Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Adrian Mutu
Adrian Mutu (rum. Adrian Mutu; 8 yanvar 1979) — hücumçu mövqeyində çıxış etmiş Rumıniya futbolçusu və məşqçisi. Onun məşqçi kimi son iş yeri "U Krayova" klubu olmuşdur. 2023-cü ilin iyul ayında Neftçi klubunun baş məşqçisi təyin olunub. Mutu karyerasına iki il oynadığı "Arceş" klubunda başlamışdır, daha sonra yarımmövsüm oynadığl "Dinamo Buxarest" klubuna keçdi. İtaliya A Seriyasının 1999–2000 mövsümünün ortasında "İnter Milan" klubuna transfer olundu. Neradzurri ilə cəmi on oyundan sonra o, "Ellas Verona" klubuna keçid etdi, sonra isə "Parma"ya yollandı, növbəti üç il ərzində o, sonuncunun heyətində 39 qol vurmağı bacardı. Onun məhsuldar forması ona 22,5 milyon avro dəyərində "Çelsi" klubuna keçid və 2003-cü ildə "Qızıl top"a namizədlik qazandırdı. Pozitiv dopinq testindən sonra o, ingilis klubu ilə yollarını ayırdı və Seriya A-ya qayıdaraq "Yuventus" klubunun heyətinə qatıldı. 2006-cı il İtaliya futbol qalmaqalından və ardından "Yuventus"un B Seriyasına düşməsindən sonra Mutu "Fiorentina"ya keçməyə qərar verdi və növbəti 5 il ardıcıl olaraq burada çıxış etdi.
Bos mutus
Yak (lat. Bos grunniens) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinə aid heyvan növü. Yakların hündürlükləri 2 metrə, çəkiləri 1000 kiloqrama çatır. Bədənləri uzun tüklərlə örtülü olur. Ayaqlarında, yanlarında da uzun tüklər olur. Yaklar Tibetdə dəniz səviyyəsindən 4000-6000 metr yüksəklik ərazilərdə çox az ərazidə yaşamaqdadır.
Mutudərə
Motudərə və ya Mutudərə — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1897-ci illərdə yaradılmışdır. Mutudərə Yaşayış məntəqəsinin əsasını 1895–1897-ci illərdə Gədəbəy rayonunun Düz Rəsullu və Gərməşöylü kəndlərindən köçmüş Sərdarlı və Nəbilər nəslinin nümayəndələri geniş ərazisi olan Qarağac yaylağında qoymuşlar. Mutudərədə ilk olaraq "Sərdarlı" nəslindən — Sərdarlı-Məcid, Sərdarlı-Mirzə, Sərdarlı-Müseyib, Məmmədli-Mehdi, Məmmədli-Həmid, "Nəbilər" nəslindən — Göyüş və Kalveyi Əsgərli-Cəlil, İsauşaqlaindan-Zeynalabdın məskunlaşmışlar. Mutudərə Qarağac yaylağının, Qonaqgörməz adlanan köç yerinin qarşı tərəfində yerləşən Kəmərqaya və Yurdlar dağlarından axan Axınca çayının Təndirli-Gürnəc qolunun mənbəyində yerləşir. Bu ərazilər 1650–1700-cü illərdən Sərdarlı nəslinin əsasını qoyan birinci Sərdarın qardaşı Rəhmın nəvəsi olmuş Qara Rəhimin və eləcə də İsalı camaatının yaylaq yeri olmuşdur. 1992-ci ilin 6 avqust tarixdə Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Mutudərə kəndi işğal olunaraq yandırılmışdır. Lakin Azərbaycanın Milli ordusunun mərd və mübariz əsgərləri 8 avqust 1992-ci il tarixdə erməni quldurlarını Mutudərə kəndindən və Şınıx bölgəsinin işğal olunmuş hissəsindən təmizlədilər və kəndi yenidən bərpa etdilər == Mutudərə döyüşü-Qəhrəmanlıq tarixi == Qarabağ müharibəsi başlayandan sonra ermənilər Mutudərənin ətrafını güclü istehkama çevirmişdilər və kəndin ətrafındakı yüksəkliklərdən Gədəbəyin kəndlərinə daim təhlükə yaradır, dinc əhaliyə qarşı silahlı hücumlar edirdilər. Qanlı hadisələrdən biri 1990-cı il yanvarın 30-da törədildi, erməni yaraqlıları Başkənddən keçib Şınıx tərəfə gedən yolun Mutudərəyə yaxın hissəsində 6 azərbaycanlını qətlə yetirdilər. 1992-ci ilin yay aylarında Erməni silahlı qüvvələri 1991-ci ilin noyabırından başlamış və 1992-ci ilin mayında Şuşa və Laçının işğalı, keçmiş DQMV-ni Ermənistanla quru yolla birləşdirməklə bitmiş planlı işğallarının davamını, Gədəbəy- Gəncə istiqamətində ki, ərazilərin işğalı ilə planlaşdırmışdılar.
Mitu
Mitu (isp. Mitú) — əsası, 1936-cı ilin oktyabr ayında qoyulan, Kolumbiyanın şərqində yerləşən, şəhər və bələdiyyə. Vaupes departamentinin inzibati mərkəzi. 2005-ci ildə əhali 28 min nəfər, sahəsi isə 16 422 km² idi.
Muhu
Muhu (həmcinin Moon, Muhumaa; est. Muhu) — Estoniyanın sahəsinə görə Saaremaa və Hiyumaa adasından sonra sahəsinə görə üçüncü böyük adası. Adanın ümumi sahəsi 204 km² təşkil edir. Muhu Moonzund arxipelaqının tərkibinə daxil olan, Baltik dənizində yerləşən ada. == Coğrafiyası == Yaxınlığında yerləşən digər adalar kimi torpaq örtüyü olduqca kasıbdır. Belə ki, qum və çınqıldan təşkil olunmuşdur. Burada Tozağacı meşəsi və sahil xətdində isə qamışlıq yayılmışdır. Ən hündür nöqtəsi 24 metrdir. == Tarixi == Adanın dəniz dibindən qalxıb səthə çıxması 8000 min il öncəyə aiddir. Hal-hazırda belə proses davam edir.
Mulu
Mulu (Marağa)
Mumu
Mumu (konfet) — Mumu (povest) — povest Mumu (film, 1998) — 1959-cu ildə çəkilmiş film. Mumu (film, 1959) — 1959-cu ildə çəkilmiş film.
Murtu
Murtu — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (İndi Ermənistanın İcevan rayonunda) kənd adı. == Tarixi == XIX əsrdə Yelizavetpol qəzasında Mürut, İndi Ağsu rayonunda Murtı kənd adları ilə mənşəcə eynidir. XIX əsrin II yarısında Mil- Qarabağ düzlərində yaşamış Təklə tayfasının Murtulu qolunun adı ilə eynidir. == Əhalisi == 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur.
Muçu
Muçu — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Xaltan bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Muçu oyk., sadə. Quba r-nunun Xaltan i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Əsl adının Mouci olduğu söylənilir. Mucu variantında da qeydə alınmışdır. Tədqiqatçıların ehtimalına görə, oykonim ərəb dilindəki mouc (səngər, sədd) sözündən və tat dilində isimlərin sonuna əlavə olunaraq müəyyənlik bildirən -/ şək. -sindən ibarətdir. Yaşayış məntəqəsinin adı “səngər, sədd yeri” məna¬sındadır.
Mut
Mut - Qədim Misir mifologiyasına görə müharibə tanrısı. O İsis və Hathor kimi fironların simvolik anası sayilir. Teben də isə o Amonun həyat yoldaşı kimi təsvir edilmişdir. O eyni zamanda Xonsunun da anası sayılır. Məbəd divarlarındakı təsvirlərdə o Amonun həyat yoldaşı kimi göstərilmişdir. Rəngli rəsmdə Mut başında leşyeyən kərkəs düzümlü başlıqlı və Yuxarı, Aşağı Misirin tacları ilə əlində anıx tutmuş şəkildə təsvir edilmişdir. Digər bir rəsmdə isə qolları lələklərlə, qanadlı təsvir edilmişdir. Mut, Amon və Xon ilə Teben triosunu (üçlüyünü) təşkil edir. Mut mifik olaraq Amonun həm anası həm də qızı sayılır. O, "tanrının anası və qızı", həm də İşru gölünün sahibəsi kimi tərənnüm edilir Mut oğlu Xonsu dan başqa Montu oğulluğa götürərək onu da fivan məbədinin tərkibinə aid etməklə özünü ana ilahə kimi təsdiqləmişdir.
Utu
Utu — Şumer-Akkad mifologiyasında günəş tanrısı. == Tanrı == Şumerlərin Utu adlandırdıqları günəş tanrısı Babil zamanı Şamaş adlanırdı. Həmin tanrı "yeri işılandıran, səma məhkəməsinin hakimi, yuxarıdan və aşağıdan qaranlığı şəfəqləndirən" hesab olunurdu. Hər səhər o, yoluna başlayaraq dağlardan yüksəyə qalxırdı, ona tabe olan ilahələr göylərə gedən yolların darvazalarını açırdılar. Axşamlar isə o, dənizə enirdi. Gecələr Şamaş öz arabasında yeraltı dünyaya hərəkət edirdi ki, ölülər işıq və yemək alsınlar. Öz yolunda o ədalətsizlikləri və adamların bədxah işlərini görür və məhkəmə qururdu. Ona görə də onu ali hakim adlandırırdılar. Hammurapiyə görə o, adamlara həqiqət və ədalət verirdi. Mesopotamiyanın qədim sakinlərinin dini həyatında tanrılar mühüm rol oynayırdılar.
Arı mumu
Arı mumu — bal arılarının şan düzəltmək üçün hasil etdikləri maddə. Arı mumu olduqca davamlıdır. Onu uzun müddət saxlandıqda belə, belə xarab olmur. Havanın temperaturu və nəmliyi ona təsir köstərmir. Mum havada oksidləşmir, havanın nəmliyini özünə çəkmir və qurumur. Beləliklə də, onun çəkisi daim dəyişilməz qalır. Mum demək olar ki, heç bir zərərvericilərlə zədələnmir. Torpaq mikrobları demək olar ki, bütün üzvi maddələri parçaladığı halda, muma çox az təsir göstərir. Torpaqda 20 il taxta qabda qalmış mum tapılmışdır. Həmin mum qabından əsə- əlamət qalmadığı halda, mumun bəzi hissələrinin səthi 2 mm- ə qədər dəyişilmiuşdir.
Ayten Mutlu
Aytən Mutlu, Türk şairəsi. 1952-ci ildə Balıkəsirin Bandırma kəndində anadan olub. İstanbul Universiteti İşlətmə Fakültəsini bitirib. Ulduz Tekniki Universitetinin İnşaat Mühəndisliyi Fakültəsindəki təhsilini 3-cu kursdan yarımçıq qoyub. İlk deneme, öykü ve şiirleri, ortaokul yıllarından başlayarak yerel gazetelerde yayımlandı. Daha sonra İmece, Yazko Edebiyat, Edebiyat 81, Varlık, Hürriyet Gösteri, Yaşasın Edebiyat, Şiirlik, Yeni Biçem, Düşlem, Sombahar, Ludingirra, öteki-siz, Şiiri Özlüyorum dergilerinde ve değişik gazetelerde deneme ve inceleme yazıları ile şiirleri yayımlandı. 1997 İbrahim Yıldızoğlu Şiir ödülünde birinciliğe, 2001’de Yalova Uluslararası Şiir Etkinliğinin Şiir ödülüne 2005’de M.Sunullah Arısoy şiir ödülüne değer görüldü. Ayten Mutlu'nun imgelerle yoğunlaştırılmış şiirinde bir yandan korkunun ve güzelliğin uyumlu bir biçimde birbirine karıştığı bir dünyanın kapıları aralanırken, öte yandan da onun kendisiyle mücadelesininin yansıdığı lirik bir atmosfer görülür.
Demet Mutlu
Demət Mutlu (türk. Demet Mutlu; d. 22 avqust 1981, Nyu-York, Nyu-York ştatı) — Trendyol alış-veriş saytının qurucusu və CEO-su olan Türkiyəli sahibkar. == Həyatı == Demət Mutlu 22 avqust 1981-ci ildə ABŞ-da anadan olub. Demət Mutlu Nyu-York Universitetinin iqtisadiyyat faküktəsini bitirmişdir. 2008-ci ildə Harvard Business School-da biznesin idarə olunması üzrə magistr təhsili almışdır. 2009-cu ildə təhsilini yarımçıq buraxaraq Trendyolu qurdu. == Təltifləri == Demət Mutlu Fortune-nin ən perspektivli qadın sahibkarları, Fortune 40 yaşın altındakı 40, Business of Fashion 500 Mükafatı, Texnologiyada ən çox ilham verən 50 qadın, Fortune ən güclü 50 qadın, Texnologiyada ilk 100 qadın, və Ekonomist jurnalı tərəfindən 2013-cü ilin sahibkarı seçildi. 2011-ci ildə Dünya İqtisadi Forumu tərəfindən Qlobal Şəkilləndirici seçildi, Türkiyədəki Qlobal Şəkilləndiricinin qurucu üzvlərindən biri oldu və 2012-ci ildə Davos-a qatıldı. 2016-cı ildə Dünya İqtisadi Forumu tərəfindən Gənc Qlobal Lider seçilmişdir.
Desmond Tutu
Desmond Mpilo Tutu (ing. Desmond Mpilo Tutu; doğ. 7 oktyabr 1931(19311007), Klerksdorp, Transvaal əyaləti - 26 dekabr 2021) — Keyptaun anqlikan arxiyepiskopu (CAR - da ilk qaradərili episkop), aparteidlə mübarizənin aktiv üzvü. 1984 - cü il üzrə Nobel Sülh mükafatı laureatı. == Həyatı == Klerksdorpda qızıl mədənləri rayonunda anadan olan Desmond ailənin üç övladından ikincisi idi və yganə oğlan uşağı idi. 12 yaşında olarkən ailəsi Yohannesburqa köçür. Atası müəllim, anası isə məktəbdə aşpaz və xadimə idi. Baxmayaraq ki, o həkim olmaq istəyirdi lakin ailəsinin onun təhsilinə imkanı çatmırdı. Atası kimi o da müəllim oldu, kollecdə və məktəbdə dərs deməyə başladı. Aparteid siyasətinin güclənməsi və ağlarla qaraların qeyri - bərabərliyinin qanunla dəstəklənməsilə bağlı istefa verdi.
Euseius hutu
Euseius hutu (lat. Euseius hutu) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Matu-Qrosu
Matu-Qrosu (port. Mato Grosso) — Braziliyanın mərkəzi hissəsində yerləşən ştat. İnzibati mərkəzi Kuyaba şəhəridir. Matu-Qrosu Braziliya ərazisində sahəsinə görə üçüncü ştatdır. Ancaq əhalisi ərazisinə görə olduqca azdır. Şimaldan Para və Amazonas, şərqdə Tokantins və Qoyas, cənubdan isə Matu-Qrosu-du-Sul, üstəlik Rondoniya ştatları və Boliviya ilə sərhədlənir. == Coğrafiya == Ərazisi əsasən savannadan ibarətdir. Ştatın şimalında Amazon meşələri geniş sahə tutur. Cənubu isə bataqlaşmış Pantanal düzənliyindən və Matu-Qrosu platosundan ibarətdir. Kontinental iqlimə malikdir.
Matu-İti
Motu-İti adası (isp. Motu Iti) — Pasxa adasından cənub-qərbində yerləşən Rano-Kao vulkanından 1,5 aralıda yerləşir. 1,6 ha əraziyə sahib olan ada Motu-Nuidən sonra ikinci böyük adadır. Hal-hazırda rapanui milli parkı ərazisinə daxildir. XIX əsrin ikinci yarısına kimi papanuyların silah hazırlamada istifadə etdikləri Obsidianın əsas çıxarılma yeri idi. üstəlik onlar buradan hər il quş yumurtalarını toplayırdılar. Bu ada öz növbəsində dəniz dibindən 2000 m ucalan bir sualtı dağın zirvəsidir. Burada Onychoprion fuscatus kimi quşlar yuva qurur.
Minə Mutlu
Minə Mutlu (türk. Mine Mutlu; 28 noyabr 1948, İstanbul – 18 sentyabr 1990 və ya 21 sentyabr 1990, İstanbul) — Türkiyə teatr və kino aktrisası. == Həyatı == Minə Mutlu iştirak etdiyi gözəllik müsabiqəsində birinci seçilərək Türkiyə gözəli olmuşdur. 19 yaşından filmlərə çəkilməyə başlamışdır. 1967-ci ildən başlayaraq 1974-cü ilə kimi komediya janrlı, sonrakı illərdə isə erotik janrlı filmlərdə çəkilmişdir. Mine Mutlu 1990-cı ilin 18 sentyabr tarixində ağciyər xərçəngi xəstəliyi səbəbindən vəfat etmişdir.
Motu-Nui
Motu-Nui adası (isp. Motu Nui) — Pasxa adasından cənubda yerləşən kiçik qayalıq ada. Bu ada öz növbəsində dəniz dibindən 2000 m ucalan bir sualtı dağın zirvəsidir. Motu-Nui Çilinin ən ucqar qərb nöqtəsi kimi tanınır. Dununla yanaşı adaya məşhurluq qazandıran digər amil onun xristianlığın gəlişinə qədər müqəddəs yer sayılması idi. Burada Onychoprion fuscatusun mövsümdə ilk yumurta qoyması ilə əlaqədar adət vardı. Bununla yanaşı o yaxınlıqda yerləşən bir neçə ada ilə birlikdə Okeaniyanın əl çatılmayan yeri olan Nemo nöqtəsinə ən yaxın quru parçasıdır. Motu-Nui yaxınlığında (3,9 ha) başqa iki qayalı adacıq vardır — Matu-İti (1,6 ha) və Matu-Kao-Kao (0,1 ha). Adalar yeganə sahinləri dəniz quşlarıdır. == Həmçinin bax == Patrick C. McCoy: The Place of Near-Shore Islets in Easter Island Prehistory.
Motu dili
Motu dili — motuların dili. Papua-Yeni Qvineyanın çoxsaylı dillərindən biri. Digər dillərlə müqayisədə daha yüksək mövqeyə sahibdir və daha geniş arealda — xüsusilə Port-Morsbidə daha çox yayılmışdır. Bəzən picin hiri-motudan (ölkənin digər rəsmi dillərindən biri) fərqləndirmək üçün "əsl motu" və ya "təmiz motu" kimi də adlandırılır.
Mulu (Marağa)
Mulu (fars. ‎‎‎مولو‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 151 nəfər yaşayır (25 ailə).
Mulu (Mərənd)
Kürrab (fars. كراب‎) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Mumu (povest)
Mumu — rus yazıçısı İvan Turgenyevin 1852-ci ildə yazdığı povest. Əsər ilk dəfə Sovremennik jurnalında çap olunub. Povestin baş qəhrəmanları Gerasim adlı lal-kar nökər və onun itidir. == Maraqlı faktlar == Film 1959-cu ildə Mumu adlanırdı. Amma 1998-ci ildə Mu–Mu adlandırıldı. == Haqqında == Bu əsərdə Gerasim adlı rus kəndlinin taleyindən söz açılır. Gerasim lal və kar olsa da çox güclü adam olur. Rusiyanın kəndində yaşayır. Bir gün kəndə imkanlı bir qadın gəlir. Qadın kənddən gedəndə mindiyi arabanın təkəri palçığa batır.
Muxu Əliyev
Muxu Himbətoviç Əliyev (avar. Мухlу Гьимбатил Гlалиев; 6 avqust 1940, anadan olub, Tanusi kəndi, Xunzax rayonu, Dağıstan MSSR, RSFSR, SSRİ) — Sovet, Rusiya dövlət və siyasət xadimi. 6 mart 1990-cı ildən 23 avqust 1991-ci ilə qədər Dağıstan Sov.İKP-nın Vilayət Komitəsinin birinci katibi. 18 aprel 1995-ci ildən 20 fevral 2006-cı ilədək Dağıstan Respublikası Xalq Məclisinin sədri işləmişdir. 20 Fevral 2006-cı ildən 20 fevral 2010-cu ilə qədər Dağıstan Respublikasının Dövlət Başçısı vəzifəsini icra etmişdir. == Həyatı == Muxu Əliyev milliyətcə Avardır. 1962-ci ildə Dağıstan Dövlət Universitetinin (DDU) Filologiya fakültəsinin Dağıstan filologiyası şöbəsini bitirib, baş müəllim, məktəb direktoru vəzifələrində işləyib. 1964-1966-cı illərdə Dağıstan Dövlət Universitetinin Komsomol Komitəsinin katibi, sonra Fəlsəfə bölməsinin aspirantı olub. 1969-cu ildə Mahaçqala Şəhər Komsomol Komitəsinin birinci katibi vəzifəsində çalışıb. 1972-ci il Mahaçqala Sov.İKP Sovet Rayon Komitəsinin birinci katibi çalışıb.
Ornella Muti
Ornella Muti (it. Ornella Muti; 9 mart 1955, Roma) — İtalyan aktrisa. Əsl adı Françeska Romana Rivellidir. Atası Neapol doğumlu italyan, anası isə estondur. Bacısı Claudia Mutidir. Muti iki dəfə ailəli olmuşdur. Birinci əri Alessio Orano (1975-1981), ikinci əri isə Federico Facchinettidir (1988-1996). Üç uşağı vardır: Naike Rivelli (1974), anasına oxşarlığı ilə tanınan və İspaniya film rejissoru José Luis Bermúdez de Castro Acasodan olan qızıdır. Andrea və ikinci qızı Carolina isə ikinci əri olan Facchinettidəndir. 1998-ci ildən bəri plastik cərrah Stefano Piccolo ile birlikdə yaşamaqdadır.
Mütə
Mütə və ya Mütə nikahı; (ərəb. نكاح المتعة‎ Nikāh əl-Mut'ah) - İslamda bir kişi ilə razılığı olan bir qadının, kişi tərəfindən qadına verilən müəyyən mehriyyə müqabilində, müəyyən bir vaxt ərzində evlənməsi. Bəzi mənbələrdə müvəqqəti nikah da deyilir. == Etimologiya == Ərəb dili lüğətində "özündən faydalanılan şey" mənasına gələn mütə, fiqhi bir termin olaraq boşanma və ya evliliyin ləğvindən sonra kişinin qadına verdiyi hər hansı mehriyyəyə deyilir. Bundan başqa müəyyən bir mehriyyə qarşılığında, müəyyən bir vaxta edilən nikaha da mütə deyilir. == Haqqında nəql olunan kəlamlar == Mut`ə ayəsi Allahın kitabında nazil olmuşdur. Biz Allah Rəsulunun (s.ə.s) dövründə ona əməl edirdik. Onu haram edəcək ikinci bir ayə nazil olmadı. Allah Rəsulu (s) da dünyadan köçdüyü günə qədər bizə bu əməli (mutəni) qadağan etmədi. Bir kişi öz rəyi və meyli əsasında bu barədə ürəyi istədiyini dedi.Muhəmməd (əl-Buxari) dedi: Bu şəxs Ömər idi.