Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Novyal
Novyal (fr. Nauviale, oks. Nòuviala) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Marsiyak-Vallon kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12171. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 23 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 552 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 318 nəfər arasında (15-64 yaş arasında) 251 nəfər iqtisadi fəal, 67 hərəkətsiz (fəaliyyət göstərici 78.9%, 1999-cu ildə bu 69.3%) olmuşdur.
Novial dili
Novial dili, (nov-, new + IAL, International Auxiliary Language) — Beynəlxalq yardımcı dil. == İstinadlar == == Xarici keçidlər == Novial Wiki Book: A Novial course for beginners. Novial Discussion Group Arxivləşdirilib 2006-06-21 at the Wayback Machine: Novial discussion group at Yahoo!
Novşad (Bicar)
Novşad (fars. نوشاد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 198 nəfər yaşayır (44 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Hövsan
Hövsan – Bakı şəhərinin Suraxanı rayonunda şəhər tipli qəsəbə. Xəzər dənizi sahilindədir. Yerli əhalinin məlumatına görə, keçmışdə kəndin ərazisində iki hovuz olduğuna görə Hovuzan adlandırılmışdır. Mənbələrə görə, oykonim hovuz sözü və məkan bildirən -an şəkilçisindən ibarət olub, "hovuzlar" və ya "hovuz yeri" mənasındadır. Bəzi tədqiqatçılara görə, yaşayış məntəqəsinin adı ərəb dilindəki hisn (qala, istehkam) sözündəndir. Əslində, kənd dəniz sahilində, hövzədə yerləşdiyi üçün belə adlandırılmışdır. == Tarixi == Hövsan qəsəbəsi Abşeron yarımadasının cənubunda, dəniz sahilində yerləşir. Hövsan kəndi Bakı şəhərinin qədim yaşayış məskənlərindən biridir və 1793-cü ildə yaradılıb. 2 avqust 1966-cı ildə o qəsəbə statusu alaraq, Bakı şəhərinin inzibati ərazisinə daxil edilmişdir. == Coğrafiyası və iqlimi == Qışı çox da sərt olmayan mülayim təbiətə malikdir.
Hövsan burnu
Hövsan burnu — Abşeron yarımadasının cənubunda, Xəzər dənizi sahilində yerləşir. İnzibati cəhətdən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisinə daxildir. Ərazisində yük terminalı vardır.
Hövsan bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Hövsan qəbiristanlığı
Hövsan qəbiristanlığı — Bakıda yerləşən qəbiristanlıq. Adını Hövsan qəsəbəsindən alır. 26 Bakı komissarının sonuncu (2009) rebaylorluğunun yeri kimi tanınır. 26 Bakı komissarının rebaylorluğunun ərazisində 23 ədəd əhəngdaşı sütun quraşdırılmışdır. Qəbirlərdən kimə aiddir, məlum deyil, çünki məbədlər üzərində işarə yoxdur.
Nival iqlim
Nival iqlim lat. nivalis — qarlı, soyuq — Penkin (1910) iqlimlərin geomorfoloji təsnifatına görə, soyuq iqlim olub, ilin isti fəsillərində əriyib buxarlana bilən hissəsindən daha artıq yağan yağıntıların (qar şəklində) miqdarının artıq olması ilə səciyyələnir. İlin soyuq vaxtlarında yağan qarın əriyib, buxarlanmayan hissəsi ildən-ilə toplanıb, firn və buza çevrilir. Qütb en dairələrinin arktik qurşağı və dağların qar sərhədindən yuxarı zonaları üçün səciyyəvidir. == Geomorfoloji termin == Nival qurşaq - ing. nival belt rus. нивальный пояс dağların ən yüksək təbii qurşağı, iqlim qar sərhədindən yuxarıda yerləşir. Qar yığını, buzlaqlar və intensiv fiziki aşınma səciyyəvidir. Üzvi aləmi çox kasıb, bitki örtüyü zəifdir. Aşağı sərhədi qütb dairəsində dəniz səviyyəsinə qədər enir.
Nival qurşaq
== Nival qurşaq == Nival qurşaq (lat. nivalis-qarlı, soyuq)-qütbətrafı ərazilərin və qar xəttindən yuxarıda yerləşən yüksək dağlıq rayonlarına bərk atmosfer çöküntülərinin üstünlüyü ilə səciyyələnən sahələrinə deyilir. Nival qurşaqda fiziki aşınma, xüsusilə şaxta aşınması, soliflükasiya və qravitasiya prossesləri üstünlük təşkil edir.
IV Məhəmməd nutsal
IV Məhəmməd nutsal həmçinin Nursal-bəy, Mersel-xan, ləqəbi Cəsarətli (1730 və ya 1731, Xunzax — 1774, Şamaxı) — 1735-1774-cü illərdə Avar xanlığının hökmdarı, Nutsal sülaləsindən olan V Ümmə xanın atası. Avar Nutsalların nümayəndəsi olaraq Məhəmməd 5 yaşında taxta çıxır. Qardaşı Məhəmməd Mirzə ilə birlikdə hökmranlıq eedir, ancaq xanlıqda əsl hakimiyyət Məhəmməd nutsalın əlində idi. Başqa bir versiyaya görə 1744-cü ilə qədər hökmranlıq edən II Nutsal-xan olur və ondan sonra I Mahmud-xan olur. Məhəmməd-nutsalın əsas uğurlarından biri də Avar xanlığının ətrafında Avar torpaqlarının birləşməsi olur. Məhəmməd nutsal Nadir şah qoşunlarının məğlub edilməsində mühüm rol oynayır, o da tez-tez basqınları ilə Gürcüstanı narahat edirdi. 1772-ci ildə Məhəmməd-nutsal Azərbaycan xanları arasındakı qarşıdurmaya müdaxilə edir və nəticədə döyüşlərin birindən sonra danışıqlar zamanı öldürülür. == Erkən illər == Məhəmməd-nutsal 1730 və ya 1731 -ci ildə Xunzaxda anadan olmuşdur. Anonim bir müəllifin 19-cu əsrin birinci yarısında yaddaqalan qeydlərdə yazdığı kimi, "Məhəmməd Nutsal Ümmə xandan doğulub". Xunzax əfsanələrinə görə, bu Məhəmməd-nutsal, Duqru-Nutsalın oğlu Bulaç ləqəbli Ümmə-xanın oğlu idi.
Nival subnival landşaft
Nival subnival landşaft — Bu landşaft tipi Böyük Qafqazın cənub yamacında 3200-4400 m-lik mütləq yüksəklik diapazonunda olan uca dağların suayrıcı xətti boyu dar zolaq şəklində uzanan əraziləri əhatə edir. == Ərazisi == Əsasən mütləq yüksəkliyi 3500 m-dən çox olan Bazardüzü (4466 m), Tufandağ (4106), Çorundağ (4079 m), Məlkəmud (3879 m), Quton (3608 m), Çuxadurmaz (3572 m) kimi dağ zirvələrində formalaşan bu landşaft kompleksinin ümumi sahəsi 390 kvadrat kilometr olub,Azərbaycan daxilində Böyük Qafqazın cənub yamacının 11,1%-ni təşkil edir. Relyefin böyük nisbi və mütləq yüksəkliyi və sərt iqlim şəraiti nival-subnival qurşaqdakı landşaftların formalaşması və inkişafında əsaslı rol oynayır. Fiziki aşınma, şaxta aşınması,qravitasiya, eroziya-denudasiya, soliflükasiya kimi müxtəlif proseslərin böyük potensial enerji ehtiyatları burada landşaftların daha çox dinamikliyinə şərait yaradır. == Relyefi == Bundan başqa sərt relyefə və davamiyyətli qar örtüyünə malik olan bu landşaftlar bəzi yerlərdə buzlaq sahələrinə çox yaxın olduğundan burada kimyəvi elementlərin hipergen miqrasiyasını öyrənmək hələlik mümkün deyildir. Lakin əldə etdiyimiz faktiki göstəricilər bu landşaftlarda ekoloji-geokimyəvi şəraitin ümumi cəhətləri haqqında müəyyən təsəvvürlər yaratmağa imkan verir. Yüksək dağlığın nival-subnival landşaft qurşağı Böyük Qafqazın cənub yamacı ərazisindəki dik və uçurumlu-qayalı dağ yamaclarını, düzəlmə səthlərini, aşınma prosesləri nəticəsində formalaşan ufantı konuslarını və s. bu kimi bir sıra elementar landşaftları əhatə edir. Dağ yamaclarında tez-tez ufantı konuslarına, uçqunlara, qaya çıxıntılarına təsadüf edilir.Dik və uçurumlu yüksək dağ yamaclarında yayılmış ufantı konusları, buzlaq və qar örtüyünün yaratdığı relyef formaları (karlar, sirklər, morenlər) və yarğanvari çay dərələri geniş əraziləri əhatə edir. Digər landşaftlardan (alp çəmənliyi və meşə landşaftlarından) fərqli olaraq nival-subnival landşaftlarda dağ süxurlarının maddi tərkibi və geokimyəvi xüsusiyyətləri kimyəvi elementlərin hipergen miqrasiyasına daha çox təsir göstərir.
Növil-syür-Uaz
Növil-sür-Uaz (fr. Neuville-sur-Oise) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — l'Otiy. Əhalisi — 1.433 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 28 km şimal-qərbdə, Serji belediyyənin 3 km şimal-qərbdə yerləşir.
Növil-sür-Uaz
Növil-sür-Uaz (fr. Neuville-sur-Oise) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — l'Otiy. Əhalisi — 1.433 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 28 km şimal-qərbdə, Serji belediyyənin 3 km şimal-qərbdə yerləşir.
Nəval əs-Sədavi
Nəval əs-Sədavi (ərəb. نوال السعداوي‎; 27 oktyabr 1931[…] – 21 mart 2021, Qahirə) — Misirli feminist yazıçı, aktivist və psixiatr. 2012-ci il Şon Makbrayd Sülh Mükafatı laureatı.
Dovşan
Dovşan (lat. Lepus) — dovşanlar fəsiləsinə aid məməli cinsi.
Kovşad
Govşatlıvə ya Gövşaltı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 9 Noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Gövşaltı . Füzuli r-nun eyniadlı i.ə.v-də kənd. Araz çayının sol sahilində, Mil düzündədir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Lövşan
Lövşan — İranın Gilan ostanında yerləşən şəhər. Lövşan əhalisinin əksəriyyətini lurlar, azərbaycanlılar və ləklər təşkil edir.
Normal
Normal (riyaziyyat)
Novdan
Novdan-İranın Fars ostanının Kazerun şəhristanının Kuhmərə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,589 nəfər və 581 ailədən ibarət idi.
Novell
Novell 1969-cu ildə Novell Data Systmes Inc. adı ilə Utah-da George Canova, Darin Field və Jack Davis tərəfindən quruldu. Novell adının mənası fransızcadan yeni / təzə olan "nouvelle"-dən əmələ gəlir. Novell mərkəzi Massaçusetts-də olan bir Software şirkətidir. Novell dünyanın 22-ci ən böyük kompüter şirkətidir və xüsusi ilə server sistemləri və Linuks Əməliyyat sistemi ilə fəaliyyət göstərir.
Novsud
Novsud — İranın Kirmanşah ostanının Pavə şəhristanının Novsud bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,562 nəfər və 438 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Huramilərdən ibarətdir və Gorani dilinin Hurami dialektində danışırlar.
Yovşan
Yovşan (lat. Artemisia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda 16 (bəzi məlumatlara görə 42) növü yayılmış, tərxun adlanan bir növü isə becərilir. Bəzi növlərində efir yağları, turşular və s. maddələr var. Acı yovşan (lat. Artemisia absinthium), adi yovşan (lat. Artemisia vulgaris) və başqa növləri dərman bitkisidir. Yarpaqlarından və gövdəsinin çiçəklənmiş uc hissəsindən hazırlanan dəmləmə, tinktura və ekstraktı iştaha artıran və dərman vasitə kimi işlədilir. Eyni zamanda antibakterial xüsusiyyətlərə də malikdir.
Novosil
Novosil (rus. Новоси́ль) — Rusiya Federasiyasının Oryol vilayətində şəhər və Novosilski rayonunun inzibati mərkəzi. O, vilayətin inzibati mərkəzi olan Oryoldan 70 kilometr (43 mil) şərqdə, Zuşa çayının sağ sahilində yerləşir. Əhalisi: 3,658 (2010-cu il siyahıyaalınması); 4,017 (2002-ci il siyahıyaalınması); 4,198 (1989 siyahıyaalınması). == İstinadlar == == Əlavə ədəbiyyat == Ашихмина Е. Н. Историческая топонимика Орловской области: монография. Орёл: «Издатель Александр Воробьёв». под ред. И. Л. Ашихмина. 2014. ISBN 978-5-91468-146-0.
NoSQL
NoSQL — verilənlər bazasının idarə edilməsində ənənəvi relasiya cəbrindən və SQL-dən istifadə etməyən verilənlər bazalarıdır. NoSQL sorğu dili kimi SQLi istifadə etmir. Bu termini ilk dəfə 1998-ci ildə Carlo Strozzi istifadə etmişdir.
Nosel
Nosel (Averon)
Roşal
Roşal — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir
Abraham Foksal
Abraham Foksal (ing. Abraham Foxall; 1874 – 1950) — hücumçu mövqeyində oynamış İngiltərə futbolçusu. == Karyerası == 1899-cu ildə "Liverpul" komandasında "Derbi Kaunti" klubuna qarşı 1 oyunda meydana çıxmışdır, oyun "Liverpul"un 2-0 hesablı məğlubiyyəti ilə bitmişdir.
Acı yovşan
Acı yovşan (lat. Artemisia absinthium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Alaq bitkisi hesab olunur. Yumşaq torpaqlarda, yaşayış yerlərində, yol kənarlarında, bostanlarda, çöllərdə və bağlarda yaşayır. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisi olub, hündürlüyü 2 m-ə qədərdir. Kökümsovları çoxşaxəli, qısa, şaquli və oduncaqlıdır. Bütün yerüstü hissələri sarımtıl-gümüşü rəngli olmaqla, sıx tükcüklərlə örtülmüşdür. Yovşanın özünəməxsus kəskin iyi vardır. Gövdəsi çoxsaylı, qabırğalı, yuxarı tərəfdən süpürgəvari-budaqlanan yarpaqlardan ibarətdir. Kökətrafı yarpaqları bitki çiçəkləyən zaman adətən ölüşkəyir.
Adi yovşan
Adi yovşan (lat. Artemisia vulgaris) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yarımkol bitkisi olub, birinci il vegetasiya zamanı, hündürlüyü 50-100 (120) sm, çoxsaylı oduncaqlı budaqlara malik olur. Çiçəkləmə və meyvə zamanı gövdəsi yarpaqlarla tamamilə örtülü olur. Gövdəsi 10-20 qədər sarımtıl və ya qırmızımtıl-qonur, nazik, düzqalxan və ya budaqlanan, yuxarı hissəsi daha çox budaqlı, aşağı hissəsi isə budaqlanmayan, çılpaq və hamardır. Budaqları nazik, uzun, demək olar ki, gövdəsi sıxılmışdır. Yarpaqları kiçik, küt, uzunsov-xətti (1mm) və ikiqanadlı-bölünmüş vəziyyətdədir. Gövdədə yarpaqları açıq-yaşıl, kök üstündə olanları isə sarımtıl-yaşıldır. Çiçək səbətciyi çoxsaylı, boruşəkilli, sarı, dikduran, kiçik, şarşəkilli, diametri 2,5-4mm olub, mürəkkəb süpürgəşəkillidir. Çiçəkləri ikicinsli, 3-5 səbətcikli, sarı və ya purpurşəkilli tacdan ibarətdir.
Anna Novosad
Anna Novosad (ukr. Ганна Ігорівна Новосад 28 iyul 1990, Ladıjin[d], Vinnitsya vilayəti) — Ukraynanın dövlət xadimi və siyasətçisi. 29 avqust 2019-cu il tarixindən 4 mart 2020-ci ilə qədər Ukraynanın Təhsil və Elm naziri olmuşdur. == Bioqrafiyası == 2007-ci ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Ukrayna Humanitar Litseyini bitirib. 2011-ci ildə Kiyev-Moqilan Akademiyasının Milli Universitetindən siyasi elmlər üzrə bakalavr dərəcəsi almışdır. Açıq Cəmiyyət Fondunun (Soros Fondu) təqaüdçüsü kimi Maastricht Universitetinin (Hollandiya) İncəsənət və Sosial Elmlər Fakültəsində tələbə mübadiləsi proqramında iştirak etmək üçün namizəd olur. 2013-cü ildə Avropa təhlili üzrə magistr təhsili almışdır (ing. Analyzing Europe). İngilis və alman dillərini mükəmməl bilir. Ukrayna-Kanada Parlament Proqramının iştirtaçısı olur.
Ayşə Soysal
Ayşə Soysal (d. 24 iyun 1948, İstanbul, Türkiyə) — Professor, YÖK üzvü (2009-2013), Boğaziçi Universitetinin rektoru (2004-2008), Boğaziçi Universitetinin ilk qadın Ədəbiyyat Fakültəsinin dekanı və rektoru adlarını daşıyır. == Həyatı == Ayşə Soysal 24 iyun 1948-ci ildə İstanbulda dünyaya gəlib. 1967-ci ildə Arnavutköy Amerikan Qız Kollecini sinif birincisi olaraq bitirib. 1967-ci ildə Robert Kollecini, sonra isə Robert Kollecinin Ali Məktəbini müvəffəqiyyətlə bitirib. 1971-ci ildə universitetin fizika-riyaziyyat ixtisasından məzun oldu. Ayşə Soysal 1976-cı ildə Boğaziçi Universitetinin riyaziyyat fakültəsində müəllim olaraq işə başladı. 1981-ci ildə dosent, 1991-ci ildə professor vəzifəsinə yüksəlib. 1992-ci ildə Boğaziçi Universitetinin Ədəbiyyat fakültəsinin ilk qadın dekanı seçilib. Ayşe Soysal 19.09.2008 - 19.09.2012 tarixləri arasında TÜBİTAK Elm Heyətinin üzvü kimi də çalışmışdır.Digər vəzifələri arasında 1993-2000-ci illəri arasında YUNESKO Türkiyə Milli Komissiyası İdarə Heyəti üzvlüyü, 2004-2006-cı illəri arasında Açıq Cəmiyyət İnstitutu Türkiyə Nümayəndəliyi Məsləhətləşmə Qurulu üzvlüyü, 2008-2014-cü illəri arasında Duke University Islamic Studies Center Board of Advisors üzvlüyü var.
Azçiçəkli yovşan
Azçiçəkli yovşan (lat. Artemisia pauciflora) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Arealı == Qazaxıstan, Rusiyanın Avropa hissəsinin cənub-şərqində geniş yayılmışdır. Aşağı Volqada təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 10-25 sm-ə çatan yarımkolcuqdur. Çoxsaylı oduncaqlaşmış möhkəm gövdəyə malikdir. Nazik yan budaqları mərkəzdən yuxarıda iti bucaq altında çıxır və yığcam süpürgəvari çiçək qrupu əmələ gətirir. Yarpaqları bozumtul-yaşıl, aşağıdakılar tez tökülən, saplaqlı, lələkvari, 2-3 dəfə bölünmüş, orta yarpaqları oturaq, yuxarıdakılar tam qısa xətvaridir. Uc hissələri ensiz, eni 1-1,5 mm-dir. Cavan gövdələri və yarpaqları boz, tünd-yaşıldır.
Ağ yovşan
Ağ yovşan (lat. Artemisia persica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiyada, Azərbaycanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 25-70 sm-ə çatan sıx tükcüklü, bozumtul yaşıl rəngli yarımkolcuqdur. Şırımlı olmayan gövdəsinin aşağı hissəsində yarpaqlar nisbətən xırdadır. Yarpaqları qısa saplaqlı 2-4,5 sm uzunluqda, 3-5 mm enindədir. Gövdənin aşağı yarpaqları üçər lələkvari parçalanmış, səbətləri sadə salxımlı, ensiz, süpürgələrdə yığılmışdır. Toxumu 1 mm uzunluğunda, uzunsov konus formalı, kənarı qeyri-bərabər haşiyələnmişdir. Avqust ayında çiçəkləyir, sentyabr ayında toxumları yetişir. == Ekologiyası == Qumlu təpəciklərdə rast gəlinir.
Ağarmış yovşan
Ağarmış yovşan (lat. Artemisia incana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Arealı == İranda, Türkiyədə, Qafqazda geniş yayılmışdır. == Botaniki təsviri == Yarpaq ayası enli, dəyirmi, lələkvari və ya üçər parçalanmış, uc paycıqları neştərvari və ya xətvari neştərşəkilli, sivrivari və ya bəzən dəyirmivaridir. Səbəti çox böyük olmayıb, sıx dəstəvari, qalxanda əyilmiş, zoğların ucunda qalxanvari, süpürgəvari hamaş çiçək qrupu əmələ gətirir. Tacın ucları tükcüklüdür. Avqust ayında çiçəkləyir, sentyabr ayında meyvələri yetişir. == Ekologiyası == Rütubətə davamlı, işıqsevən, bəzən kölgəli ərazilərdə də bitir. Torpağa tələbkar deyildir. == Azərbaycanda yayılması == Kiçik Qafqazda yayılmışdır.
Birillik yovşan
Birillik yovşan (lat. Artemisia annua) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Birillik, hündürlüyü 30-100 sm olan çılpaq və ya tüklü, qonur və ya qonur-bənövşəyi rəngli, iyli bitkidir. Kökü nazik, şaqulidir. Gövdəsi düz, tinli, uzun budaqlıdır. Yarpaqları nöqtəli-çalalıdır, aşağıdakılar - saplaqlı, uzunluğu 3-5 sm, eni 2-4 sm, üçqat lələkvari-parçalanmış, oval formalıdır. Orta gövdəyanı yarpaqları ikiqat lələkvariparçalanmış, yuxarı yarpaqları daha xırda və sadədir. Qısa ayaqcıqlar üstündə yerləşən 2-2,5 mm ölçüdə kürəvari səbətləri birləşərək piramidal-süpürgəvari çiçəkqrupu əmələ gətirirlər. Qıraq yarpaqlarının tacı dar boruya bənzər, orta yarpaqlarının tacı dar konusvari sarıdır. Toxumcaları 0,6-0,8 mm, uzunsov, yastıtəhər, qonur rəngdədir.