Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
David Navara
David Navara (çex. David Navara, 27 mart 1985, Praqa, Çexoslovakiya) — Çex şahmatçısı, qrosmeyster (2002). 2007-ci il aprel ayının FİDE reytinq siyahısında 2720 əmsalı ilə dünyada 14-cü, Çexiyada isə ən yüksək əmsallı oyunçu olmuşdur. 2015-ci il mayına olan göstəricilərə əsasənə isə o, şəxsi əmsalını 2751 qədər yüksəldə bilmişdir. == Şahmat karyerası == Navara 2004, 2005, 2010, 2012, 2013 və 2014-cü illərdə Çexiya Çempionu olmuşdur. 2005-ci ildə Navara Dünya Kubokunda iştirak etmiş, birinci raundda Predrag Nikolić tərəfindən məğlub edilmişdir. O, 2006-cı il 37-ci Şahmat Olimpiadasında olduqca uğurlu çıxış edərək Dünya səviyyəli oyunçulara qarşı 12 oyundan 8.5 xal toplamışdır. 2007-ci ildə Navara Veyk-an-Zee turnirinə dəvət alaraq Alexander Morozevichi əvəz etmişdir. Təşkilatçılar tərəfində Navara Express adlandırılan oyunçu, 13 oyundan 6.5 xal toplayaraq (+3−3=7) yarışı 7-ci başa vurmuşdur. 2007-ci ilin noyabrında Navara Dünya Kubokunda iştirak etdi.
Nissan Navara
Nissan Navara — Yapon avtomobil istehsalçısı Nissan tərəfindən 1997-ci ildən bu günə kimi istehsal olunan pikap avtomobil. Adı İspaniyanın şimalında yerləşən Navarra regionundan irəli gəlir. Həmçinin, Avropa üçün versiyası Barselonadaki Nissan zavodunda yığılır və bəzi Avropa bazarlarında Nissan NP300 adı ilə satılır.
Nağara
Nağara - Azərbaycanın qədim milli zərb alətidir. Şərq xalqları və Qafqazda geniş yayılıb. == Tarixçə == Əvvəllər onun üzərinə qurd dərisi çəkilərmiş. Nizami Gəncəvi nağaranı belə təsvir etmişdir: Coşdu qurd gönündən olan nağara, Dünyanın beynini gətirdi zara. == Söz açımı == "Nağara" ərəbcə "vurmaq" deməkdir " == Quruluşu == Nağara 5 hissədən ibarətdir: Sağanaq: Nağaranın sağanağı torpaq (saxsı), ağac (qoz, tut, fıstıq), kardon və fonerkadan düzəlir. Dəri: Nağaranın dəridisi keçi, dana, dəvə dərisi və plastikdən düzəlir. İp (kəndir): Nağaranın 7 metr ipi olur. Sağanağın ölçüsü böyüdükdə ip metri də artır. Çəmbər (üzük): Çəmbərin ölçüsü nağaranın diametrinə görə dəyişir. Qırmaq (aşıq): Nağaranın 7 aşığı olur.
Böyük nağara
Böyük nağara, və ya kos nağara - Azərbaycan musiqi aləti. Bəzi regionlarda "toy nağarası" da adlandırılır. == Quruluşu == Diametri başqa nağaralardan xeyli böyükdür. Sağanağı bərk ağacdan silindrik formada düzəldilir, üzləri isə dəridən hazırlanır. Diametri 400–450 mm, hündürlüyü 500–550 mm-dir. == Növləri == Çombaq nağarada ritmlərin yalnız güclü vurğuları ifa edilə bilər, adətən güclü səsli alətləri (zurnaçılar dəstəsi) açıq səmada müşayiət edir. İfaçı bir əli ilə aləti qoltuğunun altında saxlayır, digər əlində isə çombağı tutaraq ritmin ancaq güclü vurğularını səsləndirir. Çiling nağara ilə birlikdə dolğun ritmi ifadə edir. Bir əlində çombaq, digərində çubuq tutaraq aləti döyəcləyəndə həm güclü, həm zəif səslər əmələ gəlir. Çombaq zoğal ağacının nisbətən qalın, düz budağından qayrılır, çünki belə çombaqlar daha möhkəm, dözümlü olur.
Cürə nağara
Əsasən, zurnaçılar dəstəsini müşayiət edir. Musiqi folklorunda özünə məxsus rolu və funksiyası vardır. Əsas nağaradan xeyli kiçik olur. Alətin adı "cürə" (kiçik) sözü də bu mənanı verir. Sağanağı müxtəlif ağac növlərindən silindrik formada hazırlanır. Üzünə keçi və yaxud qoyun dərisi çəkilir. Demək olar ki, heç vaxt tək istifadə edilmir, həmişə quruluşları eyni olan böyük nağara ilə birlikdə səsləndirilir. Baş tərəfi geriyə əyilmiş iki yüngül çubuqla səsləndirilir. Diametri 300–320 mm, hündürlüyü 340–360 mm-dir. Çiling nağara əsasən zurnaçılar dəstəsində istifadə edilir.
Nağara (dəqiqləşdirmə)
Qoltuq nağara
Qoltuq nağara
Nağaranın bu növü, adətən, zurna, balaban və başqa alətlər qrupunda istifadə edilir (şəkil). Əvvəllər onun üzünə qurd dərisi çəkilərmiş. Nizami Gəncəvi nağaranı belə təsvir etmişdir: Hazırda ansambl və orkestrlərin tərkibində aparıcı alət kimi çalınan qoltuq nağaranın rolu böyükdür. Nağara ərəb sözü olub, "döyəcləmək", "taqqıldatmaq" mənasını verir. Alət hər iki əllə və barmaqlarla ifa edilir. Bəzi folklor nümunələrində iki yüngül çubuqla da çalınır. Çalğı zamanı qoşa şapalaq, tremolo, trel və çırtma ifa üsullarından istifadə edilir. Çox güclü səs dinamikasına malik olan nağarada müxtəlif tembr çalarlarını almaq mümkündür. Açıq havada sərbəst çalınır. Folklor ənənələrində, xalq oyunu tamaşalarında, eləcə də "Cəngi", "Yallı" və bu növ rəqslərdə qoltuq nağaradan istifadə edilir.
Qoşa nağara
Qoşanağara, və ya Qoşa dumbul - ən qədim Azərbaycan zərbli musiqi aləti. xalq musiqisində ən çox istifadə edilən zərb çalğı alətlərindən biridir. Adından məlum olduğu kimi, qoşa nağara bir-birinə bərkidilmiş iki kiçik qədəhvarı nağaradan ibarətdir. Bəzən "qoşa dumbul" da deyilir. == Qoşa nağara başqa xalqlarda == Digər ölkələrdə qoşa nağaraya sadəcə "nağara" deyilir. Yunan dilində nağaraya "tarin",ingilis dilində isə "narima" deyilir. == Tarixçə == Güney Azərbaycanın Çığamış şəhərində tapılmış saxsı qaba istinadən qoşa nağaradan Azərbaycanda ən azı 8 min il bundan əvvəl istifadə edilib. Kos haqqında olan rəvayətlərdə deyilir ki, kos o qədər böyük həcmli musiqi aləti idi ki, onu iki cüt öküzün çəkib apardığı xüsusi arabada yerləşdirir və iki nəfər təbilçinin iri çomaqlarla vuraraq səsləndirilməsi mümkün olurdu. Kosun səsi o qədər güclü idi ki, vuruş meydanında çalındığı zaman düşmən lərzəyə gəlirdi. Hazırda Azərbaycanın bəzi rayonlarında ağac ilə çalınan iri nağaralar da bəzən koos adlandırılır.