Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nikolay
Nikolay — Dünyada daha çox işlədilən kişi adı. Bu adı olan tanınmış insanlar Nikolay Kurnakov — rus fizika-kimyaçısı (1893), əməkdar professor (1907), kimya elmləri doktoru (1909) Nikolay Luzin — SSRİ və Rusiya riyaziyyatçısı Nikolay Morozov — Rus inqilabçı, alim və ictimai xadimi. Nikolay Olyalin — sovet aktyoru, Ukrayna xalq artisti Nikolay Petruxin — Sovet İttifaqı Qəhrəmanı (20 aprel 1945). Nikolay Popov — Sovet İttifaqı Qəhrəmanı (29 iyun 1945). Nikolay Statsyuk — Sovet İttifaqı Qəhrəmanı (24 mart 1945) Nikolay Suxov — Sovet İttifaqı Qəhrəmanı (1 iyul 1944) Nikolay Zinin — Rus kimyaçısı, Peterburq Elmlər Akademiyasınin akademiki (1865) Nikolay Çernışevski — Rus inqilabçı və mütəfəkkiri, yazıçı, iqtisadçı, filosof.
Anqola
Anqola (Angola), Anqola Respublikası (Republika de Angola) — Cənubi Afrikada, Atlantik okeanı sahilində dövlət. == Ümumi məlumat == Paytaxtı Luanda şəhəridir. Rəsmi dövlət dili portuqal dili, pul vahidi kvanzadır. İnzibati cəhətdən 18 əyalətə bölünür. Anqola BMT-nin (1976), Afrika İttifaqının (1999), BYİB-in (1989), BVF-in (1989), ÜTT-nin (1996) üzvüdür. Anqolanın Namibiya, Konqo Demokratik Respublikası və Zambiya ilə quru sərhəddi vardır. Ölkə qərbdən Atlantik okeanı ilə əhatə olunmuşdur. Kabinda adlı anqlav bölgə (Atlantika okeanı sahilində, Konqo Respublikası və Demokratik Konqo Respublikası ərazilərində yarımanklav) Konqo Respublikasının tərkibində yerləşsə də, Anqolanın ərazisi hesab olunur. Anqolada əhalinin tərkibi müxtəlifdir, yəni portuqal, ingilis, ambundu, konqo, luçazi və digər xalqlar bu ölkənin sakinləridir. == Adın etimologiyası == "Nqola" — ali hökmdarın titulunun təhrif edilməsi deməkdir.
Naqoya
Naqoya (yap. 名古屋) - Yaponiyanın Xonsyu adasında liman-şəhər. Tokay rayonunun iqtisadiyyatı Naqoya limanından asılıdır. Liman bir ildə 110 mln. ton yük mübadiləsi aparır. == Əhalisi == Naqoya şəhəri Yaponiyanın ən sıx məskunlaşmış 4-cü şəhəridir. Əhalisinin sayı 2220738 (2006) nəfərdir. == Turizm == Zəngin və qədim mədəni irsə malik şəhərin iqlimi çox əlverişli, əhalisi isə mehriban və qonaqpərvərdir. Şəhərin tanınmış yerlərindən Tokuqava muzeyini, Naqoya qəsrini, Botanika bağını, Hiqasiyama zooparkını, Hərbi-dəniz arsenalını, Atsuta sintoit məbədini, Nittaydzi ibadətgahını, Naqoya televiziya qülləsini, stansiyasını, Midlend meydanını, Toyota avtomobil muzeyini, Naqoya Noh teatrını və s. qeyd etmək olar.
Naqay
Naqay adası (ing. Nagai) — ABŞ-nin Alyaska ştatı ərazisində yerləşən ada. Alyaska yarımadasıının cənub-qərb ucunda yerləşən Şumaqin adalarına daxildir. == Coğrafiya == Alyaska yarımadasının cənubunda, Alyaska körfəzində yerləşir. Adanın uzunluğu 50 km-dir. Sahəsi 310 km²-dir. == Tarix == Məhz burada 1741-ci il avqustun 31-də "Müqəddəs Pyotr" (İkinci Kamçatka Ekspedisiyası) komandasının dənizçisi Nikita Şumaqin sinqa xəstəliyindən ölür və adalara onun adı verilir. İlk dəfə 1836-cı ildə rus admiralı Fyodor Litke tərəfindən xəritəyə salınmışdır. == Mənbə == Donald J. Orth. Dictionary of Alaska Place Names.
II Nikolay
II Nikolay Romanov (6 (18) may 1868[…], Puşkin[d], Rusiya imperiyası – 17 iyul 1918, Yekaterinburq, Perm quberniyası[d], RSFSR[d]) — Rusiya imperiyasının sonuncu imperatoru, III Aleksandrın oğlu, Romanovlar sülaləsinin sonuncu varisi. Çar II Nikolay ölümündən sonra Rus Pravoslav Kilsəsi tərəfindən müqəddəs elan edilib. Vəfat edərkən 2012-ci il kursu ilə 300 milyard dollar məbləğində var-dövləti vardı. == Həyatı == Nikolay Aleksandroviç Romanov 1868-ci il may ayının 18-də Rusiya imperiyasının Sankt-Peterburq (Petroqrad) quberniyasında anadan olub. Atası Rusiya çarı III Aleksandr, anası Mariya Fyodorovnadır. Anası ilə çox yaxın olmuş, daim məktublaşmışlar.Nikolay ilk təhsilini 1885–1890-cı illərdə xüsusi hazırlanmış proqram çərçivəsində imperiyanın tanınmış akademiklərindən alır. Leksiyaları Rusiyanın məşhur akademikləri N. N. Beketov, N. N. Obruçev, T. A. Küyi, M. İ. Draqomirov və başqaları deyir. Rusiyanın protopresviteri (baş keşişi – A. R.) İohan Yanışev isə II Nikolaya kilsə tarixindən dərs deyir, ona kilsə qanunlarını öyrədir. Gələcək çarın təlim-tərbiyəsi atası III Aleksandrın bilavasitə rəhbərliyi və nəzarəti altında həyata keçirilib. Nikolayın hərtərəfli təlim-təhsil prosesi ümumilikdə 13 il davam edir.
I Nikolay
I Nikolay
Müqəddəs Nikolay
Müqəddəs Nikolay Möcüzəyaradan (rus. Николай Чудотворец; yun. Άγιος Νικόλαος; III əsr – IV əsr, Mira, Likiya, Qədim Roma) — tarixi kilsələrdə müqəddəs şəxs, Likiyada (Bizans) arxiyepiskop. Xristianlıqda o, möcüzəyaradan kimi hörmətlə qarşılanır, Şərqdə səyahətçilərin, məhbusların və yetimlərin himayədarı, Qərbdə - cəmiyyətin demək olar ki, bütün təbəqələrinin, lakin əsasən uşaqların himayədarı kimi tanınır. O, həm başındakı yepiskopluğunun simvolu olan mitra ilə, həm də onsuz təsvir edilmişdir. Santa-Klaus personajı məhz Müqəddəs Nikolaydan götürülmüşdür. Müqəddəs Nikolayın müflis bir zənginin üç qızına cehiz hədiyyə etməsindən bəhs edən həyatının əsasında Milad hədiyyələri yarandı. Mirlikiyalı Nikolayın qədim tərcümeyi-hallarında müqəddəslərin tərcümeyi-hallarının oxşar təfərrüatlarına görə onları adətən Nikolay Pinar (Sion) ilə qarışdırırdılar: hər ikisi Likiyadan, arxiyepiskoplardan, hörmətli müqəddəslər və möcüzəyaradanlardır. Bu təsadüflər əsrlər boyu mövcud olan yanlış təsəvvürə səbəb oldu ki, kilsənin tarixində yalnız bir Müqəddəs Nikolay Möcüzəyaradan olmuşdur.
Naqolnaya çayı
Naqolnaya çayı — Rusiya Federasiyasının Rostov vilayəti ərazisindən axan çay. Polnaya çayının sağ qolunu təşkil edir. Üstəlik ona tökülən ikinci böyük çaydır. Çayın uzunluğu 44 km, hövzəsinin sahəsi isə 316 km² təşkil edir. Çayın mənbəyi 190 metr yüksəkliyə malikdir. == Axarı == Naqolnaya çayı başlanğıcını Rostov vilayətinin Çertkov rayonu, Kamennaya Balka xutoru yaxınlığından başlayır. Mənbəyinin hündürlüyü 190 metrdir. Daimi axar Karpovka xutorundan başlayır. İlk əvvəl cənub-qərbə idtiqamətlənir. Pettrovski xutoru yaxınlığından isə cənuba istiqamətlənir.
Nikolay Adonts
Nikolay Georgiyeviç Adonts (rus. Никола́й Гео́ргиевич Адо́нц, erm. Նիկողայոս Գեորգիի Ադոնց; əsl adı Nikolayos Ter-Avetikyan; rus. Николайос Тер-Аветикян, rus. Նիկողայոս Տէր-Աւետիքեան; 10 (22) yanvar 1871, Brnakot, Zəngəzur qəzası – 27 yanvar 1942[…], Brüssel) — erməni əsilli Rusiya Bizansşünası və ermənişünası, ictimai xadimi və tarixçisi. 1920-ci ildən xaricdə, 1930-cu ildən Brüssel Universitetinin professoru olmuşdur. Ermənistan tarixi, erməni–Bizans münasibətləri üzərində ixtisaslaşmışdır.2000-ci ildə Ermənistanda Adontsa həsr olunmuş poçt markası buraxılmışdır. == Titullar == Filologiya elmləri doktoru (1916). Sankt-Peterburq Universitetinin professoru (1916). Brüssel Universitetinin professoru (1930).
Nikolay Amosov
Nikolay Amosov (6 (19) dekabr 1913 – 12 dekabr 2002, Kiyev) — Ukrayna cərrahı, tibb elmləri doktoru (1953), Ukrayna Elmlər Akademiyasının akademiki (1969), SSRİ Tibb Elmlər Akademiyasının müxbir üzvü (1961). == Həyatı == Nikolay Amosov 1913-cü il dekabrın 6-sı Rusiya Federasiyasının indiki Voloqda vilayətinin Olxov kəndində anadan olmuşdur. O, 1939-cu ildə Arxangelsk Tibb İnstitutunu, 1940-cı ildə isə Ümumittifaq Qiyabi Sənaye İnstitutunu bitirmişdir. == Fəaliyyəti == Nikolay Amosov 1947-52-ci illərdə Bryansk vilayət xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri, 1952-54-cü illərdə Ukrayna Elmi-Tədqiqat Vərəm və Döş Cərrahiyyəsi İnstitutunun döş cərrahiyyəsi klinikasının rəhbəri, 1955-70-ci illərdə Kiyev Həkimləri Təkmilləşdirlmə İnstitutunda döş cərrahiyyəsi və anesteziologiya kafedrasının müdiri, 1983-88-ci illərdə Elmi-Tədqiqat Ürək-Damar Cərrahiyyəsi İnstitutunun rəhbəri vəzifəsində çalışmışdır. 1960-cı ildən eyni zamanda Ukrayna Elmlər Akademiyasının Kibernetika İnstitutunun biokibernetika şöbəsinin rəhbəri idi. Amosovun elmi əsərləri ürəyin, ağciyərin cərrahiyyəsinə, damar və qarın cərrahiyyəsinə, habelə bioloji və tibbi kibernetika məsələlərinə həsr edilmişdir. == Mükafatları == 1958-ci il - Ukrayna SSR əməkdar elm xadimi. 1973-cü il - Sosialist Əməyi Qəhrəmanı. 1961-ci il - Lenin mükafatı. 1968-ci il - Ukrayna SSR Dövlət mükafatı laureatı.
Nikolay Andreyev
Nikolay Andreyev (dilçi) — Sovet və Rusiya dilçisi. Nikolay Andreyev (fizik) — rus fiziki, Rusiyada akustikanın banisi.
Nikolay Andrusov
Andrusov Nikolay İvanoviç (rus. Андрусов, Николай Иванович) – rus geoloqu, paleontoloq. Peterburq EA-nın 1914-cü ildən akademiki. Əsas tədqiqatları Pont-Xəzər hövzəsinin Neogen çöküntülərinin stratiqrafiyası və paleon tologiyasına, Avrasiyanın Alp zonasının tektonikasına və paleo coğrafiyasına, həmçinin qazıntı riflərinə və orqanogen əhəng daşılarına həsr olunmuşdur. Andrusov paleoekologiyanın banilərindən biridir. Andrusov 1895-ci ildə Şimali Qafqazda və Azərbaycanda Neogen və Paleogen sistemlərinin çöküntülərini tədqiq etmişdir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009.
Nikolay Anisimov
Nikolay Andreyeviç Anisimov (12 may 1892, Orlov vilayəti (Qroznı) - 25 yanvar 1920, Novoçerkassk) — inqilabçı, bolşevik, Şimali Qafqazda Sovet hakimiyyəti uğrunda mübarizənin iştirakçısı. == Haqqında == Nikolay Andreyeviç Anisimov Orlov quberniyasında (digər mənbələrə görə - Qroznıda) anadan olub. 1903-cü ildə atası tətildə iştirak etdiyi üçün həbs edilib və həbsxanada vəfat edib. 1911-ci ildə Anisimov Qroznı real məktəbini bitirib Sankt-Peterburq Politexnik İnstitutuna qəbul oldu. 1913-cü ildə ÜKP (b) sıralarına üzv qəbul edildi, tələbələrin inqilabi fəaliyyətlərində iştirak etməyə başladı. Tətil günlərində Qroznıya gələrkən neftçilərin tətilində fəal iştirak etdi. Bu fəaliyyətinə görə həbs edilərək institutdan xaric edildi. 1914-cü ildə Qroznı Bolşevik təşkilatının liderlərindən biri oldu. Fevral inqilabından sonra Qroznı Fəhlə Deputatları Sovetinə rəhbərlik etməyə başladı. 1917-ci ilin dekabrında Tapa Çermoyevin rəhbərliyi altında Çeçen Şurası fəhlələri və inqilabçı əsgərləri tərksilah etmək tələbi ilə Qroznı Fəhlə Deputatları Sovetinə ultimatum ünvanladı.
Nikolay Anserov
Nikolay İvanoviç Anserov – rus antropoloqu, anatomu və morfoloqu. == Haqqında == N. Anserov Moskva Universitetinin tibb fakültəsini bitirmişdir (1916). Perm Universitetində (1923–26), Azərbaycan Dövlət Universitetində (1927–30), Azərbaycan Tibb İnistitutunda (1930–36), eyni zamanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnistitutunda (1931–37), 3-cü Moskva Tibb İnistitutunda (1937–41), Moskva Birləşmiş Tibb İnistitutunda (1941–44) kafedra müdiri işləmişdir. Tədqiqatları insanın həzm orqanlarının ontogenezinin və insan skeletinin qan təchizatının öyrənilməsinə həsr edilmişdir. O, uşaqlarda qarışıq qidalanmaya keçdikdən sonrakı və pubertat dövrlərdə bağırsaqların böyüməsini müəyyən etmişdir (1922). Azərbaycan xalqının antropoloji xüsusiyyətlərinin öyrənilməsində xidmətləri olmuşdur.
Nikolay Arabacı
Nikolay Petrov oğlu Arabacı (20.09.1893, indiki Moldova Respublikası Qaqauz Yeri MV Çadır rayonunun Kiriyet kəndi -1960, Moskva)—Qaqauz şairi. == Həyatı == İlk təhsilini doğulduğu kənddə alıb Kom­rat­dakı liseyi bitirdikdən sonra Moskvaya gedərək Güney Doğu Xalqlarının Dilləri İnstitutuna daxil olan N.Arabacını 1930-cu illərdə SSRİ-nin İstanbuldakı Ticarət Nümayəndəliyində işlə­məyə göndərirlər. İstanbul mühiti, Türkiyədə yaşayan qaqauz kökənli insan­larla ünsiyyət onun dünyagörüşünün formalaşmasına böyük təsir göstərir. Xalqının tarixi və ədəbiyyatını öyrənməyə çalı­şan vətənpərvər fikrini xalqına çatdırmaq üçün ədəbi yaradı­cılığa başlayır. İlk yazılarını da Kırımda tatarca çap olunan qəzet-jurnallara göndərir. SSRİ-i Almaniya üzərində qələbədən sonra Bessarabiyanı yenidən öz ərazisinə qatır. Beləliklə Bucakda toplu halda ya­şayan qaqauzlar yenidən Rusiyanın-Sovetlər Birliyinin tərki­bində yaşamalı olurlar. Bu dəyişiklik yüzlərlə qaqauzun ölü­mü­nə, həbsinə, sürgününə və aclıqdan doğma yerləri tərk et­mə­sinə səbəb olur. Çünki Sovetlər Birliyinə daxil edilənədək hər bir qaqauzun fərdi təsərrüfatı, əkin sahəsi, iş yeri vardı. So­vetlər Birliyinin tərkibinə qatıldıqdan sonra onların torpaqları, iş alət­ləri, mülkləri əllərindən alınaraq kollektiv təsərrüfatlar yaradıldı.
Nikolay Aristov
Nikolay Yakovleviç Aristov (rus. Никола́й Я́ковлевич А́ристов, 13 dekabr 1834-7 sentyabr 1882)—Rusiya tarixçisi.
Nikolay Aşmarin
Nikolay İvanoviç Aşmarin (rus. Никола́й Ива́нович Ашма́рин; 22 sentyabr (4 oktyabr) 1870, Yadrin[d], Yardin qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 26 avqust 1933, Kazan, Tatarıstan MSSR, RSFSR, SSRİ) — Rus türkoloqu. == Həyatı == Uşaqlığını Çuvaş türkleri arasında keçirdiyindən Çuvaş dilinə və folkloruna ilgi duydu. Şərq dilləri üzrə oxudu (1892). Türkoloji doktoru. Kazan üniversitetinde dərs verdi. == Əsərləri == Материалы для исследования чувашского языка. (1897–1898); Болгары и чуваши. (1902) Опыт исследования чувашского синтаксиса. Часть I. (1903); Опыт исследования чувашского синтаксиса.
Nikolay Baboğlu
Nikolay İqnat oglu Baboğlu (02.05.1928, indiki Moldova Respublikası, Qaqauz Yeri MV Taraklı rayonunun Kıpçak kən­di - 2008) — qaqauz şairi. == Həyatı == Bir çox soydaşları kimi ədəbiyyata şeir yazmaq və folk­lor toplamaqla gəlmişdir. Mövcud duruma görə, o da əsərlərini qəzet, jurnal və dərsliklərdə çap etdirmişdir. “Bucak­tan sesler” toplusunda çap olunan şeirləri əsasən siyasi məz­mun­ludur. Yenidənqurma onun yaradıcılığına da öz təsirini göstər­mişdir. O, şeirlərində təbiət, xalqının əməksevərliyi və torpağa bağlılığı, doğma yurdu Bucağın taleyi, vətən, dostluq haqqında duyğula­rını əks etdirib adət-ənənələrin təsvirinə çalışmışdır. Onun qaqauz türkcəsində iki şeir kitabı “Bucak ecelle­ri”(1979), “Tarafımın piyetleri”, (1988), rusca “Dunay pojaluy v dom” (“Dunay, gir içəri”, 1984), “Qvozdiki rastsveli vnov” (“Qərənfillər yenidən açıldı”, 1986) “Bucaan tarafinda” (kita­bın ikinci adı “Gani”) və bundan başqa “Qaqauz folkloru” (1969), ”Masallar” (1991), qardaşı İ.Baboğlu ilə birlikdə “Qa­qauz türkcəsi sintaksisi IX-X klaslar için” (1988), “Literatura okumaları” (1988), Türkiyədə ”Bir öykümüz var” (1994) və b. kitabları çap olunmuşdur. “Tarafımın piyetleri” adlı poemanın süjeti xalq arasında ge­niş yayılmış bir əfsanədən alınmışdır. Poemanın qəhrəmanı Oğ­lan Tuna boyunda düşmənlə savaşda ölür.
Nikolay Baskakov
Nikolay Baskakov (rus. Николай Александрович Баскаков; d. 22 mart 1905, Rusiya imperiyası, Arxangelsk quberniyası, Solvıçeqodsk şəh; ö. 23 mart 1995, Moskva) — Rusiya türkoloqu, folklorşünas, etnoqraf. Filologiya elmlər doktoru (1950), professor (1969). Fin-uqor dilləri cəmiyyətinin (Finlandiya, Helsinki) müxbir üzvü (1966), Ural-Altay dilləri cəmiyyətinin (AFR, Hamburq; 1968), Böyük Britaniya və İrlandiyanın Asiya Kral cəmiyyətinin (London, 1975), Macarıstan və Polşa Şərqşünaslar cəmiyyətlərinin fəxri üzvü, Tür. SSR (1962), Qazax. SSR, RSFSR (1967) və Qaraqalpaq MSSR-in (1960) əməkdar elm xadimi. == Fəaliyyəti == Baskakov Orta Asiya, Qafqaz, Dağıstan və Sibirdə çox saylı ekspedisiyalarda iştirak etmiş, türk xalqlarının dili, tarixi və etnoqrafiyasına dair topladığı zəngin material əsasında bir neçə monoqrafiya nəşr etdirmişdir. Qaraqalpaq, noqay, Altay, tatar, türkmən, uyğur və s.
Nikolay Baybakov
Nikolay Kostantinovic Baybakov (7 mart 1911, Sabunçu, Bakı qəzası – 31 mart 2008, Moskva) — Sovet dövlət xadimi, "Lenin" mükafatı laureatı (1963), Texnika Elmləri Doktoru (1972), SSRİ Dövlət Mükafatları Laureatı (1969), SSRİ-nin fəxri neftçisi (1970), Azərbaycan Neft Sənayeinin müavini (1958-1959), Azərneft Birliyinin rəisi (1959-1962). == Həyatı == Nikolay Konstantinoviç Baybakov 6 mart 1911-ci ildə Bakının Sabunçu kəndində neftçi ailəsində anadan olub. 1932-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə Qırmızı bayraqlı Azərbaycan neft institutunun neft-mədən fakültəsini bitirərək, Bakı şəhərinin neft mədənlərində işləmişdir. Baybakov N.K. 1937-ci ildən "Leninneft" trestində mədən müdiri, baş mühəndis və müdir işləyib. 1938-ci ildə o yenidən yaradılmış "Şərqneftçıxarma" (Kuybışev ş.) birliyinin rəisi təyin edilir. 1939-cu ildə Yanacaq Sənayesinin Xalq Komissarlığında ölkənin şərq rayonlarında neft hasilatı üzrə Baş İdarə yaradılmışdı və Baybakov N.K. bu Baş İdarənin müdiri vəzifəsinə irəli çəkilmişdi. 1940-cı ildə Yanacaq sənayesi xalq komissarlığının müavini təsdiq edildi. 1944-cü ildə neft sənayesi üzrə xalq kommisarı seçilir. 1955-ci ildə - SSRİ Dövlət Plan Komitəsinin sədri olub. 1956-cı ildə Rusiya Dövlət Plan Komitəsinin sədri, RSFSR Nazirlər Şurası sədrinin birinci müavini olub.
Nikolay Bayev
Nikolay Georgiyeviç Bayev (rus. Николай Георгиевич Баев) — erməni əsilli memar və mülki mühəndis. Opera və Balet teatrının və Bakı Keçmiş Dəmiryol Vağzalı binalarının ucaldıb. == Həyatı == 1875-ci ildə Həştərxanda doğulmuşdur. Atası Georgi tacir idi. 1896-cı ildə gimnaziyadan məzun olub Sankt Peterburqa gedənə qədər Həştərxanda təhsil almışdır. 1901-ci ildə Sankt-Peterburq Mülki Mühəndislər İnstitutundan məzun olub. Universitetin bir çox məzunu kimi o da Bakıya köçmüş və burada işləmək qərarına gəlmişdir. 1911–1918-ci illərdə Bakı şəhərinin baş mühəndisi idi. Birinci Dünya müharibəsi başlayandan sonra Bayev bir müddət Bakını tərk edir və Yessentukidə qalır.
Nikolay Beketov
Nikolay Nikolayeviç Beketov (13 yanvar 1827, Sankt-Peterburq – 13 dekabr 1911, Sankt-Peterburq, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası) – rus kimyaçısı, fiziki kimyanın qurucularından biri == Həyatı == Nikolay Nikolayeviç Beketov Penza əyalətinin Yeni Beketovka kəndində anadan olmuşdur. 1-ci Peterburq Gimnaziyasında təhsil almışdır; 1844-cü ildə Sankt-Peterburq Universitetinə daxil olmuş, lakin üçüncü kürsdan Qazan Universitetinə keçmiş və 1849-cu ildə oranı bitirmişdi. 1849–1853-cü illərdə Beketov Sankt-Peterburqda Tibbi Cərrahiyə Akademiyasında N. N. Zininin kimya laboratoriyasında çalışmışdı. 1854-cü ildə Beketov kimya üzrə magistr dərəcəsi almış, 1855-ci ildə Xarkov Universitetinin kimya kafedrasına köməkçi təyin olunmuş və 1859-cu ildə isə orada kimya professoru olmuşdu. Xarkovda Beketov 1886-cı ildə Sankt-Peterburq Elmlər Akademiyasının akademiki seçilənədək işləmişdi. 1886-cı ildə Beketov Sankt-Peterburq şəhərinə köçmüş, orada kimya laboratoriyasında çalışmış və ali qadın kurslarında dərs demişdi. 1890-cı ildə o, Moskva Universitetində "Termokimyanın əsas prinsipləri" kursu üzrə mühazirə oxumuşdu. Beketov bir neçə dəfə Rusiya Fizika-Kimya Cəmiyyətinin (1889–1890, 1896–1897, 1900, 1902, 1903, 1911) prezidenti seçilmişdi. == Elmi fəaliyyəti == Elmi fəaliyyətinin əvvəlində Beketov üzvi kimya sahəsində çalışmışdı. Zininlə birlikdə o, üzvi maddələrin yüksək temperaturda davranışını araşdırmışdı.
Nikolay Berdyayev
Berdyayev Nikolay Aleksandroviç (rus. Никола́й Алекса́ндрович Бердя́ев; 6 (18) mart 1874, Kiyev[…] – 24 mart 1948[…], Klamart[d]) — rus ilahiyyatçı filosofu. == Həyatı == İlk dəfə əsas ideyalarını "Yaradıcılığın mənası" əsərində vermişdir. Daha sonra isə fikirlərini müxtəlif əsərlərində inkişaf etdirmişdir. Azadlıq, şəxsiyyət, yaradıcılıq və obyektivləşmə, tarixin esxatoloji mənası ideyaları onun fəlsəfəsinin əsasında dayanır. Berdyayev realığılı dualist şəkildə təqdim edir: bir tərəfdə ruh (Allah), azadlıq, subyekt (şəxsiyyət, "Mən"), noumen, digər tərəfdə isə empirik dünya, zərurət, fenomen və obyekt qarşı-qarşıya qoyulur. Hər iki dünya bir-birindən təcrid olunmuş şəkildə mövcud deyil, bir-biri ilə qarşılıqlı əlaqədədir: ruh və azadlıq noumenal dünyadan çıxaraq, fenomenal dünyaya təsir edir. Ruhun bu dünyadakı fəaliyyətinin nəticələri subyektdən qoparaq empiriyanın məhdudluqlarına – qanunlara tabe olur. Azadlığın bu cür şəkildə zərurətə düşməsini Berdyayev obyektivləşmə adlandırır və iztirab, köləlik, şərin ontoloji əsasında onun dayandığını iddia edir. Filosofun fikrincə, bu dünyada obyektivləşməyə qarşı duran yaradıcılıqdır.
Nikolay Boqolyubov
Nikolay Boqolyubov (10 (22) oktyabr 1899 – 9 mart 1980, Moskva) — sovet aktyoru. == Həyatı == Aktyor Yuri Boqolyubovun atasıdır. == Filmoqrafiya == Uzaq sahillərdə (film, 1958) == Mənbə == ""Uzaq sahillərdə" ekranda" [Filmin quruluşçu rejissoru Tofiq Tağızadə yoldaşla müxbirimizin müsahibəsi] //Kommunist.- 1958.- 13 avqust.
Nikolay Bulqanin
Nikolay Aleksandroviç Bulqanin (11 iyun (30 may) 1895-ci il, Nijni Novqorod — 24 fevral 1975, Moskva) — SSRİ dövlət və hərbi xadimi, Sov. İKP Siyasi Bürosu üzvü (1948—1958), Sovet İttifaqı Marşalı (3 noyabr 1947, 26 noyabr 1958-ci ildə rütbədən məhrum edilib).
Angolam
Alangium (lat. Alangium) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinə aid bitki cinsi.
Nağılar
Nağılar (Gədəbəy)
Yağolday
Yağolday (Tatar Türkcəsi: Cağolday) — Böyük Litva knyazlığının ərazisində Türk dövləti. == Tarixi == 1438-ci ildə yaranıb. Qızıl Ordadan çıxan əmirlər təqribən indiki Kurs vilayətinin ərazisində bu bəyliyi qurdular. XVI əsrin əvvələrinədək mövcud idi. Litva knyazlarından asılı idilər. == Ədəbiyyat == Татарский энциклопедический словарь. — Казань, 1999.
Kara-angolam
Alangium (lat. Alangium) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinə aid bitki cinsi.
Nağılar (Gədəbəy)
Nağılar — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Nağılar kəndi Əliismayıllı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Daryurd kəndi mərkəz olmaqla, Daryurd kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Cinqaralı olmuşdur. Kəndin adı bəzən Nağdalılar variantında da qeydə alınmışdır. Yerli məlumata görə, yaşayış məntəqəsini vaxtilə Kiçik Qaramurad kəndindən çıxmış nağılar (digər adı cinqaralı) nəslinə mənsub ailələr salmışlar. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şahdağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 311 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Nağılar (Şuşa)
Nağılar — Azərbaycan Respublikasının Şuşa rayonunun Qaybalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.