BROKE

broke1

adj 1. müflisləşmiş, var-yoxdan çıxmış; to be dead / stony ~ tam şəkildə müflisləşmək / var-yoxdan çıxmaq; to go ~ var-yoxdan çıxmaq, dilənçi halına düşmək, müflisləşmək; His firm has gone broke Onun firması tam müflisləşmişdir; 2. amer. təlim verilmiş, yerişə öyrədilmiş (at haq.)

broke2

v dəllallıq etmək

broke3

to break felinin ptforması

BROKAGE
BROKEN
OBASTAN VİKİ
A Flower's Broken
A Flower's Broken – Sabrina Salernonun çıxardığı albomdur.
A Flower's Broken (albom)
A Flower's Broken – Sabrina Salernonun çıxardığı albomdur.
Birja brokeri
Birja brokeri — birjada işləyən şəxs. Alıcı və satıcı arasında vasitəçi kimi çıxış edir. == Tarixi == Birinci Dünya müharibəsi illərində Kiyevdəki birjada yerli müəssisələrin və digər şəhərlərdəki iri metallurgiya zavodlarının səhmləri böyük əhəmiyyət kəsb edirdi. Əməliyyatların aparılmasında birja maklerləri iştirak edirdilər, onlara hofbroker, habelə birja notariusu rəhbərlik edirdi. Birja binasının aşağı mərtəbəsində brokerlərin öz ofisləri var idi, üzərində üzərində "Stock Broker" yazılmış lövhələr var idi. Bəzi brokerlərin birjadan kənarda yerləşən şəxsi xarakterli başqa ofisləri var idi. Bu ofislərdə maklerlər öz vəsaitləri hesabına əməliyyatlar aparırdılar. Birja maklerlərinin ofislərinin pəncərələrində çox vaxt satdıqları kağızların nümunələri olurdu.. Birja dəllalının sövdələşməsi zamanı hər iki tərəf ona komissiya ödəyirdi. Əmtəə əməliyyatları üzrə broker hər iki tərəfdən rubldan 1/4 qəpik alırdı.
Brokeback Mountain: Original Motion Picture Soundtrack
Brokeback Mountain: Original Motion Picture Soundtrack - Enq Linın "Qozbel dağ" filminin musiqilərinin satışa çıxarıldığı albom. Albom 1 noyabr 2005-ci ildə buraxılmışdı. == Musiqi albomu == "Qozbel dağ" filminin orijinal film musiqisi albomu 2005-ci ildə satışa çıxarılmışdır. Orijinal partitura və musiqinin bəstəkarı Qustavo Santaolalladır. Bütün dünya üzrə albomun 300 000-dən artıq nüsxə ilə satılmışdır ki, ondan da 100 000-i ABŞ-nin payına düşürdü.Albom iki Qızıl Qlobus mükafatına nominasiya almışdır: Ən yaxşı orijinal musiqi və Ən yaxşı orijinal mahnı ("A Love That Will Never Grow Old"), həmçinin Qremmi mükafatına da nominasiya edilmişdi. == CD trek siyahısı == "Opening" - Qustavo Santaolalla – 1:31 "He Was a Friend of Mine" - Villi Nelson – 4:42 "Brokeback Mountain I" - Qustavo Santaolalla – 2:32 "A Love That Will Never Grow Old" - Emmylou Harris – 3:20 "King of the Road" - Teddi Tompson & Rufus Ueynrayt – 2:53 "Snow" - Qustavo Santaolalla – 1:18 "The Devil's Right Hand"- Stiv Örl – 2:34 "No One's Gonna Love You Like Me" - Meri Mak Brayd – 3:06 "Brokeback Mountain II" - Qustavo Santaolalla – 1:59 "I Don't Want to Say Goodbye"- Teddi Tompson – 3:12 "I Will Never Let You Go" - Ceki Qrin – 1:55 "Riding Horses" - Qustavo Santaolalla – 1:24 "An Angel Went Up in Flames" - The Gas Band – 2:36 "It's So Easy" - Linda Ronstadt – 2:27 "Brokeback Mountain III" - Qustavo Santaolalla – 2:14 "The Maker Makes" - Rufus Ueynrayt – 3:50 "The Wings" - Qustavo Santaolalla – 1:52 == "The Wings" CD sinqlı üçün trek siyahısı == "The Wings" (Gabriel & Dresden's Organized Nature Remix) "The Wings" (Manny Lehman, Tony Moran & Warren Rigg Collaboration Remix) "The Wings" (Manny Lehman Remix) == Tam soundtrek siyahısı == Filmdə orijinal kompozisiyalar istifadə olunmuşdu: "Universal Pictures fanfara" – Ekranda Universal Pictures titrları "Focus Features fanfara" – Ekranda Focus Features titrları "River Road Entertainment fanfare" – Ekranda River Road Entertainment titrları "Opening" - Qustavo Santaolalla – Filmin əvvəli; Ennis Signala (Vayominq) gəlir "Brokeback Mountain #1" - Qustavo Santaolalla – Cek & Ennis qoyunları otarmağa gedirlər "Camp" - Qustavo Santaolalla – Cek və Ennis qoyunları otaran vaxt №1 lagerinə üz tuturlar. "Streets of Laredo (song)" ("Laredo küçəsi" ilə də tanınır) – Ennis dağda ayının izinə düşür "Carrying Sheep" - Qustavo Santaolalla – Montaj: Cek düşərgədən çıxaraq Ennislə birgə palatka qurur. Amma Cek, palatkaların "düz quraşdırılmadığını" deyir "Harmonica #1" - Qustavo Santaolalla – Cek riffdə "O mənim dostum idi" mahnısını çalır (No. 53) "Water Walkin' Jesus" – Cek və Ennis ocağın ətrafında din haqqda söhbət edirlər. "Getting Drunk" - Qustavo Santaolalla – Ennis, viskidən çox içərək sərxoş olur və ocağın yanında yatır "Horse Love" - Qustavo Santaolalla – Ennis düşərgəni tərk edir; ölü qoyunları tapır; palatkada Cek və Ennis cinsi əlaqədə olurlar.
Broken Source
Broken Source - Xorvatiyada çalışan azərbaycanlı musiqiçi Dj Sineddin ikinci studiya albomudur. 2011-ci ilin aprel ayında Xorvatiyada bürünc statusu alıb. 1 dekabr 2012 tarixinə olan məlumatlara görə albomun 72000 nüsxəsi satılıb. == Albom haqqında == Broken Source albomunun təqdimatı 10 oktyabr 2010-cu ildə Bakı şəhərində Face klubda keçirildi. Albom 11 (10+1) trek daxil oldu. Dj Sinedd öz ikinci studiya albomu üzərində yenidən Ejay-Studio Records nişanı ilə çalışdı. Albomda Sineddin il ərzində yazdırdığı remikslər və 5 yeni mahnı yer alıb. Dj Sinedd öz rəsmi saytında avqust ayının 28-i yeni albomun trek-siyahısını və üzlüyünü nümayiş etdirdi. Albom 10 oktyabr tarixində işıq üzü gördü və qısa bir zaman ərzində Azərbaycan dance chartinda ilk pilləyə qalxdı. Xorvatiya üzrə satışları 15 mini keçdiyinə görə bu ölkədə albom "gümüş status"unu, Avropa üzrə isə satışları 25 min nüsxəni keçdiyinə görə "bürünc statusu"nu alıb.
Broker
Broker (ing. broker — dəllal, broker, vasitəçi) — satıcı ilə alıcı arasında, yaxud sığorta olunanla sığorta edən arasında (sığorta brokeri), eləcə də əmlak sahibi ilə kirayəniş arasında vasitəçəlik xidməti yerinə yetirən hüquqi və ya fiziki şəxs. Broker — qiymətli kağızlar bazarında birja əqdlərinin müəyyənləşdirilmiş qaydada müştərinin adından onun hesabına, müştərinin adından öz hesabına, yaxud öz adından müştərinin hesabına bağlanmasını həyata keçirən birja vasitəçisidir. Broker, müştəri ilə broker xidməti haqqında müqavilə bağlayır. Əqdin yerinə yetirilməsi haqqında broker əqdin əks tərəfə göndərilən təsdiqnaməsini tərtib etməklə dərhal müştərini məlumatlandırmalıdır. Brokerlər tərəfkeşlik etməməli və öz vəzifələrini heç kəsə ötürə bilməz. Brokerin kurtaj adlanan xidmət muzdu onun vasitəçiliyilə bağlanmış hər bir əqdin ümumi məbləğinin müəyyən faizindən, yaxud əvvəlcədən müəyyən edilmiş məbləğdən ibarətdir. Həmçinin, broker birjadakı hər bir alqı-satqını təsdiqləyən və bordero adlanan haqq-hesab qeydləri edir. Borderonu əqdin hər iki tərəfi imzalayır. Brokerlər hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi fəaliyyət göstərə bilər.
Brokes
Brokes (fr. Broquiès, oks. Broquièrs) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Rom-de-Tarn kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12037. Kommuna təxminən Parisdən 540 km cənubda, Tuluza şəhərindən 110 km şimal-şərqdə, Rodezdən isə 40 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 644 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 376 nəfər (15-64 yaş) arasında 309 nəfər iqtisadi fəal, 67 hərəkətsiz (fəaliyyət göstərici 82,2%, 1999-cu ildə 77.3%) idi.
Bitches Broken Hearts
"Bitches Broken Hearts" — amerikalı müğənni Billi Aylişin mahnısı. Mahnı Ayliş və prodüserlər Emmit Fenn və Finneas O'Konnell tərəfindən yazılıb. İlk dəfə 10 noyabr 2017-ci ildə SoundCloud üzərindən buraxılıb, sonradan 30 mart 2018-ci ildə sinql kimi bütün platformalar üçün yenidən yayımlanıb. Mahnı "You Should See Me in a Crown" sinqlının 7 düymlük vinil formatında B tərəfi kimi yer alıb. Mahnı həmçinin Aylişin ilk mini-albomu "Don't Smile at Me"nin genişləndirilmiş versiyasında və 2019-cu ildə buraxılmış studiya albomu "When We All Fall Asleep, Where Do We Go?"nun delüks versiyasına daxil edilib.
бедуи́нка вершки́ исты́киваться мармела́дка навыка́ть подсека́ние вернёмся к нашим ба́ранам гре́ческий де́ятель покипяти́ть руслово́й сарга́ссовый спрово́рить трамбова́ться угнезди́ться весталка compunction gleaner Greek-letter fraternity north ocean-wide systematist онтогенез предпринимательский тускло