MEYİL

is. [ ər. ]
1. Bir tərəfə əyilmə. Divarın meyli bayıradır.
□ Meyil etmək (eləmək)1) əyilmək;
2) istiqamət almaq, yönəlmək.
Məşədibəy isə adamları yarıb arvadını görməyə meyil etdiyi halda birdən dayandı. M.Hüseyn.
Səfər kişi irəliyə tərəf meyil elədi. Mir Cəlal.

2. İstək, arzu, həvəs. Uşağın oynamağa meyli yoxdur. Tələbənin ədəbiyyata meyli var.
– Dedi: – Həmsayə! Var nəyə meylin; Nə yeyirsən, nə istəyir könlün? M.Ə.Sabir.

□ Meyil göstərmək – həvəs göstərmək, rəğbət etmək.
Üç-dörd günün müddətində haman müntəxib olunan kəslər göründü və hamısı şurişə meyil və amadəlik göstərdilər. M.F.Axundzadə.
Əcnəbilərin içində övrət sahibi bir kişinin özgə övrətə meyil göstərməyi şiddətli təqsir hesab olunur. C.Məmmədquluzadə.

Meyil qılmaq (etmək) – arzulamaq, istəmək, könül bağlamaq.
Bir kimsəyə xurşid camalın ola mənzur; Mehri-fələkə meyil qılıb ayə baxarmı? Q.Zakir.

Meyil salmaq – bir şeyə həvəs göstərmək.
Meyildən düşmək – daha həvəsi olmamaq, istəməmək.
Meyli düşmək – istəmək, bəyənmək, xoşlamaq.
Meyli çəkmək – istəmək, ürəyindən keçirmək.
Meyli olmaq – həvəsi olmaq, istəmək.
Dedi: – Meylin olurmu aluyə; Təmi meyxoş qızıl gəvaluyə? M.Ə.Sabir.
Gər meylim ola şəmi-rüxi-yarə, nə nöqsan; Adətdi ki, pərvanə edər narə məhəbbət. S.Ə.Şirvani.
[Zeynalın] Mehribana bu qədər meyli olduğu görülməmişdi. S.Hüseyn.

3. Könül, məhəbbət.
Mən sənə mailəm, səndədir meylim; Demə səndən qeyri kəsdədir, ay qız! M.P.Vaqif.
[Sitarə:] Özüm cavan qızam, həm də var sənə meylim. C.Cabbarlı.
Səltənət atasının Şahpəriyə olan meylini bilirdi. B.Bayramov.

Meyil salmaq – sevmək, istəmək, könül bağlamaq.
Bir ildən artıqdır ki, [Gülşən] özü də bilmədən Eyvaza meyil salmışdı. Ə.Vəliyev.

Meyli düşmək – bax meyil salmaq.
Mən aşiq, neylim sənə; Düşübdür meylim sənə; Mən dönsəm, üzüm dönsün; Sən dönsən, neylim sənə? (Bayatı).

Sinonimlər (yaxın mənalı sözlər)

  • MEYİL meyil bax 1. həvəs; 2. məhəbbət 1
MEYXOŞLUQ
MEYİLLƏNMƏ
OBASTAN VİKİ
Standart meyillənmə
Standart meyillənmə (və ya orta kvadratik meyillənmə)- ehtimal nəzəriyyəsində və statistikada təsadüfi dəyişənlərin səpələnməsi üçün istifadə olunan ən geniş yayılmış göstəricidir. Təsadüfi dəyişənin vahidində ölçülür. Qiyməti dəyişənin (parametrin) dispersiyasının (σ2) kökünə bərabərdir. Standart meyillənmədən orta arifmetik qiymətlərin satandart xətalarının hesablanmasında, inam intervallarının təyinində, hipotezlərin statistik yoxlanmasında, təsadüfi dəyişənlər arasında xətti asılılıqların ölçülməsində istifadə olunur. Standart meyillənmə s ilə işarə olunur və belə hesablanır: s = n n − 1 σ 2 = 1 n − 1 ∑ i = 1 n ( X i − X ¯ ) 2 {\displaystyle s={\sqrt {{\frac {n}{n-1}}\sigma ^{2}}}={\sqrt {{\frac {1}{n-1}}\sum _{i=1}^{n}{(X_{i}-{\bar {X}})^{2}}}}} burada, x i {\displaystyle x_{i}} seçmənin i-ci elementidir, X ¯ {\displaystyle {\bar {X}}} - seçmənin ədədi ortası, n- seçmənin həcmidir. X ¯ {\displaystyle {\bar {X}}} - aşağıdakı düsturla hesablanr: X ¯ = 1 n ∑ i = 1 n X i {\displaystyle {\bar {X}}={\frac {1}{n}}\sum _{i=1}^{n}{X_{i}}} Seçmə dedikdə aparılmış ölçmələrin içərisindən statistik analiz üçün qrup şəklində seçilmiş ölçülər nəzərdə tutulur. Seçmə təsadüfi, sistematik və ya qarışıq (random) üsullarla aparıla bilir. == Mənbə == Əliyev, R. Maşınqayırma leksikonu. Bakı: Apostroff, I hissə, 2012.427 s. Şahbazov, Ə. Ehtimal nəzəriyyəsi və riyazi statistika: ali məktəblər üçün dərslik / red.
Səthi meyillik xəritəsinin tərtibi
Səthi maillik xəritəsinin tərtibi == Ümumi məlumat == Səthi axın potensial enerjisini yaradan relyefin bütün ünsürləri eroziya prosesini yaradan imkanına malikdir. Daha doğrusu hər hansı bir şəraitdə eroziya prosesinin əmələgəlmə gərginliyi və inkişafı ilk növbədə yerin relyefindən, eləcə də mövcud yamacların mailliyindən, baxarlığından, onların məsafəsindən və yamacların səth quruluşunun formasından (kələ-kötürlü, çala və qabarıqlığın bir-birini əvəzetmə tezliyindən) asılı olur. Ümumiyyətlə səthi maillik xəritəsi dedikdə yer səthinin relyef quruluşunda sərbəst su axımının yaranması potensialına malik relyefin müəyyən maillik bucağı altında şaquli formasını özündə əks etdirən planı yada düşür. Səthi maillik xəritəsi hər hansı şəraitdə səth axınlarının sərbəst baş vermə ehtimalı olan bütün ərazilər üçün tərtib edilir. Bundan başqa dağətəyi və dağlıq bölgələrdə torpaqların becərilməsi müxtəlif maillik bucağına və baxarlığa malik yamaclarda aparıldığına, eləcə də leysan xarakterli yağışların yağma ehtimalı çox olan dağətəyi və dağlıq bölgələr üçün səthi maillik xəritələrinin tərtibi olduqca vacibdir. Səthi maillik xəritələri digər tərəfdən ona görə lazımdır ki, tərtib edilmiş həmin xəritələrdə yer səthinin hansı dərəcədə mailliyə malik olması və eroziyaya potensial təhlükəli sahələr əvvəlcədən müəyyən edilir və sel hadisəsi baş verdikdə və səthi yayılma prosesi getmə ehtimal olan yerlər (xüsusən əkinaltı torpaqlar yayılan sahələr) üzrə eroziyaya qarşı tədbirlər sistemi göstərilməlidir. == Maillik dərəcələrinin seçilməsi == Xəritələr tərtib edilərkən səth axınlarına potensial təhlükəli yamacların və digər sahələrin maillik dərəcələrini ifadə etmək üçün aşağıda göstərilən şkaladan istifadə edilməlidir: 0-1, 1-3, 3-5, 5-10, 10-15, 15-20, 20-30, 30-45, >45. Göstərilmiş metod və şkaladan istifadə edilərək Azərbaycan Respublikasının eroziyaya potensial təhlükəli bütün əraziləri üçün irimiqyaslı (1:10 000) səthi maillik xəritələri tərtib edilməlidir. Həmin materiallar əsasında gələcəkdə torpaqların səthi və qobu eroziyasının qarşısının alınmasına aid tədbirlər kompleksinin işlənməsi məqsədilə müvafiq kiçik (1:100000, 1:200000 və 1:500000) miqyaslı xəritələr hazırlanmalıdır. == Maillik xəritələrin əhəmiyyəti == Son vaxtlar iqlimdə istiləşmələrin yüksələn xətlə davam etməsi ilə əlaqədar leysan xarakterli yağıntıların tez-tez təkrarlanması və bunun nəticəsində torpaq eroziyası prosesləri və yaşayış məntəqələrinin, yerüstü və yeraltı xətt tikintilərinin su basması halları güclənmişdir.

Digər lüğətlərdə

бури́льный гармо́нь гребло́ допла́чиваться кано́н куде́литься неправдоподо́бно темноко́жий у но́г хади́с эсте́тик в косую саже́нь ростом влета́ть лю́бое не за страх, а за со́весть делать неразры́вность прима́щивать циклообразу́ющий крейда grape-stone nonfictional semimounted spiniferous take-off безнадзорный