Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nazikburun çömçəxul
Nazikburun çömçəxul (lat. Benthophilus leptorhynchus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. == Yayılması == Xəzərin endemik növüdür. Azərbaycan sahillərində ancaq Yalamadan Giləziyə qədər qeydə alınmışdır. == Morfoloji əlamətləri == Bədəni bir qədər uzunsov, öndən və üstdən basıq, başı ensiz, burnu uzunsovdur. Başı üstdən demək olar ki, düzdür. Çənəsində kiçik dəri bığcıq, ağızın küncləri arxasında isə dəri qırış əvəzinə iki sıra xırda dişcik vardır. Bədəni və başı üstdən və böyürlərdən yeknəsəq ziyillərlə örtülmüşdür. Belində və böyürlərində iri xallar yoxdur. == Çoxalması == 1915-ci ildə təxminən 4,0 sm uzunluğunda təxminən yetkin bir dişi fərd tutuldu.