Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Monpele
Monpelye (fr. Montpellier) — Fransa Respublikasının cənubunda yerləşən ən böyük şəhərlərdən biridir. Ölkənin 8-ci böyük şəhəri olan Monpelye şəhəri, Langedok-Rusillyon regionunun və Ero departamentinin inzibati mərkəzidir. Monpelye şəhəri Lez çayının vadisində, Aralıq dənizi sahilindən 10 km məsafədə yerləşir.
Princess Mononoke
Şahzadə Mononoke (もののけ姫, Mononoke hime, Qisasçı ruhların şahzadəsi) — Studio Ghibli tərəfindən 1997-ci ildə buraxılan tam metrajlı animasiya filmi. Rejissor və ssenari müəllifi Hayao Miyazaki, bəstəkar Co Hisayşidir. Film Yaponiyada ilin ən gəlirli filmi olmuş, ABŞ-də 2 million dollar, ümümilikdə isə 150 million dollar qazanmışdır. Yaponiyada odlu silahının yarandığı Muromaçi dövrüdür. Emişi xalqı va həmçinin baş qəhrəman Aşitakanın yaşadığı Naqo kəndi böyük caduya məruz qalandan sonra demona çevrilən bir qabanın hücumuna uğrayır. Kəndini müdafiə edərkən Aşitaka qabanı öldürür və cadunun bir hissəsi onun sağ əlində qalır. Müdrik qadın qabanın qəzəblənməsinin səbəbini bildikdə Aşitakanın öləcəyini söyləyir. Aşitaka saçlarını kəsib sadiq antilopu ilə kəndi tərk edir və demonun qəzəblənməsinə səbəb olanın axtarışına çıxır. Saçın kəsilməsi feodal Yaponiyasında insanın ölməyi demək idi. Aşitaka bu hərəkəti ilə kəndlilərə ölü olduğunu və kəndə daha qayıtmayacağını söyləmiş olurdu.
Şahzadə Mononoke

Monpele FK
Monpelye FK — Fransanın futbol klubu.
Miyoşi Mononoke Muzeyi
Miyoşi Mononoke Muzeyi (三次もののけミュージアム) və ya rəsmi adı ilə Yumoto Koiçi Memorial Yaponiya Yokay Muzeyi (湯本豪一記念日本妖怪博物館) – Yaponiyanın Hiroşima prefekturasının Miyoşi şəhərində yerləşən muzey. Yaponiya folklorundakı fövqəltəbii varlıqlar olan yokaylara həsr olunmuşdur. == Tarixi == Muzey 26 aprel 2019-cu ildə Tokioda yaşayan yokay tədqiqatçısı və etnoloq Koiçi Yumotonun xatirəsinə Miyoşi şəhəri tərəfindən açılmışdır. O, 2016-cı ildə kolleksiyasındakı 5000-dən çox əşyanı muzeyə bağışlamışdır. Miyoşi şəhəri Edo dövrünə aid "İno Mononoke Roku" nağılına görə tanınır. Nağıl 16 yaşlı bir oğlanın 30 gün ərzində yokaylarla mübarizəsindən bəhs edir. == Xüsusiyyətlər == Muzey binası ikimərtəbəlidir və polad karkasla tikilmişdir. Ümumi sərgi sahəsi 1.241 m² təşkil edir. Miyoşi Mononoke Muzeyi Yaponiyada yokaylara həsr olunmuş ilk muzeydir. Yokaylar haqqında məlumatlar tarixi artefaktlar və interaktiv rəqəmsal quraşdırmalar vasitəsilə çatdırılır.