NANƏCİB

sif.is. [ fars. na… və ər. nəcib] Haqq-say itirən; nankor, şərəfsiz, yaramaz, namərd, bədəsil. Nanəcib adam.
[Hafizə xanım:] Gəl bundan sonra nanəcibə yaxşılıq elə. Ə.Haqverdiyev.
[Nəbi:] Amma bizim bu nanəcib bəylərimiz davam edirlər. S.S.Axundov.

□ Nanəcib çıxmaq – yaxşılığını itirmək, haqq-say itirmək, zəhməti batırmaq.
[Mələyin anası:] Gədə çox nanəcib çıxıb. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NANƏCİB nanəcib bax 1. nacins; 2. nankor
  • NANƏCİB alçaq — rəzil — əclaf — ləyaqətsiz — pozğun — tərbiyəsiz — şərəfsiz

Antonimlər (əks mənalı sözlər)

  • NANƏCİB NANƏCİB – LƏYAQƏTLİ Nanəcibdən ağa olmaz, təkədən qoç (Ata. sözü); Çox ləyaqətli yoldaşdır (M.Hüseyn)
NANƏ
NANƏCİBLİK

Digər lüğətlərdə