Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nasoslu
Hacı Zeynalabdin — Azərbaycan Respublikasının Sumqayıt şəhər inzibati ərazi vahidində qəsəbə. Qəsəbə Sumqayıt şəhərindən 10 km məsafədə Xəzər dənizi sahilində düzənlik ərazidə yerləşir. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Sumqayıt şəhərinin Nasoslu qəsəbəsi Hacı Zeynalabdin qəsəbəsi və müvafiq olaraq Nasoslu qəsəbə Soveti Hacı Zeynalabdin qəsəbə Soveti adlandırılmışdır. == Tarixi == Qəsəbə ərazisində ilk yaşayış məskəni «Təkə qumu» deyilən yerdə maldarlıqla məşğul olan Kiçik Pirəkəşkül kəndi olmuşdur. 1907-ci ildə Zaqafqaziya dəmiryolunun salınması ilə əlaqədar olaraq Kiçik Pirəkəşkül kəndinin yaxınlığında dəmiryol stansiyası tikilmişdir. Qəsəbənin salınmasının əsası Şollar su kəmərinin çəkilişi ilə bağlıdır. Neft maqnatı, mesenat Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycanın şimalından 1907-ci ildə Şollar su kəmərinin çəkilişinə başlanılmış və 1917-cı ildə başa çatdırılmışdır. Qəsəbənin yerləşdiyi əraziyə içməli su öz axarı ilə gəlmiş və Bakı şəhərinin coğrafi relyefi yüksəklikdə olduğuna görə suyun Bakıya ötürülməsi üçün Almaniyadan nasoslar gətirilərək qəsəbədə quraşdırılmışdır. O gündən etibarən qəsəbə "Nasoslu" (rus. Насосный) olaraq adlandırılmışdır.
Nasoslu silah
Nasoslu silah, istifadə edilmiş olan bir döyüş sursatının gilizini çıxarmaq və yeni bir döyüş sursatını atəş açmağa uyğunlaşdırmaq üçün bir irəli və geriyə hərəkət etdirmək mexanizmi ilə işləyən bir silahdır. Yenidən yükləmə zamanı tətiyin buraxılmasını tələb etmədiyindən, qurmalı silahdan və manivelalı silahlardan daha sürətlidir.
Casusluq
Casusluq — dövlət sirrini, hərbi sirri və s. məxfi məlumatları digər dövlətə vermək məqsədilə yığmaq və oğurlamaqdan ibarət fəaliyyət. Bütün ölkələrin qanunvericiliyində Casusluq təqib edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsində Casusluq dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə cinayət növü kimi təsbit olunmuşdur. Məlumat sahibinin icazəsi olmadan gizli və ya gizli məlumat əldə etmək əməlidir. Casuslar agentliklərə gizli məlumatları açıqlamağa kömək edir. Hər hansı bir fərdi və ya casus dairəsi (bir işləyən casus qrupu), hökumətə, şirkətə və ya müstəqil əməliyyatın xidmətində casusluq edə bilər. Təcrübə gizli olduqdan istəksizdir və bir çox hallarda qadağandır və qanunla cəzalandırıla bilər. Casusluq ictimai mənbələrdən məlumat toplayan bir metoddur. Düşmən (ya da potensial düşmən) haqqında məlumatları toplamaq üçün ən təsirli yollardan biri düşmən sıralarına girməkdir.
Masonluq
Masonluq (ing. Freemasonry) – fəlsəfi-etik hərəkat olub XVIII əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlmişdir. Mason sözü ingilis dilində olan freemason sözündən yaranmışdır və tərcüməsi azad bənna deməkdir. Çünki təşkilatı ilk dəfə bənnalar yaradıb. Bu bənnalar məhz Süleyman peyğəmbər üçün məbəd tikiləndə bir araya gəliblər. Hətta təşkilatın simvolunda da tikinti pərgarı və üçkünc xətkeş işarəsi var. Onların ideologoyasına görə Allah da dünyanın memarıdır. Masonluq müxtəlif formalarda mövcud olub üzvlərinin vahid mənəvi və metafiziki idealları bölüşməsi ilə səciyyələnir. Bunlardan ən birincisi Ali Varlığa inamdır. Masonlar həmin varlığın adlandırılmasından Kainatın ulu memarı ifadəsindən istifadə edirlər.
Anti-Masonluq
Antimasonluq — masonluğa açıq bir müxalifət olan bir cərəyan. Bununla birlikdə antimasonluğun bircinsli hərəkatı möcud deyil. Antimasonluq masonluğa düşmən olan bəzən bir-birinə kəskin formada uyğun olmayan qrupların tənqidi iradlarından ibarətdir. == İlkin antimason sənədləri == Ən erkən antimason sənədi, 1698-ci ildə mətbut nazirliyi tərfindən dərc olunan Vinter adlı bir vərəqə olur. Burada bildirilir: == Siyasi antimasonluq == === Amerika antimasonluğu (1830 - 1850) === 1826-cı ildə Villiam Morqan Nyu-Yorkun kiçik Batavia şəhərindən itkin düşdü. Masonluğun sirlərini yayımlamaqla hədələyən Morqan onun rituallarını dərc etdirir. Onun yoxa çıxması bəziləri tərəfindən masonlar tərəfindən qaçırıldığını və öldürüldüyünü iddia etməsinə əsas formalaşdırır. Morqanın yoxa çıxması masonlara qarşı bir sıra etirazlara səbəb olur və nəticədə siyasi aləmə yayılır. Antimason Terlou Vidin rəhbərliyi altında anticeksonist hərəkatı (Endrü Cekson mason olduğu üçün) Antimason Partiyasına çevrilir. Bu siyasi partiya 1828 və 1832-ci illərdə prezidentliyə namizədliyini irəli sürmüşdür, lakin 1835-ci ilə qədər partiya Pensilvaniyadan başqa hər yerdə dağılır.
Kiber-casusluq
Kiber-casusluq (ing. Cyber spying) — hədəf sistemin konfidensiallığını pozmaq üçün kiber-hücumun istifadəsi.
Benzin nasosu
Benzin nasosu (БЦН-1, БЦН-2) — mərkəzdən qaçma prinsipi ilə işləyən, bəzi tankların və digər texnikaların (məsələn: Т-64, Т-72, БМП-1,2) yanacaq sistemində istifadə edilən nasos . Funksiyası çoxyanacaqlı dizel mühərrikini işini yüngül yanacaqla təmin etməkdir.
Mərkəzdənqaçma nasosu
Mərkəzdənqaçma nasosu ən geniş yayılmış nasos növüdür. Bu nasoslar həm soyuq, həm də isti halda olan suların, özlülüyü yüksək olan və aşındırıcı mayelərin, suyun qruntla, torfla, şlakla və s. bərk hissəciklərlə qarışığını nəql etmək üçün tətbiq olunur. Mərkəzdənqaçma nasosunun ümumi təsviri şəkildə verilmişdir. Bu nasoslar üçün mayenin fasiləsiz axması səciyyəvidir. Nasosun işçi üzvü üzərində pərlər bərkidilmiş rotordan ibarətdir. Rotor fırlanan valda oturdularaq çox hallarda bir başa elektrik mühərriki ilə əlaqələndirilir. Fırlanan rotorun pərləri mühərrikin enerjisini mayeyə verərərək mayedə təzyiq yaradır. Mühərrikin gövdəsinin orta hissəsində təzyiq kənarlarına nisbətən aşağı olduğundan mərkəzdənqaçma qüvvəsinin hesabına) maye girişdən çıxışa doğru hərəkət edir. Nasosun işçi çarxı həm bir tərəfli, həm də ikitərəfli hazırlana bilir.
İmpeller nasosu
İmpeller nasosu pərli çarxları (impeller) elastiki materialdan hazırlanmış nasosdur. İmpeller gövdə daxilində eksentrik oturdulduğundan fırlanma zamanı pərlərin vəziyyətindən asılı olaraq iki pər arasında qalan boşluq müxtəlif olur. Şəkildən göründüyü kimi, girişdən daxil olan maye pərlər arasında qalaraq sıxılır və beləliklə mayedə təzyiq artır. İmpeller döndükdə isə maye çıxışa tərəf hərəkət etdirilir və çıxışa çatdıqda böyük təzyiqlə çıxış borusuna daxil olur. Beləliklə mayenin nəqli baş verir. İmpeller əsasən gəmilərin mühərriklərinin soyudulmasında tətbiq olunur. Dəniz suyu sorularaq mühərrikin soyutma dövrəsinə vurulur, mühərrikdə istilik mübadiləsi baş verdikdən sonra qızmış su yenidən dənizə axıdılır. İmpeller mühərrikinin üstün cəhəti ondan ibarətdir ki, bu nasos özüsorandır. Nasosun hissələri bir-biri ilə kip birləşdirildiyindən o, havanın sorulmasına da imkan verir. == Mənbə == Əliyev, R.R. Maşınqayırma leksikonu.
Şprits nasosu
Şprits nasosu (ing. Syringe driver, alm. Spritzenpumpe‎) — müasir təbabətdə geniş tətbiq olunan tibb ləvazimatı. Onun vasitəsilə venadaxili inyeksiya üçün dərman məhlullarını, zaman üzrə dozalamaq mümkündür. Tibbi dildə ona perfyuzor da deyilir. İlk dəfə 1951 ci ildə Dr. Hess tərəfindən icad edilmişdir. Halhazırda klinikalarda tətbiq edilən cihaz “B. Braun Melsungen” firması tərəfindən istehsal edilmişdir. Müasir şprits nasoları nano texnologiya əsasında istehsal olunurlar. Belə şprits nasoları yaddaşa, hesablama, dərman məhlullarını bazal sürətlə yaxud bolyusla inyeksiya etmək qabiliyyətinə və müşahidə monitoruna malikdirlər.
Kamuflyaj və casusluq (film, 2019)
Kamuflyaj və casusluq (ing. Spies in Disguise) — 2019-cu ildə "Blue Sky Studios" şirkəti tərəfindən istehsal olunmuş animasiyadır. Filmin rejissorları Troy Quan və Nik Bruno. == Səsləndirənlər == Vill Smit - Lans Sterlinq Tom Holland - Valter Bekket Ben Mendelsohn - Killian Rəşidə Cons - Marsi Kappel Reba McEntire - Joy Cenkins Reyçel Brosnahan - Vendi Bekket Karen Gillan - Eyes DJ Khaled - Ears Masi Oka - Katsu Kimura Karla Jimenez - Ceraldin == İstinadlar == == Xarici keçidlər == Kamuflyaj və casusluq — Internet Movie Database saytında.
Neft Sənayesində Ştanqsız Nasoslar (1962)
== Məzmun == Kinolentdə neft hasilatında ştanqsız nasosların tətbiqindən, bunun sənayedə maya dəyərinin aşağı salınmasına təsirindən danışılır. == Film haqqında == Film "Azneft" birliyinin sifarişi ilə çəkilmişdir.
Neft sənayesində ştanqsız nasoslar (film, 1962)
== Məzmun == Kinolentdə neft hasilatında ştanqsız nasosların tətbiqindən, bunun sənayedə maya dəyərinin aşağı salınmasına təsirindən danışılır. == Film haqqında == Film "Azneft" birliyinin sifarişi ilə çəkilmişdir.
Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (kitab)