Nəhəcir qalası – Culfa rayonunun Nəhəcir kəndi yaxınlığındakı eyni adlı dağın coğrafi-strateji cəhətdən əlverişli olan hündür və sıldırım qayalı hissəsi üzərindəki yastı sahədə e.ə. 2-ci minilliyə-1-minilliyin əvvəllərinə aid qala.
Nəhəcir qalası | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Culfa |
Yerləşir | Nəhəcir kəndi |
Tikilmə tarixi | e.ə. II minillik - e.ə. I minilliyin I yarısı |
İstinad nöm. | 1906 |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
Naxçıvan arxeoloji ekspedisiyası tərəfindən aşkar edilmişdir (2001). Ərazisində həmin dövrə aid bazalt daşından hazırlanmış balta, kiçik həcmli daş həvəng-dibək, qara, boz və çəhrayı rəngli gil qab qırıqları, N. q. ilə həm dövr olan dağ ı dıl mış kur qan dan e. ə. 2-ci minilliyin əvvəllərinə aid mono xrom boyalı gil qablar əldə edilmişdir. Dağın c. və ş. ətəklərindəki terraslarda iri qaya parçalarından siklop tipli müdafiə sədləri tikilmişdir. Divarların eni 2-2,5 m-dir. Qalanı Nəhəcir dağının c. ətəyindəki düzən sahədə yaşamış və iqtisadi, mədəni cəhətdən inkişaf etmiş qədim tayfalar düşmən basqınlarından müdafiə məqsədilə tikmişlər.