Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nənəcan
Nənəcan — Azərbaycan xalq oyunu. Qadınlardan ibarət iki dəstə arasında toy və bayramlarda keçirilir. Biri oğlan (bəy), digəri qız (gəlin) tərəfi təmsil edən dəstələrə ağbirçək qadınlar (nənə) başçılıq edir (adı da buradandır). Mahnılarda tərəflər növbə ilə xorla bayatı oxuyurlar. Gəlin tərəf qızın istək və arzusunu, oğlan tərəf isə bəyin vədlərini ifadə edir. Hər iki dəstə razılığa gəldikdən sonra oyun bitir. == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.224 Tahirov R.A., Azərbaycanın şimal-qərb rayonlarında bəzi məşiət oyunları haqqında, Azərbaycan etnoqrafik məcmuəsi, buraxılış 2, Bakı, 1968. Allahverdiyev M., Azərbaycan xalq teatrı tarixi, Bakı, 1978.
Nərəcan
Nərəcan — Azərbaycan Respublikası Xaçmaz rayon inzibati ərazi vahidində kənd. == Tarixi == Rəvayətə görə Şəki (Nuxa) rayonunun (hal hazırda Qəbələ rayonunun ərazisində yerləşən Mıxlı qovaq kəndindən) bir qrup əhali Xaçmaz tərəfə gəlmiş (gəlməklərinin səbəbi oradaki mübahisəli həyatları olub) və təqribən indiki Nərəcan kəndi ərazisində durmuşlar. Türk dilində nərə-yəni hara deməkdir. Elə kəndin adida oradan gəlir. Yəni haracan (nərəcan). 1905 və 1918-ci ildə kənd ərazisinə ermənilər basqın etmişdir. Bir çox evləri yandırmışlar və bir çox vəhşiliklər etmişlər. == Mədəniyyəti == Kənd ərazisində 2 məscid var. Həmçinin burada fəaliyət göstərməyən klub da var. == Coğrafiyası və iqlimi == Kənd Xaçmaz və Xudat şəhərləri arasında Qusarçay çayının sağında yerləşir.
Nərəcan bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Fərəcan
Aşağı Fərəcan
Mənucan
Mənucan — İranın Kirman ostanının şəhərlərindən və Mənucan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,110 nəfər və 2,501 ailədən ibarət idi.
Zəncan
Zəncan — Azərbaycanın ən böyük mahallarından biri olan Xəmsə mahalının mərkəz şəhəridir. Şəhər dəniz səviyyəsindən 1600 m hündürlükdə yerləşir. Zəncanın ətrafında mis, qızıl, civə və sairə qiymətli yataqların olması digər tərəfdən Yaxın, habelə Orta Şərqlə mühüm ticarət yollarının üstündə yerləşməsi onun tarixən ictimai-iqtisadi yüksəlişinə şərait yaratmışdır. Mənbəyini Sultaniyyə dağlarından alan Qızılüzən çayı ilə birləşən Zəncan çayı Xəmsə mahalını bol su ilə təmin edir. Zəncanda olan əkin yerləri, bağ və bostan sahələri bu çaydan başqa bir neçə kiçik çay vasitəsiylə də suvarılır. Zəncan ərazisi qədim dövrlərdən özünün geniş çəmən əraziləri və otlaqları ilə məşhurdur. Olduqca böyük yeraltı və yerüstü sərvətlərə malik olan bu yerdə, yaşayış üçün lazım olan bütün nemətlər kifayət qədər mövcuddur. Zəncan ətrafında buğda, arpa, düyü və digər dənli bitkilərlə birlikdə müxtəlif növlü, habelə olduqca keyfiyyətli meyvələr də yetişdirilir. == Tarixi == Zəncan şəhərinin bina edilməsi tarixi hələlik dəqiq müəyyənləşdirilməmişdir. İran alimləri buna cəhd etməmişlər.
Əncan
Əncan — Əncan şəhərinin adı haqqında məlumat verən əsas mənbə Həmdullah Qəzvininin "Nüzhət əl-qulub" əsəri hesab edilir. Əncan şəhərində mis mədənlərinin olduğunu qeyd edən Həmdullah Qəzvini şəhərin digər adını Karxana kimi göstərmiş və burada mis emalı barədə məlumat vermişdir. Bu fikirdən belə bir qənaətə gəlmək olar ki, burada hasil edilən misdən yerli sənətkarlar müxtəlif məmulatlar hazırlamaq üçün istifadə etmişlər. Bu dövrdə mis və mis-bürünc məmulatının, əsasən, məişət təyinatlı qab-qacağın istehsalı geniş intişar tapmışdır. Unutmamaq lazımdır ki, Təbriz, Gəncə, Xoy, Şəmkir şəhərləri ilə yanaşı, Naxçıvan da monqol yürüşlərinə qədərki dövrdə metalişləmə sənətinin mühüm mərkəzlərindən biri olmuşdur. Şəhərin lokalizasiyası ilə bağlı tarix üzrə fəlsəfə doktoru E.Kəlbizadə tərəfindən aparılmış araşdırmalar göstərir ki, bu şəhər haqqında naməlum müəllifin "Əcaib əd-dünya" əsərində də məlumat verilmişdir. "Əcaib əd-dünya"da Əncan haqqında verilən məlumatlardan aydın olur ki, şəhər möhkəm qala divarları ilə əhatə edilmişdi. Əsərdə yazılır: "Əncan. Sərt, çətinliklə keçilən yerdədir. Dağlar şəhərin hüdudlarından kənarda yerləşir, möhkəm qaladır.
Aşağı Fərəcan
Aşağı Fərəcan — Azərbaycan Respublikasının Laçın rayonunun Aşağı Fərəcan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Laçın rayonunun eyniadlı inzibati ərazi vahidində yerləşən kənd Həkəri çayının sol sahilindən bir qədər aralı, Qarabağ silsiləsinin cənub-qərb ətəyindədir. Keçmiş adı Haraldır. 1954-cü ildə qonĢu Fərəcan kəndindən köçüb gəlmiş ailələr məskunlaşdığı üçün kəndin adı dəyişdirilərək Aşağı Fərəcan adlandırılmışdır. Oykonim "Aşağıda yerləşən Fərəcan kəndi" deməkdir1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Əhalisi == 2006-cı ilin statistikasına görə kəndin əhali sayı 200 nəfər olmuşdur. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilik idi.
Mənucan şəhristanı
Mənucan şəhristanı— İranın Kirman ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Mənucan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 63,270 nəfər və 13,361 ailədən ibarət idi.
Nəbican (Kəleybər)
Nəbican (fars. نبي جان‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 122 nəfər yaşayır (21 ailə).
Xələcan (Təbriz)
Xələcan (fars. خلجان‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 6,354 nəfər yaşayır (1,679 ailə).
Yuxarı Fərəcan
Yuxarı Fərəcan — Azərbaycan Respublikasının Laçın rayonu Aşağı Fərəcan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd dağətəyi ərazidədir. Tədqiqatçıların məlumatına görə, kənd keçmışdə Fərəc adlanmışdır və Səfiyan kəndindən Fərəc adlı bir Şəxsin yaxın adamları ilə köçüb məskunlaşması nəticəsində yaranmışdır. Sonralar Fərəc şəxs adının sonuna cəmlik bildirən -an şəkilçisi əlavə olunmuşdur. Oykonim "fərəclər" və ya "Fərəc yeri" mənasındadır.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Abbasabad (Zəncan)
Abbasabad - İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Sirdan bölgəsinin Aşağı Tarım kəndistanında, Sirdan qəsəbəsindən 26 km cənubdadır.
Abbaslı (Zəncan)
Abbaslı - İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Qiydar bölgəsinin Qışlaqat-Əfşariyyə kəndistanında, Qiydar qəsəbəsindən 34 km qərbdədir.
Abdal (Zəncan)
Abdal (fars. ابدال‎) — İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 43 nəfər yaşayır (8 ailə). == Coğrafi yerləşməsi == Zəncan şəhristanının Mərkəzi bölgəsində, Zəncan şəhərindən 34 km qərbdədir.
Abi (Zəncan)
Abi - İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Qiydar bölgəsinin Xudabəndəli kəndistanında, qiydar qəsəbəsindən 12 km cənubdadır.
Algizir (Zəncan)
Algizir - İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mərkəzi bölgəsinin Sultaniyyə kəndistanında,Sultaniyyə qəsəbəsindən 21 km cənub-şərqdədir.
Ağcaqala (Zəncan)
Ağcaqala (fars. اقجه قلعه‎) — İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 315 nəfər yaşayır (82 ailə). == Coğrafi yerləşməsi == Zəncan şəhristanının Qarapəşlu kəndistanında, Zəncan şəhərindən 72 km şimal-qərbdədir.
Ağlıbəy (Zəncan)
Ağlıbəy — İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mahnişan bölgəsində, Qızılkeçili kəndistanında, Mahnişan qəsəbəsindən 42 km cənub-şərqdədir.
Ağzuc (Zəncan)
Ağzuc — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Əbhər şəhristanının Yuxarı Tarım kəndistanında, Sirdan qəsəbəsindən 36 km cənub-qərbdədir.
Ağçapirə (Zəncan)
Ağçapirə (fars. اقچه پيره‎‎) — İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 99 nəfər yaşayır (22 ailə). == Coğrafi yerləşməsi == Zəncan şəhristanının Sirdan bölgəsinin Yuxarı Tarım kəndistanında, Sirdan qəsəbəsindən 36 km cənub-qərbdədir.
Ağçuxalı (Zəncan)
Ağçuxalı - İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Qiydar bölgəsinin Qışlaqat Əfşar kəndistanında, Qiydar qəsəbəsindən 59 km qərbdədir.
Ağbulaq (Zəncan)
Ağbulaq — İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Zəncanrud kəndistanında, Zəncan şəhərindən 58 km qərbdə, Zəncan-Təbriz avtomobil yolunun 21 kilometrliyindədir.
Ağcaqışlaq (Zəncan)
Ağcaqışlaq - İranın Qəzvin ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Sirdan bölgəsinin Aşağı Tarım kəndistanında, Sirdan qəsəbəsindən 45 km cənub-şərqdə, Qəzvin-Rəşt avtomobil yolunun 16 kilometrliyindədir.
Ağkənd (Zəncan)
Ağkənd - İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Zəncan şəhristanının Qarapəşlu kəndistanında, Zəncan şəhərindən 72 km şimal-qərbdə, Zəncan-Təbriz avtomobil yolunun 30 kilometrliyindədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1694 nəfər yaşayır (400 ailə).
AneCan
AneCan (姉キャン, Anekyan) – Shogakukan nəşriyyatı tərəfindən 2007-2016-cı illərdə nəşr olunmuş Yaponiya dəb jurnalı. "Ane" (姉) yapon dilində "böyük bacı" deməkdir, "Can" hissəciyi isə bacı jurnal olan "CanCam" jurnalının adından gəlir. Jurnal 20 yaşlarının ortalarında və ya sonlarında olan qadınlar üçün nəzərdə tutulub və "CanCam" jurnalını oxumaqdan "məzun olanlar" üçün yaradılıb. == Tarixi == "AneCan" jurnalı "CanCam" jurnalını oxuyan daha yaşlı kütlə üçün 2007-ci ilin martında yaradılıb. Jurnalın adı "ane" (böyük bacı) sözü və bacı jurnalın adından yaranmışdır.Jurnalın nəşrinə "Isetan" alış-veriş mərkəzi və bir neçə geyim şirkəti dəstək vermiş və yeni brendlər yaratmışdılar. 14 mart 2007-ci ildə "Senken Shimbun" "AneCan" brendinin 4 gün ərzində 30 milyon yen gəlir gətirdiyini bildirmişdir.10 avqust 2016-cı ildə jurnalın 2016-cı ilin dekabrından etibarən nəşr olunmayacağı açıqlanmışdır.
Nançan
Nançan (çin. 南昌市) – Çin Xalq Respublikasının Jianqxi idarə bölgəsinin şəhəri, həm Jiangxi bölgəsinin , həm də eyniadlı bələdiyənin mərkəzi. Nançan şəhəri Yanszı çayının sağ qolu Qan çayının sahilində, çayın Poyan gölünə daxil olduğu yerin şimalında yerləşmişdir. == Tarixi == Nançan şəhəri b.e.ə. 201-ci ildə bugünkü adı ilə təməli qoyuldu və ətrafı qala divarları ilə çevrildi. Sonra Yuzhanq vilayətinin idatə mərkəzi oldu. Yuzhanq vilayəti 589-ci ildə Honqzhou vilayəti adlandırıldı. 763-cü ildən sonra da Jiangxi vilayətinin idarə mərkəzinə çevrildi və sürətlə inkişaf etməyə başladı. XII əsrdə Çinin ən böyük əhaliyə malik vilayət mərkəzlərindən biri idi. 959-cu ildə İmparator Tangın dövründə üst şəhər (fu) statusu alaraq cənubi Çinin paytaxtı elan olundu.
Sencan
Sencan — İranın Mərkəzi ostanının Ərak şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,592 nəfər və 2,897 ailədən ibarət idi.Bu şəhərin qədimki əhalisi yəhudilərdən ibarət idi ki hamısı İsrailə köçüblər.