Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Envər Aysevər
Envər Aysevər (1971, İstanbul) — Türk jurnalist, roman yazarı, televiziya aparıcısı. "BirGün" qəzetində gündəlik, "Boyun Eğme" jurnalında isə həftəlik yazılar yazmaqda və eyni zamanda Tele1 televiziya kanalında "Ayrıntılar" adlı televizya proqramını hazırlayıb aparıcılığını etməkdədir. == Həyatı == 1971-ci ildə İstanbulda doğulmuşdur. Memar Sinan Gözəl Sənətlər Universiteti Sosyologiya ixtisasından məzun olub. Doğuş Universiteti, Yeditəpə Universiteti və Arel Universitetində dərslər verib. Bir il Cümhuriyyət Xalq Partiyası Partiya Məclisi üzvlüyü də edən yazıçı, evli və bir övlad atasıdır.
Aliyə Timisi Ərsevər
Aliyə Timisi Ərsevər (25 fevral 1963, Divriği, Sivas ili) — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Aliyə Timisi Ərsevər 25 fevral 1963-cü ildə Sivas ilinin Divriği ilçəsində anadan olub. Anadolu Universiteti İqtisadi bölməsindən məzun olub. Maliyyə institutlarında, həmçinin təhsil və sığorta sahələrində rəhbər vəzifələrdə təmsil olunub. Almaniyanın Münster şəhərində Baş Konsulluqda sosial işçi olaraq çalışıb. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. CHP Ankara il, CHP Çanqaya ilçə İdarə Heyətlərinin, həmçinin CHP qadın qanadı İdarə Heyətinin üzvü olub. 2014-cü ildə Çanqaya Bələdiyyəsi Məclis üzvü seçilib. 2023-cü ildə Ankaradan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 28-ci çağırışda TBMM Kişi və qadınlar üçün bərabər cəmiyyət Komissiyasının üzvü olub.
Kerem Kirsever
Turqut Cansever
Turqut Cansever (12 sentyabr 1921, Antalya – 22 fevral 2009, Kadıköy, İstanbul ili) — türk memarı, şəhər plançısı, mütəfəkkir. O, dünyada yeganə memardır ki, üç dəfə Ağa Xan Memarlıq Mükafatını alıb. "Müdrik memar" kimi də tanınır. Şəhərdə, yenidənqurma, qoruma sahələrində bir çox vəzifə almış və Bəyazıd Meydanını dizayn etdi. Türkiyədə sənət tarixi üzrə ilk doktorluq dissertasiyasının sahibidir. == Həyatı == 1921-ci ildə Antalyada anadan olub. O, həkim Həsən Ferit bəylə həyat yoldaşı Saime xanımın beş övladının ən böyüyüdür. Atası həkim Həsən Ferit bəy Kasımpaşa Turabi Təkyəsi şeyxi və Bab-ı Əlinin ən yüksək bürokratlarından biri olan Şeyx Əli Əfəndinin oğlu idi. Bürokrat olmaqdansa tibb təhsilini seçən, müharibə illərində Sinay Cəbhəsində Səhra başhəkimi işləmiş, Türk Ocaqlarının qurucuları arasında yer alan Həsən Ferit bəy, dövlət ideologiyasına müxalifətdə qalan, Ankarada yüksək vəzifə təkliflərini rədd edərək Antalya və Adanada malyariya ilə mübarizədə iştirak etməyə üstünlük verən, Bursa, Tavşanlıda sürgün həyatı yaşamış ziyalı və həkimdir. Anası Saime xanım Plovdiv əsilli müəllim idi.