Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mozaika
Mozaika (rəngli qurama) — (fr. mosaïque, it. mosaico, lat. (opus) musivum — muzalara həsr olunmuş əsər) eyni və ya müxtəlif rənglərdə şüşə, daş hissəciklərdən və plitələrdən hazırlanmış incəsənət nümunəsidir. Mozaikalar daxili divarlarda, döşəmələrdə və tavanda istifadə oluna bilər. Bəzən mozaikalardan açıq havada səkilərdə də istifadə olunur. Monumental-dekorativ sənətinin əsas növlərindən biridir. Mozaikadan əsasən dekorativ-tətbiqi sənətdə, bəzi hallarda isə dəzgah incəsənətində istifadə edilir. Mozaika şablon şəkildə kəsilmiş sadə və mürəkkəb həndəsi formalı xırda material qırıqlarından yığılır və əhəng, sement, mastika yaxud mum təbəqəsinə bərkidilir. Mozaikada həm də, xırda rəngli qeyr-şəffaf şüşə parçalarının nəm suvağa düzülür.
Naviçella (mozaika)
Naciçella (it. Navicella, hərfi tərcüməsi "kiçik gəmi") — Cotto di Bondone tərəfindən 1305-1313-cü illərdə yaradılmış, Köhnə Müqəddəs Pyotr bazilikasının giriş arkadasında böyük divarda yerləşən və bazilika həyətinə açılan böyük mozaika olmuşdur. Əsərdə, İsanın suda gəzməsi hadisəsinin Matfeyin İncilində (Matfey 14: 24-32) qeyd edilmiş versiyası təsvir edilmişdir ki, bu da üç İncil arasında Müqəddəs Pyotrun İsaya qoşulmasının təsvir edildiyi yeganə variantdır. XVII əsrdə yeni bazilikanın inşası zamanı, mozaika dağıdılmış, bəzi hissələri saxlanılmış və 1675-ci ildə yeni bazilikanın portikində yenidən quraşdırılan mozakiaya əlavə edilmişdir.Uzaqdan görünməsi üçün dizayn edilmiş mozaika çox böyük ölçülərə malik olmuşdur. 1628-ci ildə mozaikanın yağlı boya ilə işlənmiş tam ölçülü versiyasının yaradılması Vatikan tərəfindən Françesko Berrettaya sifari edilmiş, lakin, bir neçə il ərzində orijinal mozaikanın müxtəlif hissələri itirildiyinə görə, əsər 7.4x9.9 metr ölçüdə yaradılmışdır. Orijinal mozaikanın isə təxminən 9.4x13 metr ölçüyə malik olması, aşağıdan isə latın dilində İncildən müvafiq hissələrin yazılması güman edilir. == Mövzu == Yalnız Matfeyin İncilində Pyotr d qayığı tərk edərək dalğalar üzərində gəzir: == Təsviri == Kardinal Yakopo Stefneskinin sifarişi ilə hazırlanmış mozaikada donor portreti Məsihin ayaqları altında təsvir edilmişdir; Papa V Klementdən sonra Roma şəhərini o idarə etmiş, Kuriya isə 1309-cu ildə, Avinyon papalığının başlanğıcında şəhəri tərk etmişdir. Sifariş adətən 1300-cü Müqəddəs İllə əlaqələndirilsə də, sonradan müəyyən edilmişdir ki, mozaikanın təsviri Cottonun Romaya səfəri zamanı, təxminən 1310-cu ildə hazırlanmış və mozaika ustalarına təhvil verilmişdir. Ehtimal ki, mozaika, Son Antik dövrə aid başqa bir mozaikanın yerində quraşdırılmış, lakin qədim sənət əsəri haqqında heç bir məlumat saxlanmamışdır. Stefaneskinin nekroloqunda qeyd edilən məlumata görə mozaikanın hazırlanması 2.200 florinə başa gəlmişdi.
Zevqma mozaika muzeyi
Zeuqma Mozaika Muzeyi (türk. Zeugma Mozaik Müzesi) — Türkiyənin Qaziantep şəhərində yerləşən və sahəsi 30.000 m2 olan arxeoloji muzey. Dünyanın ən böyük mozaika muzeyidir. Açıldığı ilk gündə 3000-dən çox ziyarətçi qəbul etmişdir. == Haqqında == Həm memarlığı, həm də texnologiyası baxımından muzey dünyada öndə gedənlərdəndir. Muzey "İpək yolu" adı verilən E-400 yolunun üzərində inşa edilmişdir. 3 mərtəbəli 3 binadan ibarətdir. Bununla yanaşı 1.160 nəfəri qəbul edəcək konfrans salonuna da sahibdir. Muzeyin girişində isə Afina heykəli yerləşir. Burada yaşı 2000-dən çox olan mozaika sərgilənir.
Dürres Gözəli (mozaika)
Dürres Gözəli mozaikası (alb. Bukuroshja e Durrësit, ing. The Beauty of Durrës}) — Albaniyada tapılan ən qədim, bizim eramızdan əvvəl 4-cü əsrə aid polixrom mozaikadır. Sahəsi 9 kvadrat metr olan bu mozaika ellips formasındadır. Üzərində tünd fonda güllər və digər bitkilərlə əhatələnən qadın başı təsvir olunub. 1918-ci ildə kəşf olunub və 1982-ci ildən Tirana şəhərində yerləşən Albaniya Milli Tarix Muzeyində sərgilənir. == Tarixi == Mozaika eramızdan əvvəl IV əsrin ikinci yarısında Durresdə yaradılmışdır. Mozaika 1916-cı ildə, Birinci Dünya Müharibəsinin ortalarında, Dürresin Avstriya-Macarıstan qüvvələri tərəfindən işğal edildiyi zaman aşkar edilmişdir. Avstriya-Macarıstan ordusunun hava hücumu üçün sığınacaqların tikintisi işləri zamanı hərbi mühəndislər, Durres şəhərinin günümüzdə mərkəzində yerləşən "Varoş" küçəsində bir evin bünövrəsində qazıntı işləri zamanı təqribən 3.8 metr dərinlikdə mozaika ilə qarşılaşdılar. 1918-ci iin aprel ayında Avstriyalı arxeoloq Kamillo Praşniker(en) sığınacağın tikintisi bitməmişdən öncə həmin mozaikanı araşdırdı.
Florensiya vəftizxanasının tavan mozaikaları
Florensiya vəftizxanasının tavan mozaikaları (it. Mosaici del battistero di Firenze) — Florensiya vəftizxanasının günbəzinin daxilini və apsidalarını bəzəyən mozaikalardır. 1225-1330-cu illərdə məşhur rəssamlar Çimabue, Koppo di Markovaldo, Meliore di Yakopo və Maestro della Maddalenanın eskizləri əsasında hazırlanmış mozaikalar orta əsrlər İtaliya mozaika sənətinin öyrənilməsi üçün ən mühüm mənbələrdən biridir. == Tarixi == Vəftizxananın apsidalarında ilk mozaikalar Fransiskan rahib Yakopo tərəfindən yaradılmışdır. Vazari özünün “Məşhur rəssamlar, heykəltəraşlar və memarların həyatı” əsərində həmin rahibi səhvən Yakopo Torriti ilə qarışdırır. Dörd apsidaya bölünmüş kitabədə işlərin başlanması tarixi qeyd edilmişdir.Mozaika hazırlanması çətin və bahalı bir iş idi. Vəftizxananın bəzədilməsi və saxlanılmasına “Arte di Calimala” adlı balıqçı gildiyası cavabdeh idi; gildiya tikilinin günbəzinin bəzədilməsi üçün 1271-ci ildə kanonla müqavilə bağlayır və işlərə başlanılır. Lakin, hazırda günbəzin fənərə yaxın hissəsini bəzəyən mozaikaların daha erkən dövrdə - 1228-ci ildə, skrasellanın (düzbucaqlı apsida) mozaikalarının tamamlanmasından dərhal sonra rahib Yakopo tərəfindən başlanılmasına daha çox inanılır. İşlər XIV əsrin əvvəlinə kimi davam etdirilmiş və Covanni Villaninin əsərində qeyd olunduğu kimi təxminən 1330-cu illərdə tamamlanmışdır.Vazarinin verdiyi məlumata görə vəftizxananın ilk günbəz mozaikaları yarı-əfsanəvi şəxs olan Andrea Tafi tərəfindən, onun Venesiyada qarşılaşdığı Apollonio adlı yunanın köməkliyi ilə yaradılmış mələklər iyerarxiyası və Pontokrator Məsih mozaikalarıdır. Qalan işlərin müəllifliyini isə o, Qaddo Qaddinin adına yazır.
Nizami metrostansiyasının mozaikaları
Nizami metrostansiyasının mozaikaları — 1973–1976-cı illərdə SSRİ xalq rəssamı Mikayıl Abdullayev tərəfindən yaradılmış on doqquz mozaik pannolardır. Pannolardan on səkkizində Nizaminin "Xəmsə"sinə daxil olan beş məsnəvidən bədii səhnələr, birində isə şairin özünün üç metrdən artıq hündürlüyə malik boyaboy portreti təsvir edilmişdir. Mozaikalardan 3-ü "Sirlər xəzinəsi", 3-ü "Xosrov və Şirin", 3-ü "Leyli və Məcnun", 4-ü "Yeddi gözəl", 5-i isə "İsgəndərnamə" mövzularına həsr edilmişdir. Mozaikalar Nizaminin beş poemasının illüstrativ nəqli kimi nəzərdə tutulmuşdur. Mozaikalarda qəhrəmanlar, başlarına gəlmiş mühüm hadisələr zamanı təsvir edilmişlər.Mozaik təsvirlər üçün rəng seçərkən, rəssam, əlvan və parlaq rənglərdən istifadədən qaçaraq, yumşaq rəng çalarlarına üstünlük vermişdir. [5] Həmçinin, monoxrom rənglərdən də imtina edilmişdir. Süjetlərin traktovkasında rəssam klassik miniatür formasına müraciət etmişdir. Miniatür sənətindən gəlmə ünsürlər kompozisiyaların şərti traktovkasında və ayrı-ayrı detalların səthi təsvir formasında özünü büruzə verir. M. Nəcəfov Mikayıl Abdullayevin yaradıcılığına həsr edilmiş kitabında Nizami metro stansiyasındakı mozaikaları "Azərbaycan təsviri sənətinin monumental rəngkarlıq sahəsinin qiymətli nümunələri" adlandırır. == Tarixi == Mikayıl Abdullayevin Nizami Gəncəvi yaradıcılığına ilk müraciəti 1941-ci ildə olmuşdur.
Tütün mozaikası
Tütün mozaikası virusunu ilk dəfə Dmitri İvanovski kəşf edib. Bu xəstəlik 1892-ci ildə kəşf olunub. Tütün mozaikası virusu yalnızca canlı hüceyrələrdə çoxala bilir. Bu, tütün bitkisinin kök, gövdə və yarpağında olur. Xəstəlik damarlar arasında sarı, yaşıl və ya daha açıq yaşıl rənglərdə özünü göstərir. Tütün mozaikası virusu tütündə, pomidorda, kartofda, şalğamda, bibərdə və bunlar kimi 300-dən çox bitkidə xəstəlik meydana gətirə bilir.
Monvik
Monvik (fr. Montvicq) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03189. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 280 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 454 nəfərdən (15-64 yaş) 325 nəfəri iqtisadi cəhətdən, 129 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.6%, 1999-cu ildə 66.4%). 325 fəal şəxsdən 289 nəfəri (156 kişi və 133 qadın), 36 nəfəri işsiz (11 kişi və 25 qadın) idi. Aktiv olmayan 129 nəfər arasında 31 nəfər şagird və ya tələbə, 61 nəfər təqaüdçü, 37 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Mosaic
Mosaic veb-brauzeri - Microsoft Windows əməliyyat sistemi üçün ilk veb-brauzer. Urbana-Şampeyndəki İllinoys Universitetinin Superkompüter Tətbiqi Proqramlarının Milli Mərkəzində (National Center for Supercomputing Applications at the University of Illinois Urbana-Champaign) işlənib hazırlanıb. İlk versiyası 1993-cü ildə buraxılıb və inkişafı 1997-ci ildə dayandırılıb. Netscape Navigator və Internet Explorer brauzerlərinin əsasında Mosaic’in ilkin kodu dayanır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Mozambik
Mozambik — Afrikada dövlət. == Adın etimalogiyası == Bir çox qaynaqda Mozambik (Moçambique-okunuşu: musambiki) adının bir Ərəb sultanı olan Muça Alebique (Musa Alibiki)dan gəldiyi ayrıca tədavüldəki pul vahidi olan metikal adının da bir ağırlıq formas(n)ı olan مطقال miṭqāl'den gəldiyi söylənilməkdədir. == Coğrafiyası və İqlimi == Mövqe: cənub-Şərq Afrikada Hind okeanının qərbində, Tanzaniyanın şimalında, Malavi və Zambiyanın şimal batısında, Zimbabvenin şərqində, Esvatini və Cənubi Afrikanın şimal şərqindədir. Coğrafi mövqes(n)i: 18–15 Cənub dərəcəsi, 35 00 Şərq meridianı Xəritədəki mövqes(n)i: Afrika Sahə: 801,590 km² Sərhədləri: cəmi: 4,571 km Sərhəd qonşuları: Malavi 1,569 km, Cənub Afrika 491 km, Esvatini 105 km, Tanzaniya 756 km, Zambiya 419 km, Zimbabve 1,231 km Sahil şeridi: 2,470 km İqlimi: tropikdən subtropikale keçiş iqlimi. Ərazi quruluşu: Sahil düzənlikləri, mərkəzdə yüksək ərazilər, şimal-qərbdə yüksək platolar, qərbdə dağlar iştirak edər. Dəniz səviyyəsindən yüksəkliyi: ən alçaq nöqtəsi: Hind Okeanı 0 m ən yüksək nöqtəsi: Monte Binga 2,436 m Təbii qaynaqları: Kömür, titanyum, təbii qaz, hidro enerji, tantal, grafit, gümüş, boksit. Ərazi istifadəsi: əkinçiliyə uyğun torpaqlar: %4 daimi əkinlər: %0 otlaqlar: %56 meşəlik ərazi: %18 digər: %22 (1993 məlumatları) Sulanan ərazi: 1,200 km² (2000 məlumatları) Təbii fəlakətlər: Quraqlıqlar, su basqınları, yox edici siklonlar Ölkənin əhəmiyyətli şəhərləri; Beira, Quelimane, Nampula, Xaixai, Chimoi, Inhanbane, Pemba və Tetedir. Hind Okeanı boyunca uzun və incə uzanan ölkənin sahil uzunluğu 2515 kmdir. Bu sahilləri limanların yanında turistik sahillərə malikdir. Qonşuları : Tanzaniya, Malavi, Zambiya, Zimbabve, Cənub Afrika və Esvatini.
Mozdok
Mozdok (Oset. Мæздæг ) - Şimali Osetiya Respublikasında şəhərdir. Respublikanın ikinci ən böyük şəhəridir. Mozdok bələdiyyəsinin inzibati mərkəzi. Mozdok şəhər qəsəbəsinin bələdiyyəsini təşkil edir. == Etimologiya == Şəhərin adı Kabardin-Çərkəz dilindən " мэз дэгу " (мэз - "meşə", дэгу - "kar, sıx") alınmışdır və tərcümədə "sakit (qaranlıq) meşə" deməkdir. Bu günə qədər Terekin yaylaq meşələrinin əksəriyyəti azalmışdır. == Coğrafiya == Şəhər Terek çayının sol sahilində, Mozdok rayonunun mərkəzi hissəsində yerləşir. Vladiqafqaz şəhərindən 95 km (yolda) və 84 km (düz bir şəkildə) şimalda yerləşir. Şəhər qəsəbəsinin sahəsi - 17.50 km².
Mozir
Mozır (belar. Мазы́р) — Belarusda şəhər. Qomel vilayətində yerləşən şəhər Mozir rayonunun inzibati mərkəzidir. Mozir şəhəri vilayətin mərkəzi olan Qomel şəhərindən 133 km qərbdə, paytaxt Minsk şəhərindən isə 220 km cənub-şərqdə yerləşir.
Fransua Moriak
Fransua Moriak (fr. François Mauriac; 11 oktyabr 1885[…], Bordo – 1 sentyabr 1970[…], Paris) — fransız yazıçı, Fransa akademiyasının üzvü (1933), Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1952), XX əsrin ən tanınmış katolik yazıçılarından biri. == Həyatı == Fransız yazıçısı, şair və dramaturq Fransua Şarl Moriak Bordo şəhərində, varlı kommersant Jan Pol Moriakın çoxuşaqlı ailəsində doğulmuşdu. İki yaşında atasını itirdiyindən anasının valideynləri Marqarita Moriakı və uşaqlarını öz himayələrinə götürmüşdülər. Marionitlər kollecində təhsil almış, 1905-ci ildə Bordo universitetinin ədəbiyyat bölümünü bakalavr dərəcəsi ilə bitirmişdi. Fransız ədəbiyyatına, xüsusən də Rasin və Paskal kimi klassiklərin yaradıcılığına marağı kollec illərindən başlanmışdı. Magistratura təhsili üçün medievist və arxivşünaslar hazırlayan Ekol de Şarta daxil olsa da, "Le Tempes present" jurnalından aldığı təklif nəticəsində təhsilini yarımçıq buraxmışdı. Jurnal onun şeirlər məcmuəsinin nəşrini vəd edirdi. Həqiqətən də, 1910-cu ildə müəllifin "Birləşən əllər" adlı ilk kitabı işıq üzü gördü. Tanınmış yazıçı Moris Barresin tərifli rəyindən sonra Moriakın ədəbiyyata gedən yolu açıq idi.
Mosaic (İnformatika)
Mouzaki döyüşü
Mouzaki döyüşü (Yunan: Mάχη του Μουζακίου) — 4 may 1878-ci ildə Yunan Ordusunun Yunan nizamsızlarına dəstəyi ilə Osmanlı qüvvələrinə qarşı baş vermiş döyüş. 1877–1878-ci illər Rusiya-Osmanlı müharibəsi zamanı Fessaliya və Epirusda baş verən Yunan üsyanlarının əsas hadisələrindən biridir. == Ümumi == Müstəqil|Yunan dövlətinin yaradılması ilə İrredentizm Yunan sakinləri olan, Fessaliya , Epirus və Makedoniya kimi Osmanlı bölgələrinə yayıldı. Qərbi Fessaliyada, Yunan Ordusunun rəsmi iştirakı olmadan təşviqatlar başladı, ancaq Yunan Zabitlərindən ibarət komitə Osmanlı qoşunlarının təcavüzünü yerli partizan dəstələri ilə əlaqələndirmək üçün gizli bir şəkildə bu əraziyə göndərildi.Qərargah, kapitanlar Georgios Filaretos və Ioannis Igglesisin köməyi ilə artilleriya polkovniki Konstantinos Ischonomachos'un ümumi komandanlığı altında Loutro Karditsas'a quruldu. == Hadisələr == Partizan müharibəsi artıq türklərə və albanlara qarşı ərazidə endemik hal almışdı. 1878-ci ilin mart ayının əvvəlində yerli başçı Tanasis Ziakas və onun Aqrafiote dəstələri Vounista, Qranista və Mesenikola kəndlərində üsyan etdilər.Yunan Ordusunun baş çavuşu Styananos Tzavaras da Sarakatsan və Arumın klefləri ilə qüvvə meydana gətirdi, bunların bir çoxu Arvanitakis dəstəsinin üzvləri idi. Hər iki qrup bir yerə toplanaraq bölgənin strateji bir nöqtəsi olan ərzaq və su almaq üçün açar olan Mouzaki kəndinə hücum etdi. Bundan əlavə, böyük şəhərlərdən Osmanlı qoşunlarını kəndlərə çəkmək fürsəti oldu. == Döyüş == Bu hadisələr haqqında xəbərlər və təhlükəli vəziyyətdə olan Türk ev sahiblərinin və müsəlman albanların çox sayda əhalisinin olması Trikala çatdı, hakimiyyət orqanları Moussa Gkeka'na qoşun dəstəsi göndərdi ki, kəndi bərpa etsin və üsyanı yatırsın. Yunanlar üçün bu, böyük bir düşməni məğlub etmək üçün vacib bir fürsət idi, buna görə nizamsızlara dəstək olmaq üçün müntəzəm Yunan Ordusundan olan qoşunlar yerləşdirildi.
Mozambik Respublikası
Mozambik — Afrikada dövlət. == Adın etimalogiyası == Bir çox qaynaqda Mozambik (Moçambique-okunuşu: musambiki) adının bir Ərəb sultanı olan Muça Alebique (Musa Alibiki)dan gəldiyi ayrıca tədavüldəki pul vahidi olan metikal adının da bir ağırlıq formas(n)ı olan مطقال miṭqāl'den gəldiyi söylənilməkdədir. == Coğrafiyası və İqlimi == Mövqe: cənub-Şərq Afrikada Hind okeanının qərbində, Tanzaniyanın şimalında, Malavi və Zambiyanın şimal batısında, Zimbabvenin şərqində, Esvatini və Cənubi Afrikanın şimal şərqindədir. Coğrafi mövqes(n)i: 18–15 Cənub dərəcəsi, 35 00 Şərq meridianı Xəritədəki mövqes(n)i: Afrika Sahə: 801,590 km² Sərhədləri: cəmi: 4,571 km Sərhəd qonşuları: Malavi 1,569 km, Cənub Afrika 491 km, Esvatini 105 km, Tanzaniya 756 km, Zambiya 419 km, Zimbabve 1,231 km Sahil şeridi: 2,470 km İqlimi: tropikdən subtropikale keçiş iqlimi. Ərazi quruluşu: Sahil düzənlikləri, mərkəzdə yüksək ərazilər, şimal-qərbdə yüksək platolar, qərbdə dağlar iştirak edər. Dəniz səviyyəsindən yüksəkliyi: ən alçaq nöqtəsi: Hind Okeanı 0 m ən yüksək nöqtəsi: Monte Binga 2,436 m Təbii qaynaqları: Kömür, titanyum, təbii qaz, hidro enerji, tantal, grafit, gümüş, boksit. Ərazi istifadəsi: əkinçiliyə uyğun torpaqlar: %4 daimi əkinlər: %0 otlaqlar: %56 meşəlik ərazi: %18 digər: %22 (1993 məlumatları) Sulanan ərazi: 1,200 km² (2000 məlumatları) Təbii fəlakətlər: Quraqlıqlar, su basqınları, yox edici siklonlar Ölkənin əhəmiyyətli şəhərləri; Beira, Quelimane, Nampula, Xaixai, Chimoi, Inhanbane, Pemba və Tetedir. Hind Okeanı boyunca uzun və incə uzanan ölkənin sahil uzunluğu 2515 kmdir. Bu sahilləri limanların yanında turistik sahillərə malikdir. Qonşuları : Tanzaniya, Malavi, Zambiya, Zimbabve, Cənub Afrika və Esvatini.
Mozambik adası
Mozambik adası (port. Ilha de Moçambique) — Mozambikin şimalında, Mozambik kanalı ilə Mossuril körfəzi arasında yerləşir və Nampula əyalətinə daxildir. 1898-ci ilə qədər Portuqaliyanın Şərqi Afrikadakı müstəmləkə paytaxtı idi. Zəngin tarixi və qumlu çimərlikləri ilə Mozambik adası UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir və Mozambikin ən sürətli böyüyən turizm yerlərindən biridir. Təxminən 14 000 nəfər əhalisi var və yaxınlığında Nampula əyalətindəki Lumbo hava limanı xidmət göstərir. == Tarix == Mozambik adasında tapılan dulusçuluq məmulatları şəhərin on dördüncü əsrdən gec olmayaraq qurulduğunu göstərir. Şəhərin hökmdarlarının XV əsrdə həm Anqoçe, həm də Kelimanenin hökmdarları ilə əlaqələri vardı. 1514-cü ildə Duarte Barbosa, şəhərin müsəlman bir əhaliyə sahib olduğunu və Anqoçe ilə eyni suahili ləhcəsində danışdıqlarını qeyd etdi.Adanın adı (port. Moçambique) adanın Vasko da Qama dövründəki sultanı Əli Musa Mbikinin (Musa ibn-Bik) adından yaranmışdır. Bu ad daha sonra müasir Mozambikə qoyuldu və ada Ilha de Moçambique (Mozambik adası) adlandırıldı.
Mozambik bayrağı
Mozambik bayrağı — Mozambikin dövlət bayrağı. == Forması == BMT üzvü ölkələr arasında odlu silahın həkk oldunduğu üç bayraqdan biri də Mozambik bayrağıdır. Bu bayraq dünyada yeganə bayraqdır ki, onun üzərində Kalaşnikov avtomatının şəkli var. Bununla yanaşı bayraqda toxa təsvirinə də rast gəlmək olar ki, avtomatla birgə onlar X-ya bənzər forma yaradırlar. 1975-ci ildə Portuqaliyadan müstəqilliyini aldıqdan sonra Mozambik Azadlıq Hərəkatının bayrağı sayılan, 3:2 nisbətində üfüqi vəziyyətdə yaşıl, qara, sarı zolaqlar və qırmızı düzbucaqlı üzbucaq olan bayrağa FRELIMO-nun (Frente de Libertação de Moçambique - Mozambik Azadlıq Cəbhəsi) simvolları əlaqə edilərək 1983-cü ildə rəsmi bayraq kimi qəbul edilmişdir. Bu vaxta qədər isə bayrağın dizaynı bir qədər fərqli olmuşdur. Bayraqdakı yaşıl rəng - ölkənin yerüstü sərvətlərini, qara rəng - Afrika qitəsini, qızılı sarı rəng - ölkənin yeraltı sərvətlərini, qırmızı rəng - müstəmləkəçiliyə qarşı müqaviməti, suverenliyin müdafiəsi və milli azadlıq uğrunda silahı mübarizəni, ağ rəng - Mozambik xalqının mübrizənin haqlılığını və sülhü, sarı beşguşəli ulduz - mozambik xalqının beynəlmiləl həmrəylik ruhunu, kitab - təhsili, toxa - kənd təsərrüfatını, istehsalatı və AK-47 - silahlı mübarizəni və ölkənin müdafiəsini simvolizə edir.
Mozambik boğazı
Mozambik boğazı (fr. Canal du Mozambique, malaq. Lakandranon'i Mozambika, port. Canal de Moçambique) — Madaqaskar və Mozambik arasında, Hind okeanının qərbində yerləşən boğaz. Dünyanın ən uzun boğazı olaraq uzunluğu 1760 km təşkil edir. Eni 422 km-dir. Ən dayaz yeri 117 m, ən dərin yeri isə 3292 metrdir. Burada suyun axın sürəti 1-1,5 dəniz mili/s təşkil edir. == Adaları == Komor Nqazidju Moceli Anjuan == Mənbə == Boğazın sərhədləri Arxivləşdirilib 2011-10-08 at the Wayback Machine Beynəlxalq Hidroqrafiya Cəmiyyəti 1953 il.
Mozambik cərəyanı
Mozambik cərəyanı — Hind okeanının Mozambik boğazında Afrikanın şərq sahilləri boyunca Mozambik və Madaqaskar adası arasında cənuba doğru axan isti okean axınıdır. == Yaranması == Mozambik cərəyanının klassik tərifi- güclü, davamlı, qərb sərhəd axımıdır. Müasir tədqiqatlar bu fərziyyəyə etiraz etmiş və göstərmişdir ki, güclü qərb sərhəd axımı ilə yanaşı, boğazda tez-tez bir sıra böyük anti-siklonik burulğanlar olur. Bu burulğanlar üçün sübutlar peyk altimetriyası məlumatlarında, gəmi sorğularında və aparılmış bir çox ölçmə qeydlərində tapılmışdır. İki ildən artıq aparılmış eyni axım ölçmə qeydləri Mozambik sahilləri boyunca güclü, davamlı axın, əsasən sabit bir Mozambik cərəyanı anlayışını ortadan qaldırır. Buna baxmayaraq, Mozambik cərəyanının qısamüddətli zamanlarda meydana gəlməsi ehtimalını istisna etmək mümkün deyil. Həqiqətən də, Mozambik boğazının rəqəmsal model görüntüləri Mozambik sahilində burulğanlar arasında bir axımın görünüşünü göstərir. == Mozambik boğazı burulğanları == Mozambik boğazı burulğanları cənuba doğru genişlənən böyük, isti, anti-siklonik burulğanlardır. Bu burulğanların diametri 300 km-ə qədər çatır və maksimal dövretmə sürət həddi təxminən 1 m/san olur. Burulğanların formalaşmasının dəqiq səbəbləri və yeri hələ də müzakirə olunmaqdadır.
Mozambik gerbi
Mozambik bayrağı — Mozambikin dövlət gerbi. Mozambik gerbi dünyada yeganə gerbdir ki, onun üzərində Kalaşnikov avtomatının şəkli var.
Mozambik metikalı
Mozambik metikalı — Mozambik dövlətinin pul vahididir. Pul mübadiləsində 20, 50, 100, 200, 500 və 1000 metikallıq əsginaslardan, 1, 5, 10, 20 və 50 sentavoluq, 1, 2, 5 və 10 metikallıq sikkələrdən daha çox istifadə olunur. == Tarixi == === Köhnə metikal (MZM) === Metikal (MZM) 1980-ci ilin iyunun 16-sından eskudonu əvəz etmişdir. Metikal hiperinflyasiyaya məruz qaldı və bir müddət təxminən mübadilə kursuyla 24 500 metikal bir Amerika dollarına (USD) bərabər idi və dünyada ən az qiymətli valyuta ünvanına sahib olmuşdur. Bu titul 2005-ci ilin avqust ayından Zimbabve dollarına ötürüldü. === Yeni metikal (MZN) === 1 iyul 2006-cı ildə Mozambik məzənnə ilə 1000:1 nisbətində denominasiya edən metikala keçdi. ISO 4217-də metikalın yeni kodu MZN qəbul edilmişdir. Yeni əsginaslar və sikkələr 1 iyul 2006-cı il tarixində təqdim edilmişdi. Keçid dövrü zamanı həm köhnə, həm də yeni valyutadan mübadilədə istifadə olunurdu. 31 dekabr 2006-cı ildə keçid dövrü başa çatdı.
Mozambik silsiləsi
Mozambik silsiləsi - Hind okeanıında yerləşən sualtı silsilə. Cənub-qərbdə Aqulyas şərqdə isə Mozambik çökəkliyi yerləşir. Silsilənin uzunluğu 1100 km, eni 300 km təşkil edir. Səthə ən yaxın yerinin dərinliyi 1207 m, ən dərin yeri isə 2900 m təşkil edir. Silsilənin suxurları materik məşəllidir. Bu səbəbdən onu bəzən Afrikanın sualtı davamı hesab edilir. Faunası zəngindir. Burada 44 fəsiləyə 130 növə aid balıq vardırSilsilə Danimarka elmi-araşdırmacı "Qalateya" gəmisi tərəfindən 1951 ildə araşdırılmışdır.
Mozambik ədəbiyyatı
Mozambik ədəbiyyatı (ing. Mozambican literature) — Mozambik xalqlarının folkloru zəngindir. XIX əsrin sonu XX əsrdə müstəmləkəçiliyə qarşı mübarizədə jurnalistika inkişaf etdi. Juan və Joze Albazini qardaşları, E.Diaş Mozabik ədəbiyyatının baniləridir. Bədii ədəbiyyat XX əsrin əvvəlində yaranmışdır. İlk vaxtlaq Portuqal ədəbi nümunələri təqlid olunurdu. İkinci dünya müharibəsindən sonra ədəbiyyatda realist meyllər gücləndi (J.Kraverinya, Noemiya di Soza). M. duş Santuşun şeirlərində, J.Diaş, L.Bernardu Onvananın hekayələrində inqilab və milli azadlıq uğrunda mübarizə ideyaları tərənnüm edilir. Müasir Mozambik ədəbiyyatında poeziya əsas yer tutur (Mogimo, R.Noqar, S.Vieyra, M.Kraverinya və başqaları). 1982-ci ildə Mozambik Yazıçılar İttifaqı yaradılmışdır.
Mozdok rayonu
Mozdok rayonu (oset. Мæздæджы района) - Rusiya Federasiyası, Şimali Osetiyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Mozdok şəhəridir. == Coğrafiya == Mozdok rayonu respublikanın şimalında, Terek çayının hər iki sahili boyunca uzanır. Rayonun ümumi sahəsi — 1071,12 km². Qərbdə Kabarda-Balqariyanın Terek və Proxladnenski rayonları, şimalda Stavropol vilayətinin Kursk rayonu, şərqdə Çeçenistanın Nadterek rayonu, cənub-şərqdən İnquşetiyanın Malqobek rayonu, cənubdan isə Şimali Osetiyanın Kirov və Pravoberejnı rayonları ilə həmsərhəddir. Zonallıq üzrə rayon iki hissəyə bölünür — düzənlik və alçaq dağlıq. Rayonun şimal hissəsini əsasən düzənliklər əhatə edir. Terekçayının sol sahili boyunca ərazilərdə orta hündürlük dəniz səviyyəsindən 120-150 metr əraziləri əhatə edir. Terek çayının sağ sahilinə yaxın ərazi boyunca qərbdən şərqə doğru silsilə uzanır.
Muzaki döyüşü
Mouzaki döyüşü (Yunan: Mάχη του Μουζακίου) — 4 may 1878-ci ildə Yunan Ordusunun Yunan nizamsızlarına dəstəyi ilə Osmanlı qüvvələrinə qarşı baş vermiş döyüş. 1877–1878-ci illər Rusiya-Osmanlı müharibəsi zamanı Fessaliya və Epirusda baş verən Yunan üsyanlarının əsas hadisələrindən biridir. == Ümumi == Müstəqil|Yunan dövlətinin yaradılması ilə İrredentizm Yunan sakinləri olan, Fessaliya , Epirus və Makedoniya kimi Osmanlı bölgələrinə yayıldı. Qərbi Fessaliyada, Yunan Ordusunun rəsmi iştirakı olmadan təşviqatlar başladı, ancaq Yunan Zabitlərindən ibarət komitə Osmanlı qoşunlarının təcavüzünü yerli partizan dəstələri ilə əlaqələndirmək üçün gizli bir şəkildə bu əraziyə göndərildi.Qərargah, kapitanlar Georgios Filaretos və Ioannis Igglesisin köməyi ilə artilleriya polkovniki Konstantinos Ischonomachos'un ümumi komandanlığı altında Loutro Karditsas'a quruldu. == Hadisələr == Partizan müharibəsi artıq türklərə və albanlara qarşı ərazidə endemik hal almışdı. 1878-ci ilin mart ayının əvvəlində yerli başçı Tanasis Ziakas və onun Aqrafiote dəstələri Vounista, Qranista və Mesenikola kəndlərində üsyan etdilər.Yunan Ordusunun baş çavuşu Styananos Tzavaras da Sarakatsan və Arumın klefləri ilə qüvvə meydana gətirdi, bunların bir çoxu Arvanitakis dəstəsinin üzvləri idi. Hər iki qrup bir yerə toplanaraq bölgənin strateji bir nöqtəsi olan ərzaq və su almaq üçün açar olan Mouzaki kəndinə hücum etdi. Bundan əlavə, böyük şəhərlərdən Osmanlı qoşunlarını kəndlərə çəkmək fürsəti oldu. == Döyüş == Bu hadisələr haqqında xəbərlər və təhlükəli vəziyyətdə olan Türk ev sahiblərinin və müsəlman albanların çox sayda əhalisinin olması Trikala çatdı, hakimiyyət orqanları Moussa Gkeka'na qoşun dəstəsi göndərdi ki, kəndi bərpa etsin və üsyanı yatırsın. Yunanlar üçün bu, böyük bir düşməni məğlub etmək üçün vacib bir fürsət idi, buna görə nizamsızlara dəstək olmaq üçün müntəzəm Yunan Ordusundan olan qoşunlar yerləşdirildi.
Mozambik şəhərləri
Mozambik şəhərləri (port. Cidades em Moçambique) — Mozambikin ən böyük yaşayış məntəqələrinin siyahısı. World Gazeteer saytına görə, Mozambikin əhalisi 24 min nəfərdən çox olan 35 şəhəri var. == Mozambik şəhərlərinin siyahısı == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Mozambik şəhərləri ilə əlaqəli mediafayllar var.
Moai
Moai — Çilinin 3600 km qərbində Pasxa adasında olan hündürlüyü 20 metrəyə çatan daş heykəllər. Heykəlləri kimin, nə vaxt və nə üçün hazırladığı bilinmir. Bir çox alimlər heykəllərin dini məna ifadə etdiyni bildirmişlər. Moai heykəllərinin çoxunun adları vardır. Kişi fiqurlu heykəllər Moai, Kavakava qadın fiqurlu heykəllər isə Moai Pæpæ adlanır. Heykəllərin 1250 və 1500-cü illər arasında inşa edildiyi ehtimal olunur. 887 heykəlin daşınmasını adi insanın edə bilməyəcəyi, elmi yolla isbat olunmuşdur. Ən hündür Moai Parodur. Onun hündürlüyü 10 metr (33 fut) və 82 tondur. == Heykəllər haqqında == Heykəllərin kim tərəfindən yaradılması haqqında heç bir məlumat yoxdur.
Mozır
Mozır (belar. Мазы́р) — Belarusda şəhər. Qomel vilayətində yerləşən şəhər Mozir rayonunun inzibati mərkəzidir. Mozir şəhəri vilayətin mərkəzi olan Qomel şəhərindən 133 km qərbdə, paytaxt Minsk şəhərindən isə 220 km cənub-şərqdə yerləşir.