Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anthemis nabataea
Anthemis nabataea (lat. Anthemis nabataea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Bir palatalı parlament
Bir palatalı parlament və ya unikameralizm — vahid bir qanunverici hakimiyyət və ya parlamentin mövcud olduğu idarəetmə formasıdır. Bir palatalı parlamentlərin mövcud olduğu dövlətlərin çoxu kiçik və homogen dövlətlər hesab olunur. Azərbaycan Respublikası, həmçinin Türkiyə də bir parlamentli dövlətlərə nümunə göstərilə bilər. Dünyanın suveren dövlətlərinin təqribən yarısı bir palatalı parlament sisteminə malikdir və bunlara həm ən populyar (Çin Xalq Respublikası), həm də cırtdan (Vatikan) dövlətlər daxildir. Ölkələrin bir çox inzibati vahidində bir palatalı qanunvericilik mövcuddur. Bunlara, məsələn, ABŞ-dakı Nebraska, Guam və Virgin adaları, bütün Rusiya bölgələri, Hong Kong, Kanadanın bütün əyalətləri və əraziləri, bütün Alman torpaqları, bütün İtaliya bölgələri və bütün İspan muxtar icmaları daxildir. Birləşmiş Krallıqda Şotlandiya Parlamenti, Uels Milli Assambleyası və Şimali İrlandiya Məclisi bir palatalıdır.
Namazalı yüzbaşı Merdinli
Namazalı yüzbaşı Mərdəli yüzbaşı oğlu Merdinli-(1800-?), Cavanşir elinin Merdinli obasının yüzbaşısı == Həyatı == Namazalı yüzbaşı Mərdəli yüzbaşı oğlu Cavanşir-Dizaq mahalının Merdinli obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. II Rusiya-İran müharibəsində iştirak etmişdi. == Ailəsi == Namazalı yüzbaşı Gözəl xanımla ailə qurmuşdu. Abbas bəy, Lütfəli bəy, Süleyman bəy adlı oğlanları, Zəhrabanu xanım, Tutu xanım, Hürzad xanım adlı qızları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Merdinli kəndi: tarixi, tayfaları, Bakı:Mütərcim, 2017, 244 səh.
İki palatalı parlament
İki palatalı parlament və ya bikameralizm — iki qanunverici hakimiyyət ya da parlamentin olduğu idarəetmə formasıdır. Türkiyədə bu idarəetmə forması iki dövlət çevrilişi arasındakı müddət ərzində (1961-1980) Millət Məclisi və Türkiyə Respublikası Senatı olaraq fəaliyyət göstərmişdir. Müasir dövrdə ABŞ və Birləşmiş Krallıq iki palatalı parlament ölkələrinə nümunə göstərilə bilərlər. Amerikada Senat və ABŞ Nümayəndələr Palatası, Böyük Britaniyada İcmalar Palatası və Lordlar Palatası, Rusiyada Rusiya Federasiyası Dövlət Duması və Rusiya Federasiyası Şurası, Almaniyada Bundestaq və Bundesrat buna nümunə göstərilə bilər.
Yuxarı Abacalı (Urmiya)
Yuxarı Abacalı (fars. اباجالوي عليا‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 250 nəfər yaşayır (68 ailə).
Nanataki şəlaləsi
Nanataki şəlaləsi (七滝) – Yaponiyanın Akita prefekturasının Kosaka qəsəbəsinin Haçimantay rayonunda yerləşən şəlalə. Yoneşiro çayının Kosaka qolu üzərindədir. 1990-cı ildə Yaponiya Ətraf Mühit Nazirliyi tərəfindən nəşr olunmuş "Yaponiyanın Top-100 şəlaləsi" siyahısındadır. Şəlalə 7 kaskada malikdir və 60 metr hündürlükdən tökülür. Şəlaləyə maşınla asanlıqla çatmaq olar. Tohoku avtomagistarlı üzərindəki Kosaka qovşağından 8 kilometr uzaqlıqdadır.
Naftali Benet
Naftali Benet (ivr. ‏נַפְתָּלִי בֶּנֶט‏‎; 25 mart 1972, Hayfa) — İsrailin 13-cü Baş naziri. 2013–2019-cu illərdə İsrailin diaspor işləri naziri, 2019–2020-ci illərdə İsrailin müdafiə naziri vəzifələrində çalışmışdır. 2012–2018-ci illər arasında Yəhudi Evi partiyasına, 2018-ci ildən Yeni Sağ Partiyasına rəhbərlik edir.ABŞ-dən olan mühacirlərin oğlu olan Benet, İsrail Müdafiə Qüvvələrinin Sayeret Matkal və Maglan xüsusi təyinatlı hissələrində xidmət etmiş, bir çox döyüş əməliyyatına rəhbərlik etmiş və sonradan bir proqram təşəbbüskarı olmuşdur. 1999-cu ildə ABŞ anti-fırıldaqçılıq şirkəti olan Cyota şirkətini qurdu və onlayn bank fırıldaqçılığı, e-ticarət fırıldaqçılığı və fişinqə yönəldi. Şirkət 2005-ci ildə 145 milyon dollara satıldı. 2013-cü ildə 100–130 milyon dollara satılan İsrail bulud hesablama xidməti olan Soluto-nun icraçı direktoru vəzifəsində çalışıb.Siyasətə 2006-cı ildə girdi, 2008-ci ilə qədər Benyamin Netanyahunun Baş Katibi vəzifəsini icra etdi. 2011-ci ildə Ayelet Shaked ilə birlikdə "Mənim İsrailim" parlamentdən kənar hərəkatını qurdu. 2012-ci ildə Benet Yəhudi Evinin partiya lideri seçildi. Yəhudi Evinin Benetin rəhbərliyi altında ilk dəfə qatıldığı 2013 Knesset seçkilərində 120 yerdən 12 yer qazandı.
Qabtali upazilası
Qabtali upazilası (benq. গাবতলী উপজেলা) — Banqladeşin Rayşahi regionunun Boqra əyalətində yerləşən upaziladır. Qabtali upazilası 1914-cü ildə təsis olunmuşdur və 1983-cü ildə upazilaya çevrilmişdir. Upazila onun inzibati mərkəzi olan Upazila şəhərinin adını daşıyır. == Coğrafiyası == Qabtali upazilasının ümumi sahəsi 239,61 kvadrat kilometrə bərabərdir. Upazila Şibqany upazilasından şimalda, Sonatala upazilasından şimalda və şərqdə, Sariakandi upazilasından şərqdə, Dunat upazilasından cənubda, Şayahanpur və Boqra Sadar upazilalalarından qərbdə yerləşmişdir. == Demoqrafiya == 2011-ci ildə Banqladeşdə əhalinin siyahıya alınmasına görə Qabtali upazilasının əhalisini 319588 nəfər təşkil edir. Əhalinin 83411 nəfəri kənd təsərrüfatı ilə məşğul olur. Urbanizasiya səviyyəsi 6.7%-ə bərabərdir. Əhalinin 9.8% -ini 5 yaşından aşağı şəxslər təşkil edir.
Kedjau Nabali
Kedjau Nabali (8 iyul 1990) — Ukraynalı cüdoçu. Kedjau Nabali Ukraynanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kedjau Nabali birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/16 final mərhələsində Kubanın nümayəndəsi Eşli Qonzalez ilə üz-üzə gəldi. Həmin görüşdə İbrahim Xələf rəqibinə 0:101 hesabı ilə uduzdu.
Natali Harrovell
Natali Harrovell (9 fevral 1990 – 10 dekabr 2019) — 2017-ci ildə ilk dəfə Qadınlar Super Liqasının Grand Finalında oynamış İngilis regbi liqasının oyunçusu idi. Harrovell Featherstone Rovers-də oynamış və "qadın klub komandasının əsas üzvü" olaraq qəbul edilmişdir", İngiltərə Reqbi Liqası üçün də 3 qapaq keçirdi. O, virusla xəstəxanaya yerləşdirilib və 2019-cu ilin dekabrında dünyasını dəyişib. == İstinadlar == == Xarici keçidlər == Rugby league star killed by virus had already wrapped her kids' Christmas gifts Arxivləşdirilib 2019-12-14 at the Wayback Machine (Mirror Co.uk Gazetesi) Rodger, James. "England rugby league star dies aged 29". birminghammail. Dec 11, 2019. İstifadə tarixi: Dec 16, 2019.
Natali Harrowell
Natali Harrovell (9 fevral 1990 – 10 dekabr 2019) — 2017-ci ildə ilk dəfə Qadınlar Super Liqasının Grand Finalında oynamış İngilis regbi liqasının oyunçusu idi. Harrovell Featherstone Rovers-də oynamış və "qadın klub komandasının əsas üzvü" olaraq qəbul edilmişdir", İngiltərə Reqbi Liqası üçün də 3 qapaq keçirdi. O, virusla xəstəxanaya yerləşdirilib və 2019-cu ilin dekabrında dünyasını dəyişib. == İstinadlar == == Xarici keçidlər == Rugby league star killed by virus had already wrapped her kids' Christmas gifts Arxivləşdirilib 2019-12-14 at the Wayback Machine (Mirror Co.uk Gazetesi) Rodger, James. "England rugby league star dies aged 29". birminghammail. Dec 11, 2019. İstifadə tarixi: Dec 16, 2019.
Natali Kol
Natali Kol (ing. Natalie Maria Cole; d, 6 fevral 1950, Los-Anceles — ö, 31 dekabr 2015, Amerikalı jazz ifaçısı, müğənnisi, bəstəkarı və aktrisa. Məşhur caz ifaçısı Net Kinq Kol-un qızı. == Haqqında == Sehrbazlığın musiqi kamilliyi ilə gələn bir növü də mövcuddur. Bu, anadangəlmə sərbəstlik, tanrı tərəfindən verilmiş bilikdir. Yaradıcılığının çiçəklənən dövrünü yaşayan Natali Koulun kamil sənətkarlığı özünü onun "Ask a Woman who Knows" adlı albomunda bütünlüklə ğöstərmişdir. Bu albom ən əvvəl üç il ərzində onun üçün (Verve Records) - son dərəcə vacib debyut olmuşdur. Koulun heç bir qüvvə sərf etmədən həmişəki emosionallıqla cazla pop musiqisini birləşdirmiş olduğu toplu 2002-ci ildə onun mahnılarına yeni səs vermişdir. "Unforgettable With Love" orijinal albomun prodüsseri Tommi Li Puma tərəfindən diggəttlə seçilən bu toplu 1991-ci ildə milyon tirajlarla satılmış və çox sayda "Gremmi" mükafatına layiq görülmüşdür. (Onun atası, əfsanəvi musiqiçi Nat "King" Cola həsr edilmişdir).
Natali Portman
Natali Portman (ivr. ‏נטלי פורטמן‏‎; 9 iyun 1981[…], Qüds) israilli və amerikalı aktrisa. 1994-cü ildə "Leon" filmində ilk rolunu alıb, lakin ona dünya şöhrətini Star Wars prequel trilogy filmində oynadığı Padme Amidala obrazı gətirib. == Həyatı == Məşhur Amerika aktrisası Natali Portman 1981-ci il iyun ayının 9-da Qüdsdə, Avner Herşlaq və Şelli Stivensin ailəsində anadan olub. Atası ixtisasca endokrinoloqdur, hazırda qızına agentlik edən anası isə evdar qadın idi. Aktrisanın ana tərəfi Rusiya və Avstriyadan, ata tərəfi isə Rumıniya və Polşadan gəlmiş yəhudilərdir. Səhnə ləqəbi olan "Portman" Natalinin ana nənəsinin qızlıq soyadıdır. Aktrisanın 3 yaşı olanda ailəsi İsraildən Amerikaya köçüb. Əvvəlcə Vaşinqtonda yaşayan ailə 1988-ci ildə Konnektikuta yerləşir, 1999-cu ildə isə Nyu-York ştatının Lonq-Aylend şəhərində məskunlaşır. Ona doğma olan ivrit və ingilis dillərindən başqa, fransız, alman, yapon və ərəb dillərini öyrənir.
Natali Pronina
Natali Aleksandrovna Pronina-Rəcəbli (12 avqust 1987; Bakı, Azərbaycan) – Azərbaycanı təmsil edən üzgüçü. 2012-ci ildə XIV Yay Paralimpiya Oyunlarının qalibi olub. == Həyatı == Natali Pronina 1987-ci il avqustun 12-də Bakı şəhərində anadan olub. Ailəlidir və bir oğlu var. == Karyerası == === 2004-cü il Afina Olimpiadası === Natali Filina 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. 100 metr məsafəyə brass üsulu ilə üzmə turnirinin təsnifat mərhələsində 1:20.20 dəqiqə nəticə göstərən Natali Filina, mərhələni 44-cü pillədə başa vurdu. Daha sonra gözündə problelər yaranan, nəticədə görmə qabiliyətini qismən itirən Natali Pronina, Paralimpiya Oyunlarında mübarizə aparmağa başladı. Nəticədə Natali Pronina 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XIV Yay Paralimpiya Oyunlarına vəsiqə qazandı. === 2012-ci il London Paralimpiadası === XIV Yay Paralimpiya Oyunlarında Natali Pronina altı turnirdə mübarizə apardı. Avqustun 30-da 400 metr məsafəyə sərbəst üsulla üzmə turniri baş tutdu.
Natali Qolda
Natali Qolda (28 dekabr 1981) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Natali Qolda, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu. Daha sonra Natali Qolda, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Natali Qule
Natali Qule — Fransa senatoru.
Natali Sokolevskaya
Natali Viktorovna Sokolevskaya (belar. Натали Викторовна Соколевская; 13 sentyabr 1993, Qomel) — Belarus kino aktrisası. 2015 Miss Azərbaycan milli gözəllik müsabiqəsinin birincisi. == Həyat və yaradıcılığı == Natali Sokolevskaya 13 sentyabr 1993-cü ildə Belarus Respublikasının Qomel şəhərində anadan olub. 2015-ci ildə İstanbulda Sədri Alışıq Mədəniyyət Mərkəzində aktrisalıq dərsləri alıb və 2016-cı ildə Azərbaycanda aktrisalığa başlayıb. AİD musiqi kliplərində çəkilib. Türkiyədə aktrisalıq karyerası ilk dəfə bir GSM reklamına çəkilməsiylə başlayıb. Natali Sokolevskaya həmçinin Jet Cəmiyyəti teleserialında qonaq oyunçu olaraq çəkilib. Hazırda Kanal D televiziya kanalında dram-intriqa janrında yayımlanan Hizmetçiler adlı serialda çəkilir.
Natali buxtası
Natali buxtası — Kamçatka diyasının şimal-şərq sahillərində yerləşən buxta, Olyutorski rayonu ərazisinə daxildir. Burun Berinq dənizində Savvatiya və Vısoki burunları arasınada yerləşir. «Natali buxtası» termini adətən hazırda tərk edilmiş Natalinski qəsəbəsi anlatmaq məqsədi ilə işlədilir. Belə ki bu qəsəbə buxtanın cənub-qərb sahillərində yerləşir. Yaxınlıqda Müqəddəs Pyotr və Müqəddəs Pavl buxtaları vardır. Bu üç buxtaya girişdə yerləşən qayalı ada vardır. Boqoslov adası yerli əhəmiyyətli zoioloji təbiət abidəsidir. Natali buxtasına Vatına çayı tökülür. Buxta ətrafında maksimal hündürlük 809 metrdir. Natali dağı buxtanın cənub-qərbində yerləşir.
Natali İmbrulya
Natali Ceyn Imbrulya (4 fevral 1975, Sidney) Avstraliyalı müğənni-bəstəkar, model və aktrisadır. 1990-cı illərin əvvəllərində Avstraliyanın "Qonşular" serialında Bet Brennan rolunu ifa edib. Serialdan ayrıldıqdan üç il sonra, Ednaswap qrupunun "Torn" mahnısını yenidәn ifa edәrәk müğənnilik karyerasına başlayıb. Sonrakı albomu, Left of the Middle (1997), dünya miqyasında 7 milyon nüsxə satıldı. İmbruliyanın sonrakı beş albomu bütün dünyada 3 milyon nüsxə ilә satıldı və ümumilikdә səkkiz ARIA Mükafatı, iki Brit Awards Mükafatı, bir Billboard Musiqi Mükafatı qazanıb, hәmçinin üç Grammy mükafarına namizədliyi irәli sürülüb. İmbruliya, 2003-cü ildə istehsal olunan Johnny English və 2009-cu ildə Qışda bağlıdır filmi də daxil olmaqla bir neçə filmdə çәkilib. L'Oreal, Gap və Kailis kimi bir neçə marka üçün modellik edib. == Həyatı və karyerası == === Erkən həyatı və karyerasının başlanğıcı === İmbruliya, 4 fevral 1975-ci ildə Avstraliyanın Sidney şəhərində Maksin və Elliot Imbruglia'nın dörd qızından ikincisi olaraq anadan olmuşdur. Atası İtalyan əsilli (beş yaşında ailəsi ilə birlikdə Avstraliyaya köçən, әslәn Liparidən olan Siciliyalı), anası isə İrlandiyalı və İngilis əsillidir. Imbruliya Müqәddәs Peters Katolik Kolleci (əvvəllər Mater Dei olaraq adlandırıldı) məktəbdə tәhsil alıb.
Natali Şnayder
Natali Şnayder (25 may 1968) — Birləşmiş Ştatları təmsil edən sinxron üzgüçü. == Karyerası == Natali Şnayder Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Natali Şnayder Olimpiadanın qalibi olub.
Şaan Natali
Şahan Natali (Haqop der Haqobyan) (erm. Շահան Նաթալի; 14 iyul 1884 – 18 aprel 1983, Vatertaun[d], Massaçusets, ABŞ) — erməni yazıçısı, "Nemezis əməliyyatı"nın təşkilatçılarından və rəhbərlərindən biri. == Haqqında == 1884-cü ildə Osmanlı imperiyasında (Elazığ ilində) anadan olmuşdur. Boston universitetində təhsil almışdır. Şahan Natali daşnakların Osmanlı və Azərbaycan rəhbərliyində olmuş, və ermənilər tərəfindən erməni soyqırımının təşkilində günahlandırdıqları şəxslərin qətli məqsədi ilə keçirilmiş "Nemezis əməliyyatı"nın ilhamvericilərindən və rəhbərlərindən biri olmuşdur. Şahan Natali əməliyyatın maddi təminatı ilə məşğul olan xüsusi fonda rəhpərlik edirdi. 1920-ci ildə Natalinin Daşnaksütunla münasibətləri korlanır və o, partiyanı tərk edir, bir sıra antidaşnak qazetlərinin redaktoru vəzifədində çalışır. Şahan Natali "erməni məsələsi"nə dair bir sıra əsərlərin müəllifidir "Türklər və biz", "Ankaradan Bakıyacan türkçülük" "Yeni əlavə: "Necə" və "Niyə" Aleksondropol müqaviləsi" (1955 il). 1970–1980-ci illərdə Şaan Natali erməni terror dəstələrinin fəaliyyətini təqdir etmiş, və onlara bəraət qazandırmağa çalışmışdır. 1983-cü ildə Massaçusets ştatının (ABŞ) Vottertaun şəhərində vəfat etmişdir.
Şahan Natali
Şahan Natali (Haqop der Haqobyan) (erm. Շահան Նաթալի; 14 iyul 1884 – 18 aprel 1983, Vatertaun[d], Massaçusets, ABŞ) — erməni yazıçısı, "Nemezis əməliyyatı"nın təşkilatçılarından və rəhbərlərindən biri. == Haqqında == 1884-cü ildə Osmanlı imperiyasında (Elazığ ilində) anadan olmuşdur. Boston universitetində təhsil almışdır. Şahan Natali daşnakların Osmanlı və Azərbaycan rəhbərliyində olmuş, və ermənilər tərəfindən erməni soyqırımının təşkilində günahlandırdıqları şəxslərin qətli məqsədi ilə keçirilmiş "Nemezis əməliyyatı"nın ilhamvericilərindən və rəhbərlərindən biri olmuşdur. Şahan Natali əməliyyatın maddi təminatı ilə məşğul olan xüsusi fonda rəhpərlik edirdi. 1920-ci ildə Natalinin Daşnaksütunla münasibətləri korlanır və o, partiyanı tərk edir, bir sıra antidaşnak qazetlərinin redaktoru vəzifədində çalışır. Şahan Natali "erməni məsələsi"nə dair bir sıra əsərlərin müəllifidir "Türklər və biz", "Ankaradan Bakıyacan türkçülük" "Yeni əlavə: "Necə" və "Niyə" Aleksondropol müqaviləsi" (1955 il). 1970–1980-ci illərdə Şaan Natali erməni terror dəstələrinin fəaliyyətini təqdir etmiş, və onlara bəraət qazandırmağa çalışmışdır. 1983-cü ildə Massaçusets ştatının (ABŞ) Vottertaun şəhərində vəfat etmişdir.
Natali Luazo
Natali Luazo (fr. Nathalie Loiseau; 1 iyun 1964[…], Nöyi-sür-Sen) — Fransa diplomatı və siyasətçisi, Fransa Xarici İşlər naziri yanında Avropa işləri üzrə məsul nazir (2017–2019). == Həyatı == Natalie Dükulombye adı ilə anadan olmuşdur.O, Siyasi Araşdırmalar İnstitutunu və Milli Şərq Dilləri və Sivilizasiyaları İnstitutunu bitirmiş, orada Çin dilini öyrənmişdir. 1986–1988-ci illərdə Fransa Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat İdarəsində işləmişdir. 1993–1995-ci illərdə xarici işlər naziri Alen Jüppenin müşaviri, 2002–2005-ci illərdə Fransanın İndoneziya, Seneqal və Mərakeşdəki səfirliklərinin katibi, həmçinin ABŞ-dakı səfirliyin mətbuat katibi olmuşdur. Bundan əlavə, o, Xarici və Avropa İşləri Nazirliyinin Modernləşdirmə İdarəsinin Baş İdarəsində İnsan Resursları üzrə Direktor vəzifəsində çalışmışdır.2012-ci ildə Loran Fabius yeni Xarici İşlər naziri olmuş və Luazo Xarici İşlər Nazirliyində karyerasını dayandırmışdır. Elə həmin il Milli İdarəçilik Məktəbinin direktoru təyin edilmişdir. O, bu vəzifədə məqsədini gələcək dövlət qulluğu kadrlarının daha çox şaxələndirilməsinə nail olmaq olduğunu bəyan etmişdir. Xüsusilə, 2014-cü ilə qədər tələbələr arasında qadınların nisbəti ilk dəfə olaraq 45%-ə çatmışdır. == Təltif və mükafatlar == "Fəxri legion" ordeni (13 iyul 2010) "Xidmətlərə görə" ordeni == İstinadlar == == Xarici keçidlər == "Nathalie Loiseau" (fransız).
Naftali Herts İmber
Naftali Herts İmber və ya Naftali Zvi İmber (ivr. ‏נפתלי הרץ אימבר‏‎, id. נפתלי הערץ אימבער, ukr. Нафталі Герць Імбер; 27 dekabr 1856 – 8 oktyabr 1909, Manhetten, Nyu-York ştatı) — İsrailin rəsmi dövlət himni olan Hatikvanın sözlərini yazan ukrayna yəhudisi sionist şair. == Həyatı == Naftali 1856-cı ildə Avstriya imperiyasının Qalisiya bölgəsinin Zlokjov şəhərində (Ukraynanın indiki Zoloçiv şəhərində) anadan olmuşdur. 10 yaşından şeir yazmağa başlayan Naftali Bukovina bölgəsinin imperiyaya qatılmasının 100 illiyi münasibəti ilə yazdığı şeirinə imparator Frans Jozef tərəfindən mükafatlandırılmışdır. Gəncliyində Macarıstan, Serbiya və Rumıniya kimi ölkələri ziyarət etmişdir. 1882-ci ildə məşhur ingilis yazıçısı Lorens Olifantın katibi kim Fələstinə köçmüşdür. Yerusəlimdə ilk genişhəcmli əsəri olan "Səhər ulduzu"nu (ivr. ‏ברקאי‏‎, Barkay) nəşr olunmuşdur.