Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Neslihan Atagül
Neslihan Atagül (20 avqust 1992, İstanbul) — Türkiyə aktrisası. == Həyatı == Neslihan Atagül 20 avqust 1992-ci il tarixində İstanbulda doğulmuşdur. Anası rus, atası çərkəz mənşəlidir.13 yaşında Sevinc Erberkin sahibi olduğu Erberk Ajansın nömrəsini tapıb ünvanını almış və anasıyla gedib qeydini etdirmişdir. Bir ay sonra da bir reklam çarxında oynamışdır. Yeditepe Universitetində teatr bölümündə oxuyur. 2006-cı ildə "Yarpaq tökümü" serialında canlandırdığı Deniz xarakteri ilə aktyorluq dünyasına addım atdı. 2006-cı ildə ilk uzun metrajlı filmi "İlk eşk"-da Vahide Gördüm, Çetin Tekindor ilə birlikdə oynadı. Bu filmdəki rolu ilə Qızıl Koza Film Festivalında "Ümüd verən gənc aktrisa" mükafatını aldı. 18 noyabr 2011-ci ildə Atv-də yayımlanan, Mahsun Kırmızıgülün senaristliyini və rejissorluğunu etdiyi ilk serial çalışması olan "Həyat davam edir" adı serialda Neslihan Atagül, Fikret Kuşkan, Menderes Samancılar, Arif Erkin Güzelbeyoğlu kimi ustalarla oynamışdır. 2012-ci ildə Yeşim Ustaoğlunun yazıb idarə etdiyi, baş rollarında Neslihan Atagül, Özcan Deniz, Nihal Yalçın və Barış Hacıhanın iştirak etdiyi və avtobusların uğradığı bir fasilə yerində çalışan iki gəncin əhvalatını izah edən "Əraf" filmində, gənc aktrisa Neslihan Atagül də öz qabiliyyətini gözəl bir şəkildə göstərdi.
Nəslişah Sultan
Nəslişah Sultan (25 dekabr 1925, Budapeşt – 30 may 2014) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. Onunla eyni illərdə yaşayan və Ömər Fərrux Əfəndinin qızı olan Nəslişah Sultanla qarışdırılmaması üçün Kiçik Nəslişah Sultan olaraq anılır. == Həyatı == Nəslişah Sultan 25 dekabr 1925-ci ildə - Osmanlı səltənətinin ləğvindən 3 il sonra Budapeştdə dünyaya gəldi. Atası Sultan Əbdülhəmidin oğlu Əbdülqadir Əfəndi, anası isə onun dördüncü xanımı Fatma Məziyət xanımdır. Gənclik illəri ailəsiylə birlikdə sürgündə keçən Nəslişah Sultan və ailəsi İkinci Dünya müharibəsinin başlamasının ardından 1940-cı ildə Sofiyaya köçdü. Daha sonra Nitsada və Parisdə yaşayan Nəslişah Sultan burada bibisi Ayşə Sultanla yaşadı. Ardından Qahirəyə köçən Nəslişah Sultan burada 1953-cü ildə Avni Reda ilə evləndi. 1952-ci ildə çıxan və Osmanlı sülaləsinin yalnız xanım üzvlərinə aid edilən əfv qanunuyla Türkiyəyə qayıdan Nəslişah Sultan burada 1969-cu ildə boşandı və uzaq qohumu olan Şükriyə Sultanın ölümüylə dul qalan əri Mehmed Şəfiq Ziya bəylə (d. 1894 - ö. 1980) evləndi.
Nəlivan (Üşnəviyyə)
Nəlivan (fars. نليوان‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 878 nəfər yaşayır (145 ailə).
Nəsiman Yaqublu
Yaqublu Nəsiman Qara oğlu (1962, Zəngilan rayonu) — azərbaycanlı tarixçi, tarix elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Nəsiman Yaqublu 1962-ci il fevral ayının 22-də Zəngilan rayonunun Zəngilan kəndində anadan olub. Zəngilan rayonunda orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedib, Leninqrad Universitetinin Jurnalistika fakültəsində oxuyub. 1986-cı ildə Leninqrad Universitetini bitirdikdən sonra Bakıya qayıdıb. "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında "Ağrılı ömürlər" kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan Məhəmməd Əmin Rəsulzadə haqqında əsərini nəşr etdirib. 1992-ci ildə Xocalı faciəsi haqqında "Xocalı qırğını" kitabını yazıb və 30000 tirajla çap etdirib. Mətbuat tarixi və jurnalistika ilə bağlı da bir çox kitabın müəllifidir. 1993-cü ildə, Qarabağ Savaşında könüllü olaraq Azərbaycan ordusunda xidmətə başlayıb, "Azərbaycan ordusu" qəzetinin Baş redaktoru vəzifəsində çalışıb.
Sona Vəlixan
Sona xanım İbrahim qızı Vəlixan (19 iyun 1883, Qazax – 4 aprel 1982, Bakı) — göz həkimi, əməkdar elm xadimi, professor, Azərbaycan Tibb İnstitutunun kafedra müdiri, Azərbaycan ET Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri. İlk oftalmoloq qadın (1933), İlk Tibb elmləri doktoru elmi dərəcəsinə layiq olan ilk azərbaycanlı qadını olmuşdur. Elmi işinin dərinliyinin və dəyərinin təsdiqi 1931-ci ildə "Endoftalmitin patoloji anatomiyasına dair" məqaləsi Nobel Komitəsinin diqqətini özünə cəlb edib və onun Nobel mükafatına namizədliyi qeydiyyata alınıb. İkinci dünya müharibəsinin başlanması səbəbindən onun elmi işi müvəffəqiyyət qazanmayıb. Qırmızı ulduz ordeni, Tibb əlaçısı döş nişanı, eləcə də 2 medalla təltif olunmuşdur. İbrahim Rəhimovun qızıdır. == Həyatı == Sona xanım Vəlixan 1908-ci ildə Peterburq Tibb İnstitutunu bitirmiş və Azərbaycanda ilk ali təhsilli həkim qadın olmuşdur. 1923–1939-cu illərdə S. Vəlixan Azərbaycan Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, dosent və professor vəzifəsində çalışmış, 1939–1971-ci illərdə isə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri olmuşdur. 1946–1960-cı illərdə S. İ. Vəlixan Azərbaycan ET Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsini tutmuşdur. Sona Vəlixan 60-dan artıq elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifidir.
Vəlixan Qarayev
Vəlixan Qarayev (tam adı: Qarayev Vəlixan Novruz oğlu; 8 iyun 1960) — tibb elmləri doktoru. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyi" publik hüquqi şəxsin "Şamaxı Müalicə Diaqnostika Mərkəzi" publik hüquqi şəxsində Direktor vəzifəsində çalışır. == Həyatı == Vəlixan Qarayev 8 iyun 1960-cı ildə anadan olmuşdur. == Karyerası == 1985-ci ildə N. Nərmanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə işi fakültəsini bitirmişdir. 1985–1986-cı illərdə Saratov Tibb İnstitutunun "Cərrahiyyə" kafedrasında internaturanı həkim cərrah ixtisası üzrə bitirmişdir. 1987-ci ildən 1996-cı ilədək Kazan şəhərində 7 saylı klinik şəhər xəstəxanasının cərrahiyyə şöbəsində — Həkimləri Təkmilləşdirmə Akademiyasının "Ümumi və təcili cərrahiyyə" kafedrasının bazasında cərrah vəzifəsində çalışmışdır. 1996-cı ildən 2000-ci ilədək RF FSX-nın Nijni Novqorod şəhəri Hərbi Tibbi İnstitutunun "Cərrahi xəstəliklər" kafedrasında müəllim işləmişdir. 2000-ci ildən 2011-ci ilədək Kazan şəhərində 7 saylı klinik şəhər xəstəxanasının cərrahiyyə şöbəsində — Həkimləri Təkmilləşdirmə Akademiyasının "Ümumi və təcili cərrahiyyə" kafedrasının bazasında həkim-cərrah kimi çalışıb və şöbə müdiri vəzifəsini əvəz edib. Mütəmadi olaraq Həkimləri Təkmilləşdirmə Akademiyasının "Ümumi və təcili cərrahiyyə" kafedrası ilə elmi-praktik əməkdaşlıq edib. 2011-ci ildən 2012-ci ilədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şamaxı Müalicə Diaqnostika Mərkəzi cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb.
Əlixan Binnətoğlu
Əlixan Binnət oğlu Səmədov — azərbaycanlı ədəbiyyatşünas alim "Yeni yol" qəzetinin baş redaktoru. Tərcüməçi. Georgi Leonidzenin "Tar haqqında mahnı" adlı şeirləri Əlixan Binnətoğlu tərəfindən Azərbaycan dilinə tərcümə edilib. Əlixan Binnətoğlu 1991-ci ildə təsis edilən "Dayaq" Gürcüstan Azərbaycanlıları Assosiasiyasının yardılmasında Mirzə Maşov ilə birlikdə yaxından iştirak etmişdir və Mirzə Maşov təsis konfransında həmin Assosiasiyanın İçraçı katibi təyin seçilmişdir. Mirzə Maşov 1998-ci ilə qədər "Dayaq" Gürcüstan Azərbaycanlıları Assosiasiyasının İcraçı katibi vəzifəsini tutmuşdur.
Əlixan Bukeyxanov
Əlixan Bökeyxan(qaz. Әлихан Бөкейхан; 5 mart 1866 – 27 sentyabr 1937, Moskva, SSRİ) — qazax ictimai xadimi, müəllimi, jurnalisti, etnoqrafı. == Həyatı == Qaynaqlar onun nəslinin Çingiz xanın nəvəsi Cuçi xana bağlı olduğunu yazırlar. Bökey xanın nəslindəndir.. Onun doğum tarixi 1866-cı il, 1869-cu il, 1870-ci il kimi göstərilir. Rusya İmperyasının inzibati ərazi bölgülərinə görə Əlixan Nurmuhammed oğlu Bökeyxan Semey vilayəti Qarqaralı qəzasının Toqırauın nahiyəsində doğulmuşdur. Nurmuhammed xan oğlu Əlixanın təhsil alması üçün ayrıca müəllimlər tutur. Sonra isə Karqaralıdakı qazax uşaqları üçün açılmış məktəbə göndərir. 1879–1886-cı illərdə bu məktəbdə oxuyan Əlixan təhsildəki başarısı ilə diqqəti cəlb edir. Bölgənin o dövürkü general-qubernatoru Gerasim Kolpakovskinin köməyi ilə Omsk Texniki Məktəbinə daxil olan Əlixan Bökeyxan 1890-cı ildə məktəb bitirib Sankt-Peterburqa gedir.
Əlixan Bökeyxan
Əlixan Bökeyxan(qaz. Әлихан Бөкейхан; 5 mart 1866 – 27 sentyabr 1937, Moskva, SSRİ) — qazax ictimai xadimi, müəllimi, jurnalisti, etnoqrafı. == Həyatı == Qaynaqlar onun nəslinin Çingiz xanın nəvəsi Cuçi xana bağlı olduğunu yazırlar. Bökey xanın nəslindəndir.. Onun doğum tarixi 1866-cı il, 1869-cu il, 1870-ci il kimi göstərilir. Rusya İmperyasının inzibati ərazi bölgülərinə görə Əlixan Nurmuhammed oğlu Bökeyxan Semey vilayəti Qarqaralı qəzasının Toqırauın nahiyəsində doğulmuşdur. Nurmuhammed xan oğlu Əlixanın təhsil alması üçün ayrıca müəllimlər tutur. Sonra isə Karqaralıdakı qazax uşaqları üçün açılmış məktəbə göndərir. 1879–1886-cı illərdə bu məktəbdə oxuyan Əlixan təhsildəki başarısı ilə diqqəti cəlb edir. Bölgənin o dövürkü general-qubernatoru Gerasim Kolpakovskinin köməyi ilə Omsk Texniki Məktəbinə daxil olan Əlixan Bökeyxan 1890-cı ildə məktəb bitirib Sankt-Peterburqa gedir.
Əlixan Məlikov
Əlixan Süleyman oğlu Məlikov (7 may 1951, Bakı) — "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin sədri (2000–2009). == Həyatı == Məlikov Əlixan Süleyman oğlu 1951-ci il mayın 7-də Bakıda anadan olmuşdur. 1967-ci ildə Bakı şəhər 124 saylı orta məktəbini, 1973-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun istehsal proseslərinin avtomatikası fakultəsini bitirmişdir. İxtisasca mühəndisdir. == Ailəsi == Evlidir, 2 övladı var. Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Fəxrəddin Məlikovun qardaşıdır. == Fəaliyyəti == 1973–1975-ci illərdə hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 1975-ci ildə başlamışdır. 1975–1979-cu illərdə Bakı Aqreqat İstehsalat Birliyində mehəndis-konstruktor, texniki şöbənin rəisi, 1979–1992-ci illərdə Bakı şəhər Əzizbəyov (indiki Xəzər) Rayon Qaz İstismar İdarəsində sahə rəisi, qəza dispetçer xidmətinin rəisi, 1994–1996-cı illərdə "Azəriqaz" Dövlət şirkətində baş mütəxəssis, 1996–1998-ci illərdə Bakı şəhər Suraxanı Rayon Qaz İstismar İdarəsinin rəisi vəzifəsində çalışmışdır. Əlixan Məlikov 4 fevral 2000-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 273 nömrəli fərmanı ilə "Azəriqaz" Səhmdar Cəmiyyətinin sədri təyin edilmişdir.1 iyul 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 366 nömrəli Neft və qaz sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında sərəncamı ilə Azəriqaz Qapalı Səhmdar Cəmiyyəti ləğv edilərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibində Azəriqaz İstehsalar Birliyinə çevrilmişdir.
Əlixan Qantəmir
Əlixan Qadoeviç Qantəmir (9 may 1886, Diqora rayonu – 16 aprel 1963, Münhen, Bavariya, Qərbi Almaniya) — Qafqaz Dağlılarının İttifaq Şurasının üzvü, Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikasının Azərbaycan Xalq Cümhuriyyətində diplomatik nümayəndəsi, Zaqafqaziya Demokratik Federativ Respublikasının xarici işlər nazirinin müavini, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyası üzvü, Ümumrusiya Müəssislər Məclisinin üzvü. == Həyatı == Əlixan Qantəmir 1886-cı ildə Diqorada müsəlman osetin ailəsində doğulmuşdur. Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdir.Aprel işğalından sonra tutulsa da, əvvəlcə Gürcüstana, daha sonra isə Türkiyəyə (1921) qaçdı.1938-ci ildə Sovet səfirliyinin təzyiqi ilə Türkiyə vətəndaşlığından çıxarılaraq ölkədən qovulmuş və Almaniya köçmüşdür.1963-cü ildə Münhendə vəfat etmiş və orada dəfn olunmuşdur. == Siyasi faəliyyəti == Fevral inqilabından sonra Qarsda yerli hökumət qurulmuş, sırayla erməni, türk, yunan bir həftəlik Qars şəhərinin valisi olurdu. Türklər adından vali Əlixan Qantəmir seçilmişdir. Bu dövrdə Qarsda Bakı İslam Xeyriyyə Cəmiyyəti vəkili kimi fəaliyyət göstərmişdir. 1917-ci ildə Zaqafqaziya Komissarlığının Qars vilayətindəki komissarı olmuşdur. Ümumrusiya Müəssislər Məclisinə seçkilərə Müsəlman Sosialist Blokunun 12 saylı siyahısı üzrə qatılan Əlixan Qantəmir siyahıda İbrahim bəy Heydərovdan sonra ikinci sırada idi. Siyahının 159 770 (6.51%) səs almasıyla siyahıdakı ilk 3 nəfər: İbrahim bəy Heydərov, Əlixan Qantəmir və Aslan bəy Səfikürdski Ümumrusiya Müəssislər Məclisinin üzvü seçildilər.Xalq tərəfindən dəstəklənərək 23 fevral 1918-ci ildə yeni yaradılan Zaqafqaziya Seyminə millət vəkili olaraq seçilmiş, Seymdə Müsəlman fraksiyasına daxil olmuşdur. O, 1918-ci ilin martında dağlı xalqların Zaqafqaziya Seymi ilə danışıq aparmaq üçün Tiflisə göndərdiyi nümayəndə heyətinin üzvü olmuş, dağlı nümayəndə heyətinin tərkibində Trabzon və Batum konfranslarında iştirak etmişdir.
Əlixan Rəcəbov
Əlixan Vaqif oğlu Rəcəbov (1 avqust 1991, Bakı) — azərbaycanlı aktyor, rejissor, ssenari müəllifi. == Həyatı və karyerası == Rəcəbov Əlixan Vaqif oğlu 1991 ildə avqustun 1-i Bakı şəhərində doğulub. Milli Aviasiya Akademiyasında təhsil alıb, 2012-ci ildə məzun olub. 2009-cu ildə ilk dəfə Rusiyanın Həştərxan şəhərində, "Neftçi Bakı" ŞHK-nun heyətində çempionata qatılıb. 2009-cu ildən 2013-ilə qədər bir çox ŞHK liqalarında komandasıyla birlikdə iştirak edib. 2013-cü ildə Azərbaycan yığmasında Belarusun Minsk şəhərində 1-ci liqada oyuna qatılıb. 2014-cü ildə ANS telekanalında yayımlanan Comedy.AZ layihəsində rezidentlik edib. 2016-cı ilin dekabrında şəxsi videobloquna başladı. İlk videobloqları cəmiyyətdəki mənfi obrazlar haqqında çəkilmiş 1 dəqiqəlik videolar idi. Daha sonra bu videoformatdan çıxıb, daha keyfiyyətli və xronometraj baxımından uzun vloqlar çəkməyə başladı.
Əlixan Smaylov
Əlixan Asxan oğlu Smaylov (qaz. Әлихан Асханұлы Смайылов; 18 dekabr 1972, Almatı) – Qazax dövlət və siyasi xadimi, 11 yanvar 2022-ci ildən Qazaxıstan Respublikasının baş naziri kimi seçilmişdir.
Əlixan Səmədov
Əlixan Səmədov (27 aprel 1964, Sumqayıt) — Azərbaycan musiqiçi və sənətkarı, tanınmış virtuoz balaban ifaçısı və ustadı. Azərbaycanın xalq artisti (2018). == Həyatı == Əlixan Səmədov 27 aprel 1964-cü ildə Sumqayıtda musiqiçi ailəsində anadan olub. Səməd Vurğun adına Musiqi Məktəbində obua və Nəriman Nərimanov adına Mədəniyyət Evində qarmon təhsili alıb (1979 −1982). Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb (1986–1990). Nəfəsli alətləri (balaban, klarnet, qaboy, tütək, zurna, saksafon) və xalq çalğı alətlərini (nağara, qoşanağara, dəf, qarmon) böyük bir ustalıqla ifa edir. 1993-cü ildə musiqi sənətini daha da inkişaf etdirmək məqsədi ilə Türkiyəyə köçən Səmədov balabanı ilə qısa müddətdə böyük dinləyici kütləsi qazanıb. "Balaban metodu" kitabının müəllifi Əlixan Səmədov müxtəlif mükafatlara layiq görülüb. 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. == İstinadlar == == Mənbə == Nidel, Richard (2005).
Əlixan Tokayev
Əlixan İnusoviç Tokayev (oset. Токаты Алихан; 1893, Darvaqs, Rusiya imperiyası – 1920, Krasnodar) — Osetin dramaturqu, şairi və publisisti. Osetin dilində ilk sonatanın müəllifi.. == Həyatı == Əlixan Tokayev 1893-cü ilin iyulunda Terek vilayətinin Darvaqs kəndində böyük kəndli ailəsində anadan olub. Milliyətcə osetindir. 1907-ci ildə Darqavs kilisə məktəbini bitirmiş, sonra ailənin təsərrüfat işlərinə kömək etmişdir. Ə.Tokayev 1913-cü ildə 1916-cı ildə bitirdiyi Bakı Dənizçilik Məktəbinə daxil olmuşdur. Bakıda Əlixan inqilabi ideyalarla tanış olmuş, bolşeviklərin gizli hərəkatında iştirak etmişdir. Eyni zamanda ədəbi fəaliyyətlə də məşğul olmağa başlamışdır. Sonra Əlixan Tokayev Sankt-Peterburq Rəssamlıq Akademiyasına daxil olmuşdur.
Əlixan Törə
Əlixan Törə, Əlixan Törə Saquni, Əlixan Şakirxocayev, (uyğ. ئەلىخان تۆرە, özb. Alihon Tura çin. 艾力汗·吐烈; 21 mart 1884, Tokmak (Qırğızıstan), Yeddisu vilayəti, Türkistan general-qubernatorluğu, Rusiya imperiyası – 28 fevral 1976, Daşkənd, Özbəkistan SSR, SSRİ) — İkinci Şərqi Türkistan Respublikasının özbək əslilli birinci prezidenti. Törə vaxtilə Balasaqun indi hazırkı Qırğızıstanın Tokmak qəsəbəsində anadan olmuş, lakin 1920-ci ildə Sovet hökümətinin qurulması ilə Şərqi Türkistandakı Qaşqara mühacirət etmişdir. 1944-cü ilin aprelində Əlixan Törə Əbdülkərim Abbas və digər on nəfərlə birlikdə Şərqi Türkistanı Çin Milliyyətçi hakimiyyətindən azad etmək üçün Külçədə (Yining) azadlıq təşkilatı qurdular. 1944-cü il noyabrın 11-də SSRİ-nin dəstəyi ilə İli üsyanını qaldırdılar. == Həyatı == Əlixan Törə Karabaltada digər mənbələrə görə (indi Qırğızıstanda) Tokmak şəhərində dindar bir ailədə anadan olmuşdur. Buxara mədrəsəsində yüksək dini təhsil almışdır. İlahiyyat biliklərinə görə ətrafdakılardan "Törə" ləqəbini almışdır.
Əlixan məscidi
Əlixan məscidi — Naxçıvan şəhəri İstiqlal küçəsi, Əlixan məhəlləsində tarixi-memarlıq abidəsi. == Tarixi == Naxçıvan şəhərindəki Əlixan məhəlləsində əvvəllər fəaliyyət göstərmiş məscid binasından yalnız cənub tərəfdəki xaraba divarı qalır. Maraqlıdır ki, ”salamat qalan” divarda 3x1,5 metr ölçüsündə iki mehrab yeri var. Əvvəllər binanın uzunluğu 25, eni 15, divarlarının eni isə 1 metr ölçüsündə çiy kərpicdən tikilib. Şimal tərəfdəki divarda ikitağlı taxta qapı, şərq divarda iki pəncərə ilə birtağlı qapı, qərb tərəfdəki divarda isə dörd pəncərələri olub. Hündürlüyü 6,5 metr olan binanın üstü qarağac tirlərlə örtülərək, divarlar saman-gillə suvanıb. Məsciddə eyni vaxtda 60 nəfər namaz qıla bilərdi. Binanın (otağın) içərisindən qara pərdə arakəsmə asılıb. “Məscidin həyətində” Bazar çayı axmaqla çeşmə (kəhriz) quyusu olub. Binanın minarəsi olmadığından müəzzin taxta nərdivanla dama qalxıb əzan verərdi.
Fatma Nəslişah Sultan
Fatma Nəslişah Sultan (4 fevral 1921, Konstantinopol – 2 aprel 2012, İstanbul) — son Osmanlı padşahı VI Mehmed Vahidəddin və son xəlifə II Əbdülməcidin nəvəsi. Osmanlı Xanədan dəftərinə adı yazılan son Osmanlıdır. Misir kral naibi Məhəmməd Əbdül Moneimin xanımıdır. Onunla eyni illərdə yaşayan və Əbdülqadir Əfəndinin qızı olan Nəslişah Sultanla qarışdırılmaması üçün Böyük Nəslişah Sultan olaraq anılır. == Həyatı == 4 fevral 1921-ci ildə anası Sabiha Sultanın Nişandaşındakı köşkündə dünyaya gəlmişdir. Atası son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin oğlu Ömər Fərrux Əfəndi, anası son Osmanlı sultanı VI Mehmed Vahidəddinin qızı Sabiha Sultandır. Dünyaya gəlişi 121 top atəşi və sultanın onun adına kəsdirdiyi sikkələrlə qeyd edildi. Daha sonra Xanzadə və Nəcla adlı iki bacısı dünyaya gəldi. Osmanlı ailəsinin sürgünə gedişinə qədər Dolmabağça sarayında yaşadılar. 3 yaşında ikən 3 mart 1924 tarixli qanunla sürgünə göndərilənlər arasında yer aldı.
Sona xanım Vəlixan
Sona xanım İbrahim qızı Vəlixan (19 iyun 1883, Qazax – 4 aprel 1982, Bakı) — göz həkimi, əməkdar elm xadimi, professor, Azərbaycan Tibb İnstitutunun kafedra müdiri, Azərbaycan ET Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri. İlk oftalmoloq qadın (1933), İlk Tibb elmləri doktoru elmi dərəcəsinə layiq olan ilk azərbaycanlı qadını olmuşdur. Elmi işinin dərinliyinin və dəyərinin təsdiqi 1931-ci ildə "Endoftalmitin patoloji anatomiyasına dair" məqaləsi Nobel Komitəsinin diqqətini özünə cəlb edib və onun Nobel mükafatına namizədliyi qeydiyyata alınıb. İkinci dünya müharibəsinin başlanması səbəbindən onun elmi işi müvəffəqiyyət qazanmayıb. Qırmızı ulduz ordeni, Tibb əlaçısı döş nişanı, eləcə də 2 medalla təltif olunmuşdur. İbrahim Rəhimovun qızıdır. == Həyatı == Sona xanım Vəlixan 1908-ci ildə Peterburq Tibb İnstitutunu bitirmiş və Azərbaycanda ilk ali təhsilli həkim qadın olmuşdur. 1923–1939-cu illərdə S. Vəlixan Azərbaycan Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, dosent və professor vəzifəsində çalışmış, 1939–1971-ci illərdə isə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri olmuşdur. 1946–1960-cı illərdə S. İ. Vəlixan Azərbaycan ET Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsini tutmuşdur. Sona Vəlixan 60-dan artıq elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifidir.
Mirzə Əlixan İrəvani
Mirzə Əli Ləli və ya Mirzə Əlixan İrəvani (1845, Təbriz və ya İrəvan, Gürcüstan-İmeretiya quberniyası – 1907, Tiflis və ya Təbriz) — azərbaycanlı şair, həkim. == Həyatı == Mirzə Əli Ləli 1845-ci ildə Təbrizdə dünyaya gəlib. Ata-anası əslən irəvanlı olub. Təbriz mədrəsələrində təlim-tərbiyə alıb. Ərəb və fars dillərini öyrənib. Təbrizdə əttarlıq dükanı açıb və bir müddət ticarətlə məşğul olub. Sonra o dövrün məşhur həkimlərindən təbabət elmini öyrənib. Bu sahədə biliklərini təkmilləşdirmək üçün Tehrana gedib. Sonra Təbrizə qayıdaraq həkimlik etməyə başlayıb. Öz bilik və təcrübəsini artırmaq üçün Misirə, İstanbula, hətta Avropanın bəzi şəhərlərinə səfərlər edib.
Əlixan bəy Cavanşir
Əlixan bəy Cavanşir – (?-1612), hərbi mühəndis == Həyatı == Əlixan bəy Cavanşir hərbi mühəndis idi. 1607-ci ildə şahın Şirvan səfərində Kür çayının üzərindən panton körpü salmışdı. 1612-ci ildə isə Gəncə qalasının təmirinə başçılıq etmişdi. Tarixçi İskəndər bəy Münşi Türkman Əlixan bəy və qardaşı Mirzəhüseyn bəy Cavanşirin başına gələn əhvalata öz ünlü əsərində xeyli yer ayırıb. Tarixçi yazır: "İkinci qəziyyə Əlixan bəy Cavanşir və qardaşı Mirzəhüseyn bəyin ölümü ilə bağlıdır. Cavanşir eli Qarabağ tərəkəmələrindəndir. Cavanşir otuz iki oymaqdan ibarət olan Otuziki elinə bağlıdır ki, onların babaları o elin əmirləri olublar. Onların ailəsi, oymaq və elləri rumluların istilası zamanı Qarabağda qalmışdılar. Mirzəhüseyn bəy də rumlulara tabe idi. Bir neçə il sonra kiçik qardaş olan Əlixan bəy cahanpənah şahın sarayına gələrək yaxınları zümrəsinə girdi və şahanə tərbiyə oldu.
Qışlaq-i Təkquyu Mətləb və Əlixan (Pərsabad)
Qışlaq-i Təkquyu Mətləb və Əlixan (fars. قشلاق تك قوئي مطلب وعلي خان‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 99 nəfər yaşayır (16 ailə).
Nəştifan
Nəştifan — İranın Rəzəvi Xorasan ostanının Xaf şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,547 nəfər və 1,485 ailədən ibarət idi.
Texas Veslian Universiteti
Texas Veslian Universiteti — ABŞ-də özəl universitet, Metodiki Yepiskopal (Yepiskoplar tərəfindən idarə olunan) Kilsə tərəfindən 1890-cı ildə əsası qoyulan humanitar elmlər universitetidir. Birgə təlimə aid olandır, əsas universitet şəhərciyi Fort-Uort, Birləşmiş Ştatların Politexnik Hündürlüklər Qonşuluqlarında (Ətraflarında) yerləşir. Onun talismanı "domkratdır (porşendir)".