hope1
n I 1. ümid; əməl, arzu, dilək; vague ~ qeyri-müəyyən / mübhəm ümid; ~s of peace sülh arzusu; to pin one’s ~s on smb. bir kəsə ümid bəsləmək / bel bağlamaq; to live in ~ of smth. bir şeyin ümidilə yaşamaq; to hold out a ~ of smth. bir şeyə ümid bəsləmək imkanı vermək; to raise smb.’s ~s bir kəsə ümid vermək, bir kəsi arxayın etmək; 2. ümid yeri, ümid olma, güvənmə, güvənc; inam, bel bağlama
n II 1. çox da böyük olmayan körfəz; 2. dərə, çuxur
hope2
v 1. arxayın olmaq, ümid etmək, bel bağlamaq, inanmaq; to ~ for smth. bir şeyə arxayın olmaq; to ~ for the best hər şeyin daha yaxşı olacağına ümid etmək; 2. intizarını çəkmək, xəyalən duymaq / gözləmək