NAVA

I
(Kürdəmir)
tala. – Qabağlar navada lobya, küncüt əkərdüg
II
(Kürdəmir)
gölməçə. – Get navadan su gəti
NAV
NAVAHIL
OBASTAN VİKİ
Aleksey Navalnı
Aleksey Anatolyeviç Navalnı (rus. Алексей Анатольевич Навальный; 4 iyun 1976, Butın[d], Moskva vilayəti) — Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) qurucusu, müxalifət lideri. == Həyatı == 1976-cı il iyunun 4-də Moskva vilayətində doğulub. Rusiya Xalqlar Dostluğu Universitetinin hüquq fakültəsini bitirib, Rusiya Hökuməti yanında Maliyyə Akademiyasında, ABŞ-nin Yel Universitetində də təhsil alıb.2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının ("Yabloko") müxtəlif strukturlarına rəhbərlik edib, korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən olub, "DA!" gənclər hərəkatının, "Xalq" hərəkatının yaradıcılarındandır. Gələcək Rusiya Partiyasının (yaxud Tərəqqi Partiyası) lideridir.Dövlət başçısı Vladimir Putinin ən sərt əleyhdarı kimi ad çıxaran Aleksey Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib. Dəfələrlə inzibati həbs cəzası alıb. === Zəhərlənməsi === 20 avqust 2020-ci il tarixində Navalnı Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya qayıdarkən qəfildən halı pisləşib. Təcili Omsk xəstəxanasına yerləşdirilən müxalifətçi komaya düşüb. Rusiyada Navalnıya maddələr mübadiləsinin pozulması diaqnozu qoyulub.
Andrea Navagero və Agostino Beazzanonun portreti (Rafael)
Andrea Navagero və Agostino Beazzanonun portreti (it. Ritratto di Andrea Navagero e Agostino Beazzano) - İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1516-cu ildə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir.Andrea Navagero və Agostino Beazzanonun əsəri hal-hazırda İtaliyanın Roma şəhərində saxlanılır.
Anthurium navasii
Anthurium navasii (lat. Anthurium navasii) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin anturium cinsinə aid bitki növü.
Belıy Navalok burnu
Belıy Navalok (rus. Белый Наволок) — burun Barens dənizinə daxil olan Varanger-Fiordun cənubunda, Murmansk vilayətinin şimal-qərbində yerləşir. Burun vulkanık suxurların səthə çıxmasından formalaşmışdır. Əsasən qranit və qneysdən təşkil olunmuşdur. Sahilə yaxın ərazilərdə su altı və su üstü adacıqlar vardır.
Co Navarro
Co Navarro (ing. Joe Navarro; 26 may 1953) — Kuba əsilli Amerikalı yazıçı, ictimai natiq, keçmiş FTB agenti və nəzarətçisi. Navarro şifahi olmayan ünsiyyət və bədən dili sahəsində ixtisaslaşmışdır və çoxsaylı kitablar, o cümlədən Hər Bədənin Dedikləri, Təhlükəli Şəxsiyyətlər, Sözlərdən Uca Səs, Qiyamətə Üç Dəqiqə və Bədən Dili kitabının müəllifidir. == Həyatı == Co Navarro Kubada Donuzlar Körfəzinin işğalından qısa müddət sonra ailəsi ilə birlikdə 8 yaşında ABŞ-a köçdü. Brigham Young Universitetində Ədliyyə İdarəçiliyi üzrə bakalavr dərəcəsi və Slippery Rock Universitetində Beynəlxalq Münasibətlər üzrə Magistr dərəcəsi qazandıqdan sonra o, 25 il ərzində FTB-nin xüsusi agenti və əks-kəşfiyyat və davranışların qiymətləndirilməsi sahəsində nəzarətçi kimi çalışıb. O, FTB-nin elit Davranış Analizi Proqramının qurucu üzvlərindən biridir və o, həmçinin SWAT Komandası Komandiri və Büro Pilotu kimi fəaliyyət göstərib. FTB-dən təqaüdə çıxdıqdan sonra Navarro insan davranışı haqqında biliklərini bölüşmək üçün kitablar və mühazirələr yazır. O, Sent-Leo Universitetində əlavə bir fakültədədir və Harvard Biznes Məktəbində dəfələrlə mühazirə oxuyub. 2003-cü ildən Navarro Dövlət Departamentlərində məsləhətçi olub və Hökumətlərarası Tədqiqatlar İnstitutunun əməkdaşıdır. 2005-ci ildə Navarro World Series of Poker Academy-də iştirak etdi, yalanların aşkarlanması haqqında Discovery Channel proqramında Annie Duke ilə təsadüfi görüşdən sonra poker üzrə oyunçuları öyrətdi.
David Navara
David Navara (çex. David Navara, 27 mart 1985, Praqa, Çexoslovakiya) — Çex şahmatçısı, qrosmeyster (2002). 2007-ci il aprel ayının FİDE reytinq siyahısında 2720 əmsalı ilə dünyada 14-cü, Çexiyada isə ən yüksək əmsallı oyunçu olmuşdur. 2015-ci il mayına olan göstəricilərə əsasənə isə o, şəxsi əmsalını 2751 qədər yüksəldə bilmişdir. == Şahmat karyerası == Navara 2004, 2005, 2010, 2012, 2013 və 2014-cü illərdə Çexiya Çempionu olmuşdur. 2005-ci ildə Navara Dünya Kubokunda iştirak etmiş, birinci raundda Predrag Nikolić tərəfindən məğlub edilmişdir. O, 2006-cı il 37-ci Şahmat Olimpiadasında olduqca uğurlu çıxış edərək Dünya səviyyəli oyunçulara qarşı 12 oyundan 8.5 xal toplamışdır. 2007-ci ildə Navara Veyk-an-Zee turnirinə dəvət alaraq Alexander Morozevichi əvəz etmişdir. Təşkilatçılar tərəfində Navara Express adlandırılan oyunçu, 13 oyundan 6.5 xal toplayaraq (+3−3=7) yarışı 7-ci başa vurmuşdur. 2007-ci ilin noyabrında Navara Dünya Kubokunda iştirak etdi.
Edanyilber Navas
Edanyilber Xose Navas Alayon (21 yanvar 2000-ci ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Araqua klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. == Klub karyerası == Navas öz peşəkar karyerasında debütünü 2016 Venesuela Kubokunda Tukanes de Amazonas klubuna qarşı oyunda etmişdir. Navas liqada debütünü isə Estudiantes de Merida klubuna qarşı oyunda etmiş və komandası rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır.
Estadio Reyno de Navarra
Estadio Reyno də Navarra İspaniyanın Pamplona şəhərində 1969-ci ildə çox məqsədli olaraq inşa edilən bir stadion. Stadionda əksəriyyətlə futbol müsabiqələri oynanılmaqdadır. İspaniyanın CA Osasuna komandasının matçlarını oynadığı stadion, 23.576 tamaşaçı tutumuna malikdir.
Estela Navaskues
Estela Navaskues (3 fevral 1981) — İspaniyalı marafonçu. Estela Navaskues İspaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Estela Navaskues birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada, məsafəni sona gədər qət edə bilmədi.
Georgi Navalovski
Georgi Navalovski (gürc. გიორგი ნავალოვსკი; doğ. 28 iyun 1986, Tbilisi, Gürcüstan SSR, SSRİ) — müdafiəçi mövqeyində çıxış etmiş Gürcüstan və Rusiya futbolçusu. == Həyatı == === Klub karyerası === Navalovski 2003-cü ildən Tbilisinin "Dinamo" klubunun əvəzedici komandasında çıxış etməyə başlayıb. Bir il sonra əsas komandaya cəlb olunmuşdur. Üç mövsüm ərzində Dinamonun heyətində 32 oyun keçirib. 2004/05 mövsümündə "Dinamo" ilə birlikdə ölkə çempionatının qalibi olub. 2007-ci ildə Rustavinin "Olimpi" komandasına transfer olunub. Bu komandanın heyətində Gürcüstan çempionatında 25 oyun, Çempionlar Liqasının birinci təsnifat mərhələsində isə iki oyun keçirib.2008-ci ilin yanvarında azad agent statusunda Mahaçqalanın "Anji" komandasına keçib. Dağıstan klubunda iki il oynadıqdan sonra, 2010-cu ilin fevralında Bakının "İnter" komandasına icarəyə verilib.
HammAli & Navai
HammAli & Navai — Azərbaycanlı repçilər HammAli (Aleksandr (Sadiq) Əliyev) və Navai-dən (Nəvai Bəkirov) ibarət olan Rusiya rep dueti. Nəvai 2021-ci ilin aprel ayında qrup mövcudluğuna son qoyub.
Joe Navarro
Co Navarro (ing. Joe Navarro; 26 may 1953) — Kuba əsilli Amerikalı yazıçı, ictimai natiq, keçmiş FTB agenti və nəzarətçisi. Navarro şifahi olmayan ünsiyyət və bədən dili sahəsində ixtisaslaşmışdır və çoxsaylı kitablar, o cümlədən Hər Bədənin Dedikləri, Təhlükəli Şəxsiyyətlər, Sözlərdən Uca Səs, Qiyamətə Üç Dəqiqə və Bədən Dili kitabının müəllifidir. == Həyatı == Co Navarro Kubada Donuzlar Körfəzinin işğalından qısa müddət sonra ailəsi ilə birlikdə 8 yaşında ABŞ-a köçdü. Brigham Young Universitetində Ədliyyə İdarəçiliyi üzrə bakalavr dərəcəsi və Slippery Rock Universitetində Beynəlxalq Münasibətlər üzrə Magistr dərəcəsi qazandıqdan sonra o, 25 il ərzində FTB-nin xüsusi agenti və əks-kəşfiyyat və davranışların qiymətləndirilməsi sahəsində nəzarətçi kimi çalışıb. O, FTB-nin elit Davranış Analizi Proqramının qurucu üzvlərindən biridir və o, həmçinin SWAT Komandası Komandiri və Büro Pilotu kimi fəaliyyət göstərib. FTB-dən təqaüdə çıxdıqdan sonra Navarro insan davranışı haqqında biliklərini bölüşmək üçün kitablar və mühazirələr yazır. O, Sent-Leo Universitetində əlavə bir fakültədədir və Harvard Biznes Məktəbində dəfələrlə mühazirə oxuyub. 2003-cü ildən Navarro Dövlət Departamentlərində məsləhətçi olub və Hökumətlərarası Tədqiqatlar İnstitutunun əməkdaşıdır. 2005-ci ildə Navarro World Series of Poker Academy-də iştirak etdi, yalanların aşkarlanması haqqında Discovery Channel proqramında Annie Duke ilə təsadüfi görüşdən sonra poker üzrə oyunçuları öyrətdi.
Kastiliyalı Elyanora (Navarra kraliçası)
Kastiliyalı Elyanora (isp. Leonor de Trastámara) (1360, Araqon krallığı – 5 mart 1416, Olite[d]) — Navarra kralı III Çarlzın xanımı. == Mənbə == Borrás Gualis, Gonzalo M. (2014). "La Virgen de Tobed. Exvoto dinástico de los Trastámara" (PDF). In Escribano Paño, María Victoria; Duplá Ansuátegui, Antonio; Sancho Rocher, Laura; Villacampa Rubio, María Angustias (eds.). Miscelánea de estudios en homenaje a Guillermo Fatás Cabeza. Zaragoza: Institución Fernando el Católico. pp. 167–176.
Keylor Navas
Keylor Navas (15 dekabr 1986[…]) —Kosta-Rikalı peşəkar futbolçu, Real Madrid klubunun qapıçısı. Keylor Navas peşəkar karyerasına Kosta-Rikanın Saprissa futbol kulubunda 2005-ci ildə başlayıb. 5 ildən sonra İspaniyanın Albbasete klubuna transfer olunub. 2 il sonra icarə əsasında İspaiyanın Levante klubuna keçib. Navasın oyununu bəyənən Levante Navası alır. O öz oyunu ilə hətta Real Madrid kulubunun diqqətini də çəkir. Nəhayət 2014-cü ildə Reala transfer olunur. Hazırda Real Madrid futbol klubunun qapısını qoruyur. == Real Madrid == 2014-cü ildə Real Madrid FK onu öz heyətinə qatıb.
Las Navas de Tolosa döyüşü
Las-Navas-de-Tolosa döyüşü, yaxud əl-Ukab döyüşü; (ispan -Batalla de Las Navas de Tolosa; ərəb -معركة العقاب) — rekonkistanın ən böyük döyüşü. 16 iyul 1212 ildə Kastiliya, Araqon, Navarra və Portuqaliyanın birləşmiş qüvvələri ilə Əlmohadların orduları arasında baş vermiş döyüş. Müsəlmanların strateji məğlubiyəti ilə nəticələnmişdi. Döyüş, xristianların müsəlmanları Pireney yarımadasından qovulmasını şərtləndirən dönüş noqtəsi hesab olunur. == Döyüş ərəfəsi siyasi və hərbi vəziyət == Böyük Yaqub əl-Mənsurun 1199 ildə ölümündən sonra, onun fərsiz xələfi gənc Məhəmməd ibn Əbu Yusuf Yaqub ən-Nəsir(yaxud Məhəmməd ən-Nəsir; xristianlar onu Miramamolin adlandırırdılar; 1199-1213) Əlmohadların Tunisdə və Əlcəzairdə nüfuzlarının bərpası ilə məşğul oldu. Vəziri İbn Caminin ona təsiri böyük idi. Xəlifə VIII Alfonso ilə atəşkəs rejiminə razılaşmışdı. Və indi xristianların Alarkosa görə revanş almaq üçün imkanları yarandı. Sonrakı onillik ərzində Kastiliya öz sərhəd istehkamlarını gücləndirdi, ordusunun sayını artırdı və yarımadanın başqa xristian dövlətləri ilə əlaqələrini möhkəmləndirdi. === Xristianların fəallaşması === 1210 ildə Alfonso qərara gəldi.
Manel Navarro
Manel Navarro Kesada (isp. Manel Navarro Quesada; d. 7 mart 1996, Sabadel, İspaniya) və ya sadəcə Manel Navarro — İspaniya müğənnisi və bəstəkarı. O, İspaniyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Musiqi karyerası == === 2014-2016: Başlanğıc === 2014-cü ildə Manel Navarro Catalunya Teen Star musiqi yarışmasında qalib gəlmişdir. Qalibiyyətin ardınca Manel TeenStarRecords albom şirkəti ilə anlaşma imzalamışdır. Həmin ilin dekabr ayında ifaçının "Brand New Day" adlı debüt sinqlı buraxılmışdır. 2015-ci ildə Sweet California qrupunun tur çərçivəsində təşkil etdiyi konsertdə Manel də səhnə almışdır. Həmin ildə müğənni Sony Music Spain albom şirkəti ilə yeni bir müqavilə imzalamışdır. 2016-cı ilin iyun ayında onun "Candle" adlı ikinci sinqlı təqdim edilmişdir.
Navahi
Navahi və ya Navahı: Navahi (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Nəvai (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Navahi (Ağsu)
Navahi — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ağsu rayonunun Ağsu şəhəri inzibati ərazi vahidində yerləşən bu kəndin keçmiş adı "Borbor Navahi" olmuşdur. Borbor baharlı tayfasının bir qolunun adıdır. Navahi adı ərəb dilində "nahiyə" sözündən olub, "rayon, sahə, dairə" mənasını bildirir. Rusiyanın Krasnodar diyarında 1896-cı ilədək "Navaqinskiy" adlı yer olmuşdur. == Mənbə == Azərbaycan toponimlərinin ensklopedik lüğəti. 2 cilddə. Bakı-2007. II cild.
Navahı
Navahi və ya Navahı: Navahi (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Nəvai (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Navahı (kənd, Hacıqabul)
Navahı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Mədəniyyəti == Navahı qəsəbəsində xəstəxana, kinoteatr (Mirzə Baxış Nadim adına yay və qış üçün nəzərdə tutulmuş), Əlikram Cəbrayılov adına təbii ot örtüyünə malik stadion (bir zamanlar qəsəbənin GƏNCLİK klubunun sərəncamında olub) var. Hal-hazırda bu stadionda qəsəbə sakinləri üçün idman məqsədli tədbirlər, hazırlıqlar keçirilir. Qəsəbədə həmçinin uşaq bağçası, Şəhid Mehman Ağayev adına (əvvəllər Nizami Gəncəvi adına) 4 və 2 mərtəbəli 400-500 şagird üçün nəzərde tutulmuş 2 korpuslu məktəb( direktor İbrahim Ağalar oğlu Əliyev) binası, bir neçə idarə vardır.[mənbə göstərin] == Coğrafiyası və iqlimi == Nəvai qəsəbəsi Hacıqabul rayonu ərazisinin şimal-şərqində Pirsaat çayının sol istiqamətində yeləşir.Hacıqabul rayonundan 20 km, Bakı şəhərindən isə cənub-şərq istiqamətində 90 km məsafədə yerləşir. Qəsəbə Atbulaq, Pirsaat, Rəncbər kəndləri ilə qonşudur. Bakı-Gəncə İpek yolunun Hacıqabul ərazisindən keçən hissəsinin 100 metrlik məsafəsindədir.Həmçinin rayon ərazisindən keçən qatar yolunun Navai stansiyasıda vardır.[mənbə göstərin] == Coğrafiyası və iqlimi == Nəvai qəsəbəsində əsasən yaz ayları çox mülayim, sərin, az yağışlı keçir. Yay aylarında quru, isti hava kütləsi müşayiət olunur. Bəzən tempratur +45-50 °C dərəcəyə kimi yüksəlir. Payız ayları az yağışlı, nisbətən küləkli, şaxtalı olur. Qış ayları nisbətən sərt , az yağışlı, şaxtalı olur.
Navahı (qəsəbə, Hacıqabul)
Navahı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Əvvəl kənd olan Nəvai sonra qəsəbə olmuşdur. 1919-cu ilin fevralın 13-cü günü biz, Azərbaycan Fövqəladə İstintaq Komissiyasının üzvləri Mixaylov və Keyussovski aşağıda imza atan şahidlərin: Nəvaqi kənd kəndxudası və kəndin ev təsərrüfatçılarının iştirakı ilə Nəvaqi kəndinə baxış keçirdik ki, kəndin ermənilərin hücumundan dağılma dərəcəsini və xarakterini aydınlaşdıraq. Belə məlum oldu ki, Navahi kəndi tərkibi bütünlükdə müsəlmanlardan ibarət olmaqla, eyni adlı dəmir yol stansiyasınından 3 verstlik məsəfədə, çöldə yerləşir. Kənd 2000 ev təsərrüfatından ibarətdir, onu da qeyd etmək lazımdır ki, mülk evləri bir neçə şöbədən ibarət olmaq şərtilə dəmir yol xətinin hər iki tərəfinə bir-birindən dördə bir və ikidə bir verst ara məsafəsiylə səpələnmişdir. Kəndin tikililəri çiy kərpicdən hörülüb, alçaq damları isə torpaqla örtülmüşdür. Kəndin … şöbəsində uzaqdan yanğından tam yanmış evlərin mənzərəsi açılır. Yanğından və dağıntılardan heç bir malikanə salamat çıxa bilməyib, bir neçə yeni tikilmişlər istisna olmaq şərtilə, bütün qalan 2000-ə yaxın evin hamısı yanmışdır və hal hazırədək yanan divarların xarabalıqlarını xatırladır. Kəndin nisbətən varlı adamlarının evləri bərpa edilir və bunlarda dağıntılardan sağ çıxa bilən bir neçə ailə yaşayır. Kəndin nüfuzlu tikintiləri digərlərinə nisbətən daha güclü yanğına məruz qalıblar, ələxsüs məscid, 12 otaqdan ibarət olan böyük məktəb binası, kənd idarəsi, … evlə birlikdə, dəyirmanlar, daş binövrə ilə qaldırılan bütün əs…tikililər.
Navahı bələdiyyəsi
Hacıqabul bələdiyyələri — Hacıqabul rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Navahı kəndi
Navahı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Mədəniyyəti == Navahı qəsəbəsində xəstəxana, kinoteatr (Mirzə Baxış Nadim adına yay və qış üçün nəzərdə tutulmuş), Əlikram Cəbrayılov adına təbii ot örtüyünə malik stadion (bir zamanlar qəsəbənin GƏNCLİK klubunun sərəncamında olub) var. Hal-hazırda bu stadionda qəsəbə sakinləri üçün idman məqsədli tədbirlər, hazırlıqlar keçirilir. Qəsəbədə həmçinin uşaq bağçası, Şəhid Mehman Ağayev adına (əvvəllər Nizami Gəncəvi adına) 4 və 2 mərtəbəli 400-500 şagird üçün nəzərde tutulmuş 2 korpuslu məktəb( direktor İbrahim Ağalar oğlu Əliyev) binası, bir neçə idarə vardır.[mənbə göstərin] == Coğrafiyası və iqlimi == Nəvai qəsəbəsi Hacıqabul rayonu ərazisinin şimal-şərqində Pirsaat çayının sol istiqamətində yeləşir.Hacıqabul rayonundan 20 km, Bakı şəhərindən isə cənub-şərq istiqamətində 90 km məsafədə yerləşir. Qəsəbə Atbulaq, Pirsaat, Rəncbər kəndləri ilə qonşudur. Bakı-Gəncə İpek yolunun Hacıqabul ərazisindən keçən hissəsinin 100 metrlik məsafəsindədir.Həmçinin rayon ərazisindən keçən qatar yolunun Navai stansiyasıda vardır.[mənbə göstərin] == Coğrafiyası və iqlimi == Nəvai qəsəbəsində əsasən yaz ayları çox mülayim, sərin, az yağışlı keçir. Yay aylarında quru, isti hava kütləsi müşayiət olunur. Bəzən tempratur +45-50 °C dərəcəyə kimi yüksəlir. Payız ayları az yağışlı, nisbətən küləkli, şaxtalı olur. Qış ayları nisbətən sərt , az yağışlı, şaxtalı olur.
Navahı mahalı
Navahı mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri. == Tarixi == Hacıqabul rayonu ərazisində mövcud olmuşdur. == Əhalisi == 1821-ci ildə 3 obada (Muğanlı, Quşçu və Navahı) 128 ailə yaşayırdı. == İqtisadiyyatı == Navahı mahalının sakinləri əkinçilik və maldarlıqla məşğul olurdular. == İstinadlar == == Həmçinin bax == Şirvan xanlığı == Xarici keçidlər == Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03. Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Salyanlı xanım Pyotrun zabitlərini necə qətlə yetirdi" (az.).
Navahı qəsəbə bələdiyyəsi