Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kayum Nasiri
Qabdelkayum Qabdennasır oğlu Nasıri (Kayum Nasiri) (tat. Qayum Nasıri, Kayum Nasiri, d. 2 [14] fevral, 1825 — ö. 20 avqust, 1902) — tatar alim-etnoqraf, ədəbiyyatçı və XIX əsrin maarifçisi. == Həyatı == Tatar milli oyanışı və maarifçiliyinin simvolu olan Abd-ül-Kayum Nasiri, 14 (2) Fevral 1825-ci ildə Yaşıl Üzən bölgəsinin Yuxarı Şırdan kəndində 6 uşaqlı ailənin 2-ci övladı olaraq dünyaya gəlmişdir. İlk təhsilini atası Əbdünnəsirdən alan Kayum 1841-ci ildə təhsil almaq məqsədi ilə Qazana getmiş və Qazanın Beşinci Məhəllə Mədrəsəsinə yazılmışdır. Kayyum Nasiri 1855-ci ilə qədər bu məktəbdə təhsil almış, ərəb və fars dilləri ilə yanaşı gizlincə rus dilini də öyrənmişdir. O vaxt Rusca öyrənmək üləma (din alimi) tərəfindən qadağan edildiyinə görə Kayum Nasiri bu addımı ilə həm də bir ilk imza atmışdır. Rus dilini öyrənməsi ona asanlıqla iş tapmaq imkanı vermişdir. 1855-ci ildə Kayum Nasiri, oğlan və qız uşaqları üçün dini ibtidai məktəb olan Ruhani Seminariyada tatar dili müəllimi kimi fəaliyyətinə davam etmişdir.
Nasiri (Qəzvin)
Nasiri (fars. ناصري‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 9 nəfər yaşayır (4 ailə).
Əxlaqi-Nasiri
Əxlaqi-Nasiri — Nəsirəddin Tusinin 1235-ci ildə yazdığı əsər. Kitab İbn Miskəveyhin ərəbcə yazdığı Təharətul-əraq kitabının əlavələr ilə birlikdə fars dilinə tərcüməsidir. Hamlet İsaxanlının fikrincə, “Əxlaq-i Nasiri” əsəri (1232) Miskaveyh’in “Təhzib əl-Əxlaq” əsərindən (onu tərcümə etmək əvəzinə daha dolğun kitab yazmaq istəmişdir), Aristotel və qismən Platondan istifadə etməklə yazılıb. Bu kitab sistemli praktik fəlsəfə, əxlaq fəlsəfəsi kimi çox oxunub və məşhur olub. == Məzmun == Əsrlər boyu Orta və Yaxın Şərqdə mənəviyyat və əxlaq qaynağı hesab olunan “Əxlaqi-Nasiri” kitabında Nəsirəddin Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürləri, etik-fəlsəfi fikirləri yer alıb. Kitab müasir cəmiyyət həyatında aktuallığını itirməyən mövzulara diqqət çəkmək baxımından müstəsna əhəmiyyət daşıyır. == Nəşr və tərcümə == Əsər Rəhim Sultanov tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş Bakıda 1989-cu ildə Elm, 2005-ci ildə Lider nəşriyyatında 280 səhifə, 25 min tirajla, 2009-cu ildə Heydər Əliyev Fondu tərəfindən 400 səhifədə, 2015-ci ildə Bakı Kitab Klubunda 336 səhifədə, 100 tirajla çap edilmişdir. == Həmçinin bax == Övsafül-Əşraf == İstinadlar == == Xarici keçidlər == Nəsirəddin Tusi. Əxlaqi-Nasiri. Farscadan tərc.
Əxlaqi Nasiri
Əxlaqi-Nasiri — Nəsirəddin Tusinin 1235-ci ildə yazdığı əsər. Kitab İbn Miskəveyhin ərəbcə yazdığı Təharətul-əraq kitabının əlavələr ilə birlikdə fars dilinə tərcüməsidir. Hamlet İsaxanlının fikrincə, “Əxlaq-i Nasiri” əsəri (1232) Miskaveyh’in “Təhzib əl-Əxlaq” əsərindən (onu tərcümə etmək əvəzinə daha dolğun kitab yazmaq istəmişdir), Aristotel və qismən Platondan istifadə etməklə yazılıb. Bu kitab sistemli praktik fəlsəfə, əxlaq fəlsəfəsi kimi çox oxunub və məşhur olub. == Məzmun == Əsrlər boyu Orta və Yaxın Şərqdə mənəviyyat və əxlaq qaynağı hesab olunan “Əxlaqi-Nasiri” kitabında Nəsirəddin Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürləri, etik-fəlsəfi fikirləri yer alıb. Kitab müasir cəmiyyət həyatında aktuallığını itirməyən mövzulara diqqət çəkmək baxımından müstəsna əhəmiyyət daşıyır. == Nəşr və tərcümə == Əsər Rəhim Sultanov tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş Bakıda 1989-cu ildə Elm, 2005-ci ildə Lider nəşriyyatında 280 səhifə, 25 min tirajla, 2009-cu ildə Heydər Əliyev Fondu tərəfindən 400 səhifədə, 2015-ci ildə Bakı Kitab Klubunda 336 səhifədə, 100 tirajla çap edilmişdir. == Həmçinin bax == Övsafül-Əşraf == İstinadlar == == Xarici keçidlər == Nəsirəddin Tusi. Əxlaqi-Nasiri. Farscadan tərc.
Naxırçı
Naxırçı (latınca, Bootes) — Göyün şimal yarımkürəsində bürc. Ən parlaq ulduzu Arkturdur. Azərbaycandan görünür.
Nazırlı
Nazırlı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == XIX əsrin əvvəllərində Nəzirli kəndinin adı "Qılınclı" adlanırmış. Qılınclı kəndi vaxtilə çox böyük kənd olub. O vaxtlar Kür çayının daşması nəticəsində kəndin əhalisi dörd yerdə və hər birinin arasında 5–6 km məsafə olan ərazilərdə məskən salmışlar. Hətta bu dörd kəndin dördünü də yaşlı adamlar "Qılınclı" (yaşlıların dili ilə desək "Qılışdı") adlandırırlar. Hal-hazırda bu kəndlərin indiki adları: Mollalı, Məşədiibişli, Məmmədli və Nəzirli adlanırlar. Nəzirli kəndini bir çoxları, "Mator Qılınclısı" kimi də tanıyırlar. Çünki, Nəzirli kəndi Kür çayının tam sahilində yerləşdiyi üçün, həyətyanı və əkin sahələrinin suvarılması üçün kəndin Kürə yaxın bir hissəsində çox böyük həcmdə və böyük gücə malik olan su motorları üçün böyük bir bina tikilib və içində 10 - a yaxın tank motorları yerləşdirilmişdır(1975-ci ildən bəri bu motorları yeni qurulmuş su üzərində Bərdə SSİ Nazırlı üzən nasos stansiyası əvəz edir). O vaxtdan Qılınclı kəndlərinin sakinləri öz aralarında biri-birinə izah etmək üçün, bu kəndin adını "Mator Qılınclısı" kimi adlandırmışlar. Nəzirli kəndinə yaranma tarixindən (1930-cu ildən) bəri, yalnız müstəqillik dövründə-2015-ci ildə təbii qaz xətti çəkilib, sakinlərin istifadəsinə verilmişdir.
Murat Nasırov
Murat İsmailoviç Nasırov (13 dekabr 1969, Almatı – 19 yanvar 2007, Moskva) — uyğur əsilli Rusiya və Qazaxıstan pop müğənnisi. == Həyatı == Murat Nasırov 19 yanvar 2007-ci ildə Moskvada məşhur barların birinin eyvanından özünü ataraq intihar etmişdir. Onun nəyə görə özünə qəsd etdiyinin səbəbi hələ də məlum deyil. Bəzi ehtimallara görə Murat Nasırov ölümündən qabaq həmin barın foesində LSD(Dietilamid lizergin turşusu) qəbul etmişdir. Bu ehtimalları nəzərə alaraq Murat Nasırovun meyiti yarılmış, ancaq ehtimallar özünü doğrultmamışdır. Yəni onun bədənində heç bir alkoqol və ya başqa maddə aşkarlanmamışdır. Bu yaxınlarda Rusiya mətbuatının Murat Nasırovun ailəsi və dostlarının dediklərinə nəzərən yaydığı məlumata görə ona heç bir zülm və ya məcburiyyət olunmayıb, əvvəllər heç vaxt intiharı nəzərindən belə keçirməmişdir. Onun klubda stəkanının içinə LSD maddəsi atılmağı bir sıra şübhəli məqamları hələ də kölgədə saxlayır, belə ki, bu qəsd olunmaması da demək deyil.
Naxırçı (bürc)
Naxırçı (latınca, Bootes) — Göyün şimal yarımkürəsində bürc. Ən parlaq ulduzu Arkturdur. Azərbaycandan görünür.
Nazırlı bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İkinci Nazırlı
İkinci Nazırlı (əvvəlki adı: Nəzirli) — Azərbaycan Respublikasının Bərdə rayonunun Şatırlı kənd inzibati ərazi dairəsi tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 344-IIIQ saylı Qərarı ilə Bərdə rayonunun Şatırlı kənd inzibati ərazi dairəsi tərkibindəki Nəzirli kəndi İkinci Nazırlı kəndi adlandırılmışdır.
Mirzə Nağı Nasiri
Mirzə Nağı Nasiri və ya Mirzə Nağı Ordubadi (ö. 1731) — Səfəvilər sülaləsinin son dövrlərində məmur kimi çalışmış şəxs. O, məşhur Ordubadi ailəsinə mənsubdur. == Həyatı == Mirzə Nağı uzun müddət şah şurasının (məcles-nevis və ya vaqāye'-nevis) katibi vəzifəsində çalışmışdır. O, önəmli risalənin nüəllifi olmuşdur. Bu traktat 1731-ci ildə II Şah Təhmasibin hakimiyyəti illərində tamamlanmışdır. Risalədə imperiyanın təşkili, orqanları, rütbələri və əməkhaqqı sistemi barədə məlumatlar əks etdirilmişdir. Müasir dövrdə bu kitabın əlyazması Hacı Hüseyn ağa Naxçıvani adlı şəxsin əlində idi. Orijinal adı naməlum olan əsərə məzmununa görə "Alqāb va Mavājeb-e Dowreh-ye Salātin-e Safaviyeh" adı verilmişdir. Hacı Hüseyn ağa sonradan bu əlyazmanı Təbriz ktabxanasına hədiyyə etmişdir.
Masırı nahiyəsi
Kəhram Sahibi nahiyəsi — 1593 ci ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin İsgəndərqalası livasının nahiyəsi == Tarixi == == Kəndləri == Nüvədi (Meğri) 1. Kərdəzor azərb kəndi (20 ailə) 2. Yarıkətxuda. BaĢqa adı Xətibandır azərb. kəndi (7 ailə) 3. Kəmasəri azərb. kəndi (6 ailə) 4. Tas 1 azər. ailəsi + 1 er. ailəsi 5.
İkinci Nazırlı bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sırrı Sakık
Sırrı Sakık (1 avqust 1957, Yörecik[d], Muş ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 19, 23, 24 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Sırrı Sakık 1957-ci ildə Muş ilində anadan olub. İbtidai, orta və lisey təhsilini Muşda alıb. 1978-1979-cu illərdə Cumhuriyet və Vatan qəzetlərdə bölgə müxbiri olaraq çalışıb. Daha sonra uzun müddət turizm və sahəsində çalışıb. SHP Muş il sədri olub. 1991-ci ildə SHP namizədi olaraq Muş ilindən Türkiyə Böyük Millət Məclisinin 19-cu çağırışının deputatı seçilib. TBMM Konstitusiya və Ədalət Komissiyalarının hazırladığı hesabata görə, DEP sədri və deputat Hatip Diclə, deputatlar Leyla Zana, Əhməd Türk, Orxan Doğan, Sırrı Sakık və Mahmut Altınahın toxunulmazlığı TBMM-nin 2 mart 1994-cü il tarixli 78-ci iclasında qəbul edilən 295 saylı qərarla ləğv edilib, DEP-in fəaliyyəti dayandırılıb, həmin ilin iyulunda isə 6 deputat həbs edilib. DEP işi üzrə bir müddət həbsxanada saxlandıqdan sonra sərbəst buraxılıb. 2007-ci və 2011-ci illərdə bitərəf namizəd olaraq Muş ilindən Türkiyə Böyük Millət Məclisinin 23-cü və 24-cü çağırışlarının deputatı seçilib.
Nairi
Nairi — Van Gölünün cənubi hisəsində tarixsəl bir ölkə adı (e.ə. 1114- 860), Assuriyalılar onlara (KUR.KUR Na-i-ri, və ya Na-i-ru) adı verirdi, müasir Türkiyənin və Cənubi Azərbaycanın (İranın Qərbi Azərbaycan vilayətinin) Van və Hakkari vilayətlərinə təxminən uyğun gəlir. Nairi bəzən Mesopotamiya, Xet və Urartu mənbələrindən bilinən Nihriya ilə bərabərləşmişdir. Ancaq bir mətn içərisində belə gəlir ki Nihriya ilə birgə olmaması təxmin edilir. Tunc dövrünün qutulmasından əvvəl Nairi qəbilələri həm Assuriya, həm də Xetlər ilə mübarizə aparacaq qədər güclü bir qüvvə hesab olunurdu. Mitanni Krallığının yıxılışından sonra torpaqlarına nəzarət etmək üçün Xetlər və Assuriyalılar arasındakı döyüşlərin son nöqtəsi olan Nihriya Döyüşü; orada baş verdi, e.ə. 1230. Urartu'nun ilk padşahları özülərini yerli Bianili yerinə Nairi adlandırdılar. Ancaq Urartu ilə Nairi arasındakı münasibət dəqiq bəlli deyil. Bəzi alimlər Urartu və Nairinin ayrı-ayrı nöqtələr olduğunu irəli sürdülər.
Nasir
Nasir — şəxs adı, yazıçı. Bu adı olan tanınmış şəxslər Nasir Salamov — montajçı Nasir Mənzuri — yazıçı, dilçi Nasir — Abbasi xəlifəsi.
Bulbophyllum nasseri
Bulbophyllum nasseri (lat. Bulbophyllum nasseri) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Elman Nəsirli
Elman Xudam oğlu Nəsirli (23 may 1968, Təzəkənd, Cəlilabad rayonu) — politoloq, siyasi şərhçi, Azərbaycan Milli Məclisinin V, VI çağırış deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor. == Həyatı == Elman Nəsirov 23 may 1968-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində ziyalı ailəsində anadan olmuşdur. 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1995–2000-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dissertantı olmuşdur. 1992–1994-cü illərdə Azərbaycan Dillər Universitetində ikiillik ingilis dili kursunda təhsil almış və fərqlənmə sertifikatı ilə bitirmişdir. 1995–2003-cü illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında çalışmışdır. 2001-ci ildə "Azərbaycan-ABŞ münasibətləri. 1991–1997-ci illər" mövzusunda dissertasiya işini müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2011-ci ildə "ABŞ və beynəlxalq terrorizm problemi" mövzusunda siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1992–1994-cü illərdə Azərbaycan Dillər Universitetində iki illik ingilis dili kursunda təhsil almış və fərqlənmə sertifikatı ilə bitirmişdir.
Kənan Nadirli
Kənan İlqar oğlu Nadirli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Nadirli Kənan İlqar oğlu 2000-ci il fevralın 2-də Cəlilabad rayonunun Kövüzbulaq kəndində anadan olub. == Hərbi xidməti == Kənan könüllü olaraq İkinci İkinci Qarabağ müharibəsində iştirak edib. Qəhrəmanımız Füzuli, Qubadlı, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il noyabrın 6-da Qubadlı istiqamətində düşmən tərəfindən atılan artilleriya mərmisi nəticəsində həlak olmuşdur.
Müzəffər Nəsirli
Nəsirli Müzəffər Qasım oğlu (14 sentyabr 1911, Sələsüz, Şahbuz rayonu – 1980, Naxçıvan) — şair, 1940-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == 1911-ci il sentyabrın 14-də İrəvan quberniyası Naxçıvan qəzasının Şahbuz rayonundakı Sələsüz kəndində fəhlə ailəsində doğulmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra Naxçıvan şəhərində ibtidai təhsil almış, Naxçıvan Pedaqoji texnikumunu bitirmişdir (1926-1929). Bu vaxtdan əmək və yaradıcılıq fəaliyyətinə başlamışdır. Belə ki, 1929-cu ildə təyinatla Ordubad rayonun Vənənd kəndindəki kəndli gənclər məktəbinə müəllim göndərilir. 1930-cu ilədək burada işləyir. 1930-31-ci illərdə Noraşen (Şərur) rayonunun Qıvraq kəndində müəllim kimi çalışıb. 1931-32-ci illərdə İrəvan şəhərindəki Lenin adına fəhlə fakültəsində və kooperativ texnikumunda müəllim işləyib. Onun ilk şeiri “Indi” 1927-ci ildə Naxçıvan Pedaqoji Məktəbinin naşir etdi salnamədə çap olunmuşdur. Həmin illərdə Naxçıvan gənclər (komsomol) klubun nəzdində təşkil olunmuş “Qızıl qələmlər” ədəbi birliyində fəal iştirak etmiş, şerləri yerli və mərkəzi mətbuatda çap edilməyə başlanmışdır.
Məmməd Nəsirli
Məmməd Nəsir oğlu Nəsirli (d.24. 10. 1911, Naxçıvan ş. - ö.1979, Bakı) — etnoqraf. == Fəaliyyəti == 1933-1946-cı illərdə orduda xidmət etmiş, Xalxin-Qol döyüşlərində və Böyük Vətən müharibəsi (1941-45) cəbhələrində vuruşmuşdur. 1951-ci ildə Azərbaycan Dövlət Unversitetinin (indiki BDU) şərqşünaslıq fakültəsini bitirmişdir 1954-cü ildə SSRİ EA Etnoqrafiya İnstitutunun (Moskva) aspiranturasını bitirmişdir. 1954-cü ildə Azərbaycan Milli EA Tarix Muzeyində, sonralar isə Tarix İnstitutunda çalışmışdır. 1960-cı ildə Tarix elmləri namizədi olmuşdur. == Əsərləri == Respublikanın ilk etnoqraflarından olan Məmməd Nəsirli Azərbaycan, o cümlədən Naxçıvan etnoqrafiyasının öyrənilməsi sahəsində çox iş görmüşdür. Məmməd Nəsirli ilk dəfə olaraq Azərbaycan yaşayış evləri və məskənlərinin tipologiyası məsələlərini tədqiq etmiş.
Nadir Nadirli
Nadir Arzu oğlu Nadirli (23 mart 1992; Şəmkir rayonu, Azərbaycan — 27 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nadir Nadirli 1992-ci il martın 23-də Şəmkir rayonunun Qasımalılar kəndində anadan olub. 2009-2013-cü illərdə BDU-da "Biologiya" üzrə ali təhsil alıb. Ailəli idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Nadir Nadirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nadir Nadirli oktyabrın 10-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Nadirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Nadirli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Nadirli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ramin Nəsirli
Ramin Nəsirli (24 sentyabr 2002, Azərbaycan) — Azərbaycan futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi" PFK-nın yarımmüdafiəçisi. == Klub karyerası == Ramin Nəsirli 19 fevral 2022-ci ildə Azərbaycan Premyer Liqasında "Neftçi Bakı"nın heyətində "Şamaxı" ilə matçda debüt etmişdir.
Səlim Nəsirli
Selim Nesirli (Nəsirli Səlim Əbülfət oglu; d. 1 aprel 1983, Laçın rayonu, Hoçaz kəndi, Azərbaycan ) — Azərbaycan xanəndəsi və şairi. Bəstəkar, tarzən. "Abşeron Ədəbi məclisinin" yaradıcısı və təşkilatçısı. == Həyatı == Nəsirli Səlim Əbülfət oglu - 1983-ci ildə Laçın rayonunun Hoçaz kəndində anadan olub. 1995-ci ildə Xırdalan şəhər musiqi məktəbinə xanəndə sinifinə daxil olub. 2000-ci ildə orta məktəbi və musiqi məktəbini bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "solo oxuma, muğam" ixtisasına qəbul olmuşdur. == Yaradıcılığı == 2004-cü ildə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən 11 saylı uşaq musiqi məktəbinə müəllim təyin olunmuşdur . 2006-ci ildə Dərbənd dram teatrının dəvəti ilə Dərbənd şəhərində "Dərbənd Azərbaycan dram teatrında" bəstəkar işləmişdir. Burada bir neçə tamaşanın bəstəkarı olmuşdur.
Tetrahit navieri
Adi işırqan (lat. Galeopsis tetrahit) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin i̇şırqan cinsinə aid bitki növü. == Sinonimləri == Galeopsis alpicola Nyman Galeopsis beckii (K.Malý) Dalla Torre & Sarnth. Galeopsis crenatifolia Sennen Galeopsis gacognei Nyman Galeopsis glaucocerata P.Fourn. Galeopsis grandiflora Suter [Illegitimate] Galeopsis ionantha Borbás Galeopsis lactiflora Borbás Galeopsis laramberguei Martrin-Donos Galeopsis leucantha Jord. Galeopsis michelianae Turra Galeopsis neglecta Schult. Galeopsis nodosum (Moench) Gray [Illegitimate] Galeopsis persetosa Borbás Galeopsis praecox Jord. Galeopsis pseudotetrahit P.Fourn. Galeopsis reichenbachii Reut. Galeopsis silvestris Borbás Galeopsis subtatrensis Borbás Galeopsis tetrahit f.
Vahid Nadirli
Vahid Məmmədrza oğlu Nadirli (1946, Bakı – 2 avqust 2017, Bakı) — Bakı Metropoliteni rəisi (1987–1993). == Həyatı və fəaliyyəti == Vahid Nadirli 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Dəmiryol Nəqliyyatı Texnikumunun, daha sonra isə Rostov Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunun dəmiryollarının istismarı üzrə mühəndis ixtisasını bitirmişdir. O, əmək fəaliyyətinə 1966-cı ildə Azərbaycan Dəmiryolunun hərəkət xidmətindən başlamışdır. Burada o, Bakı dəmiryolu sərnişin stansiyasının stansiya növbətçisi, Azərbaycan dəmiryolunun Bakı hissəsinin qatar dispetçeri işləyib. 1974–1975-ci illərdə Bakı metropolitenində böyük qatar dispetçeri kimi fəaliyyətini davam etdirib. 1979-cu ildə Azərbaycan dəmiryolu Bakı şöbəsi rəisinin hərəkət hissəsi üzrə müavini, 1980-ci ildə "Biləcəri" stansiyasının rəisi, 1980–1983-cü illərdə Azərbaycan dəmiryolunun Gəncə bölməsinin rəisi, sonradan Respublika Nazirlər Sovetinin nəqliyyat və rabitə şöbəsinin müdir müavini vəzifələrində çalışıb. 1987-ci il fevralın 21-də Bakı metropoliteninin rəisi vəzifəsinə təyin edilib. 10 noyabr 1993-cü ildən Azərbaycan Dəmiryolu idarəsinin rəhbəri olmuşdur. Vahid Nadirli 2 avqust 2017-ci ildə Bakıda vəfat edib.
Vüsal Nəsirli
Vüsal Nəsirli — Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini. == Haqqında == Vüsal Nəsirli 1978-ci ildə İmişli şəhərində anadan olub. 2002-ci ildə Qafqaz Universitetinin İnzibati İdarəetmə fakültəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib. 2001-2009-cu illərdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə, 2009-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsinin direktor müavini, 2013-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib. Hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.
Yaqub Nəsirli
Yaqub Nəsirli (8 noyabr 1899 – 11 noyabr 1958) — Azərbaycan əsilli türkmən şairi. == Həyatı == Yaqub Nəsirli 8 noyabr 1899-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1925-ci ildən Türkmənistanda çap olunurdu. 1941-ci ildə "Şeirlər" adlı toplusu nəşr edilmişdi. 1941-ci ildə cəbhədə "Leytenant oğlu" adlı poema yazmışdı. 1942-ci ildə "İgidlik" adlı əsər ərsəyə gətirdi. 1943-cü ildə "Düşməni vur" adlı toplusu dərc olundu. Yaqub Nəsirli "Arslan" adlı pyesin müəllifidir. Onun qələmindən xeyli hekayə, uşaqlar üçün yazılar çıxmışdı. O, Səməd Vurğunu, V. Mayakovskini, S. Marşakı və Cambulu türkmən dilinə tərcümə etmişdi.
Yasif Nəsirli
Nəsirli Yasif Mirzə oğlu (23 dekabr 1938, Kavdar, Cəbrayıl rayonu) — nasir, tənqidçi, publisist, tərcüməçi, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Juralistlər Birliyinin üzvü (1964), fılologiya elmləri doktoru (1991), Azəbaycan Milli Yaradıcılıq Akademiyasının akademiki (1996), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), Beynəlxalq mükafat lureatı (1994), "Qızıl qələm" mükafatı laureatı (1999). == Həyatı == Yasif Nəsirli 1938-ci il dekabrın 23-də Azərbaycanda Cəbrayıl rayonunun Kavdar kəndində anadan olmuşdur. Həmin rayonun Soltanlı kənd orta məktəbini bitirdikdən sonra Bakı Mədəni-Maarif texnikumunu (1958) və Azərbaycan Dövlət Universitetini (1963) fərqlənmə diplomu ilə bitirmişdir. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda, Ali Ədəbiyyat kurslarında (1968), ÜİLKGİ MK-nin Ali komsomol məktəbində (1964), SSRİ DTK-nin F.Dzerjinski adına Ali məktəbində (1973-1975) təhsilini artırmışdır. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Universitetinin Elmi Cəmiyyətinin sədri və universitet qəzetinin baş redaktorunun müavini, Azərbaycan LKGİ Mərkəzi Komitəsində təlimatçı kimi başlamış, sonra burada şöbə müdiri vəzifələrində (1962-1969) işləmişdir. "Ulduz" ədəbi-bədii və ictimai-siyasi jurnalının məsul katibi və ilk baş redaktoru (1967-1968) olmuşdur. Azərbaycan KP Mərkəzi Komitəsində təlimatçı (1969-1973), Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində şöbə müdiri, İdarə rəisi və orada Kollegiya üzvü (1975-1987) olmuşdur. Azərbaycan KP MK-da İnzibati orqanlar şöbəsinin müdiri (1987-1991) vəzifəsində çalışmışdır. Azərbaycan KP MK-ya üzv seçilmişdir. Zaqafqaziya Hərbi dairəsi Hərbi Şurasının üzvü (1989-1991) olmuşdur.
Agah Sırrı Levent
Agah Sırrı Levent (26 yanvar 1894, Rodos – 28 oktyabr 1978, Ankara) — Türkiyə ədəbiyyatşünası. == Həyatı == Agah Sırrı Levent 1894-cü ildə Rodosda doğuldu. Müəllim kimi İstanbul litseylərində çalışdı. Eminönü Xalqevi başqanı, Aydın milletvekill oldu. Türk ensiklopediyası çalışmalarında iştirak etdi. Türk Dil Qurumunda müəlif və başqan olaraq işlədi. Bir çox dərgidə təhsil, sosioloji kimi mövzularda yazılar yazdı.
Sırrı Sürəyya Öndər
Sırrı Sürəyya Öndər (7 iyul 1962, Adıyaman) — rejissor, ssenarist, prodüser, sənətçi, jurnalist və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Sırrı Sürəyya Öndər 7 iyul 1962-ci ildə Adıyaman ilində anadan olub. 2007-ci ildə 18-ci Ankara Beynəlxalq Film Festivalında Milli bədii film nominasiyasında "Ən yaxşı ssenari" öldülünə, həmin ildə 14-cü Qızıl Koza Film Festivalında Milli film nominasiyasında "Ən yaxşı ssenari" ödülünə, 2009-cu ildə isə 7-ci Beynəlxalq Karaçi Film Festivalında "Ən yaxşı rejissor" öldülünə layiq görülüb. 28 fevral 2015-ci ildə Dolmabağça Memorandumuna səbəb olan Abdullah Öcalan ilə Əhməd Davudoğlu iqtidarı arasında dialoqa yardım edən HDP siyasətçilərindən ibarət nümayəndə heyətində yer alıb. 2013-cü ildə Novruz bayramı ilə bağlı tədbirdə çıxışına görə 3 noyabr 2018-ci ildə 42 ay həbs cəzası verilib və 2018-ci il noyabrın 6-da Kocaeli həbsxanasına aparılıb. 4 noyabr 2019-cu ildə Konstitusiya Məhkəməsinin bir gün əvvəl ifadə azadlığının pozulduğuna dair qərar çıxardıqdan sonra azadlığa buraxılıb. 1 uşaq atasıdır. 2011-ci ildə İstanbul ilindən, iyun 2015 və noyabr 2015-ci ildə Ankara ilindən, 2023-cü ildə isə İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26 və 28-ci çağırışlarının deputatı seçilib.
Mehmed Səlim Sırrı Paşa
Mehmed Səlim Sırrı Paşa (1771, Bəndər – dekabr 1831, Dəməşq, Osmanlı Suriyası, Osmanlı imperiyası) — II Mahmud səltənətində 4 il 1 ay 10 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı.