Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Navar (Çaldıran)
Navar (fars. ناور‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 560 nəfər yaşayır (108 ailə).
Navar xalqı
Navar xalqı — İordaniya, Suriya, Livan və Fələstində istifadə edilən bir neçə köçəri icma üçün ərəb terminidir. Alçaldıcı hesab edilən bu termin ərəblər tərəfindən bir neçə müxtəlif etnik qruplar üçün istifadə olunur. Onlar tarixən "qaraçılar" adlandırılıblar, əslində isə onlar özlüyündə qaraçı deyillər. Dom xalqı xüsusilə Navar kimi tanınır. Həm onlar, həm də qaraçılar Hindistandan gəlsələr də, iki kəskin fərqli etnik və mədəniyyətdən gəlmişdilər. Bu sayca kiçik, geniş yayılmış insanlar Cənubi Asiyadan, xüsusən də Hindistandan bölgəyə köçüblər. Digər ölkələrdə olduğu kimi, onlar özlərini şərəfsiz, lakin ağıllı hesab edən əhalinin qalan hissəsindən uzaq durmağa meyillidirlər. Nəvarlar ənənəvi olaraq toy və şənliklərdə musiqili əyləncələr təqdim edirdilər. Navarlı qadınların bu cür fəaliyyətlərdə iştirakı gəlirli olsa da, eyni zamanda qrupun aşağı statusunu gücləndirir. Navar həm də festivallarda falçı, sehrbaz və heyvan təlimçisi kimi fəaliyyət göstərir.
Kaqular
Kaqular (lat. Rhynochetidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin günəşvağıkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Nağılar
Nağılar (Gədəbəy)
Yaguar
Yaquar (lat. Panthera onca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Yaquar Qərb yarımkürəsinin panter cinsindən olan ən böyük və ən güclü nümayəndəsidir. Yaquarlar, bütün böyük yırtıcı pişiklər arasında ən güclü dişləməyə malikdirlər və onlar özlərindən 4 dəfə böyük heyvanları belə asanlıqla məhv edə bilirlər. Hətta Yaquar, Köpək Balığından belə daha güçlü dişləməyə sahibdir. Güclü çənələri və iti dişləri, yaquarlara qalın timsah dəriləri və hətta tısbağa qabıqlarını belə asanlıqla deşməyə imkan verir. Yaquarın dişləmə qüvvəsi 1500 PSI-dan çoxdur. Hansı ki, meşənin şahı sayılan Şirdə isə bu, Yaquardan 3 dəfə az, 650 PSI-dır. Yaquar hal-hazırda Meksikadan (bəzən ABŞ-nin cənub-qərbində də görülə bilər) Mərkəzi Amerikaa və Paraqvayın cənubu ilə Argentinanın şimalına qədər böyük bir ərazidə yayılmışdır. Xallı pişik fiziki olaraq daha çox leoparda bənzəsə də daha güclü və əzələli quruluşu, davranışı və habitat xüsusiyyətləri ilə pələngə daha yaxındır.
Yaquar

Nağılar — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Nağılar kəndi Əliismayıllı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Daryurd kəndi mərkəz olmaqla, Daryurd kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kəndin keçmiş adı Cinqaralı olmuşdur. Kəndin adı bəzən Nağdalılar variantında da qeydə alınmışdır. Yerli məlumata görə, yaşayış məntəqəsini vaxtilə Kiçik Qaramurad kəndindən çıxmış nağılar (digər adı cinqaralı) nəslinə mənsub ailələr salmışlar. Kənd Şahdağ silsiləsinin ətəyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 311 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Nağılar (Şuşa)
Nağılar — Azərbaycan Respublikasının Şuşa rayonunun Qaybalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Nağılar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Jaguar (avtomobil)
Jaguar — İngiltərə mərkəzli bir avtomobil markasıdır. 1920-ci ildə qurulan firmanı BLMC (British Leyland), 1990-cı ildə Forda satdı. Jaguar, 2008-ə qədər Fordun PAG adı verdiyi və Land Rover, Volvo, Aston Martın kimi lüks və prestijli markalardan meydana gətirdiyi alt qrupunda iştirak edirdi. 26 Mart 2008 tarixində Hindistanın ən böyük avtomobil markası Tataya satıldı. Ən əhəmiyyətli modeli 1965-ci ildə bazara yürüdülən E-Type, böyük bir satış müvəffəqiyyəti əldə etdi. Digər bir əhəmiyyətli model isə 1970-80-cı illər dövründə çıxarılan XJ-S 2 qapılı modeldir. Jaguar, avtomobillərinin mühərrik kapotunun üstündə iştirak edən və tullanan Jaguar fiqurunu, meydana gələ biləcək qəzalarda, piyadaların yaralanma riskini azaltmaq üçün dəyişdirmişdir. Firma, çıxardığı yeni modellərinə bu Jaguar fiquru yerinə, Jaguar şəkilli bir lövhə vurur.
Jaguar Cars

Jaguar XF
Jaguar XF — Jaguar Cars avtokonserninin 2007-ci ildən bu günə kimi istehsal etdiyi orta ölçülü lyuks avtomobil. Jaguar S-Type modelini əvəz edən model kimi 2007-ci ilin payızında təqdim olunmuşdu.
Jaguar XJ
Jaguar XJ — Jaguar Cars avtokonserninin 1968-ci ildən bu günə kimi istehsal etdiyi tam ölçülü lyuks avtomobillər seriyası. Jaguarın flaqmanı sayılan XJ "Mr. Jaguar" kimi tanınan Ser Uilyam Layonsun yaratdığı son avtomobildir. Hal-hazırkı model 2009-cu ildə istehsal olunmağa başlayıb və Kral ailəsinin və Böyük Britaniyanın baş nazirinin rəsmi avtomobillərindən biridir.
Yaquar (dəqiqləşdirmə)
Yaquar — heyvan. Yaquar — avtomobil markası. Yaquar — 1996-cı ildə çəkilmiş Fransa filmi.
Yaquar (heyvan)
Yaquar (lat. Panthera onca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Yaquar Qərb yarımkürəsinin panter cinsindən olan ən böyük və ən güclü nümayəndəsidir. Yaquarlar, bütün böyük yırtıcı pişiklər arasında ən güclü dişləməyə malikdirlər və onlar özlərindən 4 dəfə böyük heyvanları belə asanlıqla məhv edə bilirlər. Hətta Yaquar, Köpək Balığından belə daha güçlü dişləməyə sahibdir. Güclü çənələri və iti dişləri, yaquarlara qalın timsah dəriləri və hətta tısbağa qabıqlarını belə asanlıqla deşməyə imkan verir. Yaquarın dişləmə qüvvəsi 1500 PSI-dan çoxdur. Hansı ki, meşənin şahı sayılan Şirdə isə bu, Yaquardan 3 dəfə az, 650 PSI-dır. Yaquar hal-hazırda Meksikadan (bəzən ABŞ-nin cənub-qərbində də görülə bilər) Mərkəzi Amerikaa və Paraqvayın cənubu ilə Argentinanın şimalına qədər böyük bir ərazidə yayılmışdır. Xallı pişik fiziki olaraq daha çox leoparda bənzəsə də daha güclü və əzələli quruluşu, davranışı və habitat xüsusiyyətləri ilə pələngə daha yaxındır.
Yaquar (içki)
Yaquar (rus. Ягуар)- Tərkibində 7% etil spirti olan (əvvəllər 9% və 5% idi) qazlı enerjili zəif alkoqollu içkidir. 2003-cü ildən Rusiyada Happyland şirkəti tərəfindən buraxılır. İçkinin rəsmi qaydaları Böyük Britaniyanın «IBB Ltd.» şirkətinə məxsusdur. Su, şəkər tozu, etilon spirti, limon turşusu, nanə ekstraktı, taruin, kofein, rəngləndiricilər, bəzi vitaminlər. 100 ml içkinin tərkibi: karbon 11,5 q kofein 30 mq taurin 40 mq vitaminlər B1, B6 и PP ≈ 0,11 mq kalorisi — 100,4 ккаl. Yaquar Rusiyada 4 zavodda istehsal olunur. ООО «Юнайтед Ботлинг Групп» 170039, г. Tver ООО «Мегапак» 142700, Moskva əyaləti., Lenin rayonu, Vidnoye ЗАО «ОСТ-Аква» 142432, Moskva əyaləti., Noqin rayonu, Cernoqolovka ООО «Артисан» 353240, Krasnadar əyaləti, Şimal rayonu, Severnaya Stanoça 2007-ci ilin mart ayında Jaguar Light 5,5% alkoqol tərkibi ilə, taurinsiz istehsal edildi. Bu içkinin qabı ağ rəngdə idi, klassik içkinin qabının əksinə.
Yaquar (film, 1996)
"Yaquar" (fr. Le Jaguar) — rejissor Fransis Veberin filmi. Bir gecə dəbdəbəli Paris mehmanxanasının liftinə 3 nəfər eyni vaxtda minmişdilər. Bunlar Amazonkadan səyahətə gəlmiş hindu, onun tərcüməçisi – uşaqlıqdan hinduların arasında böyümüş fransız Kampana və avara, fırıldaqçı olan Fransua Perren idi. Perren çoxdandır ki, oyun borcuna görə quldurlar tərəfindən təqib olunur. Hindu Vanu gözlənilmədən gücünü itirir, onu xəstəxanada xüsusi reanimasiya otağına gətirirlər. Hindu imkan tapıb öz tərcüməçisinə onun ruhunu kimsə oğurladığını deyir. Vanunun ruhunu qaytarmaq üçün xüsusi bir qəhrəman lazımdır ki, səfərə yollansın. Qəribə olsa da, Vanu bu səfərə Perreni seçir. Perren əvvəl bu işə razılıq vermək istəmir.
Yaquar (Formula-1 komandası)
Yaquar Jaguar Racing, 2000–2004-cü illərdə FIA Formula 1 Dünya Çempionatında iştirak edən Formula 1 komandası idi. 1999-cu ilin iyun ayında Ford-dan Jackie Stewart-ın Stewart Qran-priFormula One komandası tərəfindən satın alındı. Ford, Jaguar Racing şirkətinin adını, Jaguar premium avtomobil şirkətini tanıtmaq üçün qlobal marketinq əməliyyatlarının bir hissəsi olaraq dəyişdirdi. Bu markadan istifadə etməyə baxmayaraq, onlar Cosworth mühərrikli avtomobillərdən istifadə etməyə davam etdilər, heç bir Jaguar mühəndisliyi istifadə olunmadı. 2000-ci ildə komandanı Fordun Premyer Automotive Group başçısı olan Wolfgang Reitzle idarə etdi. Komandanın 1999-cu il Dünya Kubokunun ikinci üzvü Eddie Irwinni keçmiş pilot Stuart Johnny Herbert ilə əməkdaşlıq etdi, lakin bu mövsüm Stewart 1999-cu ildə əldə edə biləcəyi nəticələrə uyğun gəlmirdi. Nəticələr 2001-ci ildə də yaxşı olmadı. Hətta ilin ortalarında FIA F1 in 3 qat dünya çempionu Niki Lauda nın təyin olunmasına baxmayaraq, komandaya mənəvi kömək olmadı və komanda yenidən geri düşdü. 2003-cü ildə komanda John Hogan tərəfindən idarə edildi. Yaxşı rəhbərlik və resursların daha səmərəli istifadəsi komandanın inkişafına səbəb oldu.