Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Multikulturalizm
Multikulturalizm — Çox mədənilik, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyəti təyin edən sözdür. Multukulturalizmin sosial hadisə kimi formalaşmasına aşağıdakı faktorlar təsir edir: Eyni ərazidə uzun dövrlər birgə yaşayış; Ölkənin coğrafi mövqeyi (məsələn, ticarət yolları üzərində yerləşməsi); Rifah halıyla bağlı kütləvi miqrasiya; Tarixi köçürülmə siyasəti; Müharibə səsbindən məcburi köç. O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil. Bir çox minilliklərlə ölçülən təkamül nəticəsində ruhi mədəniyyət bəşəriyyətin sosial inkişafının, intellektual və mənəvi tərəqqisinin universal əsası olmuşdur. O, informasiya və etik qlobal cəmiyyətin formalaşması səviyyəsinə və tempinə, istehlak sənayesinə, xalqların tarixi məsuliyyətinə, siyasətə və idarəçiliyə, sülh və beynəlxalq münasibətlər mədəniyyətinə böyük təsir göstərir. Mədəni mübadilə və qarşılıqlı zənginləşmə, xalqların sosial-mədəni inkişaf təcrübəsini, dünya mədəniyyətinin tarixi qanunauyğunluqlarını bilmə və yaradıcı şəkildə istifadə etmə qloballaşma şəraitində Azərbaycanın davamlı, rəqabət qabiliyyətli və təhlükəsiz inkişafı üçün mühüm nəzəri və praktik əhəmiyyət kəsb edir. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir. Digər mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini öyrənmədən, onlara qarşı tolerant münasibət, onların nümayəndələrinə hörmət mümkün deyil, qarşılıqlı anlaşma, mədəniyyətlərin və sivilizasiyaların dialoqonu qurmaq mümkün deyil. Avropa və bəzi Qərb dövlətləri multikulturalizmi idarə etməyin kifayət qədər mürəkkəb kulturoloji vəzifə olması ilə əlaqədar ondan imtina etmişlər.
Avstraliyada multikulturalizm
Avstraliyada multikulturalizm — dünya multikulturalizm siyasətini Kanadadan sonra rəsmi olaraq tətbiq edən ölkə Avstraliyadır. Avstraliya materikinə Avropa mənşəli insanlar hələ gəlməmişdən əvvəl bu məkanda çoxlu sayda aborigen xalqlar yaşamışdır. Bu ölkədə 200-dən 400-ə qədər azsaylı xalqların dilləri ünsiyyət vasitəsi olaraq qalmaqda davam edir. Son verilən məlumatlara görə, hələ də bu ölkədə 260 dildə danışan kiçik birliklər və xalqlar mövcuddur. == Müasir Avstraliya əhalisi == Müasir Avstraliya əhalisinin əksəriyyətini XIX əsrin əvvəllərindən başlayaraq avropalıların immiqrasiya dalğası formalaşdırmışdır. Avstraliya əhalisi çox multi-kultural xalqdır. İkinci dünya müharibəsindən sonra ölkəyə 7 milyon insan köçmüşdür. Bu gün əhalisinin 22 milyonu ölkə xaricində dünyaya gələn insanlardan ibarətdir. İmmiqrantladan başqa Avstraliyada 260 dildə danışan və özlərini müxtəlif qəbilə soyları ilə identifikasiya edən 270-dən çox yerli xalq vardır. Avstraliya hökuməti multikulturalizmi milli maraqlar çərçivəsində götürərək, ölkə əhalisinin bütün sosial qruplarının maraqlarını əsas tutaraq, ədalət və inteqrasiya prinsiplərinə söykənir.
Azərbaycanda multikulturalizm
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Müstəqilliyini bərpa etdikdən sonra isə ölkədə multikulturalizm ənənələrinin güclənməsinə dövlət dəstəyi formalaşıb.Azərbaycanda xalqların, dini inancların dostluq və qonşuluq şəraitində fəaliyyətini onların birgə yaşamasını təmin edən siyasət həyata keçirilir. 15 may 2014-cü il Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır.Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevdir. == Ümumi məlumat == Azərbaycan 1918-ci ildə əsası qoyulmuş, hal-hazırda prezident respublikasıdır. Azərbaycan Şərqlə Qərbin, Asiya ilə Avropanın qovuşduğu Cənubi Qafqaz ərazisində yerləşir. Müstəqil olduqdan sonra Azərbaycan mədəniyyətinin İran mədəniyyəti və Ərəb mədəniyyəti ilə güclü əlaqələri saxlanmışdır. Onların ortaq dini və ortaq mədəni-tarixi ənənələri vardır. Müxtəlif mənbələrdə Azərbaycan Qafqaz və İslam mədəniyyət mühitlərinin daxilində götürülür. Azərbaycan İran Azərbaycanı və türk dövlətləri ilə mədəni yaxınlığa sahibdir. Hal-hazırda, 6 müstəqil türk dövlətindən biri olaraq, Azərbaycan Türk Şurası və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının aktiv üzvüdür.
Multikulturalizm Kanadada
Multikulturalizm Kanadada — Kanada dövlətinin siyasəti hər bir millətin cəmiyyətdə mədəni xüsusiyyətlərinin qorunub saxlanmasına və inkişafına yönəldilib. İmmiqrasiya ölkənin inkişafında böyük rol oynayır. 2011-ci ilin siyahısında ümumi əhalinin sayına gorə 20,6 % (6 775 800 nəfər) immiqrantdır. Kanada G8 ölkələr üzrə immiqrantların qəbul edilməsinə görə liderdir. “Multikulturalizm” termini Kanadada XX əsrin 60-ci illərində peyda olmuşdur. O zaman bu anlayış iki dilli siyasətdən ibarət idi, hansı ki, ingilis və fransız dilli ölkələrin kəskin ziddiyyətlərinin aradan qaldırılmasına yönəldilmişdir. Bəzi cəmiyyətlərdə, harda deyilirdi ki, Kanada iki millətlər ilə yox, yerli əhali ilə yaradılib, narazıçlıq yaradılmışdır. Bu narazıçılıq, Pyer Trüdo-nun rəhbərliyi altında olan internasional liberallar hökuməti ilə nəzərə alınmışdır. 1971-ci ilin oktyabr ayında multikulturalizm Kanadanın rəsmi ideologiya siyasəti olmuşdur və bu siyasət “Bir millət, iki dil, bir çox xalqlar və mədəniyyətlər” şüarını yaratdı. 1972-ci ildə multikulturalizm üzrə xüsusi idarə yaradılmışdır və 1990-cı ilin ortalarına qədər hökumətin tərkibinə nazir daxil idi, hansı ki, multikultural problemlərin çözülməsinə dair məsuliyyət daşıyırdı.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
== Tarixi == Azərbaycan Respublikası Prezidentinin 15 may 2014-cü il tarixli Fərmanı ilə yaradılmışdır. == Vəzifələri == Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək Mərkəzin əsas məqsədidir. Mərkəzin əsas vəzifələri aşağıdakılardır: multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin mədəni, sosial, siyasi mahiyyətini öyrənmək və təbliği mexanizmini hazırlamaq; Azərbaycan Respublikasında mədəni-etnoqrafik müxtəlifliyin azərbaycançılığın inkişafına xidmət göstərməsi yollarını müəyyənləşdirib gerçəkləşdirmək; Azərbaycan Respublikasında mədəni, dini müxtəlifliyin tolerant əsaslarının elmi təhlilini aparmaq və qorunub saxlanması yollarını müəyyənləşdirmək; müxtəlif bölgələrə aid mədəni irsi öyrənmək, onların müasir dövrdə ahəngdar inkişafının təmin edilməsinə, vətəndaş cəmiyyətinin potensialından istifadə edərək tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanması prosesinə dəstək vermək; multikultural həyatda müxtəlif bölgələrə aid mədəniyyətlərin bir-birinə təmas dərəcəsini öyrənmək və təşviq etmək; aidiyyəti elmi qurumlarla əlaqəli şəkildə Azərbaycan Respublikasının müxtəlif bölgələrində qədim mədəniyyət izlərini axtarmaq (arxeoloji tədqiqatları "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil etmək), mədəni, etnoqrafik irsin toplanıb elmi şəkildə öyrənilməsini və qorunmasını həyata keçirmək; təhsil, mədəniyyət, elm və digər sosial sahələrdə özünü göstərən, şəxsiyyətin mənəvi bütövlüyünün həmahəng inkişafına mane olan müəyyən çatışmazlıqların sistemli şəkildə aradan qaldırılması istiqamətində layihələr gerçəkləşdirmək; müxtəlif dinlərə mənsub gənc din xadimlərinin peşəkar dini, dünyəvi biliklərinin artırılması istiqamətində tədbirlər həyata keçirmək; Azərbaycan Respublikasının multikultural nailiyyətlərinin beynəlxalq mütəxəssislər tərəfindən öyrənilərək xarici ölkələrdə təbliğini təmin etmək; şəxsiyyətin saflaşmasında, xalqlararası, dinlərarası qarşılıqlı hörmət və etimad münasibətlərinin yaranmasında xüsusi xidməti olan görkəmli yerli və xarici ölkə vətəndaşlarının qiymətləndirilməsi, təşviq edilməsi mexanizmini hazırlayıb həyata keçirmək; multikulturalizm üzrə dünya mütəxəssislərinin, eyni zamanda keçmiş və müasir siyasi, ictimai, elm, mədəniyyət, incəsənət xadimlərinin şəxsi təcrübələrini təhlil etmək və yaymaq; bu Nizamnaməyə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.