Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lövbər
Lövbər — gəmi, sualtı gəmi, mayak və ya suda olan hər hansı bir obyekti sabit saxlamaq üçün nəzərdə tutulmuş lövbər zənciri və lövbər dəstəyindən ibarət metal konstruksiya. Lövbərin effektivliyi saxlanma gücü əmsalı ilə qiymətləndirilir. Saxlanma gücü əmsalı lövbərin çəkisi ilə obyektin müqavimət gücü arasında nisbət ilə tapılır. Hərbi gəmilərdə lövbərin ölçüsü gəminin midelinin sahəsinə görə təyin edilir. Ticarət gəmilərində, lövbərin ölçüsü - gəminin əsas ölçüləri və ya gəminin tonnajı ilə lövbərin çəkisi arasındakı düz mütənasibliyi nəzərə almaqla təyin edilir. Sadə lövbərin konstruksiyasının əsası düz istiqamətdə uzanan metal dəstəkdir. Dəstəyin yuxarı hissəsində lövbərin zəncirə bərkidilməsi üçün qulp yerləşmişdir. Dəstəyin aşağı hissəsi qövsvari şəklində uzanmış oxlardan təşkil olunmuşdur. Ən alt hissə - trend adlanır. Vikianbarda Lövbər ilə əlaqəli mediafayllar var.
Adventiv növlər
Adventiv növlər (latın: adveticius — yad, gəlmə) — başqa qruplaşmadan və ya coğrafi vilayətlərdən gətirilən (və ya gələn) növlər. Ölkəmizə gətirilmiş amarant, sabah gülü. evkalipt kimi bitkilər, ağ amur, qalınalın, daban balıq, yenotabənzər it və b. heyvanlar adventiv növlər hesab oluna bilər. Son illər ölkəmizə gətirilən bitkilərin sayı durmadan artmaqdadır. Ancaq onların çoxu bizim şəraitə uyğunlaşmış nəsil törədə bilmirlər.
Antaqonist növlər
Mikrobiologiyada antaqonizm mikroorqanizmlər arasında qeyri-simbiotik əlaqənin bir növüdür, burada bir ştam digərinin böyüməsinin tamamilə qarşısını alır və ya ləngidir. Bu prosesi həm təbii, həm də süni (laboratoriya) şəraitdə müşahidə etmək mümkündür. Antaqonist mikrorqanizmlər istənilən taksonomik qrupa aid oluna bilərlər.Ümumilikdə mikroorqanizmlərin bu halı bioloji antaqonizmin bir hissəsidir. Mikroorqanizm digər mikroorqanizmin böyüməsinə və fəaliyyətinə maneə törədən antibiotik xüsusiyyətləri olan kimyəvi maddələr ifraz etdikdə bu hal baş verir. Bu zaman kimyəvi maddəni ifraz edən mikroorqanizm rəqabət üstünlüyü əldə edir. Digər mexanizmlər də mümkündür. Mikroorqanizmlərin antaqonizmi daimi rəqabətin olduğu torpaqda geniş yayılmışdır. Bu proses ilk dəfə 1877-ci ildə L. Paster tərəfindən təsvir edilmişdir. Mikroorqanizmlər arasında antaqonizmə nümunə olaraq nistatin istehsal edən aktinomisetlər tərəfindən maya artımının qarşısının alınmasını göstərmək olar. Başqa bir nümunə, qrammənfi aerob çubuqşəkilli bakteriya lat.
Endemik növlər
Endemik (yun. ἔνδημος — yerli) yerləşdiyi regionun ekoloji şərtləri üzündən yalnız müəyyən ərazidə yaşayan/yetişən, dünyanın başqa yerində yaşama/yetişmə ehtimalı olmayan heyvan və ya bitki. Endemik bitkilər və heyvanlar məhdud areala sahibdirlər, bu səbəbdən sayları da az olur, onlar nadir və nəsli kəsilməkdə olan növlər kimi Qırmızı kitaba tez-tez yazılırlar. Növlərin məhdud arealda yerləşmə xarakteristikası endemizm adlanır. Endemizimin inkişafına coğrafi izolyasiya və iqlim şəraiti kömək edir. Növ (və ya yarımnöv) üçün endemizm çox kiçik bir ərazi ilə son dərəcə məhdudlaşa bilər. Məsələn, qoyunboğanın arealı Menorka adasında (İspaniya) cəmi bir neçə kvadrat kilometr təşkil edir. Okean adaları, təcrid edilmiş dağ vadiləri endemik formalarla daha zəngindir. Xüsusilə Müqəddəs Yelena adasında floranın 85 %-i, Qalapaqos adalarında isə 97 %-i endemikdir. Baykal gölünün flora və faunasının 75%-i endemikdir.
Kosmopolit növlər
Kosmopolit növlər — Yer kürəsinin hər yerində müvafiq ekosistemdə yayılan növlər. Bu cür növlərin arealları adətən qeyri-məhdud olur (birhüceyrəli heyvanlar- infuzorlar. Konsumentlər- canlı üzvü maddələrlə qidalanan heterotrof orqanizmlər (məs., heyvanlar).
Lövbər effekti
Lövbər effekti (ing. Anchoring effect) — Qərarvermə prosesi zamanı fərdin əldə etdiyi ilkin informasiyanı rəhbər tutması halı. Bu vəziyyət ilkin məlumatın doğru olduğuna inanmaq, ya da sonraki məlumatları əvvəlki məlumata görə dəyərləndirməyə, müqayisə etməyə səbəb olur. Bu məhsulu başqa saytda 30 manata görmüşdüm, burda 20 manatadır. Bu, çox ucuzdu. Qonşumuz evini 100 minə sata bildisə, deməli, mən də sata bilərəm. Ailəmizdəki insanların ortalama ömür müddəti uzundur, deməli, mən də çox yaşayacam. Arıq olan dostlarım hər səhər qaçır, deməli, mən də hər səhər qaçmalıyam. Mən uşaq olanda anam məni saat 10-da yatırırdı, onda, mənim də uşağım saat 10-da yatmalıdır.
İnvasion növlər
İnvaziv və ya işğalçı növ (lat. İnvadio "işğalçı, istilaçı") — yeni mühitə introduksiya edilmiş zərərverici növlər üçün istifadə olunan termindir. İnvaziv növlər yaşayış yerlərinə və bioregionlara mənfi təsir edərək ekoloji, iqtisadi ziyan vurur. Termin, həm də qida şəbəkəsində insan dəyişikliklərindən sonra ekosistemə zərər verən yerli növlər üçün də istifadə edilə bilər. 20-ci əsrdən bəri invaziv növlər bütün dünyada ciddi iqtisadi, sosial və ekoloji təhlükəyə çevrilmişdir. Məsələn, Azərbaycanda Amerika yenotu, nutriya kimi işğalçı növlər (sonradan ölkəyə gətirilən) vardır.
İstilaçı növlər
İnvaziv və ya işğalçı növ (lat. İnvadio "işğalçı, istilaçı") — yeni mühitə introduksiya edilmiş zərərverici növlər üçün istifadə olunan termindir. İnvaziv növlər yaşayış yerlərinə və bioregionlara mənfi təsir edərək ekoloji, iqtisadi ziyan vurur. Termin, həm də qida şəbəkəsində insan dəyişikliklərindən sonra ekosistemə zərər verən yerli növlər üçün də istifadə edilə bilər. 20-ci əsrdən bəri invaziv növlər bütün dünyada ciddi iqtisadi, sosial və ekoloji təhlükəyə çevrilmişdir. Məsələn, Azərbaycanda Amerika yenotu, nutriya kimi işğalçı növlər (sonradan ölkəyə gətirilən) vardır.
Adaçayı cinsinə aid növlər
Ağcaqayın cinsinə aid növlər
Banksiya cinsinə aid növlər
Bulbofillium cinsinə aid növlər
Dendroxilum cinsinə aid növlər
Nəsli kəsilməkdə olan növlər
Biomüxtəliflik — nadir və nəsli kəsilmək təhlükəsində olan fauna növlərinin mühafizəsi. Mənbə: Zaman qəzeti Arxivləşdirilib 2015-09-27 at the Wayback Machine Bioloji müxtəliflik — yer üzərində bütün canlıların - mikroorqanizm, bitki və heyvanların müxtəlifliyi deməkdir. Azərbaycan Qafqaz regionunda ən zəngin təbii sərvətlərə malik ölkədir və təbii şəraitin müxtəlifliyi ilə əlaqədar heyvanlar aləmi də çox rəngarəngdir. Respublikamızın ərazisində indiyədək faunanın 18 min növü qeydə alınıb. Müasir Azərbaycan faunası məməlilərin 97 növünü, quşların 357, balıqların 100-ə yaxın, amfibiyalar və reptiliyaların 67 növ və yarımnövü, həşəratların isə 15 minə yaxın növünü əhatə edir. Azərbaycanın heyvanlar aləminin zənginliyi barədə ilk məlumata şərq səyyahlarının yazılarında da rast gəlinir. Amma ölkədə heyvanlar aləmi elmi öyrənilməsi 200 il öncə başlansa da onun planlı və sistemli tədqiqinə 1920-ci ildən start verilib. Hazırda zooloqların çoxillik gərgin əməyi sayəsində 1500 növdən artıq ibtidailər, 1200 növdən artıq heyvan paraziti qurdları (helminlər), 300 növdən artıq fitohelmintlər, 290 növdən artıq rotatorı, 360 növdən artıq xərçəngkimilər, 311 növ molyusklar, 101 növ və yarımnöv balıqlar, 10 növ suda-quruda yaşayanlar, 54 növ sürünənlər, 348 növ quşlar, 97 növ məməlilər ( o cümlədən 13 növ cücüyeyən, 27 növ yarasa, 29 növ gəmirici, 2 növ dovşankimi, 19 növ yırtıcı, 9 növ dırnaqlı, 1 növ üzgəcanaqlı) aşkara çıxarılıb. Lakin son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə artan mənfi təsiri və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnib. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması problemlərinin həllinə böyük diqqət yetirilir.
Phytoseiidae fəsiləsinə aid növlər
Üçüncü növbə (film, 1984)
Bulbofillium cinsinə aid növlər/P-X
Novbar (Bukan)
Novbar (fars. نوبار‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 433 nəfər yaşayır (79 ailə).
Bövlər
Bövlər (lat. Solifugae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. 50–70 mm, az qismi 10–15 mm ölçüdə olurlar. Qonur-sarı, sarımtıl, nadir hallarda alabəzək və ya tünd rəngdə olurlar. "Solpuqi" sözü latın dilindən tərcümədə "günəşdən qaçan deməkdir. Baş-döş şöbədə xeliser, pedipalplar və 4 cüt yürüş ayaqları yerləşir. Xeliserləri iridir, güclü qısqaclara malikdir. Bövlərin pedipalpları quruluşuna görə ayaqlara oxşayır, lakin caynaqları yoxdur. Pedipalplar müxtəlif funksiyalar yerinə yetirir. Onlar hərəkətə, şikarın tutulmasına xidmət edir, həmçinin hissetmə orqanıdır.
Cövhər
Сövhər [alm. Substanz; fr.=ing. Substance; yun. Hypotasis, hypokeimenon – altda var olan; osm. tr. cevher; ər. جٛ شٌّ ] – yunan dilində ausia – öz mənasında istifadə olunur. Cövhər – dəyişən əşyada əbədi olan, hadisələr və sifətlər özünə yüklənən, bir başqa şeydə və ya bir başqa şeylə deyil də öz-özünə yer alan şeydir. Əsas mahiyyət, Kantın təlimində ―özündə şeylər‖ anlamına uyğun gəlir. Misal üçün stul bir formadır, lakin onun əsası taxtadır.
Gömbər
Gömbər (gür.: g.ə. გომბორი, l.ə. qombori) – Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 2014-ci il siyahıyaalınmasına əsasən kənddə 50,5%-i gürcülərdən, 44,6%-i isə tatlardan ibarət olan 681 nəfər (334 nəfəri kişilər, 347 nəfəri qadınlar) əhali yaşayır.
Gövhər
Gövhər — Azərbaycanlı qadın adı. Gövhər Qazıyeva — Azərbaycanın ilk peşəkar aktrisası. Gövhər Cəfərzadə — Gövhər Həsənzadə — Azərbaycan bəstəkarı. Gövhər ağa — Qarabağ xanlarından İbrahim xanın qızı, Mehdiqulu xanın isə bacısıdır.
Kövsər
Kövsər (fars. کوثر‎, “şimşək”), ABŞ istehsalı olan F-5 Northrop qırıcılarının modernizasiya edilmiş versiyası. Təyyarə təkmilləşdirilmiş yanğına nəzarət sistemi ilə bərabər, yeni dördüncü nəsil avioniklər ilə təchiz edilmişdir. Qərbin mütəxəssisləri təyyarənin döyüş qabiliyyətlərinin zəif olduğunu, lakin İran Aviasiya Sənayesi üçün təcrübə nöqteyi-nəzərindən ciddi bir irəliləyiş olduğunu bildirirlər. İran Dövlət Kanalının verdiyi məlumatlara görə təyyarə inkişaf etdirilmiş “rəqəmsal məlumat şəbəkəsi” və yanğına nəzarət sistemi ilə təchiz edilmiş və “yüzdə-yüz yerli istehsaldır”. Eyni zamanda təyyarə rəqəmsal məlumat şəbəkəsi, şüşədən pilot kabinəsi, pilotun başının üstündə yerləşən ekran (HUD), ballistik kompüterlər və ağıllı mobil xəritəçəkmə sistemlərindən istifadə edir. 3 noyabr 2018-ci ildə, İran Təyyarə İstehsalı Sənayesi Şirkətində Kövsər quraşdırma xəttinin açılışını başladan və ən azı yeddi ədədi istehsal edilmiş olan tədbir keçirilmişdir. Açılış mərasiminə birbaşa olaraq İran prezidenti olan Həsən Ruhani gəlmişdir. Müəssisə İsfahanda yerləşir və açılış mərasimi Müdafiə Sənayesi Günü münasibətilə təşkil edilmiş olan tədbirlər silsiləsinin bir parçası olmuşdur. Açılış mərasimindən bir gün sonra İran HHQ-yə məxsus olan bir ədəd Northrop F-5 təyyarəsinin açılış günündə qəza etdiyi xəbərləri yayılmışdır, lakin qəzanın yeni yaradılmış olan model ilə əlaqədar olub-olmaması haqqında məlumat verilməmişdir.
Lövgər
Lövgər vilayəti (dəri لوگر) və ya Lögər vilayəti (puşt. لوګر) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin ərazisi 3.880 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 354.9 min nəfər, inzibati mərkəzi Pul-i-Aləm şəhəridir. Əhalisinin 60%-i puştun dilində, 40%-i isə dari dilində danışır.
Köbər
Köbər (əvvəlki adı: Lüksemburq) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Samux rayonunun Yenikənd kənd Sovetinin Lüksemburq kəndi Qırmızı Samux kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Samux rayonunun Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Lüksemburq kəndi Köbər kəndi adlandırılmışdır. Yaşayış məntəqəsi 1918-1920-ci illərdə milli qırğın zamam Ermənistandan didərgin salın­mış azərbaycanlı ailələrin məskunlaşması nəticə­sində yaranmışdır. Sonralar sovet dövründə kəndə beynəl­xalq sosial-demokrat hərəkatının fəalı, polşalı yəhudi inqilabçı sosialist Roza Lüksemburqun (1871-1919) soyadı verilərək, kəndin adı Lüksemburq olaraq təyin edildi (bu adı 1959-1990-cı illər arası həmçinin indiki Ağstafa şəhəri də daşıyırdı). Kənd Ceyrançöldə yerləşir. Əhalisinin sayı 947 nəfərdir. Əhalinin əsası azərbaycanlılardır.
Kövər
Kövər — Azərbaycan Respublikasının Yevlax rayonunun Malbinəsi inzibati ərazi vahidində kənd. Yuxarı Qarabağ kanalının sahilində, Qarabağ düzündədir. Oykonim "mal-qara üçün ayrılmış örüş yeri" mənasındadır. Kövər variantında da qeydə alınmışdır.
Nökər
Nökər, qulluqçu və ya xidmətçi — müxtəlif ev işləri görənlər və ümumiyyətlə işəgötürənin evində yaşayan şəxs. Böyük evlərdə müxtəlif vəzifələri yerinə yetirən çox sayda nökər ola bilər. Onlar çox vaxt daxili bir iyerarxiya meydana gətirirlər. Nökər sözü Azərbaycan dilinə monqol dilindən keçmişdir, mənası "dost", "yoldaş" deməkdir. Monqol əyanlarının silahlı dəstəsinin üzvləri olan nökərlərdən götürülmüşdür. XIV əsrdən nökər ifadəsi Azərbaycanda, İranda və Mərkəzi Asiyada yayılmışdır. The Duties of Servants; by a member of the aristocracy, author of 'Manners and Rules of Good Society'. London: F. Warne & Co., 1894 A Few Rules for the Manners of Servants in Good Families. Ladies' Sanitary Association, 1901 The Servants' Practical Guide: a handbook of duties and rules; by the author of 'Manners and Tone of Good Society'. London: Frederick Warne & Co., [1880] The Management of Servants: a practical guide to the routine of domestic service; by the author of "Manners and Tone of Good Society." (the same work under a different title) Dawes, Frank (1973) Not in Front of the Servants: domestic service in England 1850–1939.
Növhə
Növhə (ərəb. نوحة‎, fars. نوحه‎‎) — elekiya xarakterli qədim matəm nəğməsi. Növhə sözü ərəb dilindən gəlir, "hüznlü nəğmə", "ağı" deməkdir. Erkən orta əsrlərdən Yaxın və Orta Şərqə, o cümlədən Azərbaycanda geniş yayılmışdır. Məzmunca mərsiyəyə yaxındır. Ənənəyə görə matəm mərasimlərində cənazə yanında mərsiyədən əvvəl qadınlar növhə oxuyardılar. "Şəbih" tamaşalarında da növhələr oxunmuşdur.
Əbdürrəzzaq Növrəs (Növrəs Qədim)
Əbdürrəzzaq Növrəs— XVIII əsr yaşamış şair, ictimai xadim, dövlət xadimi Əbdürrəzzaq Növrəs Məhəmməd oğlu XVIII əsrdə Kərkükdə doğulmuşdur. Şairin əsl adı Əbdürrəzzaq Növrəsdir. Qədim sözü əsərlərində işlətdiyi təxəllüsüdür. Bu sözü 19-cu yüzilliyin şairlərindən olan Osman Növrəsdən fərqlənmək üçün götürmüşdür. Şairin dəqiq doğum tarixi bəlli deyil. İlk təhsilini doğulduğu Kərkükdə almışdır. Həm türkcə, həm farsca qələmə aldığı əsərlərindən yaxşı bir ailədə böyüməsi, bir neçə dil biliyi olması haqqında məlumat vardır. Sonralar Osmanlı dövlətində Diyarbəkir valisi Həkimoğlu Əli Paşanın yanında çalışmağa başlamışdır. Növrəs Əli Paşanın Şərqdəki sərdarlıq və valilik kimi vəzifələri əsnasında katiblik xidmətinə girərək onun yanında müxtəlif yerlərdə olmuş, Diyarbəkir valisi olarkən Həkimoğlunun rəhbərliyi ilə 1143-cü ildə (m. 1731-ci il) Təbriz səfərinə qatılmışdır.
Jan Jorj Nover
Jan Jorj Nover (fr. Jean-Georges Noverre; 29 aprel 1727[…], Paris – 19 oktyabr 1810[…], Sen-Jermen-an-Le) — Fransa baletmesyteri. Jan Jorj Nover 29 aprel 1727-ci ildə Fransanın paytaxtı Paris şəhərində anadan olmuşdur. O, 1743-cü ildən rəqqas, 1755-ci ildən isə London, Paris, Vyana, Ştutqart teatrlarında baletmeyster kimi fəaliyyət göstərmiişdir. Balet sənətinin islahatçısı olan Nover rəqs divertismentlərini süjetli baletlə əvəz etmişdir. O, baletin məzmununu açaraq, onu dramatik, plastik obrazlarla ifadə etmişdir. Nover Avropa baletinin inkişafında böyük rol oynamışdır. Jan Jorj Nover 19 oktyabr 1810-cu ildə, 83 yaşında İl-de-Frans vilayətində yerləşən Sen-Jermen-аn-Le kommunasında vəfat etmişdir. Les Fêtes Chinoises (Paris 1754) (mus. Jean-Philippe Rameau) La Fontaine de jouvence (Paris 1754) La Toilette de Vénus (Lyon 1757) (mus.
Tövbə
Tövbə — Bəzi insanlar xətasız olmaq istəyirlər. Özlərini bacardıqca nöqsansız bir insan kimi göstərməyə və görməyə çalışırlar. Çünki xəta etdiklərini qəbul etsələr, hər kəs qarşısında rüsvay olunacaqlarından qorxurlar. Onlara görə ideal insan özünə heç bir xətanı yaraşdırmayan insandır. Halbuki bu "xətasızlıq" anlayışı boş inancdan başqa bir şey deyildir. Həmçinin Quranda bizlərə belə bir mömin modeli nümunə olaraq göstərilməmişdir. Belə bir tipin yaradılması mümkün də deyil. Çünki insanın Allah qarşısındakı acizliyinin nəticəsi olaraq həyatı boyunca bir çox xəta və günahlar edə bilər. Əlbəttə ki, bunlardan qaçmalı, Allahın dininə riayət edərək xəta və günah etməməyə cəhd göstərməlidir. Ancaq Allahın aciz bir bəndəsi olduğunu və tamamilə xətadan xilas ola bilməyəcəyini də unutmamalıdır.
Bucağın növləri
Bucaq — bucağın tərəfləri müstəvini iki hissəyə ayırır. Bucağın tərəflərinin də daxil olduğu hər iki hissə müstəvi bucaq adlanır. Müstəvi bucaqlardan birini (adətən kiçiyini) şərti olaraq daxili, digərini isə xarici bucaq adlandırırlar. Bucaq dərəcə ölçüsündən asılı olaraq aşağıdakı növlərə ayrılır: İti bucaq (0° ilə 90° arasında) Düz bucaq : α = 90 ∘ {\displaystyle \alpha =90^{\circ }} Kor bucaq (90° ilə 180° arasında) Açıq bucaq : α = 180 ∘ {\displaystyle \alpha =180^{\circ }} Qabarıq olmayan bucaq (180° ilə 360° arasında) Tam bucaq : α = 360 ∘ {\displaystyle \alpha =360^{\circ }} Qonşu bucaqlar α + β = 180 ∘ {\displaystyle \alpha +\beta =180^{\circ }} Bir tərəfi ortaq, digər tərəfləri isə tamamlayıcı yarım düz xətlər olan iki bucağa qonşu bucaqlar deyilir. Tamamlayıcı bucaqlar α + β = 90 ∘ {\displaystyle \alpha +\beta =90^{\circ }} İki bucaqdan birinin tərəfləri o birinin tərəflərinin tamamlayıcı yarım düz xətləri olarsa, onlar qarşılıqlı bucaqlar deyilir.
Buludun növləri
Havada həmişə müəyyən qədər su buxarı olur. Hava soyuduqda su buxarı birləşir, iriləşərək kondensasiyaya uğrayır. Su buxarının maye hala keçməsi prosesi su buxarının kondensasiyası adlanır. Su buxarı yer səthinə yaxın kondensasiya və sublimasiya etdikdə duman, sərbəst atmosferdə olduqda isə bulud yaranır. Tərkibinə görə buludlar sulu, buzlu və qarışıq olur. Təsnifatına görə isə 3 qrupa, 10 formaya, yüzlərlə növə bölünür. Laylı buludlar-ilin soyuq dövründə 2000m hündürlükdə (2–3km-ə kimi) yaranır. Əsasən qışda üstün olur. Havanı tam təşkil edir. Mülayim havanın yuxarı qalxması ilə yaranır.3 forması var: laylı laylı-yağış yüksək laylı Topa buludlar — 2–6km hündürlükdə yaranırlar.
Cövhər Dudayev
Dudayev Cöhər Musa oğlu (çeç. Дуди Муса кIант ЖовхIар ) (15 fevral 1944, Yalxori, Çeçen-İnquş MSSR, — 21 aprel 1996, Qexi-Çu, Çeçenistan) — çeçen hərbçisi, siyasətçisi və dövlət xadimi. İçkeriyanın ilk prezidenti. Aviasiya general-mayoru, çeçenlərin SSRİ ordusunda tarixi boyu yeganə generalı. Cövhər Dudayev 1944-cü ilin fevralında Çeçenistanın Yalho kəndində anadan olub. 23 fevral 1944-cü ildə ailəsi Sibirə sürgün olunarkan o 15 günlük körpə olub. Cövhər Dudayev sürgündə keçən uşaqlıq illərilə bağlı bunları deyirdi: "Mən dinimi anamın qoynunda öyrəndim. Mən tamamilə ateist təhsili aldım və ateist bir ordu olan "Qızıl Ordu"da generallığa qədər yüksəldim. Burada sizə tarixi bir həqiqəti nəql edim. Məktəbə getməmişdən əvvəl çox yaxşı tərbiyə aldım.
Cövhər Tsarnayev
Cövhər Tsarnayev (rus. Джоха́р Анзо́рович Царна́ев) — çeçen-avar mənşəli amerikalı tələbə. 2013-cü ilin 15 aprel tarixində Amerika Birləşmiş Ştatlarının Massaçusets ştatının Boston şəhərində hər il ənənəvi formada keçirilən olunan Boston marafonuna təşkil olunmuş terror hücumunun iki əsas şübhəlisindən biri. Hadisənin bir digər şübhəlisi Cövhər Tsarnayevin qardaşı Tamerlan Tsarnayevin polis tərəfindən keçirilən əməliyyat nəticəsində (hadisədən 3 gün sonra) öldürülmüşdür.
Dövlətabad (Kövsər)
Dövlətabad (fars. دولت اباد‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 117 nəfər yaşayır (28 ailə).
Novdej
Novdej — İranın Kirman ostanının Mənucan şəhristanının Aseminun bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,510 nəfər və 1,210 ailədən ibarət idi.
Novşəhr
Novşəhr — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Novşəhr şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 40,578 nəfər və 11,550 ailədən ibarət idi.
Dover
Duvr (ing. Dover [ˈdoʊvər], fr. Douveres, lat. Dubris) — Böyük Britaniyanın Kent qraflığında liman qəsəbə və eyniadlı rayonun inzibati mərkəzi. Qəsəbə Duvr boğazının (və ya Pa-de-Kale boğazı) sahilində, Kenterberi şəhərinin cənub-şərqində, Meydston qəsəbəsinin şərqində və Hastinqs qəsəbəsinin şimal-şərqində yerləşir. Qəsəbənin sahilində yerləşən təbaşir uçurumlar "Duvrın Ağ Uçurumları" adlanır. Qəsəbənin strateji mövqeyi tarixi boyu bəllidir. Arxeoloji tapıntılar ərazinin Britaniyaya daxil olan və tərk edən xalqlar üçün vacib olduğunu aşkar etmişdir. Qəsəbənin adı Daur çayından gəlir. Arxeoloji tapıntılar qəsəbənin daş dövründən bəri əhaliyə malik olduğunu sübut edir.
Never
Never-Fransada Luara çayının sağ sahilində yerləşir.
Rover
Rover — planetin və ya başqa səma cisminin səthində hərəkət etmək üçün hazırlanmış kosmik kəşfiyyat gəmisidir.