Azərbaycanda multikulturalizm

Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Müstəqilliyini bərpa etdikdən sonra isə ölkədə multikulturalizm ənənələrinin güclənməsinə dövlət dəstəyi formalaşıb.Azərbaycanda xalqların, dini inancların dostluq və qonşuluq şəraitində fəaliyyətini onların birgə yaşamasını təmin edən siyasət həyata keçirilir. 15 may 2014-cü il Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır[1].Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevdir[2].

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Azərbaycan 1918-ci ildə əsası qoyulmuş, hal-hazırda prezident respublikasıdır. Azərbaycan Şərqlə Qərbin, Asiya ilə Avropanın qovuşduğu Cənubi Qafqaz ərazisində yerləşir. Müstəqil olduqdan sonra Azərbaycan mədəniyyətinin İran mədəniyyəti və Ərəb mədəniyyəti ilə güclü əlaqələri saxlanmışdır. Onların ortaq dini və ortaq mədəni-tarixi ənənələri vardır.[3] Müxtəlif mənbələrdə Azərbaycan Qafqaz və İslam mədəniyyət mühitlərinin daxilində götürülür.[4][5] Azərbaycan İran Azərbaycanıtürk dövlətləri ilə mədəni yaxınlığa sahibdir. Hal-hazırda, 6 müstəqil türk dövlətindən biri olaraq, Azərbaycan Türk ŞurasıBeynəlxalq Türk Mədəniyyəti Təşkilatının aktiv üzvüdür.[6]

Azıx mağarasından tapılmış Azıxantrop pre-neandertal tipli qadının çənə sümüyü 450 min il əvvələ məxsusdur. Azərbaycan ərazisi ən qədim və antik dövrdə Midiya, ƏhəmənilərSasanilər imperiyasının tərkibinə daxil olmuş, bölgədə İşquz, Atropatena, Albaniya, Ermənistan, Leq çarlığı, Maskut kimi dövlətlər mövcud olmuşdur. Albaniya dövləti Roma imperiyasıBizans diplomatik əlaqələr saxlamış, VIII əsrdə ərəb işğalına qədər mövcud olmuşdur. Ərəb hakimiyyətinin zəifləməsindən sonra Şirvanşahlar, Şəddadilər, Şəki, Naxçıvanşahlıq kimi dövlətlər güclənir. Müxtəlif dövlərdə (III Fars-Göytürk müharibəsi, Xəzər-ərəb müharibələri) türklərin Azərbaycana gəlməsinə baxmayaraq XI əsrdə səlcuqların gəlişi ilə türk axınları gücləndi. XIII əsrdən başlayaraq Azərbaycan monqol (Elxanilər, Çobanilər, Cəlairilər) və türk (Teymurilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar) sülalə dövlətlərinin tərkibində olmuşdur. XVIII əsrdə mövcud olan xanlıqlarsultanlıqlar Rusiya imperiyası tərəfindən işğal edilmiş və bu ərazilər 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranana qədər Rusiyanin tərkibində qalmışdır. 70 ildən çox SSRİ-nin tərkibində qaldıqdan sonra 1991-ci ildə Azərbaycan yenə müstəqil olmuşdur.

Azərbaycanın etnosiyasi xəritəsi (2024, 2023-cü ildə Qondarma Dağlıq Qarabağ Respublikasının süqutundan və ermənilərin bölgəni tərk etməsindən sonra).
Azərbaycanın etnosiyasi xəritəsi (1994-2020, Birinci Qarabağ müharibəsidən sonrakı və İkinci Qarabağ müharibəsidən əvvəlki dövrə aiddir).

2009-cu il siyahıyaalınmasına görə Azərbaycan əhalisinin 90,6 %-ini azərbaycanlılar təşkil edir. Azərbaycanda azərbaycanlıların yalnızca İranda yayılmış qaradağlılar istisna olmaqla bütün etnoqrafik qrupları (ayrımlar, əfşarlar, bayatlar, qarapapaqlar, padarlar, şahsevənlər, tərəkəmələr) yaşayır. Qarabağ münaqişəsindən sonra Qarabağ azərbaycanlılarıQərbi Azərbaycanlılar öz yurdlarını tərk etmək və Azərbaycanın müxtəlif ərazilərinə köçmək məcburiyyətində qalıblar. Azərbaycanın yerli xalqları avarlar, axvaxlar, ləzgilər, rutullar, saxurlar, udilər, Şahdağ xalqları (buduqlular, xınalıqlılar, qrızlılar), ingiloylar, yəhudilər (dağ yəhudiləri, əşkinazi yəhudiləri, Gürcüstan yəhudiləri), kürdlər, talışlar (çarujlar, derijeylər, qalışlar, xələclər), tatlar (lahıclar), qaraçılardır. Digər etnik azlıqlar aysorlar, ruslar, Məshəti türkləri, tatarlar, ukraynalılar, almanlar, polyaklar, yunanlardır. 2023-cü ilə qədər Azərbaycan erməniləri isə əsasən işğal edilmiş Dağlıq Qarabağ ərazisində yaşayırdı.

Azərbaycanın 92,5 %-inin ana dili ölkənin dövlət dili olan azərbaycan dilidir. Rusingilis dili təhsildə və kommunikasiyada böyük rol oynayır.[7] Etnik azlıq dillərinə daxil olan Nax-Dağıstan dillərinə məxsus axvax, avar, buduq, xınalıq, qrız, ləzgi, rutul, saxur, udin dilləri, İran dillərinə məxsus cuhuri, kürd, talış, tat, Kartvel dillərinə məxsus gürcü dilidir. 2023-cü ilə qədər Erməni dili isə işğal edilmiş Dağlıq Qarabağ ərazisində danışılırdı.

Azərbaycan əhalisinin 94 %-i İslam, 3 %-i xristianlıq, 2 %-i dinsiz, 1 %-i isə digər dinlərə məxsusdur. Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi (mərkəzi Təzəpir məscidi), Rus Pravoslav Kilsəsi Bakı yeparxiyası (mərkəzi Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı), Azərbaycan Həvari Prefekti (mərkəzi Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi), Aşkenazi yəhudilərinin sinaqoqu, Dağ yəhudilərinin sinaqoqu fəaliyyət göstərir. Bunlardan başqa Azərbaycanda Bakı Krişna Şüuru, müxtəlif molokan ruhani-xristian, alban-udi, protestantlıq, gürcü pravoslav, yəhudibəhai dini icmaları fəaliyyət göstərir.[8] 2023-cü ilə qədər Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində Erməni Qriqorian Kilsəsinin Qarabağ yeparxiyası (mərkəzi Qazançetsots kafedralı) fəaliyyət göstərirdi.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi

[redaktə | mənbəni redaktə et]

Mərkəz Azərbaycan Respublikası Prezidentinin 15 may 2014-cü il tarixli Fərmanı ilə yaradılmışdır .Bakı şəhərində yerləşir[9]. Mərkəzin icraçı direktoru Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.Kütləvi informasiya vasitələri, yerli və xarici təşkilatlarla, ictimai və beynəlxalq qurumlarla qarşılıqlı fəaliyyət göstərir[1].

  • Azərbaycan Respublikasının multikultural nailiyyətlərinin beynəlxalq mütəxəssislər tərəfindən öyrənilərək xarici ölkələrdə təbliğini təmin edir;
  • multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin mədəni, sosial, siyasi mahiyyətini öyrənmək və təbliği mexanizmini hazırlayır;
  • Azərbaycan Respublikasında mədəni, dini müxtəlifliyin tolerant əsaslarının elmi təhlilini aparır və qorunub saxlanması yollarını müəyyənləşdirir;
  • Multikultural həyatda müxtəlif bölgələrə aid mədəniyyətlərin bir-birinə təmas dərəcəsini öyrənir və təşviq edir;
  • Multikulturalizm üzrə dünya mütəxəssislərinin, eyni zamanda keçmiş və müasir siyasi, ictimai, elm, mədəniyyət, incəsənət xadimlərinin şəxsi təcrübələrini təhlil edir və yayır;

Heydər Əliyev Fondu

[redaktə | mənbəni redaktə et]

Qeyri-hökumət, qeyri-kommersiya təşkilatıdır.Rəsmi açılışı 10 may 2004-cü ildə olmuşdur[10]. Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyevadır. Heydər Əliyev Fondu nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulmasına və birgə layihələrin reallaşdırılmasına xüsusi önəm verir. Fəaliyyətini Azərbaycandan kənarda genişləndirən Fondun ABŞ, Rumıniya, Rusiya FederasiyasıTürkiyədə nümayəndəlikləri fəaliyyət göstərir.2013-cü ildə Nyu-Yorkda BMT-nin mənzil-qərargahında, Parisdə UNESCO-nun mənzil-qərargahında və Azərbaycan Mədəniyyət Mərkəzində, 2014-cü ilin aprelində isə Moskvada Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində "Azərbaycan – tolerantlıq məkanı" adlı fotosərgi keçirilmişdir. Sərgidə "Tolerantlığın ünvanı – Azərbaycan" layihəsi çərçivəsində Azərbaycana dəfələrlə yaradıcı səfərlər etmiş fotoqraf Reza Deqatinin Azərbaycanda dini tolerantlığı əks etdirən fotoşəkilləri sərgilənmişdir.

Qırmızı qəsəbə

[redaktə | mənbəni redaktə et]

Quba rayonunda Qusara gedən yolda Qudyalçayın kənarında yerləşir.Əhalinin 99%-i yəhudidir[11]. Bura yəhudilər Abbasqulu ağa Bakıxanovun dəstəyi ilə köçürülmüşdür.Qəsəbədə üç sinaqoq və bir rus dilli orta məktəb fəaliyyət göstərir. Rayonun yerli camaatı qəsəbəni "Qırmızıkənd" (Krasnoselsk) adlandırır[11].

Avropa cəmiyyətləri

[redaktə | mənbəni redaktə et]

19-cu əsrdə və 20-ci əsrin əvvəllərində Rusiyanın Qafqazı zəbt etməsindən və ölkədə sənayeləşmənin yaratdığı neft bumundan sonra Azərbaycana köçən və orada yaşayan Avropa etnoslarına slavyanlar (ruslar, ukraynalılar, belaruslar, polyaklar, çexlər, slovaklar, bolqarlar, serblər), alman dillərində danışanlar (almanlar (avstriyalılar daxil olmaqla), isveçlilər, isveçrəlilər, hollandlar, britaniya xalqı (ingilis daxil olmaqla)), yunanlar, roman dillərində danışanlar (moldovalılar, rumınlar, fransızlar, italyanlar), baltlar (litvalılar, latışlar), və fin-uqor dilində danışanlar (estonlar, finlər, macarlar, mordoviyalılar, marilər). 1920-ci illərə qədər bölgədə cəmi 20-dən çox müxtəlif millət təmsil olunurdu.[12]

  1. 1 2 "Arxivlənmiş surət". 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.
  2. "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.
  3. "История Востока. В 6 т. Т. 2. Восток в средние века". 2013-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-14.
  4. David E. Hunter und Phillip Whitten (Hrsg.): Encyclopedia of Anthropology. Harper and Row, Publishers, New York u.a. 1976. ISBN 0-06-047094-1, S. 104–111.
  5. Huntington's 1996 "Clash of Civilizations" (p. 26)
  6. Thomas De Waal. The Caucasus: An Introduction. Oxford University Press, 2010. ISBN 0195399765, 9780195399769. p. 10
  7. "UNdata | record view | Population by language, sex and urban/rural residence". Data.un.org. 2015-12-24. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-29.
  8. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi. "QEYRİ-İSLAM DİNİ İCMALARI" (PDF). 2018. 2021-04-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-06-16.
  9. "Arxivlənmiş surət". 2017-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.
  10. "Arxivlənmiş surət". 2017-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.
  11. 1 2 "Arxivlənmiş surət". 2017-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.
  12. Sudaba Zeynalova. Ethnodemographic Changes in the Caucasus: Development of Ethnic European Communities in the Late Nineteenth and Early Twentieth Century Arxiv surəti 5 mart 2016 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. Central Asia & Central Caucasus Press AB, 2009, #4.