Eynəlqüzat Miyanəci
Eynəlqüzat Həmədani (fars. ابوالمعالی عبدالله بن ابیبکر محمد میانجی; 1098[…], Həmədan – 7 may 1131, Həmədan) – tanınmış İran
filosofu və şairi, sufiliyin panteist fəlsəfəsinin yaradıcısı.
== Həyatı ==
Eynəlqüzat Abdulla Həmədani əslən İranın Həmədan şəhərindəndir.
Miyanəcilər XI – XII əsrlərdə istedadlı şairlər, görkəmli alimlər yetirmiş böyük nəsildir. Soyadın etimoloqiyası çox guman ki Miyana şəhəri ilə bağlıdır. AMEA-nın müxbir üzvü Zakir Məmmədov bu məsələni araşdırarkən müəyyənləşdirmişdir ki, onlardan Eynəlqüzat Miyanəcinin babası Əbülhəsən Əli Həsən oğlu Miyanəci mükəmməl təhsil görmüş hüquqşünas alim və incə təbli şair kimi tanınmışdır. Mənbələrdə onun haqqında çox az məlumat qalmışdır: "Qazi Əbülhəsən Əli Miyanəci 1079–cu ilin aprel (471–ci ilin şəvval) ayında sübh namazı əsnasında öz məscidində qətl edilmişdir. Müasirləri mütəfəkkirin düşmənlər və ona həsəd aparanlar tərəfindən məhv edildiyini bildirirlər". Eynəlqüzat Miyanəcinin atası Əbubəkr Məhəmməd Miyanəci də adlı–sanlı hüquqşünas alim və Həmədan şəhərinin qazisi olmuşdur. Orta əsr müəlliflərindən biri onun haqqında yazmışdır: "Fəzilətli, fəzilətlinin oğlu və fəzilətlinin atası.