Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağababa (Buyin)
Ağababa — İranın Qəzvin ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Buyin bölgəsinin Dəştabi kəndistanında, Buyin qəsəbəsindən 39 km şimal-qərbdədir.
Aşağı Buyin
Aşağı Buyin- İranın Kürdüstan ostanının Banə şəhristanının Nanur bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,069 nəfər və 206 ailədən ibarət idi.
Buyin (Sultaniyə)
Buyin (fars. بوئين,‎) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,226 nəfər yaşayır (326 ailə).
Mumin Surəsi
40-cı surə əl-Mumin (Mömin) surəsi (Məkkədə nazil olmuşdur, 85 ayədir). Surə adını 28-ci ayətində keçən və inanan, iman gətirən şəxs anlamında işlənən mumin (mömin) sözündən almışdır. Bu surədə Qurandan, Nuh qövmündən Allaha iman edənlərin cənnətə girəcəklərindən, Allahı inkar edənlərin cəzalandırılacaqlarından, Musa peyğəmbərdən, firondan, qiyamət günündən bəhs olunur.
Viktor Muxin
Viktor Muxin (10 oktyabr 1949, Kamensk-Uralskiy, Sverdlovsk vilayəti) — Sovet və rus alimi və mikologiya sahəsində müəllim, biologiya elmləri doktoru (1991), professor (1994). Rusiya Elmlər Akademiyası Ural Filialının Bitki və Heyvan Ekologiyası İnstitutunun baş elmi işçisi. Rusiya Federasiyasının əməkdar elm xadimi (2010). == Bioqrafiyası == 10 oktyabr 1949-cu ildə Sverdlovsk vilayətinin Kamensk-Uralski şəhərində anadan olub. 1967-1972-ci illərdə professor A. Mokronosovun rəhbərliyi ilə Ural Dövlət Universitetinin Bioloji Fakültəsinin Bitki Fiziologiyası və Biyokimya şöbəsində təhsil alır. 1972-1975-ci illərdə SSRİ Elmlər Akademiyası Ural Filialı Bitki və Heyvan Ekologiyası İnstitutunun aspiranturasında oxuyur. 1975-ci ildən etibarən SSRİ Elmlər Akademiyası Ural Filialının Bitki və Heyvan Ekologiyası İnstitutunda elmi fəaliyyətə başlayır: 1975-1991-ci illərdə - kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi, 1991-2015-ci illərdə - bitki bioloji müxtəliflik laboratoriyasının müdiri, 2015-ci ildən - Rusiya Elmlər Akademiyası Ural Filialı Bitki və Heyvan Ekologiyası İnstitutunun baş tədqiqatçısı. 1992-ci ildən Ural Dövlət Universitetinin Biologiya fakültəsində müəllimlik etməyə başlayır: 1992-1995-ci illərdə Botanika və ümumi ekologiya kafedrasının müdiri, 1995-ci ildən 2019-cu ilədək Botanika kafedrasının müdiri, 2019-cu ildən bu kafedranın professorudur. Biosfer, mikologiya və bitki xəstəlikləri müəllimlərin tədrisinə dair mühazirələr kursu keçir. 1977-ci ildə Viktor Muxin "Ağacın basidiomisetlərlə parçalanması" mövzusunda akademik dərəcə üçün biologiya elmləri namizədi, 1991-ci ildə Moskva Dövlət Universitetində biologiya elmləri doktorları üçün "Ksilotrofik biota meydana gəlməsi və quruluşunun ekoloji qanunauyğunluqları" mövzusunda tezisini müdafiə edir.
Əl-Mumin
Əl-Mu`min (ər. المؤمن) — Allahın adlarından biri. Bu söz iman ilə bağlıdır. Xəlifələr (ikinci xəlifə Ömərdən başlayaraq), sonra isə müsəlman aləminin digər hökmdarları əmir əl-möminin, yəni möminlərin əmiri, başçısı, adını daşıyırdılar. Mömin — inanan, güvənən, qoruyan və əminlik verən. Mömin "iman edən" deməkdir. İman həm "təsdiq etmək", həm də "əminlik vermək" mənalarına gəlir. Təsdiq mənası: Allahın imanı, həm özünü təsdiq etməsi, həm də peyğəmbərlərini kitabları ilə təsdiq etməsidir. Uca Allah (c.c.) buyurub: "Allah şəhadət edər ki, özündən başqa ilah yoxdur" (Ali-İmran, 18). Allah, qullarına olan vədlərini doğruldur və verdiyi sözləri yerinə yetirir.
Hugin və Munin
Huqin və Munin (q.skan. düşüncə və ağıl) — German-skandinav mifologiyasında Odinin bir cüt quzğunlarının adlarıdır. Hugin "düşünən" Munin isə "yadda saxlayan" deməkdir. Bu quzğunlar Midqard dünyasını uçub gəzərək baş verənlərdən Odini agah edirlər.
Huqin və Munin
Huqin və Munin (q.skan. düşüncə və ağıl) — German-skandinav mifologiyasında Odinin bir cüt quzğunlarının adlarıdır. Hugin "düşünən" Munin isə "yadda saxlayan" deməkdir. Bu quzğunlar Midqard dünyasını uçub gəzərək baş verənlərdən Odini agah edirlər.
Buyin və Miyandəşt
Buyin və Miyandəşt — İranın İsfahan ostanının Fəridən şəhristanının Buyin və Miyandəşt bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,933 nəfər və 2,537 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti gürcülərdən ibarətdir, gürcü dilində danışırlar və şiə müsəlmandırlar.Bu şəhərin gürcücə adı Torelidir.
Mücin
Mücin — İranın Simnan ostanının Şahrud şəhristanının Bəstam bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,273 nəfər və 1,860 ailədən ibarət idi.
Müin lüğəti
Müin lüğəti fars dilində lüğət.Müəllifi Məhəmməd Müindir.
Beyin
Beyin - bütün onurğalı və bəzi onurğasızlarda sinir sisteminin mərkəzi vəzifəsini icra edən orqandır. Bir çox heyvanda beyin kəllə sümüyünün içində, ilkin duyğu orqanlarının və ağızın yaxınında yerləşir. = Ümumi = Kompüter və digər cihazlardan fərqli olaraq insan beyninin yaddaşı sonsuzdur və heç vaxt dola bilməz. İnsan hər dəfə müəyyən bir şeyi yaddaşına qeyd etdikdə, beyin yeni hüceyrələr və sinir bağlantıları yaratmağa başlayır. Doğru qidalanmaq beyini inkişaf etdirir. Dəniz məhsullarından olan yeməklər beyin üçün ən faydalı yeməkdir və bu, yaddaşı 15% artırır. Eyni zamanda, müntəzəm edilən idman beyinin diqqətini və xoşbəxtlik duyğusunu artırmağa kömək edir. Onu da qeyd etmək lazımdır ki, uşaqların beyinləri məişət zorakılığına görə ciddi şəkildə zədələnir və bu, müharibə zamanı əsgərlərə dəyən eyni zərərə bərabərdir. Yüksək səslə kitab oxumaq və uşaqla daimi şəkildə danışmaq uşağın beyninin inkişafına yardım edir. İnsan beyni 40 yaşın sonuna qədər inkişaf edərək irəliləyir və ən yaxşı anlarına çatır.
Bucin
Bucin (fars. بوجین‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 348 nəfər yaşayır (93 ailə).
Budin
Buda (mac. Buda) - Macarıstan krallığının mərkəzi olmuş tarixi şəhər. Budin şəhərinin yerləşdiyi tarixi yer Budapeşt şəhərindən keçən Dunay çayının cənub tərəfi hesab olunur. Osmanlı imperiyası və Macarıstan krallığı arasında 1526-cı ildə baş vermiş Mohaç döyüşü nəticəsində şəhər Osmanlı imperiyasının nəzarəti altına keçmişdir.
Butin
Butin (C4H6) — Alkinlər sinfindən doymmamış karbohidrogen.
Buyan
Buyan adası (Krasnoyarsk diyarı)
Kubin
Kubin — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Hişgədərə kənd inzibati ərazi vahidinin Kubin kəndi Miyanku kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Yaşayış məntəqəsinin adı talış dilindəki ku "dağ" və bin "alt", "dib" komponentlərindən yaranmışdır (Dağdibi kəndi). == Əhalisi == Əhalisi 561 nəfərdir.
Kuhin
Kuhin (azərb. Köhün Gədiyi, کؤهون گَدیگی‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Kuhin bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,398 nəfər və 388 ailədən ibarət idi. Əhalisi azərbaycan türklərindən ibarətdir və azərbaycan türkcəsində danışırlar.
Majin
Majin — İranın İlam ostanının Dərəşəhr şəhristanının Majin bəxşində şəhər və onun mərkəzi.
Maçin
Mancuriya (çin 滿洲, 满洲, Mǎnzhōu) — Çində tarixi ərazi. Ərazinin adı Mancurlar adlı xalqdan gəlir. Keçmiş Şərq ədəbiyyatında bu əraziyə Maçin deyilirdi. == Etimologiya == XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə Maçin (ماچین) adlandırılmışdır. Erkən sovet dövrünə aid Azərbaycandilli mənbələrdə "Mançurya" adlandırılmışdır. == Tarixi == Mancur dövründə çinlilərə inamsızlıqdan dövlət imtahanlarının keçirilməsində ayrı-seçkilik siyasəti həyata keçirilirdi. Mancurlar bütün əhalinin cəmi 3%-ni təşkil etsələr də, onlara da çinlilərlə bərabər namizəd kvotası həyata keçirilirdi. Buna görə də mancur namizədlər imtahanlara çox da böyük səy göstərmirdilər. Əksinə, çinlilər çətin vəziyyətə salınırdılar və imtahandan keçənlər adətən parlaq intellektuallar idilər. 1681–1796-cı illər arası Tsin imperiyasının sabitlik və inkişaf dövrü idi.
Furin
Furin (風鈴, azərb. "külək zəngi"‎) – Yaponiyada istifadə olunan ənənəvi külək zəngləri. Əsasən, şüşə və metaldan, bəzən isə keramika və bambukdan hazırlanır. Furinlər binaların pərvazından asılır və külək əsəndə səs çıxarırlar. Yayın simvollarından biri hesab olunur. Küləki tutması üçün aşağı hissəsinə lələk və ya kiçik dördbucaqlı kağız yapışdırılır. == Tarixi == Furinlərin mənşəyi Çində istifadə olunmuş, senfutaku adlı fal əşyası ilə bağlıdır. Çində istifadə olunmuş bu külək zəngi meşəyə aparılaraq bambukdan asılırdı və çıxardığı səsə əsasən öncəgörmələr edilirdi. Heyan dövründə bu əşya Yaponiyaya çatmış və buddist məbədlərinin elementinə çevrilmişdir. Tezliklə Heyan dövrünün zadəganları şər ruhları qovmaq üçün qoruyucu tilsim kimi evlərində furin asmağa başlamışdırlar.
Aleksandr Duqin
Aleksandr Duqin (rus. Александр Гельевич Дугин; tam adı: Aleksandr Qelyeviç Duqin; d. 7 yanvar, 1962, Moskva, Rusiya RSFSR, SSRİ) — Rusiya filosofu, siyasi analitiki və ictimai xadimi. == Həyatı == Aleksandr Duqin 7 yanvar 1962-ci ildə Moskvada, Qeliy Aleksandroviç Duqin ilə Qalina Duqinin ailəsində dünyaya gəlmişdir 1979-cu ildə Moskva Aviasiya Universitetinə qəbul olsa da, universiteti bitirməmiş və fərqli bir univeristetdə və ixtisas üzrə təhsilini davam etdirmişdir. == Karyerası == 1980-ci illərdə Duqin məşhur müxaliflərdən idi. O anti-kommunist çıxışları ilə tanınırdı. Məhz bu səbəbdən Duqin, yaxın yoldaşı Heydər Camal ilə birlikdə universitetdən uzaqlaşdırılır. Siyasi arenaya çıxmazdan qabaq o, jurnalist kimi fəaliyyət göstərmişdir. 1988-1992-ci illərdə Heydər Camalla birlikdə SSRİ arxivlərində işləyərkən Hitlerin məşhur layihəsi "Ananerbe"nin sənədləri ilə tanış olurlar. Onların əldə etdikləri materialların bir qismi televizyada yayımlanır.
Mayan
Aşağı Mayan (Təbriz)
Mayis
Mayis — Azərbaycan Respublikasının Laçın rayonu Sonasar kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Mayis kəndi Hocaz çayı yaxınlığında, Qarabağ yaylasındadır. Yerli tələffüzü Mayisdir. Keçmiş adı Qızxanımatoyolan olmuşdur. Yaşayış məntəqəsini Qarıqışlaq kəndindən ayrılmış ailələr Qızxanımatoyolan adlı binə yerində salmış və inqilabdan əvvəlki ədəbiyyatlara da bu adla düşmüşdür. 1930-cu illərdə burada Pervomaysk kolxozu təşkil olunmuş və kənd də Maysk adlandırılmışdır. Sonralar oykonim təhrif edilərək, Mayis şəklinə düşmuşdür. Yaşayış məntəqəsi 1 May bayramının adı ilə bağlıdır.Mayis Laçın rayonunun kiçik kəndlərindən biridir. Qarabağ xanlığı dövründə və ondan da əvvəl Mayis kəndinin ərazisi indiki Qarıqışlaq kəndində yaşayan sakinlərin yaylaq yeri olmuşdur.
Amuqin (Ərdəbil)
Amuqin (fars. عموقين‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,318 nəfər yaşayır (265 ailə).
Andrey Lunin
Andrey Alekseyoviç Lunin (ukr. Андрій Олексійович Лунін, 11 fevral 1999, Krasnoqrad[d], Xarkov vilayəti) — İspaniyanın Real Madrid klubunda və Ukrayna millisində qapıçı mövqeyində çıxış edən oynayan ukraynalı peşəkar futbolçudur. == Klub karyerası == Andrey xarkov futbolunun yetirməsidir. 2005–2010-cu illərdə Krasnoqrad UGİM-ində, 2007-ci ildən həm də paralel olaraq həftə sonlarından etibarən Xarkov Arsenalında oynayırdı. 2010–2014-cü illərdə isə Xarkovun digər təmsilçisi Metallistin akademiyasında futbolun sirrlərinə yiyələndi. === Dnepr === 2016-cı ilin yayında gənclər idman məktəbini bitirdikdən sonra Dneprin eyniadlı klubunun ehtiyat komandasında oynadı. İlk dəfə əsas komandanın heyətində Lunin 17 yaşında start heyət oyunçusu olaraq 16 oktyabr 2016-cı il tarixində Ukrayna Premyer Liqasında Lvovun Karpatı klubu ilə matçda çıxdı. Mövsümün qalan hissəsində klubun liqada və klub yarışlarında cəmi 25 matçda oynamasına baxmayaraq ilk seçim qapıçısı idi, lakin mövsümün sonunda maliyyə pozuntuları səbəbindən Dnepr birbaşa Ukrayna İkinci liqasına (futbolun üçüncü səviyyəsi) düşdü və Luninin də daxil olduğu bir çox oyunçunun klubdan ayrılmasına icazə verildi.
Ara beyin
Ara beyin - lat. diencephalon iki hissəyə bölünür: Arxa hissə - görmə beyin ya görmə qabarları nahiyəsi - lat. thalamencephalon; Ventral hissə - görmə qabaraltı - lat. hypothalamus, əslində görmə qabaraltının dal-qoxu hissəsi (məməciyəbənzər cisimlər - lat. corpora mamillaria və xüsusi görmə qabaraltı nahiyə - lat. regio subthalamica).Görmə beyin filogenez cəhətcə yeni törəmədir və afferent (hissi) yolların ara mərkəzidir; görmə qabaraltı isə qədim törəmədir və vəzifəsinə görə ali vegetativ mərkəzdir. Ara beyin boşluğunun qalığını üçüncü mədəcik - lat. ventriculus tertius təşkil edir. == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1982 Atlas of Human Cardiac Anatomy - Endoscopic views of beating hearts - Cardiac anatomy Р. Д. Синельников.
Düyün
Düyün - hər cür iplərin birləşdirilməsi, bərkidilməsi və bağlanması üsulu. Düyünlər müxtəlif olur. Adi və tez açılan düyünlər və qəliz düyünlər. Adi düyünlərdən gündəlik həyatda (ayaqqabı və başqa geyimlərin bağlanması, paltar qurudulması zivələrində və sairə) istifadə olunur. Qəliz düyünlər bağlamaq üçün müəyyən vərdişlər və peşəkarlıq gərəkdir. Belə düyünlər əsasən yelkənli dənizçilikdə, balıqçılıqda, dağ və paraşüt idman növlərində, kaskadörluqda və b. istifadə olunur. 2.Düyün - nikah mənasında.
Mahın
Mahın (fars. ماهین‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 340 nəfər yaşayır (124 ailə).
Çiyin
Çiyin (lat. brachium) — yuxarı ətrafın şöbəsi. Çiyin qurşağı və ön kol arasında yerləşir və müvafiq olaraq çiyin birləşməsi və dirsək vasitəsilə onlara birləşir.