Məhinbanu Sultan
Məhinbanu sultan (tam titulu: Banui Dövran Bilqüszamani, Nəvvab'i-Naibəyi-Səfəviyyə Məhinbanu sultan Səfəvi; 1519, Təbriz – 20 yanvar 1562, Qəzvin) — Səfəvi Sultanı, Şah I İsmayılın və Şah Sultanın qızı.
Məhinbanu sultan Şah I İsmayıl ilə Taclı bəyim sultanın qızı idi.1516-cı ildə Təbrizdə doğulmuş, sərt saray təlim, tərbiyəsi almışdı. Ömrünün ilk çağları dövlət dərin mənəvi böhran keçirirdi. Mərhum atası Şah I İsmayıl qəfil ölümü vəziyyəti daha da gərginləşdirmişdi. Anası Taclı bəyim sayəsində qardaşı I Təhmasib taxta keçmiş, feodalların dövlətə laqeydliyi artmışdı. Lakin anasının güclü idarəsi sayəsində dövlət yenidən əvvəlki günlərinə geri dönmüşdü. Məhinbanu Sultan gözəl bir xanım olsa da, ailə həyatı qurmamış, talibləri qəbul etməmiş, ömrünü dövlət işlərinə sərf etmişdir.
Ögey bacı olmasına baxmayaraq, Məhinbanu Sultan qardaşının yanında söz və məşvərət sahibi olaraq 'Naibə' vəzifəsinə qədər yüksəlmişdi (1540). Güclü iradəsi ilə tədbirli bir xanım olan Məhinbanu Sultan, əsasən, saray çəkişmələrində tərəf tutmur, qardaşının səltənətin yaxşı olması üçün əlindən gələni edirdi. Müxtəlif müharibələrdə ona fikir və tövsiyələrini bildirdi.