Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nadar
Nadar (fr. Nadar, əsl adı Qaspar Feliks Turnaşon, fr. Gaspard-Félix Tournachon; 6 aprel 1820 – 21 mart 1910) — məşhur fransız fotoqrafı, karikaturaçısı və hava səyyahı.
Şanidar mağarası
Şanidar — İraqın Ərbil mühafəzəsində neandertalların qalıqlarının aşkar edildiyi mağara. Tapıntıların təxmini yaşı 50–70 min ildir. Zaqros dağlarında yerləşir. Üst Paleolitdə burada Zarzi mədəniyyətinə aid müasir tipli insanların məskəni yaranmışdır. Epipaleolit dövründə (e.ə. IX minillik) ən qədim əkinçilik mədəniyyəti olan Şanidar-Kərim-Şahir mədəniyyətinin təbəqələrinə burada rast gəlinmişdir. 2006-cı ildə əvvəllər mağarada tapılan sümüklər arasında Şanidar-10 təyinatı ilə neandertala aid ayaq sümükləri tapılmışdır. 21 sentyabr 2018-ci ildə Britaniya arxeoloqları Şanidar mağarasında (Şanidar-11 və Şanidar-12) iki yetkin neandertalın qalıqlarının aşkar edildiyini elan etmişdilər. "Цветы в пещере Шанидар. Кто виноват — Человек или пчёлы?".
Erik Abidal
Erik Silven Abidal (fr. Éric Sylvain Abidal, fransızca tələffüzü [eʁik abidal]; 11 sentyabr 1979[…]) — Fransa futbolçusu, Barselona klubunun və Fransa milli futbol komandasının sol cinah müdafiəçisi. Lion klubunun heyətində 20005–2007-ci illərin Fransa çempionu, 2006-cı il dünya çempionatının gümüş mükafatçısı, Barselonanın heyətində 2009 və 2011-ci illərdə Çempionlar liqasının qalibi, 2009, 2010, 2011-ci illərdə İspaniya çempionu, 2009-cu ildə İspaniya kubokunun == Karyerası == Peşəkar karyerasına 2000-ci ildə "Monakoda" başlamışdır. Kiçik prensliyin komandası üçün 2 mövsüm oynadıqdan sonra 2002-ci ildə Lillə köçüb, iki mövsümdən sonra yenidən tərk edilmiş, daha sonra hakim olan "Lyon" a hərəkət etdi. "Lion" da 3 mövsüm üçün üç dəfə Fransa çempionatı qazandı. 30 iyun 2007-ci ildə Barselona ilə müqavilə imzaladı, fransız transferinin dəyəri 15 milyon avro idi/ Fransanın milli komandasında 18 avqust 2004-cü ildə çıxdı. 2010 Dünya Kubokunda Fransa milli komandasının düşərgəsində məşqçi heyəti və milli komandanın bəzi oyunçuları arasında bir qarşıdurma yaşandı — Nicolas Anelka çempionatda doğru atıldı və komanda məşq etməyi rədd etdi. Məhkəmədən sonra, Fransa Futbol Federasiyası münaqişənin çoxsaylı oyunçularını diskvalifikasiyalı oyunçular arasında cəzalandırdı, lakin Abidal heç bir cəzadan çəkinirdi. 2009-cu ildə donuz qripi diaqnozu qoyuldu . 2011-ci ilin mart ayında isə qaraciyərdə bir şiş idi/ Fransız müdafiəçisi 3 may 2011-ci ildə sahəyə qayıdacaq, Carles Puyol isə Real Madrid ilə Çempionlar Liqası yarı finalının geri dönmə matçının 90-cı dəqiqəsində əvəzləndi.
Nardar Bayramov
Nardar Bayramov (azərb. Nardar Məmməd oğlu Bayramov‎; d. 21 aprel 1977, Saatlı) — Azərbaycanın əməkdar jurnalisti. Bayramov Nardar Məmməd oğlu 21 aprel 1977-ci ildə Saatlı rayonu Əliabad kəndində dünyaya gəlib. Orta məktəbi 1983-1994-cu illərdə Saatlı rayonu A.Bayramov adına Məmmədabad kənd orta məktəbində oxuyub. Azərbaycan İctimai-Siyasi Universitetinin filologiya ixtisası üzrə bitirib. Tələbə vaxtarından mətbuatda yazıları dərc olunub. İlk məqaləsi “Mədəniyyət” qəzetində çap olunub. 1998-ci ildən “Yeni Azərbaycan” qəzetində işləyir. Mətbuat sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar Jurnalist” fəxri adı ilə təltif olunub(22.04.2013).
Abdar (Bostanabad)
Abdar (fars. ابدار‎) — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Bostanabad bölgəsinin Səhəndabad kəndistanında, Bostanabad qəsəbəsindən 28 km cənub-qərbdə, Bostanabad-Təbriz avtomobil yolunun 30 kilometrliyindədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 68 nəfər yaşayır (13 ailə).
Bidar Qadınəfəndi
Bidar Qadınəfəndi (5 may 1858, Qafqaz – 1 yanvar 1918, Konstantinopol) — 34. Osmanlı sultanı II Əbdülhəmidin dördüncü xanımı. == Həyatı == Bidar xanım 5 may 1858-ci ildə Osmanlı tabeliyindəki Abxaziyada dünyaya gəlmişdir. Kabardalılar ailəsinə mənsub olub, atası İbrahim bəy Talustan, anası isə əslən gürcü olan Şahika İffət xanımdır. Yaşıl gözlü, uzun qəhhvəyi saçları olan Bidar xanımın özündən yaşca kiçik 2 qardaşı (Hüseyn Paşa və Mehmed Ziya Paşa) da sarayda Sultan Əbdülhəmidə xidmət edirdi. Kiçik yaşlarında Osmanlı sarayına təslim edilmişdir. 17 yaşında ikən 2 sentyabr 1875-ci ildə Ulduz sarayında Sultan Əbdülhəmidlə evləndi. Taxtdan endirilməsinin ardından əriylə birlikdə 1909-cu ildə sürgünə getdi. Salonikidə Alatini köşkündə yaşayan Bidar xanımın gözəlliyi Avropa saraylarında danışılırdı. Daha sonra isə yenə Sultan Əbdülhəmidlə birlikdə Bəylərbəyi sarayına gətirildi.
Paul Nadar
Paul Nadar (fr. Paul Tournachon) - fransız fotoqraf. Dönəminin tanınmış fotoqraflarından olmuş Paul Nadar təkcə Avropa şəhərlərində yox eyni zamanda Bakı, Buxara və Səmərqənd kimi şərq şəhərində gündəlik həyatı əks etdirən fotolar çəkmişdir.
Məsud ibn Namdar
Məsud ibn Namdar (XI əsr, Beyləqan – XII əsr) – XI əsr şairi. Əəsərlərini ərəb, fars və türk dillərində yazmışdır. Mənşəcə Azərbaycan türklərindən olmuşdur. Ədəbiyyatşünaslar öz əsərlərində əslən beyləqanlı olan Məsud ibn Namdarın və başqalarının adlarını çəkirlər. Bunlardan "Şirvan və Arran feodal inzibati dairələrində məmurluq edən, öz fəaliyyətinin bir sıra epizodunu o dövr ərəb abidələri üçün ən ənəvi olan təmtərlaqılı ədəbi formada təsvir edən", Məsud ibn Namdar Azərbaycan mədəniyyəti tarixində özünə məxsus yer tutmuşdur. Onun həyat və yaradıcılığının ən yaxşı və son tədqiqatçısı olan V.M Beylis Məsudun orta əsrin hər hansısa bir elm sahəsində mütəxəssis olan alim deyil, ədəbi cəhətdən savadlı tipik ədib olduğunu müəyyənləşdirir. Məsudun dövrümüzə çatan əlyazması üç hissədən – hekayətlərdən, məktublardan və şeirlərdən ibarətdir. Həmin şeirlər, həyatını Beyləqən, Gəncə və Şirvanda, o dövrün bir çox şairləri kimi rəsmi dövlət vəzəfələrində keçirən bu ziyalı şəxsiyyətin bizə yetişmiş toplusunun üçdə birindən çoxunu təşkil edir. Əsasən mövzulara həsr olunmuş bu şeirlər Məsudun iş fəaliyyəti ilə sıx bağlı idi. Bu bağlılıq şeirlərin qruplaşdırılmasında da özünü göstərir: əl-Xənziyyət (Gəncə dövrü şeirləri), əl-Beyləqanəyyət (Beyləqan dövrü şeirləri), əl-Əmniyyət (Gəncə mustavfisis Əmin əm–Mülkün adı ilə), əl-İxvaniyyət ("Dostluq"), "Köhnə şeirlər, və b.
Nuno Qomeş Nabiam
Nuno Qomeş Nabiam (port. Nuno Gomes Nabiam; 17 noyabr 1966, Bisau) — 28 fevral 2020-ci ildən etibarən Qvineya-Bisau Baş naziri olan siyasətçi. Qomeş Nabiam Kvame Nkruma Milli Liseyini bitirib. Ukraynanın Kiyev şəhərində Ali Mülki Aviasiya Mühəndisliyi İnstitutunda təhsilini başa vurub və 1986-cı ildə mülki aviasiya təqaüdünə layiq görülüb. Qomeş Nabiam daha sonra ABŞ-da təhsil aldı və buradan biznesin idarə edilməsi üzrə magistr dərəcəsi qazandı. Qomeş Nabiam 1978-ci ildə Afrika Gəncliyi Amilkar Kabralında fəal oldu. 1980-ci ildə QKVMAAP partiyasına qatıldı. 2012-ci ildə Qvineya-Bisau hökuməti tərəfindən Qvineya-Bisau Mülki Aviasiya Agentliyinin idarə heyətinin sədri təyin edildi. 28 fevral 2020-ci ildə Qomeş Nabiam Qvineya-Bisau Baş naziri təyin edildi. Xalq Birliyi siyasi partiyası məclisinin üzvüdür.
Nağılar
Nağılar (Gədəbəy)
Nağılar (Gədəbəy)
Nağılar — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Nağılar kəndi Əliismayıllı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Daryurd kəndi mərkəz olmaqla, Daryurd kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kəndin keçmiş adı Cinqaralı olmuşdur. Kəndin adı bəzən Nağdalılar variantında da qeydə alınmışdır. Yerli məlumata görə, yaşayış məntəqəsini vaxtilə Kiçik Qaramurad kəndindən çıxmış nağılar (digər adı cinqaralı) nəslinə mənsub ailələr salmışlar. Kənd Şahdağ silsiləsinin ətəyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 311 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Nağılar (Şuşa)
Nağılar — Azərbaycan Respublikasının Şuşa rayonunun Qaybalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Nağılar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.