vasitəçiliyilə bağlanmış hər bir əqdin ümumi məbləğinin müəyyən faizindən, yaxud əvvəlcədən müəyyən edilmiş məbləğdən ibarətdir. Həmçinin, broker birjadakı hər bir alqı-satqını təsdiqləyən və bordero adlanan haqq-hesab qeydləri edir. Borderonu əqdin hər iki tərəfi imzalayır. Brokerlər hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi fəaliyyət göstərə bilər.
Con Money
John William Money (8 iyul 1921, Morrinsvil[d] – 7 iyul 2006[…], Tauson[d], Merilend), Yeni Zelandiya psixoloqu, seksoloqu və cinsi identiklik və cinsiyyət fərqliliyi mövzusunda araşdırma aparan mütəxəssisdir. Əsərləri bir çox dillərə tərcümə edilib nəşr etdirən Money, ömrü boyu bir çox mükafat və elmi adlara layiq görülmüşdür. Son akademik araşdırmalarda David Reimeri intihara vadar edən gender təyinetmə təcrübəsi bir çox cəhətdən tənqid edilmişdi.
John Money
John William Money (8 iyul 1921, Morrinsvil[d] – 7 iyul 2006[…], Tauson[d], Merilend), Yeni Zelandiya psixoloqu, seksoloqu və cinsi identiklik və cinsiyyət fərqliliyi mövzusunda araşdırma aparan mütəxəssisdir. Əsərləri bir çox dillərə tərcümə edilib nəşr etdirən Money, ömrü boyu bir çox mükafat və elmi adlara layiq görülmüşdür. Son akademik araşdırmalarda David Reimeri intihara vadar edən gender təyinetmə təcrübəsi bir çox cəhətdən tənqid edilmişdi.
Microsoft Money
Microsoft Money — proqram, şəxsi büdcənizi planlaşdırma və düzgün xərcləməyə yardım edir. Windows əməliyyat sistemində işləyir. Windows Mobile üçün də versiyasida var. Microsoft Money Plus son versiyadır, 2007-ci ilin avqustunda buraxılmışdı. 4 növü var: Essentials, Deluxe, Premium и Home & Business. Proqram buraxılışı 10 iyun 2009-cu ildə dayandırıldı.
Money Heist
La casa de papel (azərb. Kağız ev‎ və ya Kağız evi) və ya beynəlxalq adı ilə Money Heist (azərb. Pul soyğunu‎) – Aleks Pina tərəfindən yaradılmış 2017-ci il istehsalı İspaniya soyğun teleserialı. Serial İspaniyada 2 may 2017-ci ildən 23 noyabr 2017-ci ilə kimi bir mövsüm olmaqla iki hissəli yayımlanmış və 15 seriya davam etmişdir. Baş rollarda Ursula Korbero, Pako Tous və Alba Flores çıxış edirlər. 25 dekabr 2017-ci ildə serialın birinci hissəsi - 9 seriyası Netflix tərəfindən 13 seriya şəklində bütün dünyada buraxılmışdır. 2017-ci ilin sonunda Netflix serialın dünya üzrə rəqəmsal yayım hüquqlarını əldə etdi. Serialı 22 bölümdən daha qısa hissəyə bölən Netflix, birinci hissəni 20 dekabr 2017-ci ildə, ikinci hissəsini isə 6 aprel 2018-ci ildə yayımladı. 2018-ci ilin aprel ayında Netflix 16 yeni epizod sifariş edərək serialın büdcəsini əhəmiyyətli dərəcədə artırdı. 8 hissədən ibarət 3-cü hissə 19 iyul 2019-cu il tarixində nəşr edilmişdir.
Money Heist: Korea
Pul soyğunu: Koreya (ing. Money Heist: Korea, kor. 종이의 집: 공동경제구역) — eyniadlı İspaniya serialına (Money Heist; Pul soyğunu, 2017) əsaslanan, yaxın müddət ərzində yayımlanacaq Cənubi Koreya serialı. Serialın 2022-ci ildə Netflix-də yayımlanmağı planlanır.
Brokes
Brokes (fr. Broquiès, oks. Broquièrs) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Rom-de-Tarn kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12037. Kommuna təxminən Parisdən 540 km cənubda, Tuluza şəhərindən 110 km şimal-şərqdə, Rodezdən isə 40 km cənubda yerləşir. 2008-ci ildə əhalinin sayı 644 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 376 nəfər (15-64 yaş) arasında 309 nəfər iqtisadi fəal, 67 hərəkətsiz (fəaliyyət göstərici 82,2%, 1999-cu ildə 77.3%) idi.
Brooker
İen Bruker (ing. Murray Ian Hill Brooker; 2 iyun 1934, Adelaida – 25 iyun 2016, Kanberra) — Avstraliya botaniki. İen Bruker daha çox evkalipt cinsi üzrə mütəxəssis kimi tanınıb. Field Guide to Eucalypts, Melbourne, 1983—1994, 3 volumes: South-Eastern Australia, South-western and Southern Australia, Northern Australia. Hall, Norman (1978). Botánicos de los Eucalypts. Australia: CSIRO. ISBN 0-643-00271-5.
Arno Breker
Arno Breker (ing. Arno Breker; 19 iyul 1900[…] – 13 fevral 1991[…], Düsseldorf) — alman heykəltaraşı, qrafik və memar. Faşist Almaniyasında ictimai əsərləri ilə tanınan ən yaxşı alman memarı və heykəltaraş idi. Heykəltəraş olan qardaşı Hansla (1906–93) birlikdə atasından (daşyonan) dərs almış, sonra Düsseldorf Rəssamlıq Akademiyasında (1920–25) oxumuşdur. 1927–33-cü illərdə Parisdə işləmişdir; yaradıcılığına O. Rodenin təsiri olmuş, K. Brınkuşi, E.A. Burdel, A. Mayol, J. Kokto və b. ilə dostluq etmişdir. 1933-cü ildə İtaliyada olmuş, antik heykəltaraşlığı və Mikelancelo yaradıcılığını öyrənmişdir. V.K. Rentgen (Remşaydda, 1930) və H. Heynenin (eskiz 1932, 1982-ci ildə Düsseldorfda qoyulmuşdur) abidələrinin müəllifidir. 1936-cı ildə Berlində Olimpiya stadionu üçün heykəllər işləmişdir. Breker Üçüncü reyx incəsənətinin əsas fiqurlarından olmuşdur.
Birja brokeri
Birja brokeri — birjada işləyən şəxs. Alıcı və satıcı arasında vasitəçi kimi çıxış edir. Birinci Dünya müharibəsi illərində Kiyevdəki birjada yerli müəssisələrin və digər şəhərlərdəki iri metallurgiya zavodlarının səhmləri böyük əhəmiyyət kəsb edirdi. Əməliyyatların aparılmasında birja maklerləri iştirak edirdilər, onlara hofbroker, habelə birja notariusu rəhbərlik edirdi. Birja binasının aşağı mərtəbəsində brokerlərin öz ofisləri var idi, üzərində üzərində "Stock Broker" yazılmış lövhələr var idi. Bəzi brokerlərin birjadan kənarda yerləşən şəxsi xarakterli başqa ofisləri var idi. Bu ofislərdə maklerlər öz vəsaitləri hesabına əməliyyatlar aparırdılar. Birja maklerlərinin ofislərinin pəncərələrində çox vaxt satdıqları kağızların nümunələri olurdu.. Birja dəllalının sövdələşməsi zamanı hər iki tərəf ona komissiya ödəyirdi. Əmtəə əməliyyatları üzrə broker hər iki tərəfdən rubldan 1/4 qəpik alırdı.
Broken Source
Broken Source - Xorvatiyada çalışan azərbaycanlı musiqiçi Dj Sineddin ikinci studiya albomudur. 2011-ci ilin aprel ayında Xorvatiyada bürünc statusu alıb. 1 dekabr 2012 tarixinə olan məlumatlara görə albomun 72000 nüsxəsi satılıb. Broken Source albomunun təqdimatı 10 oktyabr 2010-cu ildə Bakı şəhərində Face klubda keçirildi. Albom 11 (10+1) trek daxil oldu. Dj Sinedd öz ikinci studiya albomu üzərində yenidən Ejay-Studio Records nişanı ilə çalışdı. Albomda Sineddin il ərzində yazdırdığı remikslər və 5 yeni mahnı yer alıb. Dj Sinedd öz rəsmi saytında avqust ayının 28-i yeni albomun trek-siyahısını və üzlüyünü nümayiş etdirdi. Albom 10 oktyabr tarixində işıq üzü gördü və qısa bir zaman ərzində Azərbaycan dance chartinda ilk pilləyə qalxdı. Xorvatiya üzrə satışları 15 mini keçdiyinə görə bu ölkədə albom "gümüş status"unu, Avropa üzrə isə satışları 25 min nüsxəni keçdiyinə görə "bürünc statusu"nu alıb.
İen Bruker
İen Bruker (ing. Murray Ian Hill Brooker; 2 iyun 1934, Adelaida – 25 iyun 2016, Kanberra) — Avstraliya botaniki. İen Bruker daha çox evkalipt cinsi üzrə mütəxəssis kimi tanınıb. Field Guide to Eucalypts, Melbourne, 1983—1994, 3 volumes: South-Eastern Australia, South-western and Southern Australia, Northern Australia. Hall, Norman (1978). Botánicos de los Eucalypts. Australia: CSIRO. ISBN 0-643-00271-5.
Məlumat brokeri
Məlumat brokeri — məlumatı göndərənin rəsmi mesajlaşma protokolundan qəbuledicinin rəsmi mesajlaşma protokoluna çevirən vasitəçi kompüter proqramı modulu. Məlumat brokerləri telekommunikasiya və ya kompüter şəbəkələrindəki elementlərdir, burada proqram təminatı proqramları rəsmi olaraq müəyyən edilmiş məlumatlar mübadiləsi yolu ilə əlaqə saxlayır. Məlumat brokerləri məlumat yönümlü aralıq proqramın (MOM) hissələrindən biridir, lakin adətən MOM və uzaqdan prosedur çağırışı kimi ənənəvi aralıq proqram təminatını əvəz etmir.
Blanş Monye
Blanş Monye (fr. La Séquestrée de Poitiers; 1 mart 1849, Puatye, Vyenna – 13 oktyabr 1913, Blua, Luar və Şer) — Fransanın Puatye şəhərində anası tərəfindən yaşadığı evin kiçik bir otağında 25 il saxlanılmış fransız qadın. Monye 25 il ərzində günəş işığı düşməyən otaqda tək saxlanılmışdır. Blanş Monye 1849-cu ildə Fransada anadan olmuşdur. 1876-cı ildə Monye Fransa cəmiyyətinə yeni-yeni addımlarını atan gənc xanım kimi tanınırdı. Gənclik illərində özündən yaşça böyük hüquqşünasla münasibət qurması anası tərəfindən xoş qarşılanmamışdır. Anası öz işində uğursuz olan və yaşça böyük bir şəxslə qızının görüşməsini və ailə həyatı qurmasını arzulamırdı. Hadisələr bir gün Monyenin qəfildən yoxa çıxması ilə nəticələnir. Yaxınları və qızı tanıyanlar Monyenin mistik şəkildə itməsinə təəccüblənirlər. Anası və qardaşı gənc qızın yasını saxlayaraq baş vermiş hadisəyə heç bir izah gətirə bilmir.
Boney M
Boney M (Boni Em) – AFR-də 1975-1986-cı illərdə mövcud olmuş disko qrupdur. Qrupun adı Avstraliya detektiv serialının adından götürülmüşdür. Almaniyanın "Boney M" disko qrupu 1975-ci ildə musiqi produseri Frenk Farian tərəfindən yaradılıb. 1974-cü ildə Frank Farian yeni disko üslubu üzərində eksperiment apararaq "Faby Do You Wanna Bump ?" mahnısını yazır. O zamanlar məşhur avstraliya detektiv serialı qəhrəmanının adından istifadə edərək "Boney M" adı altında auditoriaya təqdim edir. Gözlənilməz uğur və televiziya şouları, konsert programlarına dəvətlər onu tez bir zamanda Karib qrupu qurmağa vadar edir. Kollektivə Maizie Williams, Sheila Bonnick, Natali və rəqqas Mayk daxil olurlar. Lakin bu müvəqqəti variant idi. 1976-cı ildə qrupa Karib adalarından migrantlar, Yamaykalı vokalçı Liz Mitçel və Marsiya Barret, Montserrat adasından rəqqasə Meyzi Vilyams və Aruba adasından rəqqas Bobbi Farrel qatılırlar. Fariandan başqa studiada musiqinin əsas hissələrini Liz Mitçel və Marsiya Barret də ifa etməyə başladılar.
Boney M.
Boney M (Boni Em) – AFR-də 1975-1986-cı illərdə mövcud olmuş disko qrupdur. Qrupun adı Avstraliya detektiv serialının adından götürülmüşdür. Almaniyanın "Boney M" disko qrupu 1975-ci ildə musiqi produseri Frenk Farian tərəfindən yaradılıb. 1974-cü ildə Frank Farian yeni disko üslubu üzərində eksperiment apararaq "Faby Do You Wanna Bump ?" mahnısını yazır. O zamanlar məşhur avstraliya detektiv serialı qəhrəmanının adından istifadə edərək "Boney M" adı altında auditoriaya təqdim edir. Gözlənilməz uğur və televiziya şouları, konsert programlarına dəvətlər onu tez bir zamanda Karib qrupu qurmağa vadar edir. Kollektivə Maizie Williams, Sheila Bonnick, Natali və rəqqas Mayk daxil olurlar. Lakin bu müvəqqəti variant idi. 1976-cı ildə qrupa Karib adalarından migrantlar, Yamaykalı vokalçı Liz Mitçel və Marsiya Barret, Montserrat adasından rəqqasə Meyzi Vilyams və Aruba adasından rəqqas Bobbi Farrel qatılırlar. Fariandan başqa studiada musiqinin əsas hissələrini Liz Mitçel və Marsiya Barret də ifa etməyə başladılar.
Honey & Clover
Honey and clover (ハチミツとクローバー, Haçimitsu to kuro:ba, Bal və yonca) — Çika Umino tərəfindən yaranmış manqa və onun əsasında J.C.Staff tərəfindən istehsal olunmuş anime serial. Anime 14 aprel 2006-cı ildə Fuji TV-də noitaminA blokunun ilk animesi kimi yayımlandı. Kollecdən 10 dəqiqəlik məsafədə hamamsız altıotaqlı ev. 25 il bundan əvvəl tikilib, aylıq ödəmə haqqı - 38 000 yen. Heç bir səs izolyasiyası olmayan uçuq ev. Yaşayanların hamısı tələbədir. Pəncərələr şərqə baxdığından səhərlər işıqlı olur. Bədii kollecin tələbəsi Yuta Takemoto özbaşına tələbə həyatına qədəm qoyur. O, sempayları Şinobu Morita və Takumi Mayama ilə bir evdə otaq tutub və özünə həyatda yer tapmaq ümidləri ilə doludur. Günlərin bir günü kollecin cavan professorlarından biri Şüci Hanamoto onları qardaşıqızı Haqumi ilə tanış edir.
Mondey Merotohun
Mondey Merotohun (2 noyabr 1977) — Nigeriyanı təmsil edən stolüstü tennisçi. Mondey Merotohun Nigeriyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Daha sonra Mondey Merotohun Nigeriyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Montey (Averon)
Montey (fr. Monteils, oks. Montelhs) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Najak kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12150. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 90 km şimal-şərqdə, Rodezdən isə 50 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 530 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 308 nəfər (15-64 yaş) arasında 204 nəfər iqtisadi fəal, 104 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 66,2%, 1999-cu ildə 67.8%).
Mosey adası
Mosey adası — Kiçik qumsal ada olub Kiçik Caun boğazında yerləşir. İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin Çaunski rayonu ərazisində yerləşir. Ada 1932 ildə Şərq-qütb ekpedisiyası zamanı (İ. A. Landin) adlandırılmışdır. Moisey Karaev yerli əhali tərəfindən böyük hörmətə malik olmuşdur. Çukotlar onu Masey adlandırırdılar. Yerli əhalinin dilində Yanranot — "Ayrılmış torpaq" adlandırılır.
Məney (Auırqazı)
Mənev (başq. Мәнеү, rus. Красный Восток) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Məsəli kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 22 km, kənd sovetliyindən (Məsəli): 3 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 33 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə Çuvaşlar (93%) üstünlük təşkil edir.
Rafael Moneo
Rafael Moneo (9 may 1937, Tudela) - İspaniyalı memar. Rafael Moneo 9 may 1937-ci ildə İspaniyanın Tudela şəhərində anadan olmuşdur. Madrid Texnik Universitetində memarlıq təhsili almağa başlayan Rafael 1961-ci ildə məzun oldu. Həmçinin universitetdə oxuduğu 1958-1961-ci illəri arasında Madriddə memar Xavier Saenzin ofisində işlədi. Dünyanın bir çox universitetində dərs vermiş memar 1985-1990-ci illərdə Harvard Universitetində dərs verib. Məşhur yenidənqurma layihələri arasında Madriddə yerləşən Vilyahermoza sarayı (Tissen-Bornemisza muzeyi), Prado muzeyi, Roma İncəsənəti Milli Muzeyi, Atoka qatar stansiyası var. Digər işləri arasında Saraqosadakı Dyester fabriki, Malyorkadakı Xoan Mura Fondunun binası və Loqronodaki bələdiyyə binası da yer alır. Rafael Moneonun ABŞ-dəki işləri arasında Los-Ancelesdə Meryəm Ana Kafedralı, Massaçusetsdə yerləşən Uellesli Kollecinə aid Deyvis İncəsənət Muzeyi və Hyustondakı Gözəl Sənətlər Muzeyinin genişləmə layihəsinin bir parçası olan Edru Cons Bek binası və Rod İzlanddakı Rod İzland Dizayn Məktəbinə aid Çeys Mərkəzi daha məşhurdur. 1996-cı ildə Pritsker mükafatının qalibi olmuşdur. 12 noyabr 2003-cü ildə isə RIBA Kral Qızıl Medalını qazanmışdır.
Robert Morey
Robert Morey (ing. Robert Moray, Murrey, Murray, 10 mart 1609, Pertşir[d] – 4 iyul 1673, London) — ingilis hərbçisi və dövlət xadimi, mason və təbiətşünas, London Kral Cəmiyyətinin qurucularından biri və faktiki olaraq ilk prezidenti. Robert Morey Şotland lord ailəsində anadan olmuşdur. Onun babası Robert Morey, atası Kreycidən olan ser Manqo Morey idir. Şahzadə Henri Uelsin şəxsi xidmətçisi, şair Devid Morey Robert Moreyın kiçik əmisi olmuşdur. Moreyın təhsili haqqında məlumatları mübahisəlidir. Bəzi tarixçilər onun Şotlandiyanın ən qədim universiteti olan Sent-Endryus Universitetini bitirdikdən sonra təhsilini Fransada davam etdirdiyini iddia edirlər, lakin bu məlumat dəqiq deyil. Robert gənc yaşlarından təbiət elmlərinə maraq göstərdi. 1623-cü ildə o, Ser Jorc Brüsun rəhbərliyi altında, kömür mədəni olan, Fert-of-Fort körfəzində tikilmiş süni adaya baş çəkmişdir. Daha sonra şəxsi məktubunda Morey "istəklərini anlamaq və tənzimləmək" üçün araşdırmaya başladığı an kimi 1627-ci ili qeyd etmişdir.
Klod Mone
Oskar Klod Mone (fr. Oscar-Claude Monet, 14 noyabr 1840[…], Paris[…] – 5 dekabr 1926[…]) — fransız rəssamı, impressionizm cərəyanının yaradıcılarından biri. Klod Mone 1840-cı ildə Parisdə dünyaya gəlib. O, 5 yaşındaykən ailəsi Normandiyaya köçür. Notre-Dame-de-Lorette kilsəsində təhsil aldığı illərdə onun adı Oskar Klod Mone kimi yazıldı. Ata-baba sənəti olan baqqallığı davam etdirməsi üçün atası çox cəhd göstərsə də, o, musiqiçi anasının sənətinə maraq göstərirdi. 1851-ci ildə La Havre-də orta məktəb təhsilinə başlayan Mone qara karandaşla çəkdiyi cizgilərlə çevrəsində tanınırdı. Onun incəsənətə olan marağı məhz bu cizgilərdə təzahür edirdi. Fransis Oçarddan ilk dərslərini alan Klod bu ərəfədə gələcək karyerasında əvəzsiz rolu olacaq Boudinlə də tanış oldu. 28 yanvar 1857-ci ildə anası öldüyündə onun 16 yaşı vardı.
Bitches Broken Hearts
"Bitches Broken Hearts" — amerikalı müğənni Billi Aylişin mahnısı. Mahnı Ayliş və prodüserlər Emmit Fenn və Finneas O'Konnell tərəfindən yazılıb. İlk dəfə 10 noyabr 2017-ci ildə SoundCloud üzərindən buraxılıb, sonradan 30 mart 2018-ci ildə sinql kimi bütün platformalar üçün yenidən yayımlanıb. Mahnı "You Should See Me in a Crown" sinqlının 7 düymlük vinil formatında B tərəfi kimi yer alıb. Mahnı həmçinin Aylişin ilk mini-albomu "Don't Smile at Me"nin genişləndirilmiş versiyasında və 2019-cu ildə buraxılmış studiya albomu "When We All Fall Asleep, Where Do We Go?"nun delüks versiyasına daxil edilib.
Paskal Mönye
Paskal Mönye (fr. Pascal Meunier; d.
Brümer
Brümer (fr. brumaire, lat. brume sözündən — duman) — Böyük Fransa inqilabından sonra tərtib olunmuş, 1793 cü ilin 1 yanvarına qədər qüvvədə olmuş təqvimə əsasən II ay (22/23 oktyabr — 20/21 noyabr).
Friker
Frikinq (ing. phreaking) — telefon sisteminin necə işlədiyini bilmək hesabına qanunsuz yolla pulsuz şəhərlərarası və beynəlxalq telefon danışıqları aparmaq. Frikinq ictimai telefon şəbəkələrinə qoşulmuş avadanlıq və sistemlər kimi telekommunikasiya sistemlərini öyrənən, sınaqdan keçirən və ya kəşf edən insanların mədəniyyətinin fəaliyyətini təsvir etmək üçün yaradılmış jarqon termindir. "Phreak" termini ingiliscə telefon (phone) sözündəki "ph-" ilə "freak" sözünün birləşməsi nəticəsində yaranıb və telefon sistemini manipulyasiya etmək üçün müxtəlif audio tezliklərin istifadəsinə də aid ola bilər. Frik, frikçi və ya telefon friki frikinqdə iştirak edən şəxslər üçün və onlar tərəfindən istifadə edilən adlardır. Termin ilk olaraq uzun məsafəli zəngləri yönləndirmək üçün istifadə edilən tonlar sistemini tərsinə çevirmiş qruplar üçün istifadə edilirdi. Bu tonları yenidən yaratmaqla, friklər zəngləri telefondan dəyişə bilir və bunun sayəsində istənilən yerdən pulsuz zəng edə bilirlər. Mavi qutu kimi tanınan elektron ton generatorları bu tonların yaradılmasını asanlaşdırmaq üçün frikinq cəmiyyətinin əsas hissəsinə çevrildi. Bu icmaya gələcək Apple-in həmtəsisçiləri Stiv Cobs və Stiv Voznyak daxil idi. Mavi qutu dövrü telekommunikasiya şirkətlərinə zəng yönləndirmə məqsədləri üçün diapazondaxili siqnaldan istifadəni dayandırmağa imkan verən kompüterləşdirilmiş telefon sistemlərinin getdikcə artan istifadəsi ilə sona çatdı.