Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lavaldan
Lavaldan (fr. Lavaldens) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38207. Kommunanın 1999-cu il üçün əhalisi 139 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 959 ilə 2856 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 26 km şimal-qərbdə yerləşir.
Cavadxan
Cavad xan və ya Cavad xan Ziyadoğlu-Qacar (1748, Gəncə – 1803, Gəncə) — Qacar xanədanından olan böyük Azərbaycan sərkərdəsi, İran dövlətində ordu sərdarı, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı. 1786-cı ildən Gəncə şəhərini idarə edən Cavad xan Ziyadoğlu 1804-cü ilin yanvar ayının 3-dən 4-ə keçən gecə uzun müddət general Pavel Sisianovun başçılığı altında şəhəri mühasirədə saxlayan işğalçı rus qoşunları ilə baş verən qanlı döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Cavad xan XVI əsrdən etibarən Gəncə şəhərində hökmranlıq edən Ziyadoğlular nəslindəndir. Ziyadoğlular ilk doqquz Qızılbaş tayfalarından olan qacarların bir qoludur. Cavad xan o dövrdə sürətlə bir-birini əvəz edən mürəkkəb hadisələr fonunda öz fəal siyasi fəaliyyəti ilə digər Azərbaycan xanlarından seçilirdi. Yaxınlaşan təhlükə qarşısında Azərbaycan, Dağıstan və Gürcüstan hakimlərinin vahid cəbhədən çıxış etmək meyillərindən məharətlə istifadə edən Gəncə xanı antirus koalisiya yaratmağa çalışır, hətta buna müəyyən qədər müvəffəq olur. Gəncə, Qarabağ, Şəki xanları, ləzgi şamxalları və gürcü şahzadəsi Aleksandr Rusiyaya qarşı birgə mübarizə aparacaqlarına dair and içirlər, lakin həlledici anda Gəncə xanına heç kim kömək etmir və o, güclü düşmən qarşısında tək qalır. Cavad xanın başcılığı ilə igid gəncəlilər təcavüzkara qarşı 1 aydan artıq müddətdə mübarizə apardılar. Cavad xan 1748-ci ildə Gəncə şəhərində dünyaya gəlmişdir. Cavad xanın atası Şahverdi xan 1756-cı ildən 1761-ci ilə qədər Gəncə xanı olmuşdur.
Cavadxan (Gəncə)
Cavadxan — Azərbaycan Respublikasının Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 13 dekabr 2011-ci il tarixli, 270-IVQ saylı Qərarı ilə Gəncə şəhərinin Kəpəz rayonunun Cavadxan yaşayış məntəqəsinə qəsəbə statusu verilmiş, Cavadxan qəsəbəsi mərkəz olmaqla Cavadxan qəsəbə inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Cavadxan (dəqiqləşdirmə)
Cavad xan
Cavadxan dəftərxanası
Cavad xan dəftərxanası — XVIII əsrdə Gəncə xanı Cavad xanın göstərişi ilə tikilmiş tarixi bina. 1968-ci ildən Ölkə əhəmiyyətli tarixi abidə kimi qorunan bu bina qədim qırmızı Gəncə kərpicləri ilə tikilmişdir. İnventar nömrəsi 185-dir. == Tarixi == Abidə XVIII əsrdə Cavad xanın əmri ilə tikilmişdir. Binanın tikintisində qırmızı kərpic və gil-əhəng qatışığından istifadə edilib. Bina 2012-ci ilin 4 aprel tarixində sökülmüş və yerində yenisi tikilmişdir. Cavad xanın dövründə binada Usuf bəyin rus dili məktəbi fəaliyyət göstərib. Sovet dövründə gürcü şairi Nikolaz Baratişvilinin ev muzeyi kimi də istifadə olunub. Nikolaz Baratişvili 1845-ci ilin may ayından oktyabr ayınadək Gəncədə Qəza rəisinin müavini vəzifəsində işləyərkən, bu binada yaşamış və işləmişdir. 2012-ci ilə qədər Cavad xanın dəftərxanası muzey kimi fəaliyyət göstərib.
Cavadxan Qasımov
Cavadxan küçəsi
Cavad xan
Havadan yanğınsöndürmə
Havadan yanğınsöndürmə meşə yanğınları ilə mübarizə üçün təyyarələrin istifadəsidir. Meşə yanğınlarını söndürmək üçün təyyarə və vertolyot kimi aviavasitələrdən yanğınsöndürmə vasitələri atılır. Yanğınla mübarizədə istifadə olunan kimyəvi maddələrə su, köpüklər və gel kimi su artırıcıları və Phos-Chek kimi xüsusi hazırlanmış yanğın inhibitorları (yanğın qabaqlayıcı) daxildir.
Havadan müstəqil hərəkət sistemi
Havadan müstəqil hərəkət sistemi (və ya hava müstəqil itələmə sistemi) (İngilis dilində: Air-independent propulsion və ya qısaca AIP) oksigen kimi yanan qaza ehtiyac duymayacaq formada, xarici yanma mühərriki kimi bir növ mühərrik olan Stirlinq mühərriki ilə sualtı qayıqlar kimi su nəqliyyat vasitələrinin su altında daha uzun müddət saxlanmasını təmin etmək üçün hazırlanmış bir enerji istehsalı sistemidir. Saxlanılan hava qarışığının köməyi ilə daxili yanma mühərrikləri ilə müqayisədə daha uzun müddət və çox qızmadan işləyə bilən bir stirlinq mühərriki, sualtı qayıq hərəkəti və digər sistemlərin işləməsi üçün zəruri olan, avtomobilin batareyaları üçün zəruri olan elektrik axınını güc mənbəyinə hərəkət enerjisi ilə təmin edir.