balaban-nağara

balaban-nağara
balaban
balaban-tütək
OBASTAN VİKİ
Nağara
Nağara - Azərbaycanın qədim milli zərb alətidir. Şərq xalqları və Qafqazda geniş yayılıb. == Tarixçə == Əvvəllər onun üzərinə qurd dərisi çəkilərmiş. Nizami Gəncəvi nağaranı belə təsvir etmişdir: Coşdu qurd gönündən olan nağara, Dünyanın beynini gətirdi zara. == Söz açımı == "Nağara" ərəbcə "vurmaq" deməkdir " == Quruluşu == Nağara 5 hissədən ibarətdir: Sağanaq: Nağaranın sağanağı torpaq (saxsı), ağac (qoz, tut, fıstıq), kardon və fonerkadan düzəlir. Dəri: Nağaranın dəridisi keçi, dana, dəvə dərisi və plastikdən düzəlir. İp (kəndir): Nağaranın 7 metr ipi olur. Sağanağın ölçüsü böyüdükdə ip metri də artır. Çəmbər (üzük): Çəmbərin ölçüsü nağaranın diametrinə görə dəyişir. Qırmaq (aşıq): Nağaranın 7 aşığı olur.
Balaban
Balaban — Azərbaycanın qədim xalq musiqi alətidir. Arxa hissəsində bir, üzərində səkkiz dəlik açılaraq əsasən tut ağacından hazırlanan nəfəsli musiqi aləti. Xalq arasında balaban və ya "yastı balaban" adı ilə tanınır. Yumşaq və həzin səsə malik balabandan ansambl, orkestr və solo aləti kimi nəfəsli alətlər qrupunu, o cümlədən aşıqlar dəstəsini müşayiət etmək üçün istifadə edilir. Balaban ərik, qoz, tut və armud ağaclarından xüsusi dəzgahlarda yonulub, içərisi oyulduqdan sonra müəyyən bitki yağları ilə yağlanır, xüsusi temperaturda uzun müddət qurudulur. 2023-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 18-ci sessiyasında Azərbaycan və Türkiyənin birgə təqdim etdiyi “Balaban sənətkarlığı və ifaçılıq sənəti” çoxmillətli nominasiya faylı Komitənin yekdil qərarı ilə Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib. == Etimologiya == "Balaban" sözünün mənası "bala" (kiçik) və "ban" (səs tembrinin xoruz banına bənzədilməsi) sözləri ilə bağlı olub, "kiçik ban" (ilk, erkən ban) deməkdir. El arasında ona "yastı balaban", "balaman", "mey" də deyilir. == Tarixçəsi == Mingəçevir qədim yaşayış məskənində sümükdən hazırlanmış e.ə. I əsrə aid balabanın prototipi olan nəfəsli musiqi aləti tapılmışdır.
Böyük nağara
Böyük nağara, və ya kos nağara - Azərbaycan musiqi aləti. Bəzi regionlarda "toy nağarası" da adlandırılır. == Quruluşu == Diametri başqa nağaralardan xeyli böyükdür. Sağanağı bərk ağacdan silindrik formada düzəldilir, üzləri isə dəridən hazırlanır. Diametri 400–450 mm, hündürlüyü 500–550 mm-dir. == Növləri == Çombaq nağarada ritmlərin yalnız güclü vurğuları ifa edilə bilər, adətən güclü səsli alətləri (zurnaçılar dəstəsi) açıq səmada müşayiət edir. İfaçı bir əli ilə aləti qoltuğunun altında saxlayır, digər əlində isə çombağı tutaraq ritmin ancaq güclü vurğularını səsləndirir. Çiling nağara ilə birlikdə dolğun ritmi ifadə edir. Bir əlində çombaq, digərində çubuq tutaraq aləti döyəcləyəndə həm güclü, həm zəif səslər əmələ gəlir. Çombaq zoğal ağacının nisbətən qalın, düz budağından qayrılır, çünki belə çombaqlar daha möhkəm, dözümlü olur.
Cürə nağara
Əsasən, zurnaçılar dəstəsini müşayiət edir. Musiqi folklorunda özünə məxsus rolu və funksiyası vardır. Əsas nağaradan xeyli kiçik olur. Alətin adı "cürə" (kiçik) sözü də bu mənanı verir. Sağanağı müxtəlif ağac növlərindən silindrik formada hazırlanır. Üzünə keçi və yaxud qoyun dərisi çəkilir. Demək olar ki, heç vaxt tək istifadə edilmir, həmişə quruluşları eyni olan böyük nağara ilə birlikdə səsləndirilir. Baş tərəfi geriyə əyilmiş iki yüngül çubuqla səsləndirilir. Diametri 300–320 mm, hündürlüyü 340–360 mm-dir. Çiling nağara əsasən zurnaçılar dəstəsində istifadə edilir.
Nağara (dəqiqləşdirmə)
Qoltuq nağara
Qoltuq nağara
Nağaranın bu növü, adətən, zurna, balaban və başqa alətlər qrupunda istifadə edilir (şəkil). Əvvəllər onun üzünə qurd dərisi çəkilərmiş. Nizami Gəncəvi nağaranı belə təsvir etmişdir: Hazırda ansambl və orkestrlərin tərkibində aparıcı alət kimi çalınan qoltuq nağaranın rolu böyükdür. Nağara ərəb sözü olub, "döyəcləmək", "taqqıldatmaq" mənasını verir. Alət hər iki əllə və barmaqlarla ifa edilir. Bəzi folklor nümunələrində iki yüngül çubuqla da çalınır. Çalğı zamanı qoşa şapalaq, tremolo, trel və çırtma ifa üsullarından istifadə edilir. Çox güclü səs dinamikasına malik olan nağarada müxtəlif tembr çalarlarını almaq mümkündür. Açıq havada sərbəst çalınır. Folklor ənənələrində, xalq oyunu tamaşalarında, eləcə də "Cəngi", "Yallı" və bu növ rəqslərdə qoltuq nağaradan istifadə edilir.
Qoşa nağara
Qoşanağara, və ya Qoşa dumbul - ən qədim Azərbaycan zərbli musiqi aləti. xalq musiqisində ən çox istifadə edilən zərb çalğı alətlərindən biridir. Adından məlum olduğu kimi, qoşa nağara bir-birinə bərkidilmiş iki kiçik qədəhvarı nağaradan ibarətdir. Bəzən "qoşa dumbul" da deyilir. == Qoşa nağara başqa xalqlarda == Digər ölkələrdə qoşa nağaraya sadəcə "nağara" deyilir. Yunan dilində nağaraya "tarin",ingilis dilində isə "narima" deyilir. == Tarixçə == Güney Azərbaycanın Çığamış şəhərində tapılmış saxsı qaba istinadən qoşa nağaradan Azərbaycanda ən azı 8 min il bundan əvvəl istifadə edilib. Kos haqqında olan rəvayətlərdə deyilir ki, kos o qədər böyük həcmli musiqi aləti idi ki, onu iki cüt öküzün çəkib apardığı xüsusi arabada yerləşdirir və iki nəfər təbilçinin iri çomaqlarla vuraraq səsləndirilməsi mümkün olurdu. Kosun səsi o qədər güclü idi ki, vuruş meydanında çalındığı zaman düşmən lərzəyə gəlirdi. Hazırda Azərbaycanın bəzi rayonlarında ağac ilə çalınan iri nağaralar da bəzən koos adlandırılır.
Balaban (Piranşəhr)
Balaban (fars. بالابان‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (22 ailə).
Balaban (Xoy)
Balaban (fars. بلبان‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 306 nəfər yaşayır (63 ailə).
Balaban (dəqiqləşdirmə)
Balaban — Azərbaycanın qədim xalq musiqi alətidir Balaban (film, 1987) — qısametrajlı sənədli film. Balaban (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Balaban (Piranşəhr) — İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Balaban bəy
Köçdü balaban
Köçdü balaban — Azərbaycan xalq rəqsi. Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yaranıb. Bu rəqs ona görə belə adlanır ki, çox vaxt balaban və dümbək, ya da zurna və dümbək sədası altında ifa olunur. Yallının orijinallığı orasındadır ki, rəqs başlayandan 5-6 nəfər çiyin-çiyinə dairə şəklində bərk tutub dururlar. Bir bu qədər adam da onların çiyninə çıxır. Belə bir ana "Qazı-qazı" yallısında da təsadüf edilir. Lakin orada bu hərəkət ayrıca element təşkil edir. "Köçdü balaban"da isə rəqs belə başlanır. Aşağıda duranlar çox sadə hərəkətlər edirlər, sağ ayaqla sağa addım atır, sol ayağı sağ ayağın yanına qoyurlar. Beləcə dairə üzrə hərəkət edirlər.
Köşki balaban
Köşki balaban — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bir müddət bundan əvvəl bayramqabağı günlərdə, şənliklərdə, yığıncaqlarda Azərbaycanın çox yerlərində, xüsusən Araz çayı qıraqlarında böyük yaşlı uşaqlar və cavanlar dəstə-dəstə toplanıb köşki balaban oyununu oynayardılar. == Oyunun qaydaları == Onlardan qüvvətliləri 5–7 nəfər birinci cərgəni düzəldib əllərini bir-birilərinin çiyninə qoyub durardılar. İkinci cərgə 3–5 nəfər olub birincilərin çiyninə çıxıbdurardılar. Üçüncü cərgə isə 2–3 nəfərdən ibarət olub ikinci cərgənin çiyni üstə çıxırdılar. Sonra bir yerdə köşki balaban mahnısını oxuyub dolanardılar. Bu oyunda oyunu bacarmayanlar oyundan kənarlaşdırılırdı. Qalan oyunçular oyunun sonunadək oynayır. Oyunda qələbə qazanmaq, eləcə də uduzmaq kimi qaydalar yoxdur. == Mənbə == Novruz bayramı ensklopediyası.
Nina Balaban
Nina Balaban (2 noyabr 1995) — Şimali Makedoniyalı atıcı. Nina Balaban Şimali Makedoniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Nina Balaban birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 407.7 xal toplayaraq 42-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Balaban (tayfa)
Balaban və ya Balabanlı — Türkiyənin Mərmərə, Egey, Mərkəzi Anadolu və Şərqi Anadolu bölgələrində yaşayan zaza tayfası. Onların Əfşar boyundan olduğu da iddia edilir. Onlar XVI əvvəllərindən bəri Osmanlı daxilində ələvi tayfası kimi tanınırlar. Balaban tayfası Xorasan mənşəlidir. == Etimologiyası == "Balaban" farsmənşəli sözdür.
Balaban (film, 1987)
Balaban qısametrajlı sənədli filmi rejissor Xamis Muradov tərəfindən 1987-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film milis starşinası Əlicavad Cavadovun çox çətin və ağır sınaqlara məruz qalmış ibrətamiz taleyi haqqındadır. == Məzmun == Film milis starşinası Əlicavad Cavadovun çox çətin və ağır sınaqlara məruz qalmış ibrətamiz taleyi haqqındadır. Ağır fəlakət nəticəsində bütün ailəni-iki körpəsini və həyat yoldaşını itirmiş Əlicavadın dərdindən də böyük dərd ola bilərmi? Film bu insanın zəngin mənəvi dünyasından, möhkəm iradəsindən, mehrini balabana, sehirli musiqi alətinə saldığından, təsəllini milli muğamlarda tapdığından, beləliklə yenidən həyata, öz peşəsinə qayıtmasından bəhs edir. == Mükafat == 1987-ci ildə film Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Aydın Dadaşov Rejissor: Xamis Muradov Operator: Vladimir Konyagin == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Sultan Qiyasəddin Balaban
Sultan Qiyasəddin Balaban (1201 – 13 yanvar 1287, Dehli) —Dehli sultanı. == Həyatı == Sultan Raziyyə və əri öldürüldü. Onun yerinə keçən Şəmsiyyə ailəsindən Nəsrəddin Mahmud asayişi qorumaq, mərkəzi hakimiyyəti qurmaq üçün 40-lardan Balabanı iş başına gətirdi. Naib sifətiylə qulluq edən Balaban həqiqətən hakimiyyəti təmin etdi. 1266. ildə Nəsrəddin Mahmud öldükdən sonra isə özünü Dehli sultanı elan etdi. Beləliklə, Hindistan Türk dövlətində yenə türk olan Balaban xanədanı iş başına gəlmiş olurdu. Balaban qüdrətli bir hökmdar idi. Monqol axınlarının qarşısını aldı. Dövlətə yeni bir nizam gətirdi və ordunu Səlcuqlu ordusunu nümunə götürərək təşkilat etdi.
Sultan Qıyasəddin Balaban
Sultan Qiyasəddin Balaban (1201 – 13 yanvar 1287, Dehli) —Dehli sultanı. == Həyatı == Sultan Raziyyə və əri öldürüldü. Onun yerinə keçən Şəmsiyyə ailəsindən Nəsrəddin Mahmud asayişi qorumaq, mərkəzi hakimiyyəti qurmaq üçün 40-lardan Balabanı iş başına gətirdi. Naib sifətiylə qulluq edən Balaban həqiqətən hakimiyyəti təmin etdi. 1266. ildə Nəsrəddin Mahmud öldükdən sonra isə özünü Dehli sultanı elan etdi. Beləliklə, Hindistan Türk dövlətində yenə türk olan Balaban xanədanı iş başına gəlmiş olurdu. Balaban qüdrətli bir hökmdar idi. Monqol axınlarının qarşısını aldı. Dövlətə yeni bir nizam gətirdi və ordunu Səlcuqlu ordusunu nümunə götürərək təşkilat etdi.
Əli Kərimov (balaban ustadı)
Kərimov Əli Zülfüqar oğlu (1874, Kalva, Ağsu rayonu – 1962) — balaban ustadı, zurnaçı. == Həyatı == 1874-cü ildə Ağsu rayonu Kalva kəndinda anadan olmuşdur. Yastı balaban ustadı olmaqla yanaşı gözəl saz, tar, kamança, nağara, Qoşa nağara da çalmışdır. "Koroğlu nağarası"nın müəllifi olan Əli Kərimov 70-a yaxın yeni mahnı bəstələyib ifa edib. Əli Kərimov zurna, balaban, tütək kimi alətlərdə çox böyük sənətkarlıqla çalmağı bacarıb, eləcə də onların imkanlarını texniki baxımdan genişləndirib. İlk dəfə olaraq o, zil tembrli zurnanı peşəkar kamera alətinə çevirib. Yaqut Bahadurqızının sözlərinə görə Əli Kərimov təkcə çalğıçı yox, həm də onlarla mahnının yaradıcısı, Azərbaycan milli musiqisinin irəliləməsində önəmli rol oynayan sənətkar olub. Bayram Hüseynli və Tahirə Kərimova 1984-cü ildə "Əli Kərimov" adlı rusdilində monoqrafiya çap etdirmişlər. Bu əsər Ə. Kərimov haqqında hərtərəfli və dürüst materallarla zəngindir."Çoban Yaylağı" və "Əli icadı" peşrovlarının, rəqslərin (Heyvagülü, Alma gülü, Alça gülü, Bənövşə, Əfruzə və s.) müəllifidir. 7 hissəli Çaharzən dəstgah" nı çalmışdır.