ƏMƏKSEVƏN/ƏMƏKSEVƏR Ana sevsin, əzizləsin; Əməksevən balasını (M.Dilbazi); Xalqımı çox sevirəm, çox; Ona mənsub olduğum üçün yox; Əməksevərdir – ona görə... (H.Billuri); İŞCİL [Kərim:] İşcil olmasına söz yoxdur (İ.Əfəndiyev); İŞGÜZAR Sabirov: O ki qaldı bu iki nəfər – işgüzar, sözəbaxan icraçı uşaqlardır (Y.Şirvan); İŞLƏK Almaz: Şərif çox yaxşı adam imiş ana... İşlək, çalışqan, xeyirxah (C.Cabbarlı); İŞSEVƏN, ZƏHMƏTKEŞ Nənəcan ağıllı, işsevən, zəhmətkeş, mehriban, qeyrətli bir arvad idi (N.Nərimanov); ZƏHMƏTSEVƏN Xalqın əksəriyyəti əməkçidir, zəhmətsevəndir (İ.Əfəndiyev).