RASPBERRY

raspberry1

n bot. 1. moruq; 2. moruq kolu

raspberry2

adj moruq; ~ jam moruq cemi / mürəbbəsi; ~ bush moruq kolu; ~ field moruqluq, moruq kolluğu

RASP
RAT
OBASTAN VİKİ
Raspberry Pi
Raspberry Pi (Razberi pi) — Öncədən, inkişaf etməkdə olan ölkələrdə ibtidai informatika və kompüter biliklərini tədris etmək məqsədiylə yaradılan, kredit kartı ölçülərində olan və ucuz başa gələn, Raspberry Pi Foundation tərəfindən yaradılan, sonradan isə çox geniş yayılmış və bir çox tətbiq sahələri tapmış bir-lövhəli kompüterdi. Üç il ərzində, ümumilikdə 4,5 miliyon Raspberry Pi satılmışdır. == Tarixcə == 2011-ci ilin mayında USB fləş kart ölçülərində olan Raspberry Pi-nin ilk konseptini Devid Breben təqdim etmişdir. 2011-ci ilin iyul ayının sonunda avadanlığın alfa - versiyası üzrə işlər bitirilərək istehsala göndəilir. 12 avqusta artıq Raspberry Pi Foundation avadanlıqların ilk hazır partiyasını alır. Alfa - versiyasında olan bəzi test funksiyalar və bahalı detallar avadanlığın final versiyasından cıxarılmışdır. Həmçinin avadanlığın son versiyası 20% daha kiçik və altı qat əvəzinə, dörd qatdan ibarətdir. 10 yanvar 2012-ci ildə şirkət 10 min lövhədən ibarət «B» modelinin istehsalına başladığını elan etdi. 29 fevral 2012-ci il «B» model lövhələrinin satışına başlanılır. 16 iyul 2012-ci il layihənin yaradıcıları Raspberry Pi «B» modelinin sifarişlərinə qoyulan məhdudiyyətlərin yığışdırıldığını bildirdi.