Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Moped
Moped - sürəti təxminən velosiped kimi olan, balaca motosiklet olub, sürücülük lisenziyası almaq avtomobil və motosikletdən asandır. Dəqiq təsvir etsək, mopedi həm mühərrik, həm də pedal ilə sürmək mümkündür. Amma hüquqi olaraq moped boyda olan bütün motosikletlər, pedalı olmasa belə, moped adlanır.
Pyer Lui Mopertyui
Pyer Lui Mopertüi (ing. Pierre-Louis Moreau de Maupertuis; d. 1698, Fransa – 27 iyul, 1759, İsveçrə) — Fransız alimi; 1736-1737-ci illərdə dərəcə ölçmələri üçün lapland ekspedisiyasına rəhbərlik etmişdir; ən az təsir prinsipini ilk dəfə ifadə etmişdir.
Pyer Lui Mopertüi
Pyer Lui Mopertüi (ing. Pierre-Louis Moreau de Maupertuis; d. 1698, Fransa – 27 iyul, 1759, İsveçrə) — Fransız alimi; 1736-1737-ci illərdə dərəcə ölçmələri üçün lapland ekspedisiyasına rəhbərlik etmişdir; ən az təsir prinsipini ilk dəfə ifadə etmişdir.
More
More — amerikan siqaret markası. Hazırda ABŞ-də "R. J. Reynolds Tobacco Company", Avropa İttifaqında "Japan Tobacco" və Filippində "PMFTC" tərəfindən istehsal olunur.
Moe
Moe (萌え, «cazibə, dəlicəsinə sevgi») — otakuların jarqon sözü. Manqa, anime və ya videooyun qəhrəmanına fetiş dərəcəsində fanatlıq deməkdir. Məsələn, meqanekko-moe (眼鏡っ娘萌え, «eynəkli qıza moe») termini insanın eynəkli qızlardan xoşu gəldiyini bildirir. Sonradan bu söz hər hansı bir hobbi və qeyri-seksual fetiş mənasını daşımağa başladı, məsələn, tetsudo-moe (鉄道萌え, «dəmiryolu» + «moe») — dəmiryolu ilə maraqlanmaq.
Depeche Mode
Depeche Mode (azərb. Depе́ş mod‎) — 1980-ci ildə Bazildon şəhərində (Esseko qraflığı) yaradılmış Britaniya musiqi kollektivi. Qrup Composition Of Sound adı ilə Endi Fletçer, Vins Klark, Martin Qor tərəfindən yaradılıb, daha sonra isə fransız moda jurnalı olan Depeche Mode adının alıb. Bu qrup elektron musiqi, rok-musiqi janrlarında öz stilini yaratmışdır. Dünyanın ən çox uğur qazanmış və ən uzunmüddətli fəaliyyəti olan qruplardan hesab edilir.
J-Hope
J-Hope (kor. 정호석; 18 fevral 1994, Kvanju) — Əsl adı Jung Ho-Seok , səhnə adı J-Hope , Cənubi Koreyalı rəqqas , repper , bəstəkar.2013-cü ildə Big Hit Entertainment (Hybe Corporation) tərəfindən yaradılan BTS-in əsas rəqqası,repperi və alt vokalıdır. J-Hope 2018-ci ildə özünün ilk solo mixtapı olan Hope World-ü buraxdı. Albom tənqidçilər tərəfindən müsbət qarşılandı və ABŞ-də Billboard 200-də 38-ci yerə yüksəldi və onu o zamankı reytinqə əsasən dünyada ən yüksək siyahıya düşən solo Koreyalı sənətçi etdi. O, 2019-cu ildə müğənni Becky G-nin iştirak etdiyi "Chicken Noodle Soup" adlı sinqlı qrafikdə 81-ci yerdə debüt etdiyi zaman solist kimi Billboard Hot 100-ə daxil olan ilk BTS üzvü oldu. 2022-ci ildə J-Hope debüt studiya albomu "Jack in the Box"-u buraxdı. == Haqqında == === İlk illər === Jung Ho-seok (Hanqıl: 정호석) 18 fevral 1994-cü ildə Cənubi Koreyanın (Gwangju) Qvancu şəhərində anadan olub, burada valideynləri və böyük bacısı ilə yaşamışdır.BTS ilə debut etməzdən əvvəl yeraltı rəqs komandası Neuron-un bir hissəsi olmuş və Big Hit Entertainment ilə müqavilə imzaladığı 4-cü sinifdən 9-cu sinifədək altı il Qvancu Musiqi Akademiyasında rəqs dərsləri almışdır.J-Hope debutdan əvvəl rəqs bacarıqları ilə nisbətən yaxşı tanınırdı. O,2008-ci ildə milli rəqs yarışmasında birinci yer də daxil olmaqla bir neçə yerli rəqs mükafatı qazandı. Rəqs etmək bacarığı nəticədə ona bir idol təcrübəçisi kimi mahnı oxumağa və seçməyə marağının inkişafına kömək etdi. Stajyer olaraq J-Hope, (Jo Kwon) Co kvon-un 2012-ci ildə çıxardığı "Animal" mahnısında repçi olaraq iştirak etdi.
Klod Mone
Oskar Klod Mone (fr. Oscar-Claude Monet, 14 noyabr 1840[…], Paris[…] – 5 dekabr 1926[…]) — fransız rəssamı, impressionizm cərəyanının yaradıcılarından biri. == Həyatı == Klod Mone 1840-cı ildə Parisdə dünyaya gəlib. O, 5 yaşındaykən ailəsi Normandiyaya köçür. Notre-Dame-de-Lorette kilsəsində təhsil aldığı illərdə onun adı Oskar Klod Mone kimi yazıldı. Ata-baba sənəti olan baqqallığı davam etdirməsi üçün atası çox cəhd göstərsə də, o, musiqiçi anasının sənətinə maraq göstərirdi. 1851-ci ildə La Havre-də orta məktəb təhsilinə başlayan Mone qara karandaşla çəkdiyi cizgilərlə çevrəsində tanınırdı. Onun incəsənətə olan marağı məhz bu cizgilərdə təzahür edirdi. Fransis Oçarddan ilk dərslərini alan Klod bu ərəfədə gələcək karyerasında əvəzsiz rolu olacaq Boudinlə də tanış oldu. 28 yanvar 1857-ci ildə anası öldüyündə onun 16 yaşı vardı.
Moce Canaşvili
Moisey Georgiyeviç Canaşvili (19 (31) mart 1855, Əlibəyli – 19 aprel 1934, Tiflis) — tarixci-etnoqraf. Tarix, etnoqrafiya və linqvistikaya dair coxsaylı elmi-populyar tədqiqatların müəllifi. == Həyatı == 19 mart 1855-ci ildə Zaqatala dairəsinin Əlibəyli kəndində (Qax rayonunun Əlibəyli kəndi) ingiloy kəndlisi Georginin ailəsində anadan olmuşdur.
Moje 3
Moje 3 Serbiyanı 2013 Avroviziya Mahnı Müsabiqəsində "Ljubav je svuda" mahnısı ilə təmsil etmiş olan pop trio.
Mose Canaşvili
Moisey Georgiyeviç Canaşvili (19 (31) mart 1855, Əlibəyli – 19 aprel 1934, Tiflis) — tarixci-etnoqraf. Tarix, etnoqrafiya və linqvistikaya dair coxsaylı elmi-populyar tədqiqatların müəllifi. == Həyatı == 19 mart 1855-ci ildə Zaqatala dairəsinin Əlibəyli kəndində (Qax rayonunun Əlibəyli kəndi) ingiloy kəndlisi Georginin ailəsində anadan olmuşdur.
Moçe mədəniyyəti
Moçe və yaxud Moçika mədəniyyəti — Cənubi Amerikada I əsrdən VIII əsrədək arxeoloji mədəniyyət. == Tarixi == Mərkəzi Moçe çayının aşağı axarında olmuşdur. Moçika mədəniyyətinin lokal səciyyə daşıdığı haqqında düşünmək səhv olardı. Bu mədəniyyətin təsir dairəsi 24 oazisi əhatə edirdi ki, bunlar da səhra zonaları ilə bir-birindən ayrı olan Çikama, Viru, Santa və d. çayların sahillərində yerləşirdi. Buranın çox yaxşı dəniz kənarı iqlimi vardı. Bu şəraitdə təsərrüfatçılıq inkişaf etmişdi. Buranın sakinləri aqronomik bilik və bacarığa malik idilər. Təsərrüfat sahəsində onlar çox irəliyə getmişlər. Gübrə hazırlığı nəticəsində moçikalılar kartof, balqabaq, pomidor yetişdirirdilər.
Moşe Dayan
Moshe Dayan (ivr. ‏משה דיין‎‏‎; 20 may 1915 – 16 oktyabr 1981) — İsrail hərb və dövlət xadimi. == Həyatı == Moşe Dayan Fələstində yəhudi kəndində doğulmuş və bütün gəncliyini öz kəndlərini ərəblərdən qorumaqda, sonra isə partizan müharibəsində keçirmişdi. Moşe Dayan XX əsrin 30-cu illərin ortalarında ingilis batalyonlarında sərt təcrübə məktəbi keçmişdir. İkinci dünya müharibəsində ingilis ordusunda iştirak edərkən binokluna dəyən güllə nəticəsində bir gözünü itirmişdi. Moşe Dayan 1945-ci ildə zabit rütbəsində tərxis olunub Fələstinə gəlir. O zaman Fələstin ərazisində 1 milyon 200 min ərəb, 650 min yəhudi yaşayırdı. Bura ingilislərin əlində idi. Lakin onlar BMT-nin qərarı ilə ölkədən çıxıb getdikdən sonra ərəblərlə yəhudilər arasında ölkəyə sahib olmaq, daha doğrusu, burada mövcud olmaq uğrunda gərgin mübarizə başlandı. Moşe Dayan 1948-ci il yanvarın 10-da ərəb azadlıq ordusu yarandı.
Moşe Kastel
Moşe Kastel (ivr. ‏משה קסטל‏‎; 1909[…], Qüds – 12 dekabr 1991 və ya 1992, Tel-Əviv) — İsrailli rəssam. == Həyatı == Moşe Kastel 1909-cu ildə Yerusəlimdə anadan olmuşdur. Moşe Kastel 1909-cu ildə Yerusəlimdə anadan olmuşdur. Ailənin kökləri 1492-ci ildə İspaniyadan yəhudilərin çıxarılmasından sonra Müqəddəs torpaqlara köçən Kastiliyadan olan ispan yəhudilərinə gedib çıxır. Atası Əl Xəlildə anadan olmuşdur. O, Qüdsdə Nahalat Şiva və Buxari semestrində Səfərad yəhudiləri üçün məktəb açdı. Moşe atasının təhsil aldığı Buxari məhəlləsində böyümüşdür. 13 yaşındaykən 1921-ci ildən 1925-ci ilə qədər təhsil alan Bezalel İncəsənət Məktəbinə daxil oldu. Məktəbin rəhbəri Boris Şatz idi.
Moşe Katsav
Moşe Katsav (ivr. ‏משה קצב‏‎), Musa Qəssab (fars. موسی قصاب‎; 5 dekabr 1945, Yəzd) — İsrailli siyasətçi. O, səkkizinci İsrail prezidenti kimi xidmət edib. == Həyatı == Musa Qəssab adıyla İranın Yəzd şəhərində dünyaya gəlibdir.
Moşe Nissim
Moşe Nissim (ivr. ‏משה נסים‏‎; 10 aprel 1935, Qüds) — İsrailli siyasətçi, vitse-baş nazir. == Haqqında == Moşe Nissim Fələstində anadan olub. Qüds Yəhudi Universitetində hüquq təhsili almış və milli xidməti müddətində İsrail Müdafiə Qüvvələrində ədliyyə məmuru vəzifəsində çalışmışdır. 1955–1973-cü illərdə İsrailin Sefardi Baş Rabbi vəzifəsini icra edən Rabbi İshaq Nissimin oğludur.
Moşe Yalon
Moşe Yalon (ivr. ‏משה יעלון‏‎; 24 iyun 1950) — İsrail siyasətçisidir və İsrail Müdafiə Qüvvələrinin keçmiş Baş Qərargah rəisidir, eyni zamanda 2013-cü ildən 20 may 2016-cı il tarixədək istefaya qədər İsrailin Müdafiə naziri vəzifəsini icra edib. Yalon, Knessetə 2019-cu ildə Mavi və Ağ partiyanın sayca üç üzvü olaraq, keçmiş İFF qərargah rəisi Benni Qantz və Yeş Atidin başçılıq etdiyi İsrail Müqavimət Partiyasının birləşməsi ilə yaradılan ortaq bir siyahı olaraq namizəd oldu.
Lope Milli Parkı
Lope Milli Parkı — Qabonun mərkəzində yerləşən milli parkdır. Ərazisi əsasən rütubətli meşələrdən ibarət olsa da, parkın şimalında 15 min il əvvəl son Buz dövrü ərzində Mərkəzi Afrikada yaranan savannaların son qalıqları var. 1946-cı ildə Lope-Okanda Vəhşi Təbiət Qoruğu yaradıldığı zaman bura Qabonda ilk qorunan bölgə idi. 2007-ci ildə Lope-Okanda ladşaftı UNESCO-nun Ümumdünya irsi siyahısına əlavə edilmişdir. Parkda Mikonqo adlanan kənddə yerləşən və kəndə uyğun olaraq Mikanqo kimi tanınan, Zooloji Cəmiyyət tərəfindən idarə olunan kiçik bir tədqiqat stansiyası var. Ərazidə turistlərin dincəlməsi üçün infrastruktur mövcuddur. Buraya bir neçə otaq və ən azı beş metr məsafədə olan geniş, açıq hava yemək otağı daxildir. Parkda CEDAMM Tədris Mərkəzi, Vəhşi Təbiəti Qoruma Cəmiyyəti və beynəlxalq qoruma təhsili mərkəzi də fəaliyyət göstərir.
Lope de Veqa
Lope de Veqa (25 noyabr 1562[…], Madrid, Kastiliya krallığı[…] – 27 avqust 1635[…], Madrid, Kastiliya krallığı) — ispaniyalı şair və dram yazarı. İspan intibah ədəbiyyatının tanınımış yazarlarından biri. == Haqqında == Lope de Veqa 25 noyabr 1562-ci Madriddə anadan olmuşdur. Dövrünün orta səviyyəli təhsil ocaqlarında dərs keçmişdır. Ədib yeniyetməlik dövründən müxtəlif elmlərlə yanaşı, dinə maraq göstərmiş, hətta 1614-cü ildə keşiş rütbəsi almışdır. == Yaradıcılığı == Lope de Veqa Servantesdən sonra ispan ədəbiyyatının ən önəmli şəxslərindən biridir. Ən məhsuldar yazıçılardan biri olaraq tanınır. Ədib bir çox janrlarda yazıb-yaratmışdır. O, sonetlərin, epik poemaların müəllifidir. Lakin onun əsas uğurları dramaturgiya ilə bağlı olmuş, iki teatr janrında: komediya və dini dram (auto) yazmışdır.
One More Chance
One More Chance — Maykl Ceksonun bir mahnısı.
One More Change
One More Chance — Maykl Ceksonun bir mahnısı.
One More Day
One More Day — Gürcüstannı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Eldrine rok qruppu ifa edəcəyi mahnıdır.
Kin Moe Nve
Kin Moe Nve (1 yanvar 1973) — Myanmalı qadın ağır atlet. 58 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Myanmanı təmsil edir. Kin Moe Nve 2000 Yay Olimpiya Oyunlarında 58 kq çəki dərəcəsində iştirak etmişdir. O, dünya çempionatlarında daiştirak etmişdir. Son dəfə 1999 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Hope və Faith (film)
== Haqqında == Serialın baş rollarını Faith Ford və Kelly Ripa paylaşıb. Hope Shanovski (Ford) əri (Ted McGinley canlandırıb) və üç uşağı ilə birlikdə yaşayan evdar xanımdır. Faith Fairfield (Ripa) Hope-un bacısıdır və oynadığı serialda öldürülmüş bir ulduzdur, o, məhz bu səbəbdən Hope-un evinə köçür. Serialın yaradıcısı olan, "The Bold and the Beautiful"un keçmiş üzvü Joanna Johnson seriala öz həyatından hissələr qatıb. Həmçinin seriala Toni Körtis, Dean Cain, Robert Uagner, Regis Philbin (Ripanın "Live with Regis and Kelly" verilişindən aparıcı həmkarı), Kathie Lee Gifford (Regisin keçmiş aparıcı həmkarı), Jenny McCarthy, Jaclyn Smith, Louise McCafferty və Mark Consuelos (Ripanın həyat yoldaşı) kimi qonaq aktyor və aktrisalar qatılıb. Həmçinin serial digər ölkələrdə də yayımlanıb və hətta Türkiyədə "Belalı Baldız" adı altında türk aktyor və aktrisa heyəti ilə türk versiyası çəkilib. == Obrazlar == Hope Fairfield-Shanovski (Faith Ford). Hope ailənin dirəyidir. O, adətən çox diqqətcildir və həmişə bacısının fikirləşdiyinin əksinə fikirləşir. O, Charlie ilə evlidir və üç uşağı var-Sydney, Hayley və Justin.
Mode Gakuen Cocoon Tower
Mode Gakuen Cocoon Tower(Yapon:モード学園コクーンタワー, Mōdo gakuen kokūn tawā) — Tokio Xüsusi Rayon Şincuku Nishi-Şincuku Məhəlləsi ərazisində yerləşən bir göydələn. Göydələnin tikintisi 2008-ci ilin oktyabrında tamamlanmış, göydələnin hündürlüyü 204 metrdir.
Tell Me More (mahnı)
Tell Me More (azərb. Mənə daha çoxunu danış‎) – Azərbaycanı 2023 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən "TuralTuranX" duetinin müsabiqədə ifa etdiyi mahnı. Müsabiqənin birinci yarımfinalında mahnı 14-cü yeri tutaraq finala vəsiqə qazana bilməmişdir.
What More Can I Give
What More Can I Give (isp. Todo para ti) - Pop musiqisinin kralı Maykl Cekson tərəfindən yazılmış və 2001-ci il 11 sentyabr terror aktlarına həsr edilmiş mahnı.Mahnı ən məşhur müğənnilərdən ibarət qrup tərəfindən ifa edilmiş və Epic Records şirkəti tərəfindən yayımlanmışdır.Mahnı iki dildə ingilis dili və ispan dilində ifa edilmişdir.İspan dilində sözlərin müəllifi Rubén Bladesdir.
Aspe
Aspe (isp. Aspe) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Vinalopo-Mica ərazisinin 70,9 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 20360 nəfərə çatmışdır.
Boie
Henrix Boye (alm. Heinrich Boie‎;4 may 1794 – 4 sentyabr 1827, Boqor) — Alman zooloqu.
Bove
Bove (fr. Beauvais, pikard Bieuvais, lat. Bellovacum, Bratuspantium, Caesaromagus) — Fransanın şimalında şəhər, region — O-de-Frans, Uaza departamentinin paytaxtı. Amyen şəhərindən 62 km cənub-qərbdə və Paris şəhərindən 78 şimalda, Teren və Avelon çaylarının birləşməsində yerləşir. 2014-cü ilə görə əhalinin sayı — 54 738 nəfər. == Tarixi == Qədim dövrlərdə Bellovak tayfasının paytaxtı idi. 52-ci ildə Yuli Sezarın fəthindən sonra Sezaqromaus adını aldı. Sonradan yenidən "Bellovaclar şəhəri" adlandırıldı (Civitas de Bellovacis). IX əsrdən etibarən Fransadakı ən güclülərdən biri olan (1013-cü ildən bəri Fransanın həmyaşıdları) olan Noyon yepiskoplarına çevrilən Beauvais-in Sayları qeyd edildi. 1346-cı ildə mühasirəyə alınan şəhər İngilislərə qarşı cəsarətlə özünü müdafiə etdi; Jan Lipyerin qəhrəman fədakarlığı ilə xilas oldu .
Gopu
Gopu- Yaz vaxtı durnaların gəlişini təsvir edən, həm oyun, həm də rəqs xüsusiyyətlərini özündə əks etdirən bu rəqs ta qədim zamanlardan bu günə kimi Azərbaycan xalqının sevə-sevə ifa etdiyi məşhur rəqslər silsiləsinə daxil edilən yallı növüdür. İndi onu yalnız Şərur və Kəngərli rayonlarında ifa edirlər. Bu rəqs oyun tərzinə görə “gopu” adlanır. Adətən qadın və kişilərin iki sıraya düzülüb ifa etdikləri yallıda ifaçıların lovğalıqla, özlərini çəkə-çəkə rəqs etdikləri (gop etdikləri) “Gopu” üç hissədən – asta, orta və cəld hissələrdən ibarətdir. Azərbaycan xalqına məxsus “Gopu” rəqsi Naxçıvan Muxtar Respublikasının Kəngərli Rayonunun Mədəniyyət və Turizm Şöbəsi nəzdində fəaliyyət göstərən folklor kollektivinin repertuarına daxil edilməklə ifa olunmaqdadır.
Botë
Botë və ya digər adı ilə World (azərb. Dünya‎) — Albaniyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Lindita "World" mahnısı ilə Albaniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Mahnının musiqisi Alban bəstəkar Klodian Kafoku, sözləri isə ifaçı Lindita və Big Bastaya aiddir.
Böde
Böde (mac. Böde) — Macarıstanın Zala medyesində yerləşən kənd. == Coğrafiyası == Kənd Zala əyalətində, Zalaeqerseq şəhərinin cənubunda yerləşir.