Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bənəcik
Bənəcik — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2010-cu il tarixli, 1086-IIIQ saylı Qərarı ilə Ağsu rayonunun Ağsu rayonunun Padar kənd inzibati ərazi dairəsi tərkibindəki Nəmirli kəndinin ərazisində faktiki mövcud olan yaşayış məntəqəsi bu inzibati ərazi dairəsinin tərkibində qalmaqla Binəcik kəndi adlandırılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Bənəcik oykonimi iki hissədən ibarətdir. Birinci komponent "bənə" olub, elat məskəni mənasında işlədilən "binə" sözünün dəyişilmiş formasıdır, -cik isə kiçiklik bildirən leksik şəkilçidir. Bənəcik/Binəcik, kiçik binə, məskən deməkdir.
Nəhəcir
Nəhəcir — toponim. == Yaşayiş məntəqələr == Nəhəcir (Babək) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nəhəcir kənd inzibati ərazi dairəsində kənd. == Coğrafi obyektlər == Nəhəcir (bulaq) – Culfa rayonunun ərazisində müalicəvi əhəmiyyətli mineral bulaq. Nəhəcir dağı – Culfa rayonu ərazisində dağ Nəhəcirçay – Babək və Culfa rayonları ərazisində çay. == Arxeoloji obyektlər == Nəhəcir abidələr kompleksi – Culfa rayonunda eyni adlı kəndin ərazisində və dağın ətrafında yerləşən abidələr kompleksi Nəhəcir nekropolu – Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində arxeoloji abidə Nəhəcir qalası – Culfa rayonunun Nəhəcir kəndi yaxınlığındakı 2-ci minilliyə-1-minilliyin əvvəllərinə aid qala. Nəhəcir yaşayış yeri – arxeoloji abidə. == Digər == Nəhəcir (içki) – mineral süfrə suyu.
Nənəcan
Nənəcan — Azərbaycan xalq oyunu. Qadınlardan ibarət iki dəstə arasında toy və bayramlarda keçirilir. Biri oğlan (bəy), digəri qız (gəlin) tərəfi təmsil edən dəstələrə ağbirçək qadınlar (nənə) başçılıq edir (adı da buradandır). Mahnılarda tərəflər növbə ilə xorla bayatı oxuyurlar. Gəlin tərəf qızın istək və arzusunu, oğlan tərəf isə bəyin vədlərini ifadə edir. Hər iki dəstə razılığa gəldikdən sonra oyun bitir. == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.224 Tahirov R.A., Azərbaycanın şimal-qərb rayonlarında bəzi məşiət oyunları haqqında, Azərbaycan etnoqrafik məcmuəsi, buraxılış 2, Bakı, 1968. Allahverdiyev M., Azərbaycan xalq teatrı tarixi, Bakı, 1978.
Nəhəcir (Babək)
Nəhəcir — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nəhəcir kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Nəhəcir kəndi Qazançı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Nəhəcir kənd inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 28 noyabr 2014-cü il tarixli, 1119-IVQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Nəhəcir kənd inzibati ərazi dairəsi tərkibindəki Nəhəcir kəndi Babək rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Nəhəcir kənd inzibati ərazi dairəsi Culfa rayonunun tabeliyindən çıxarılaraq Babək rayonunun tabeliyinə verilmişdir. == Toponimikası == Bəzi tədqiqatçılara görə, kəndin əsl adı Nuhəcərdir. Oykonim "Nuh" (peyğəmbər adı) və fars dilindəki "cir" (yamac, maili yer) sözlərindən ibarət olub, "Nuhun yamacı" mənasındadır. Bu tədqiqatçılar Naxçıvan zonasında geniş yayılmış Nuh haqqında əfsanəyə əsaslanırlar. Kəndin yaxınlığındakı Nəhəcir qayasının məşhur Gəmiqaya dağının yaxınlığında olması da buna əsas verir. Naxçıvanda Nuh mağarası, Nuhdaban, Nuh gəmisinin qayhası və s. Adlar da Nuhəcir toponimi ilə əlaqələndirilir, lakin tədqiqatçıların bir qismi bu fikirdədir ki, oykonim Nəxcir adının təhrif formasıdır. Ərəb dilində nəxcir "vəhşi keçi, ov heyvanı, şikar" deməkdir.
Nəhəcir (bulaq)
Nəhəcir — Azərbaycan Respublikasının Culfa rayonunun ərazisində müalicəvi əhəmiyyətli mineral bulaq. == Haqqında == Nəhəcir — Azərbaycan Respublikasının Culfa rayonunun ərazisində, Nəhəcir kəndinin ərazilərində yerləşir. İçməyə yararlı 7 bulaqdan ibarətdir. Bu su yerli əhalinin sevimli müalicəvi vasitə sayılır. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının, xüsusilə də Badamlı və Sirab ərazilərində onlarla mineral tipli soyuq mineral su bulaqlarına rast gəlmək olur. Hidronim eyniadlı yaşayış məntəqəsi ilə bağlı yaranmışdır. Tədqiqatçıların bir qismi bu fikirdədir ki, bu oronim Nuh (peyğəmbər adı) və fars dilindəki cir (yamac, maili yer) sözlərindən ibarət olub, "Nuhun yamacı" mənasındadır. Bu tədqiqatçılar Naxçıvan zonasında geniş yayılmış Nuh haqqında əfsanəyə əsaslanırlar. Kəndin yaxınlığındakı Nəhəcir qayasının məşhur Gəmiqaya dağının yaxınlığında olması da buna əsas verir. Naxçıvanda Nuh mağarası, Nuhdaban, Nuh gəmisinin qayası və s.
Nəhəcir (içki)
Nəhəcir - Azərbaycanda qida qəbulundan(əsasən nahar və şam yeməyindən) sonra, eləcə müxtəlif xəstəliklərin müalicəsi zamanı və digər məqsədlər üçün qəbul edilən təbii, müalicəvi mineral süfrə suyu. Bu suyun mənbəyi Naxçıvan şəhərinin şimal-şərqində yerləşən Nəhəcir dağının yamaclarındadır. Tərkibcə karbonatlı, hidrokarbonatlı-natriumlu olub, minerallaşmas 6 q/l-dir. Həzm orqanlarının xəstəliyi, qan azlığının müalicəsi zamanı içilməsi müsbət nəticə verir. == Mənbə == Əli Polad. Bir damla su. I cild. Bakı,2011.
Nəhəcir dağı
Nəhəcir dağı — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində dağ (hünd. 1807,5 m). Naxçıvan çökəkliyini şimal-şərqdən hüdudlandıran Qaracalal-Qızılboğaz tirəsinin suayırıcısında sıldırım yamaclı zirvə. Tirəni eninə kəsən Qahabçayla Nəhəcirçayın suayrıcısında, Nəhəcir kəndindən 1,5 km şimal-qərbdədir. Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurlarını yarıb çıxan Alt Miosen yaşlı andezit-dasit və kvarslı andezit tərkibli ekstruziv günbəzdir. Onun şimal və cənub yamacları sıldırımdır, şimal-şərq tərəfdən zirvəsinin səthi isə yayla (plato) formalıdır. Dağın üstündə Nəhəcir qalasının xarabalıgı aydın görünür. Burada həmçinin "Naxışnərgiz" mağarası yerləşir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentini cənub-qərbdən hüdudlandıran Naxçıvan dərinlik qırılmasının şimal-şərq asılı qanadında yerləşir.
Nəhəcir nekropolu
== Coğrafi mövqeyi == Nəhəcir nekropolu, Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində arxeoloji abidə. == Haqqında == Nəhəcir nekropolu Nəhəcir yaşayış yerinin şərq qurtaracağında yerləşir. Nekropol şimaldan Nəhəcir dağı, qərbdə Tunc dövrünün yaşayış yeri, cənubda Nəhəcir kəndi, şərqdə torpaq yolla məhdudlaşır. Buradakı qəbirlərin bir çoxunun yerüstü əlamətləri itmişdir. Lakin diametri 9-11 metr olan kromlexlər indi də qalmaqdadır. Nekropoldakı qəbirlərin bir neçəsi vaxtilə qazılıb, dağıdılmışdır. Nekropoldakı kromlexlərdən birinin tədqiqi göstərdi ki, qəbir kamerası torpaqda qazılmış oval çaladan ibarətdir. Nəhəcir nekropolundan aşkar olunan materiallar monoxrom boyalı küpə və kasa tipli qablardan ibarətdir. Bizim A.Q.Seyidovla apardığımız araşdırmalar zamanı həmçinin basma naxışlı keramika məmulatı da aşkar olunmuşdur. == Mənbə == Vəli Baxşəli oğlu Baxşəliyev.
Nəhəcir qalası
Nəhəcir qalası – Culfa rayonunun Nəhəcir kəndi yaxınlığındakı eyni adlı dağın coğrafi-strateji cəhətdən əlverişli olan hündür və sıldırım qayalı hissəsi üzərindəki yastı sahədə e.ə. 2-ci minilliyə-1-minilliyin əvvəllərinə aid qala. == Tarixi == Naxçıvan arxeoloji ekspedisiyası tərəfindən aşkar edilmişdir (2001). Ərazisində həmin dövrə aid bazalt daşından hazırlanmış balta, kiçik həcmli daş həvəng-dibək, qara, boz və çəhrayı rəngli gil qab qırıqları, N. q. ilə həm dövr olan dağ ı dıl mış kur qan dan e. ə. 2-ci minilliyin əvvəllərinə aid mono xrom boyalı gil qablar əldə edilmişdir. Dağın c. və ş. ətəklərindəki terraslarda iri qaya parçalarından siklop tipli müdafiə sədləri tikilmişdir.
Çay Nənəsi
Çay nənəsi — türk və Azərbaycan mifologiyasında su ilə bağlı mifik varlıq. == Xarici görünüşü == Çay nənəsi gözəl yaşlı qadın cildindədir. Onun yerə çatacaq qədər uzun qara və ya sarı saçları var, döşləri böyükdür, qaşı yoxdur. Onun gözləri qara və böyük, dərisi qırmızımtıldır. Darağı qızıl və ya gümüş rəngdədir. == Fəaliyyəti == Çay nənəsi azərbaycanlıların ənənəvi demonoloji (şeytani ruhlarla bağlı) inanclarında su mərasimi ilə bağlı olan mifik varlıqdır. Onunla bağlı inanclar Hal ruhu ilə əlaqədardır. Həmçinin Hal anasının Çay nənəsi adlandırılmasına da rast gəlinir. Digər bir fikrə görə isə Çay nənəsi türk mifologiyasındakı Su Ananın regional adlarından biridir.Azərbaycan türklərinin inanclarına görə Çay nənəsi çayda (və ya su kənarlarında) yaşayır. Əgər suyun üstündəki körpüdən keçərkən insan suya çox baxarsa, o, əsəbləşir və insanı boğmaq üçün başını döndürür.
Menetiy
Menetiy (yun. Μενοίτιος) — yunan mifologiyasında titan tanrı İapetin oğlu, Prometey, Epimetey və Atlantnın qardaşı. Titanomaxiyadan və Titanların çökməsindən sonra Zevs onu da Tartara salmışdır,.
Senecio
Xaçgülü (lat. Senecio) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Bağ hörümçək gənəciyi
Bağ hörümçək gənəciyi - (lat. Schizotetranychus pruni) buğumayaqlılar tipinin gənəciklər dəstəsinin tor gənəcikləri fəsiləsinə aid olan növ == Xarici quruluşu == İmaqo mərhələsində gənəcik 0,3–0,6 mm ölçüdə olub, yaşılımtıl rəngdədir. Dişi fərdin uzunluğu 0,35–0,44 mm-dir, erkək fərdin uzunluğu isə 0,29 mm-dən çox olmur. Yumurta diametri 0,11 mm. Hamar, sferikdir. Nimfanın uzunluğu 0,23–0,31 mm olub sarımtıl-yaşıldır. == Həyat tərzi == Gənəciklər yarpağın alt tərəfində hörümçək toru quraraq, orada yaşayır və inkişaf edir. Gənəciklər yoluxmuş yarpaqlarda sarı, qırmızı üzüm sortlarında isə çirkli qırmızı ləkələr əmələ gətirir. Yazda dişi fərdlər bir qədər qidalandıqdan sonra yumurta qoyur. Yumurtalardan 10-15 gün sonra sürfələr çıxır.
Nəhəcir abidələr kompleksi
Nəhəcir – Culfa rayonunda eyni adlı kəndin ərazisində və dağın ətrafında yerləşən abidələr kompleksi. == Nəhəcir qalası == Nəhəcir qalası Nəhəcir dağının coğrafi – strateji cəhətdən əlverişli olan hündür və sıldırım qayalı cənub hissəsi üzərindəki yastı sahədə e.ə. II minilliyə — I minilliyin əvvəllərinə aid qaladır. Qala 2001-ci ildə Naxçıvan arxeoloji ekspedisiyası tərəfindən aşkar edilmişdir. Qala ərazisində həmin dövrə aid bazalt daşından hazırlanmış balta, kiçik həcmli daş həvəng – dibək, qara, boz və çəhrayı rəngli qab qırıqları, Nəhəcir qalası ilə həmdövr olan dağıdılmış kurqandan isə e.ə. II minilliyin əvvəllərinə aid monoxrom boyalı gil qablar əldə edilmişdir. Dağın cənub və şərq ətəklərindəki terraslarda iri qaya parçalarından siklop tipli müdafiə səddləri tikilmişdir. Divarların eni 2 – 2,5 m – dir. Qalanı Nəhəcir dağının cənub ətəyindəki düzən sahədə yaşamış və iqtisadi, mədəni cəhətdən inkişaf etmiş qədim tayfalar düşmən basqınlarından müdafiə məqsədi ilə tikmişlər. == I Nəhəcir == I Nəhəcir Culfa rayonunun Nəhəcir kəndinin şimal – şərqində Tunc dövrünə aid yaşayış yeridir.
Nəhəcir yaşayış yeri
Nəhəcir yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nəhəcir kəndi ərazisində qədim yaşayış yeri. Yaşayış yeri Naxçıvan şəhərindən 30 km şimal-şərqdə yerləşir. Yaşayış yeri Nəhəcir dağının ətəyi boyunca cənub-şərq istiqamətində uzanır. Yerüstü materiallar içərisində Orta Tunc dövrünə aid boz və çəhrayı rəngli keramika ilə bərabər, bu dövrə aid boyalı qablar, həmçinin Orta əsr materialları da tapılmışdır. Təbii aşınma nəticəsində Nəhəcir yaşayış yerində meydana gələn kəsiklərdə daşdan hörülmüş tikinti qalıqları, boyalı qablar, əmək alətləri və osteoloji qalıqlar aşkara çıxmışdır. Yaşayış yerində mədəni təbəqənin qalınlığı 3 metrdən artıqdır. Abidənin üzərindən toplanan materiallar həvənglər, dəstələr, dən daşları, oraq dişləri, monoxrom boyalı qablardan ibarətdir. == İstinadlar == == Mənbə == Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild.
Qoz fır gənəciyi
Qoz fır gənəciyi - (lat. Eriophyes tristriatus) buğumayaqlılar tipinin gənəciklər dəstəsinin fır əmələgətirənlər fəsiləsinə aid olan növ == Xarici quruluşu == Qoz fır gənəciyinin yetkin fərdləri 220 mikron uzunluqda mikroskopik canlı olub, bədəni 60-yaxın buğumdan ibarətdir. Onun ayaqları 2 cütdür. Bu əlamətinə görə tor gənəciklərindən fərqlənir. Onu sürfəsi xarici görünüşünə görə yetkin fərdə oxşayır. Yumurtası kürəvaridir. Gənəcik tərəfindən şirəsi sorulan yarpağın üst səthi qabarıq olur. yarpağın alt tərəfində çökəklik əmələ gəlir. Həmin çökəkliklər içərisində keçə kimi tellər yığımı olur. Gənəcik həmin tellər içərisində yaşayır.
Üzüm fır gənəciyi
Üzüm fır gənəciyi - (lat. Eriophyes vitis) buğumayaqlılar tipinin gənəciklər dəstəsinin fır əmələgətirən gənəciklər fəsiləsinə aid olan növ == Xarici quruluşu == Üzüm fır gənəciyi adi gözlə görünməyən 0,14-0,16 mm uzunluğunda olan kiçik gənəciklərdir. Gənəciyin bədəni sarıdır. Ön tərəfdən iki cüt beş buğumlu ayağı, arxa tərəfdən isə iki qıl şəkilli çıxıntısı vardır. Sürfəsi rənginə görə yetkin fərdə oşşayır. Lakin onlardan çox kiçikdir. == Həyat tərzi == Azərbaycanda üzüm gənəciyinin biologiyası tam öyrənilməmişdir. Gənəciklər birillik zoğların altında qışlayırlar. Yazda tumurcuqların açılması ilə əlaqədar gənəciklər qışlama yerindən çıxır. Yarpağın alt tərəfində xüsusi çökəkciklər içərisində nazik tellər olur.
Senecio funckii
Senecio funckii (lat. Senecio funckii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Senecio furusei
Senecio furusei (lat. Senecio furusei) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Senecio gallicus
Senecio gallicus (lat. Senecio gallicus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Senecio ganganensis
Senecio ganganensis (lat. Senecio ganganensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Senecio garaventai
Senecio garaventai (lat. Senecio garaventai) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Senecio garcibarrigae
Senecio garcibarrigae (lat. Senecio garcibarrigae) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Senecio gariepiensis
Senecio gariepiensis (lat. Senecio gariepiensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Senecio garlandii
Senecio garlandii (lat. Senecio garlandii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Senecio gawlerensis
Senecio gawlerensis (lat. Senecio gawlerensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Senecio gayanus
Senecio gayanus (lat. Senecio gayanus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Senecio geifolius
Senecio geifolius (lat. Senecio geifolius) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Senecio geminatus
Traversia (lat. Traversia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Senecio geniculatus
Senecio geniculatus (lat. Senecio geniculatus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Senecio gentryi
Senecio gentryi (lat. Senecio gentryi) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Senecio georgianus
Senecio georgianus (lat. Senecio georgianus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Senecio gerberaefolius
Senecio gerberaefolius (lat. Senecio gerberaefolius) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Senecio gerrardii
Senecio gerrardii (lat. Senecio gerrardii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Senecio gertii
Senecio gertii (lat. Senecio gertii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Senecio gibsonii
Senecio gibsonii (lat. Senecio gibsonii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Senecio giessii
Senecio giessii (lat. Senecio giessii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.